Ramiz Rövşən - Roman - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 15 мар 2022
  • #ramizrövşən #kamranmyunis #kamranyunis #şeirlər
    #vasifarifoğlu #xəyyaməhrar #poeziya #yuxukimikaman
    Ramiz Rövşən - Roman
    Bəstəkar - Vasif Arifoğlu - Yuxu kimi
    Kaman - Xəyyam Əhrar
    Hər ömür romandı; uzun, ya qısa,-
    şirin sevgiləri, acı səhvləri.
    Sənin yaşadığın bu romanınsa
    nə çoxdu cırılan səhifələri.
    Burda uc-ucadı doğruyla yalan,
    Bəlkə, bu romanı yazan naşıdı?
    Bu ağ varaqlarda ləkəsi qalan
    Ya dodaq boyası, ya göz yaşıdı.
    Çox da varaqlama bu romanı sən,
    Qəflətən səksənmək təhlükəsi var.
    Hansı varaqdasa bir də görərsən,
    Hələ qurumayan qan ləkəsi var.
    Bu kimin qanıdı? Bu nə qandı? Nə?!
    Kimin qatilisən? Kimin cəlladı?
    Batır barmağını, bir vur dilinə,
    Gör tanış gəlirmi bu qanın dadı.
    Dadı yox, tamı yox, bu necə qandı?
    Hardan bu varağa sızılıb bu qan?..
    Bir yox, sənin ömrün iki romandı;
    Biri tanrı yazan,
    biri sən yazan.
    Tanrının yazdığı bu deyildi ki...
    Bir dön ömrünə bax; otuz ildi ki,
    Tanrının yazdığı o romanı sən
    Korlaya-korlaya ömür sürürsən.
    Bir bax o səhvlərə, yalnışlıqlara,
    Gör necə calanıb biri-birinə.
    Neçə dostluqlara, tanışlıqlara
    Sən nöqtə qoymusan vergül yerinə.
    Gör necə qoşmusan sən bu romanda
    doğma feilləri yad isimlərə.
    Böyük sevgilərin keçib yanından
    uymusan yalançı təbəssümlərə...
    ...Nə deyir uzaqda səslənən əzan?
    Deyir, indən belə bu giley nədi?
    İstər Tanrı yazan, istər sən yazan,
    Hər iki romanın sonu eynidi, -
    amma sona gedən yolları başqa.
    Öləndə Tanrıya üzünü tut, de:
    - Ey böyük romançı, məni bağışla!..
    1977
  • КиноКино

Комментарии • 69

  • @bestihesenova9265
    @bestihesenova9265 2 года назад +4

    Çox gözəl və duyğulu bir şeirdir, Təşəkkür

  • @MelidiyaMelidi-tx2vr
    @MelidiyaMelidi-tx2vr 9 месяцев назад +2

    Teşekkür edirem ustad Kamran M. Yunis. Sesinize quvvet.thanks a lot.

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +4

    Kamran Bəy
    Ramiz Rövşən dünyası
    Möhtəşəmmmm.

  • @mehemmed02
    @mehemmed02 2 года назад +3

    Möhtəşəm şeir möhtəşəm ifa 👍

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 года назад +3

    Nə gözəl mənalı sözlərdir.

  • @manafmanafov870
    @manafmanafov870 2 года назад +3

    Biri dahi şair biri isə gözəl sənətkar Allah hər ikinizdən razı olsun və ömrünüzə bərəkət versin.Düzü çox duyğulandım.

  • @aygunaygun8263
    @aygunaygun8263 2 года назад +3

    Kamran bey🙏🏻🙏🏻

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +4

    EY BÖYÜK ROMANÇI MƏNİ BAĞŞLA.

  • @qurbansoltanov2466
    @qurbansoltanov2466 2 года назад +2

    Sesin var olsun 👍

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 2 года назад +3

    Hər ömür romandı..

  • @gulnaredunyamaliyeva271
    @gulnaredunyamaliyeva271 2 года назад +4

    Allah qorusun sizi

  • @shefeqesgerova4049
    @shefeqesgerova4049 2 месяца назад +1

    Allah her ikinizi qorusun,🙏mohreşem

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Год назад +3

    məni bağışlama...ey böyük Romançı...

  • @srxansoltanl8387
    @srxansoltanl8387 2 года назад +3

    Axşamınız xeyr

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 11 месяцев назад +2

    hardasan...Böyük Romançı...mən Sən'ə arxayın idim....hardasan...

  • @axireheyderova6006
    @axireheyderova6006 2 года назад +3

    Var olun,Dəyərli sənətkarlarımız!

  • @hicranqacayeva2017
    @hicranqacayeva2017 2 года назад +2

    👍👍👍👍👍

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 9 месяцев назад +2

    SƏNƏ ÇOX ARXAYINAM,BÖYÜK ROMANÇI....ƏDALƏTİNƏ İNANIRAM...

  • @rufatmammadov5112
    @rufatmammadov5112 2 года назад +3

    ♥️42👍...🎶✍️

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +7

    🌹2🌹

  • @amalyamehdiyeva3691
    @amalyamehdiyeva3691 2 года назад +2

    Var olun!

  • @vuqarbxtiyarov5842
    @vuqarbxtiyarov5842 2 года назад +2

    Yaxşı şeyirdi diqətlə qulaq asırsan hamı birinə qoşulub bir ağızdan mən baxdamaram kəlməsin söyləyir belə söyləyib nankorluq etmək olmaz törən əməl kecib gedib gözəl xoş əmələr cox olub o nağıl günlərə görə ona hər şeyi allah yolunda bağışlamaq olar 1

  • @fatimulusoy4228
    @fatimulusoy4228 Год назад +2

    👍👏👏👏

  • @ilhamdeniz4987
    @ilhamdeniz4987 2 года назад +6

    Böyük sevgilerin keçip yanından uymusan yalançı tebessüm lere...👏

    • @esmirakrimova1315
      @esmirakrimova1315 2 года назад +5

      Ilham bey xos gorduk sizi ...yeniden bu kanalda kohne dostlari gormek ne xosdu..

    • @ilhamdeniz4987
      @ilhamdeniz4987 2 года назад +5

      @@esmirakrimova1315 sizide görmek güzel teşekkür ederim

  • @natellahemzeyeva3675
    @natellahemzeyeva3675 2 года назад +2

    Axşamınız xeyir Kamran bey teşekkürler 👍❤️🌹

  • @kamashemsa.8435
    @kamashemsa.8435 2 года назад +6

    Ey böyük romançı...
    məni bağışla...

  • @nurcahan6353
    @nurcahan6353 2 года назад +6

    Ramiz Rövşən 🌹 Kamran M. Yunis Var Olun 🌹🌹🌹🌹🌹

  • @cickyags4191
    @cickyags4191 2 года назад +4

    İstər Tanrı yazan, istər sən yazan,
    Hər iki romanın sonu eynidi,.. 😔

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 Год назад +1

    🙏😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Год назад +1

    🎧💐💐💐💐💐💐💐🙏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 года назад +6

    🎧👍👍👍

  • @sardarbabayev1305
    @sardarbabayev1305 2 года назад +3

    Şirin sevgileri,acĩ sehvleri.
    Allah sizi var elesin eziz insan.!

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Год назад +1

    🎧🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @lolaazeri3917
    @lolaazeri3917 2 года назад +6

    Ürəyinizə sağliq.
    DƏYƏRLİ SƏNƏTKARİMİZ.
    MÖHTƏŞƏMDİR.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +8

    Böyük sevgilərin keçib yanından, uymusan yalançı təbəssümlərə.....💐💐💐

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Год назад +3

    Tale yolları müxtəlif ,gədəri yazan Allah ..
    Hər şeyi özündən biliən yolunu azar vallah.
    Sabah səni nə gözləyir,Allahdan başga bu bir sirr.
    Başına nə gəlsə Ondan ,gəti etməyəsən fikir.
    Şeytandan gurtulmanın yolu yalnız zikirdi ,zikir
    Cahillərii işi sökmək ,kamil insan gurur, tikir.
    İnsan yaşlaşdıgca sanki,torpag onu özünı çəkir.
    Meylin salr bag-bagata çoxlu agaclar əkir.
    Ömrünün son akkordların sakit ton notlarla bitir.
    Onsuz da nə əldə etsən bir gün xəyallarından itir.
    O xəyallar ki,sənin fikir yagısında gurur bir çətir.
    Xəyallar bərəkət goxulu sanki bir lavas bir fətir.
    Xəyalları uzaglara aparan möcüzəli bir ətir
    Dünya əlindəkin alar:"Nəyin varsa tez ol gətir.

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +4

    Hər zamanınız xeyirli gününüz Ruzili bərəkətli olsun Dəyərli sənətkar

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +3

    Ürəyiniz ruhunuz var olsun Ustad.Ramiz Rövşən dünyasına bizləri aşıq etdiyiniz üçün..

  • @cickyags4191
    @cickyags4191 2 года назад +2

    💐52💐

  • @konulbayramova3514
    @konulbayramova3514 2 года назад +4

    DEYERLI SENETKAR,SENET SERKERDEMIZ 🙏🙏

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 года назад +4

    möhtəşəm....var olun Ustad

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 2 года назад +3

    8 👍🎧

  • @kamashemsa.8435
    @kamashemsa.8435 2 года назад +4

    Sevdiyim şeir...

  • @azize4
    @azize4 2 года назад +3

    Təşəkkürlər, USTAD

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 года назад +5

    Tanrının yazdığını Atamla yaşadım...O getdi...indi hərdən özüm yazıram...ya da ətrafdakı insanlar😢😢😢😢💔💔💔💔

  • @romaramadanov4676
    @romaramadanov4676 2 года назад +1

    Ај бизим севимли шаиримиз вә сәнәтчимиз , ахы бу романын суал ишарәси нөгтә, верҝүл вә нидасындан чохдур. Бу ишарәләри низамламаг анҹаг ЈАРАДАНАЫН ихтијарындадыр.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +8

    Hər vaxtınız xeyir olsun Sevimli Sənətkarımız!🙏

  • @zulfiqarquliyev7932
    @zulfiqarquliyev7932 2 года назад +3

    İş gününün sonunda dinlədim Sizi.Yenə mükəmməl bir ifa.Təşəkkürlər

  • @behbudovamanzar
    @behbudovamanzar 3 месяца назад +1

    Sabahınız xeyir!Gozəl bir yaz səhərində sizin o nurlu simanizdan və sirin dilinizdən bal kimi süzülən bir insan ömrünün romaninin səhifələrini" dinləmək" nə qədər xos oldu!"Yaralara məlhəm kimi sirin,həzin səs!"Alah qorusun!(Əvvəl şərhləri oxudum!Burada zaman 2 il əvvəldədir,bir təzə mənəm!Qəribədir,mən niyə indi???Gec də olsa...deməli bu romanin son səhifələrində mən də olmaliydim!Elə mən də oz həyatimin romanin son səhifələrini təzədən ozum yazdim!Allah yazan ömüre mudaxilə etdim və "dunyaya təzədən gəldim!"Nagildaki kimi!🤣 Düzdür ki,dərvis mənə alma vermədi ki,yeyib 15 yaşında cavan qiz olum!Amma?30 il əvvəl 4 yasinda kənddən çıxan gozəl bir uşaq oz məcburi köçkünluk dövründə çox əziyyətlər,zəhmətlər çəkib,oxudu,təhsil aldi və ...taninmis həkim oldu!Həm gozəlliyi,həm biliyi,həm dünyagörüşü,həm mərifəti,həm mədəniyyəti, həm də oz nəslinin ənənələrinə sadiq olması ilə basimizi ucaltdı!Və...babasi kimi istedadlı,nufuzlu... hamının canını etibar etdiyi bir logman oldu!Və...qan ləkələri!?Nə qədər əsgərimizə həyat verdi Vətən muharibəsində!Mənim sevdiyim, adini qoydugum,mənim dərs kecdiyim,mənim tərbiye verdiyim ,gozəl oldugu qədər də agilli,əsil Azarbaycan gəncine layiq keyfiyyətləri ozundə toplamış bir kamil insan!Və....məni laproskopik əməliyyat edib,ödumü rədd edən gozəl cərrah_ oğlan! Üstümdə nanə yarpagi kimi əsən və məni öz nəzarətində saxlayan və qulluqumda duran!Cox xoşbəxtəm ki,zəhmətim hədər getməyib! Hələ yadlar?Allahin ən sevimli bəndəsi olduğum subut olundu!Bu qədər diqqət,qaygi,səmimiyyət icerisində əhatə olunsam da oz ənənə mə sadiq qalaraq, vaxt tapan kimi sizin kanala yazmagi da unutmadim!Artiq yaxşıyam!Oz evime gedib, oradan rahat yazmaq imkanim olacaq!Mənim romanim hələ təzə başlayır!Sizdən cox pozitiv enerji gəldi,bu səhər!Gozleriniz nufuz edir,ekrana baxa bilmirəm!Allah qorusun!Sizin də romaninizin sonu gozəl olsun!Sizə uzun ömürlər arzu edirəm!Və ...o şeirlər də yazdiqlarinizin gercək olmasini...yaxsi mənada! İnşallah!"Hər qaranliq gecənin bir işıqlı gündüzü var!"Allah səbrli insanları sevir, sonunda mujdələyir!🌹

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +8

    Sənin yaşadığın bu romanınsa nə çoxdu cırılan səhifələri.😔

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 2 года назад +3

      30 ildir ki, Tanrının yazdığı o romanı korlaya-korlaya ömür sürürsən🥺

    • @yeganequliyeva664
      @yeganequliyeva664 2 года назад +2

      @@yaghmurluroya8358 Bir bax səhvlərə, yalnışlıqlara, gör necə calanıb biri-birinə.😔

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 2 года назад +1

      @@yeganequliyeva664 🥺🎧

  • @cickyags4191
    @cickyags4191 2 года назад +2

    Dinləməklə doyulmayan
    MÖHTƏŞƏMLİK!!! 💐
    TANRI qorusun sizi Dəyərli SƏNƏTKARIMIZ! 🙏

  • @nazime759
    @nazime759 2 года назад +2

    Super Gözəl şeirdi Səsinizə,ürəyinizə sağlıq dəyərli sənətkarımız🥰 Daima var olasınız 🤲🤲

  • @dnizabdulova4593
    @dnizabdulova4593 2 года назад +2

    Sesinizə üreyinizə sağlıq gözəl sənətkar

  • @kamashemsa.8435
    @kamashemsa.8435 2 года назад +5

    Hər vaxtınız xeyir olsun ƏZİZ SƏNƏTKARIMIZ!

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 2 года назад +2

    83👍

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 2 года назад +2

    Salam, İncəqəlbli İnsan! İnsan yarananda, şanslı: taleli- qiymətli olsun.Əsas odur!!!

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 2 года назад +3

    musiqi də çox təsirli...😔😔😔😔

  • @esmirakrimova1315
    @esmirakrimova1315 2 года назад +5

    Hansi varaqdasa birde gorersen.....
    Hele qurumuyan qan lekesi var...

  • @sebrsebr9683
    @sebrsebr9683 Год назад +1

    Təşəkkür edirəm kamran bey möhtəşəmliyi ifade edir ifaniz secdiyiniz seir fon musiqi