Roman | Ramiz Rövşən

Поделиться
HTML-код
  • Опубликовано: 29 июл 2020
  • Hər ömür romandır; uzun, ya qısa,
    Şirin sevgiləri, acı səhvləri.
    Sənin yaşadığın bu romanınsa,
    Nə çoxdu cırılan səhifələri?
    Burda uc-ucadır doğruyla yalan,
    Bəlkə, bu romanı yazan naşıdır?
    Bu ağ varaqlarda ləkəsi qalan,
    Ya dodaq boyası, ya göz yaşıdır.
    Çox da varaqlama bu romanı sən,
    Qəflətən səksənmək təhlükəsi var.
    Hansı varaqdasa bir də görərsən,
    Hələ qurumayan qan ləkəsi var.
    Bu kimin qanıdır? Bu nə qandır? Nə?
    Kimin qatilisən? Kimin cəlladı?
    Batır barmağını, bir vur dilinə,
    Gör tanış gəlirmi bu qanın dadı.
    Dadı yox, tamı yox, bu necə qandır?
    Hardan bu varağa sızılıb bu qan?
    Bir yox, sənin ömrün iki romandır;
    Biri tanrı yazan, biri sən yazan.
    Tanrının yazdığı bu deyildir ki,
    Bir dön ömrünə bax; otuz ildir ki.
    Tanrının yazdığı o romanı sən,
    Korlaya-korlaya ömür sürürsən.
    Bir bax o səhvlərə, yalnışlıqlara,
    Gör necə calanıb biri-birinə.
    Neçə dostluqlara, tanışlıqlara,
    Sən nöqtə qoymusan vergül yerinə.
    Gör necə qoşmusan sən bu romanda,
    Doğma feilləri yad isimlərə.
    Böyük sevgilərin keçib yanından,
    Uymusan yalançı təbəssümlərə.
    Nə deyir uzaqda səslənən əzan?
    Deyir, indən belə bu giley nədir?
    İstər Tanrı yazan, istər sən yazan,
    Hər iki romanın sonu eynidir.
    Amma sona gedən yolları başqa.
    Öləndə Tanrıya üzünü tut, de:
    Ey böyük romançı, məni bağışla.
    #RamizRövşən #Roman #Şeir #Edebiyyat #Şair #Poeziya #PoeziyaKlubu #Şeirlər

Комментарии • 29

  • @shahriyarsafarov436
    @shahriyarsafarov436 2 года назад +17

    Allah sənə ömür versin dəyərli və sevimli şair.Sizin səsinizlə dinlənilən şerlər insanın qəlbini rahatladır.Sanki insanı insanda alır.

  • @gunelsalmanova8441
    @gunelsalmanova8441 Год назад +4

    Söz tapa bilmirəm belə şair bir də olmayacaq şeri yazmaqla bərabər nə gözəl intanasiya var bu şerdə nə gözəl deyir Ramiz Rövşən 👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Şeirə ürək quyub😢😢❤👏👏👏👏👏👏👏👏👏👏

  • @asadovnicat6392
    @asadovnicat6392 2 года назад +13

    Şair sən bir dahisen Allah ömür versin 🙏

  • @maisekazimova2539
    @maisekazimova2539 Год назад +6

    Çətini biz ölüncədu,
    Gedəcək, hamı gedəcək.
    Biz dünyadan gedən təki,
    Dünyanın qanı gedəcək.
    Solacaq bağçası - bağı,
    Quruyacaq son budağı,
    Dənizin suyu, balığı,
    Sahilin qumu gedəcək.
    Birtəhər, pismi, yaxşımı,
    Yola salıb son axşamı,
    Söndürüb sonuncu şamı,
    Ən son adamı gedəcək...

  • @ErvinRommel44
    @ErvinRommel44 4 месяца назад

    Sağ ol ustad.

  • @user-bp5jt1nc9c
    @user-bp5jt1nc9c 2 месяца назад

    Sadəcə bir dövrdə yaşadığım üçün qürür duyuram

  • @muhmmdhsnov4262
    @muhmmdhsnov4262 Год назад +3

    Fəlsəfədir başdan ayağa

  • @lisukurlu4613
    @lisukurlu4613 7 месяцев назад +1

    Şair Allah səni qorusun.Amin🤲🏻Çox gözəl🌹

  • @azersellugur7503
    @azersellugur7503 11 месяцев назад +1

    Sag olun, Allah omur versin insha'Allah.Videoya gore sag olun.

  • @CavidQeribovdniolsannedrsn
    @CavidQeribovdniolsannedrsn 2 года назад +3

    Vərəğləri cırılan xatirələri sən cırdın mən bərpa etsəmdəə....

  • @guluatakisiyeva2371
    @guluatakisiyeva2371 2 года назад +5

    30lu yaslardayam səbəbsizce sevirəm bu şeiri

    • @behruzelesgerov6993
      @behruzelesgerov6993 Год назад

      Belkede bele aci veren 1sevgiye sahib olmaq istemisiz eziz insan.sevginin en gozel terefi odurki onuncun darixasan.belkede o insan yaninda olsa o qeder ulvi seve bilmezsen onu.

    • @ErvinRommel44
      @ErvinRommel44 4 месяца назад

      Şair bir dəfə demişdi k,məni sevməyən məni tanımır.

  • @sahibabdullazad9013
    @sahibabdullazad9013 2 года назад +3

    Hər sətrinə hər kəlməsinə böyuk bir təəccub və heyranliqla qulaq asdim. Bədənim urpəndi fikirlərin dərinliyindən , şerin gözəlliyindən. Allah qorusun sizi dahi insan.

  • @arancell2005
    @arancell2005 2 года назад +5

    Allah canını sağ eləsin!👍👍

  • @ehmedagaehmedzade9274
    @ehmedagaehmedzade9274 2 года назад +3

    Allah ömr versin dəyərli şair

  • @javidankarimli2946
    @javidankarimli2946 2 года назад +2

    Möhtəşəm!

  • @muhmmdhsnov4262
    @muhmmdhsnov4262 Год назад +1

    DAHİ DAHİ DAHİ

  • @elvinzaxarov4633
    @elvinzaxarov4633 2 года назад +4

    Qizil adamsan şaiir

  • @sematelecom8214
    @sematelecom8214 Месяц назад

  • @malikbabazade
    @malikbabazade 2 года назад

    Doğma feilləri yad ismlərə qoşmaq 😔

  • @familmmmdov8286
    @familmmmdov8286 Год назад +1

    Əla

  • @user-yy3mc9mc5h
    @user-yy3mc9mc5h 11 месяцев назад +1

    Mən butun gunu demek olar sizi oxuyub dinləyirəm❤❤❤
    Amma bu nece iller ərzində hələdə bir kəlmə soz və bir cumlə qura bilmirəmki
    Sizə sizin yazdiglariniza layiq olsun.
    Bilmirem sizin yazdiglarinizi və mənim yasadiqlarimi hansi dillə hansi soxlerle və hansi cumlelərle deyim.
    Təkcə onu deyimki yaxsiki varsiz
    Yaxsiki yazmisiz yaxsiki yazirsiz❤

  • @aygulmammedalizade6685
    @aygulmammedalizade6685 2 года назад +2

    🙏🏻🙏🏻🙏🏻

  • @metabeats921
    @metabeats921 Год назад

    Səni sevirəm avtoş Rasim
    - Uzman Qılman hoca 😁

  • @alexsalfrida3864
    @alexsalfrida3864 2 года назад

    Yaxşıdır , o qədər də möhtəşəm deyil. Yəni bu şeirdən ən azı 15 dəfə daha mükəmməl şeirləri var.

  • @hsnliyev6154
    @hsnliyev6154 Год назад

    İRANDA MÜALİCƏSİ VAR AĞSAQQAL😂😂😂