Dərd dinləmə 4: Formativ qiymətləndirmə ilə bağlı çətinlikləriniz hansılardır? (İlkin Həsənov)

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 50

  • @refiqehuseynova2012
    @refiqehuseynova2012 2 года назад +40

    Sinifdə 28-30 şagird varsa, hər birinin fəaliyyətini bir 45 dəqiqədə izləmək olmur. Sinifdə 15 şagird olsa yaxşıdır. Hər birinə fərdi yanaşıb fəaliyyətini hər dərs izləyib nəticə əldə etmək olar.

  • @ruis2074
    @ruis2074 2 года назад +7

    Danışmaq necə də asandır. Bir müəllim 30-35 şagird. Bir tərəfdə məqsəd, bir tərəfdə fərqli- fərqli şagirdlər, fərqli- fərqli ailələr. Noolar siz çıxın televiziyalara, valideyinləri öyrədin, sonra müəllimlər şagirdi öyrətsin.
    Müəllim meyyar yazır gündəliyə, valideyin müəllimə yazır ki məlim yazmısan ki filan seyi filan şəkildə təqdim edir, bu nə deməkdi, uşaq neçə alıb?
    Müəllim bu dəfə evindəki ailəsini- uşağını, yeyəcəyini, içəcəyini, istirahətini, yuxusunu, dərs çalışmasını buraxıb məsələni valideynə izah edir. Bir valideyn, iki valideyn, üç valideyn......
    Eləsi olur ki, ay məlim mən qanmıram, elə əvvəlki kimi 2,3,4,5 yaz biz də biləh uşax nətər oxuyur deyir. Müəllim deyir yaxşı səviyyə yazaram bu gündən. Başlayır I, ll, lll, lV kimi səviyyə ilə yazmağa. Arabir valideyn iclasına gələn valideynləri də məlumatlandırır ki, nə nə deməkdir. Amma zəhmət çəkib iclasa gələnə. Xeyri olmur. Uşağın biri qayıdır o birinə ki, ayə mənim anam elə bilir ki I səviyə 5- di. Özüm ölüm helə demişəm, inanlblar......

  • @gulerallahverdiyeva9203
    @gulerallahverdiyeva9203 2 года назад +13

    Avropa sisteminə keçmək çox yaxşıdı. Amma Avropada sinifdə 15 şagird olur +müəllim köməkçisi olur. Bizim müəllimlər qəhrəmandı. İbtidai sinifdə 45 uşağın hər birinə 1 dəq vaxt düşür. Müəllim öyrətsin, müşahidə aparsln, neyləsin?! Qərar qəbul edənlər bu ölkədə yaşamırlar deyəsən.

  • @qarabagqarabag6618
    @qarabagqarabag6618 2 года назад +4

    Çox təəssüf ki sizin bu danışdıqlarınızı heç bizim metodistlərimiz bilmir və öyrənməyə də meyilli deyillər.

  • @gunelmuellimvalisoy
    @gunelmuellimvalisoy 2 года назад +5

    Düzgün istiqamətə təhsilimizin çox ehtiyacı var. Təşəkkürlər, Ilkin müəllim.

  • @cemileakberova7145
    @cemileakberova7145 22 дня назад

    Çox gözel, aydın izah edirsiniz
    Bilmediklerimizi öyrenirik
    Amma nezere almaq lazımdır ki, derslikler çox çetindir
    Şagirdler lazımsız yere yüklenir

  • @fjmgwshgw1500
    @fjmgwshgw1500 2 года назад +15

    Farmativ sözü varsa bu zaten qiymetlendirme deyil ingilisceden tercümeye ehtiyac yoxdur . Şagirdlerin biliklerinin getdikce zeiflemesinin şahidi oluruq . Normal jurnal , gündelik ve qiymetlendirme yoxdursa bunlar ferziyedir . Çox sağ olun. Valideyin fikri.

    • @Direktor_imtahan
      @Direktor_imtahan 2 года назад +2

      Hörmətli Valideyin,uşağa gündəlik 5.4.3 qiyməti verməklə sadəcə qısa məqsəd qoyulmuş olur.Problem qalır kənarda.

  • @eminesahbazova6423
    @eminesahbazova6423 2 года назад +18

    danışmaq asamdır, reallığa çevirmək çətindir

  • @asmarmuallima
    @asmarmuallima 2 года назад +5

    Çox təşəkkürlər.Hər xırda detalı mükəmməl olaraq izah edirsiniz.👍

  • @konulseyidova8614
    @konulseyidova8614 2 года назад +5

    Mükəmməl izah ,növbəti seriyanı səbirsizliklə gözləyəcəm.

  • @gunaymelikova8763
    @gunaymelikova8763 2 года назад +14

    Salam. Bu dediklərinizin reallığa çevirmək üçün məktəblərə göstəriş verilməlidir. Tək tək müəllimlərin bilməsi məsələnin həlli deyil. Təşəkkür edirəm.
    Uşaq ders danışır deyir gündəliyə qiymət yazacaqsınız? Keçən dəfə yazmadınız. Və ya gündəliyi gətirir ki keçən dəfə yazmadınız. Yəni bir suala cavab verir deyir qiymət yazın. Buna görə TƏHSİLİN İNKİŞAFI kəlmənizi reallaşdırmaq üçün yalnız müəllim deyil şagird və valideynlər də maarifləndirməlidir.

  • @nelhajiyeva8962
    @nelhajiyeva8962 2 года назад +5

    Salam tewekkur izahat uchun. Men dusunurem ki her bir sagirdin hazir veziyyetde butun meyarlarla bir yerde formativ jurnallari olsa daha yaxsi olardi və muəllimə də yalnız hamsi meyara uygun usaq musbətdirsə mənfidirsə onu qeyd etsin Bu həm vaxt baxımdan sərfəlidir həm də validryn xəbərdar olur övladının bilik fəaliyyətindən

  • @sevincqasimova2583
    @sevincqasimova2583 2 года назад +3

    Çox sağ olun.Nə yaxşı ki varsız.Və belə vacib işlə məşğulsuz.

  • @Azerigirls-k1b
    @Azerigirls-k1b 2 года назад +1

    Burda ən son günahlandırılan müəllimdir, fikrimcə. Çünki ona belə öyrədilib. Əksər təlimçilər bunları bilmir.Onlar da müəllimləri səhv öyrədib. Sizdən eşidirik. Təşəkkür edirəm!

  • @haqiqatsh1084
    @haqiqatsh1084 2 года назад +2

    Çox sağ olun.Çox gözəl izah edirsiniz

  • @ilkmuellim5292
    @ilkmuellim5292 2 года назад +1

    İlkin müəllim çoxsağolun.

  • @ehmedovasebnem
    @ehmedovasebnem Год назад

    Savadlı vicdanlı insan sizə pərəstiş edirəm 😊

  • @telmanmrullayev2384
    @telmanmrullayev2384 11 месяцев назад +1

    Cox maraqli izah verir,amma 40 ilin muellimi kimi deyirem ki,formativ qiymetlendirmeden sonra usaqlarda tehsile maraq azalib,usaq real gorduyunun maraginda olur,ne yaziriq yazaq usaq sorusur ki,muellim burda yazi yazmisan,bes men necə aldim?hec gundrlikde yazdigimizi oxumur,usaq ucun menim senin ora yazdigimizin hec ferqi yoxdu,derse hazir olmayan usaq gundeliyi acib baxir ve sevincek ortub yoldasina deyir ki,sukur muellim 2 yazmayib,ve seher yene hazirliqsiz gelir,amma elə ki,ksq dan 30/2 alir,onda oxumaga baslayir

  • @bilqeyzveyselova7438
    @bilqeyzveyselova7438 Год назад

    Mükəmməl izah budur 👍

  • @prvizbagrov9431
    @prvizbagrov9431 Год назад

    Çox sağ olun

  • @MickyDicky
    @MickyDicky 2 года назад +1

    Təşəkkűrĺər, Ilkin műəllím😊

  • @shahlarasulova1509
    @shahlarasulova1509 2 года назад +3

    Jurnal, şagirdin gündəliyi, formativ qiymətləndirmə dəftəri bunların hamısını 45 dəqiqə ərzində necə çatdırıb yazaq?

  • @naibklbliyeva276
    @naibklbliyeva276 2 года назад

    Təşəkkür edirik, ətraflı məlumatlandıq.

  • @selcannur6660
    @selcannur6660 2 года назад +4

    Salam. Sizin dediyiniz səhv qiymətləndirməni bizə vaxtilə kurikulum kurslarında öyrədiblər. Metodik vəsaitlərdə də qiymətləndirmə səviyyə ilə verilir. Valideynlər və şagirdlər də qiymət tələb edir. Bəs onda müəllim necə qiymət versin şagirdə? Xahiş edirəm cavablandırardınız. Əvvəlcədən təşəkkür edirəm

  • @qumrusirinova5084
    @qumrusirinova5084 2 года назад +1

    Maraqlıdır,bəs biz niyə indiyə qədər səviyyə ilə yazırdıq?Bizə doğru deyilənlər indi yanlış kimi təqdim edilir.Onsuzda bizim işimizin məqsədi reallaşdırmaq olduğu üçün 45 dəq ərzində bütün şagirdləri izləyirik.İndiki fikrinizlə razıyam.Səviyyə əvvəlki qiymətlərin roma rəqəmi ilə ekvivalentidir.Yığışdırılsa, məncə, məqsədə uyğundur.

  • @eminesahbazova6423
    @eminesahbazova6423 2 года назад +5

    valideynlər sadəcə rəqəmlə qiymət təıəb edir

  • @hk9823
    @hk9823 2 года назад +1

    Formativ qiymətləndirmə anlayışı,formativ müşahidə,formativ analiz,formativ izləmə və s.anlayışlarından biri ilə əvəz olunmalıdır

  • @sehlahuccetzade372
    @sehlahuccetzade372 2 года назад

    Çox təşəkkur edirəm

  • @gunaymelikova8763
    @gunaymelikova8763 2 года назад +5

    Elektron jurnalda da yazmaq tələb olunur. Bunu nə edək. Bizim söz keçmir. Deyilir yazılmalıdır. Nazirliklə əməkdaşlıq edib bu məsələyə də həll yolu tapmağınızı xahiş edirəm.

  • @aynuredilnova1519
    @aynuredilnova1519 2 года назад

    Çox sağ olun .

  • @teranesuleymanli3655
    @teranesuleymanli3655 2 года назад +3

    Bu dediklərinizin hansı birini müavinlər, dirkətorlar və ya metodistlər bilir? 5il əvvəlki kurikuluma əsasən icmal tələb edirlər bizdən. Hələ formativi demirəm.

  • @samayanecefova828
    @samayanecefova828 2 года назад +6

    Dərs yerinə dərd yazmısız. Çox güldüm,doğurdan da elədir

    • @ilkinhasanov1450
      @ilkinhasanov1450 2 года назад +3

      Doğurdan elə olduğuna görə də adı Dərd yazılıb, dərs yox))

    • @d.__world7507
      @d.__world7507 Год назад

      Verilişin adı elədir.Dərd dinlemə.İlkin muəllimi izləsəniz gorəcəksiniz hamisi elədir...

  • @telmanmrullayev2384
    @telmanmrullayev2384 11 месяцев назад

    Kurikulumu xaricden goturmusuk, amma gelin gorek bizim butun mektəblerimizde ele sarait var ki,biz kurikulumu burda tetbiq edek?Sinifləde usaq sayi cox,maddi baza yox,hele sovet dovrunden qalma mekteblerimizi demirem😢internet yox seviyyəsin de,hansi halimizla kurikulumu tetbiq edək😮Dersin ortasinda hele gerek pece odun da qoymaliyiq ki,od sonmesin😂

  • @mtantmmmdova4355
    @mtantmmmdova4355 2 года назад

    çox sag olun .

  • @eminesahbazova6423
    @eminesahbazova6423 2 года назад +1

    DQ, KSQ bə BSQ yazandan sonra onların təhlilini vərəüə yazıb metofdbirləşmə sədrinə verirsinizmi?
    Bu sadəcə formal xarakterli işıər niyə tələb olunur?
    Əminəm ki, onu kimsə oxumur....

  • @gunaymelikova8763
    @gunaymelikova8763 2 года назад +3

    Bir də sinifdə 20-25şagird olsa bunların hamısını mükəmməl şəkildə yerinə yetirmək olar.

    • @Ccccc379
      @Ccccc379 Год назад

      25 çoxdu.maksimum 20

  • @nelhajiyeva8962
    @nelhajiyeva8962 2 года назад +1

    Hər fənn uzrə illik təlim nəticələrinə əsasən yaratmaq olar o formativ jurnalı

  • @ph6643
    @ph6643 2 года назад

    Indi demek olarku butun siniflerde 30 33 usaq var bunlarin hamisina vaxt catdirmq effektiv ortam yaratmaq cox cetin olur

  • @xyalhuseynova
    @xyalhuseynova Год назад

  • @yeganeeliyeva
    @yeganeeliyeva 2 года назад

    Müəllim olaraq nə edəcəyimi belə bilmədim ayda 1 dəfə bütün valideyni bütün fənlər necə yıgsın .mən hər gün rəy yazacam başqa yol yoxdu

  • @b.x.q-ff.609
    @b.x.q-ff.609 Год назад

    Başlığını çox düz seçmisiniz: DƏRD dinləmə.

  • @gunel1611
    @gunel1611 Год назад

    Salam icmal yazmaq lazımdırmı ? Bizdən tələb edirlər

  • @inamhyat2881
    @inamhyat2881 2 года назад

    Salam,dərd dinləmə, ya dərs dinləmə

  • @teranesuleymanli3655
    @teranesuleymanli3655 2 года назад +1

    Sizin satdığınız formativ qiymətləndirməni hər gün yazmaq mümkün deyil axı. O qədər fikirlər var ki orada onların hamısını yazıb bitirmək hər gün üçün mümkün deyil.

  • @aynurhsimova3205
    @aynurhsimova3205 Год назад

    Dərd yazmısınız..Həqiqeten de derde çevirmisiniz ey bu dərsi...