Ramiz Rövşən - Ay bu yükün yiyəsi - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 9 июл 2020
  • #kamranmyunis #kamranyunis #ramizrovsen #şeirlər
    #poeziyateatrı #sevgişeirləri #şiirler #xəyyammirzəzadə
    Bəstəkar - Xəyyam Mirzəzadə - “Arxadan vurulan zərbə” filmi
    Ramiz Rövşən - Ay bu yükün yiyəsi
    Ay bu yükün yiyəsi
    Gör bir nə tez xərclədim günləri manat kimi,
    Əvəzində nə aldım -
    heç xəbərim olmadı.
    Çox yerdə başa keçdim hörmətli qonaq kimi,
    Amma ayaq qoymağa
    heç öz yerim olmadı.
    Dünyada hərə bir cür qocalmağa başlayır;
    Başdanmı qocalan çox, ayaqdanmı?
    Kim bilir.
    Hansı pisdi -
    yerişi, yoxsa ağlı itirmək?
    Axsaqdanmı soruşaq, axmaqdanmı?
    Kim bilir.
    Mən nəsə ayağımdan qocalmağa başladım,
    Ağıllı başım çətin köməyimə yetişə.
    Ayağımın ucundan başlayan şiş yeriyib
    Yavaş-yavaş haçansa ürəyimə yetişər.
    Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
    Ayaqlarım zay olub lap sıradan çıxsa da.
    Çox dostlarla günbəgün aram soyuyur, -
    ancaq
    Mən aradan çıxmaram, kim aradan çıxsa da.
    Bir vaxt iri köpəklər hürərdilər üstümə,
    İndi xırda küçüklər hürüşür addımbaşı.
    Hürməkdə o köpəklər
    yaman ustaydı, usta,
    Bu küçüklər hələ ki,
    bir az naşıdı, naşı.
    İt hürər, karvan keçər...
    Yox, mən karvan deyiləm,
    Mən - karvanı talanmış
    tənha, yorğun bir dəvə.
    Dörd tərəfi bürüyən toz-dumanın içində
    Baş götürüb gedirəm
    ağlım kəsən tərəfə.
    Yük altında göynəyir kürəyimin qabarı,
    Yük altında təngiyir hər addımda nəfəsim.
    Nə atmağa qıyıram,
    nə gücüm var - aparım,
    Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..
  • КиноКино

Комментарии • 154

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +24

    Dünyada hərə bir cür qocalmağa başlayır,....
    Allah heç kimin can sağlığın alıb, qocalığında kiməsə möhtac qoymasın.Amin🙏

    • @yaqutosmanova405
      @yaqutosmanova405 4 года назад +6

      Fikirləşmə qocalmisan qadası,
      Qcaliq insana tanrı payıdi.
      Qocalıb dünyadan kocərsə insan,
      Tanrının ən böyük ərmaqanidi.
      Övladlar ömrünün şah əsəridir,
      Nəvələr əsərin gül cicəyidir,
      Aq saçlar ömrünün bər bəzəyidir,
      Fikirləşmə qocalmisan qadası.
      Gözün nurdan düşsə,belin bukulsə,
      Ağızda dişlərin bir bir tökülsə,
      Haqqın dərgahından əlin çəkilsə,
      Fikirləşmə qocalmisan qadası.
      Uzr istəyirəm
      Yeganə xanım kimsə qocalıqdan danışanda bu şeirim yadıma düşür.

    • @yeganequliyeva664
      @yeganequliyeva664 4 года назад +1

      @@yaqutosmanova405 Ürəyinizə sağlıq! Gözəl qəlbiniz daima cavanlıq eşqiylə döyünsün Amin.🙏💕

    • @yaqutosmanova405
      @yaqutosmanova405 4 года назад +1

      @@yeganequliyeva664 var olun
      Yeganə xanım bu şeri 93yasli, atama yazmışam 90illiyində.

    • @dogruyol6251
      @dogruyol6251 Год назад +1

      Amin!

  • @sebrsebr9683
    @sebrsebr9683 3 года назад +5

    Yukum elə agirdiki heyim yoxdu daşımağa...

  • @helimebabayeva1153
    @helimebabayeva1153 3 года назад +7

    Allah bu şeiri yazana da söyləyənə də can sağlığı versın.İkisi də mənim sevimli ustadım.

  • @user-gl9ur9fh1v
    @user-gl9ur9fh1v 2 года назад +4

    Ramiz Rovsen
    Kamran. M. Yunis
    Tesekkurler! 🧡🧡

  • @reyhanhesenova6827
    @reyhanhesenova6827 4 года назад +4

    Yene gece hemin ses amma ayrl ayrl sohbetler

  • @Bakinec89
    @Bakinec89 3 года назад +4

    Ata Allah sene rehmet elesin, Allah butin valideyinlere rehmet elesin

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +11

    Çox anlamlı, təsirli bir şeir! İfa! Susub təkrar-təkrar dinləmək!

  • @lolaazeri3917
    @lolaazeri3917 Месяц назад +1

    Bulmirəm nə yazim ....
    Sizə və müəllifə sonsuz təşəkkürlər 👏👏
    Var olun DƏYƏRLİ SƏNƏTKARLARİMIZ.

  • @ruslanrustamov9694
    @ruslanrustamov9694 2 года назад +3

    Bu qədər gözəl və mənalı şeri hər kəs həyatında azı bir dəfə də olsa oxumalı ya dinləməli. Və Kamran M. Yusif bu şeri yaşayır bizə də yaşadır. Təşəkkürlər

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +7

    DƏYƏRLİ SƏNƏTKARIMIZ.
    Var olasınız.

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 2 года назад +1

    Gecə saat 3... Mən yenə ruhuma pay üçün qapınızdayam..

  • @eminhuseynov5708
    @eminhuseynov5708 4 года назад +6

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @princessblog6956
    @princessblog6956 2 года назад +2

    Sadəcə ürəkdən düşündüklərini tam anıadan gözəl şeir ,möhtəşəm ifada🤲💞

  • @user-wj3ir8gl1n
    @user-wj3ir8gl1n 2 года назад +1

    БАХ БУ МИСРАЛАР МЕНЕ ЙАЗЫЛЫБ.ТОЧЬНО☝🌹

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 года назад +2

    Dünyada hərə bir cür qocalır

  • @vfammmdova1226
    @vfammmdova1226 3 года назад +4

    Tek bir sozle mukemmel👌👌👌👌

  • @user-sv5bc9gi7l
    @user-sv5bc9gi7l 3 года назад +2

    Ay bu yukyn yiyasi...👏👏👏

  • @user-dp8mf5rb8p
    @user-dp8mf5rb8p Год назад +1

    Mən elə bilirdim öz yükümlə bu həyatda təkəm bu şeri dinlədim başa düşdüm ki tək deyiləmmiş, ürəyinizə, səsinizə sağlıq dəyərli İNSANLAR❤

  • @vuqarbayramov7176
    @vuqarbayramov7176 Год назад +1

    Səsləndirmə də, şeirdə möhtəşəmdir!!

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 4 года назад +12

    Bu yağışlı həzin yay axşamında, səsiniz ruha qidadır

  • @konulbayramova6840
    @konulbayramova6840 4 года назад +7

    Ay bu yükün yiyəsi...
    Biz görən necə qocalıriq?
    Məncə mən ürəkdən bawladim....
    Dəyər verdiyim insanlar.USTAD var olun ki RAMİZ RÖVŞƏN yaradıcılığını dəfə dəfə bizlərə ermagan edirsiniz.
    Ürəyiniz dərd görməsin.Sesiniz tukenmesin Ay bu səsin yiyəsi.Tanri qorusun sizi.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +3

    Çox dostlarla günbəgün aram soyuyur ancaq,
    Mən aradan çıxmaram, kim aradan çıxsa da.❤️❤️

  • @ilahbdlova3252
    @ilahbdlova3252 3 года назад +2

    Sanki bir ömür canlandı ğöz önünde , cox tesirli şerdi Yaşa senetkar Ramiz müellim min yaşa

  • @nartavantagiyeva1535
    @nartavantagiyeva1535 4 года назад +3

    CAN ❤️🌹🌹🌹

  • @renaagabekova1741
    @renaagabekova1741 4 года назад +3

    SABAXINIZ XEIR .

  • @vuqarali6713
    @vuqarali6713 16 дней назад +1

    Sağolun.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +7

    ❤️35❤️

  • @zenfirazamanova8185
    @zenfirazamanova8185 3 года назад +2

    "Karvanı talanmış dəvə..."Ramiz Rövşən...Çox dərd ,böyük itkilər görmüş anamsa deyərdi:"Mən dəvəsi ölmüş ərəbəm..."((

  • @samurayfightclub8735
    @samurayfightclub8735 2 года назад +2

    Var ol qardaş.

  • @almnurkamalova7604
    @almnurkamalova7604 2 года назад +1

    Ürəyinizə sağlıq gözəl sənətkar

  • @nurcahan6353
    @nurcahan6353 4 года назад +7

    Başınızda, Ürəyinizdə, ayağınızda hər zaman sağlam və sizə sadiq olsun Ramiz Rövşən 🌹💓 Kamran M.Yunis Var Olun 🌹🌹🌹🌹🌹💓

  • @validamamedova2237
    @validamamedova2237 4 года назад +4

    Yük altında təngiyir hər addımda nəfəsim.

  • @user-wj3ir8gl1n
    @user-wj3ir8gl1n 2 года назад +1

    АЙ АЛЛАХ НЕЧЕ СЗЛЕР,НЕЧЕ СЕС.АЛЛАХ ГОРУСУН СИЗИ.

  • @teranequliyeva7283
    @teranequliyeva7283 3 года назад +2

    Eynən mənim həyatım..Köpəklərin gücü çatmadı indi kücükləri hürür.Sağ olun.

  • @samaxishrininqhrmanlari4231
    @samaxishrininqhrmanlari4231 4 года назад +2

    Nə qeder cağırırsız cağırın gəlməz...
    Gələ bilməz...
    Bir o oldu ki,getdi.....

  • @ulyaGeydar
    @ulyaGeydar 3 года назад +3

    Çox gözel.....

  • @xatirehaciyeva8133
    @xatirehaciyeva8133 3 года назад +3

    Əla

  • @sevincrzayeva139
    @sevincrzayeva139 3 года назад +2

    Allah dawlya bileceyimiz yükü bize versin Aminn! Sebr et!!!

  • @paraparalar4510
    @paraparalar4510 3 года назад +1

    Ramiz Rövşən cox sevirəm sizin şeyirləri

  • @elladasamsungduos.6959
    @elladasamsungduos.6959 4 года назад +4

    Siz cox gözel insansiz kamran bey

  • @nihalhaciyeva664
    @nihalhaciyeva664 4 года назад +3

    Ay bu yükün yiyəsi....

  • @ulus1250
    @ulus1250 4 года назад +2

    .....Ayax qoymağa heç öz yerim olmadı.
    ....hansı pisdi - ağlı itirməy!

    • @ulus1250
      @ulus1250 4 года назад +1

      Çox dostlarnan aram soyuyur
      Amma mən aradan çixmaram!

  • @mubarizehmedov939
    @mubarizehmedov939 4 года назад +5

    İnşəAllah yükündə,yerində,göyündə yiyəsi özünü göstərəcək

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 года назад +2

    Yalnız....şeirləriniz..mənimçün..əvəzsizdi..Allah..səsinizi..sizi..bizə..çox..görməsin

  • @userzemfira8022
    @userzemfira8022 4 года назад +4

    👍👐

  • @chegevara7323
    @chegevara7323 3 года назад +2

    Fantastika!

  • @hemidhemid8677
    @hemidhemid8677 3 года назад +2

    Bir gör nə tez xərclədim,günləri manat kimi....necə gözəl bənzərlik! Qəlbi gözəl Sənətkarımız! 🙏🙏

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 4 года назад +3

    Mən- karvanı talanmış tənha,yorgun bir dəvə..👍👍

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +5

    Men aradan çixmaram,kim aradan çıxsada

  • @sevincnamazova3771
    @sevincnamazova3771 4 года назад +3

    Amma ayaq qoymağa heç öz yerim olmadı... Olmadı ki, olmadı...

  • @aygunaygun8263
    @aygunaygun8263 2 года назад +1

    Kamran bey🙏🏻🤲🏻💯

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +5

    Ürəyinizə min sağlıq Ustad! 🙏🙏🙏

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +5

    🎧 9👍,10👍 👏

  • @yaqutosmanova405
    @yaqutosmanova405 4 года назад +5

    Var olun usdad yenə zirvədəsiniz.
    Bu sərin yay gecesində ruhumüzu oxşadı səsiniz.

  • @yaqutosmanova405
    @yaqutosmanova405 4 года назад +2

    Kamran bəy
    Ramiz Rövşən şeirləri sizin ürəyinizi yandırır və səsinizə hopur.
    Sizə qulaq asanlari da yandırır.
    Rəbbim sizi qorusun usdad.

  • @behbudovamanzar
    @behbudovamanzar 5 месяцев назад +1

    Salamlar!Kamran muəllim əgər bu seiri analiz eləsək,cox vaxt aparar!Amma?Bir seyi qeyd edim ki,hər kəsə bu cur qocalmaq ,yuk dasimaq qismət olmur!Hərə oz taleyinə yazilan omru yasayir!Elə siz də!Elə mən də!Elə Ramiz Rovsən də!Bir zamanlar korifeylər olanda Ramiz Rovsən cox gənc idi!Ele qara saclari var idi!Gənclerin sevdiyi sair idi!Və...agilli olanlar ondan böyük şairləri sevirdi!İndi ondan boyuklərdən bir Nəriman Həsənzadə qalib!İndi bu insan da oz xoşbəxt qocaligini yasayir!Və ...gozəl seirlər yenə də yazır!Estafet qetsə də ,yeni gənclər yenə də onu sevir,cunki gənclər kimi düşünür!Qocalar kimi məsləhət verir!Deməli,insani qocaldan da muhitdir,cavan saxlayan da!Agilla cox dusunmek lazim deyil,bir az yüngül düşünsək,bəs edər!Qaldi kopəklerin hürməsinə?"Ağılsiz kopəklər ulduza hürər!"Hururlər e..e.amma tutmurlar!Yuk dasimaq da dəvələrin pesəsidir!Elə olmasa onlari nəyə gorə saxlayirlar ki...Susuzluga çox dözumlu ,yemə az tələbkar və ...səhra heyvani kimi ərəblərin sevimli heyvani kimi!Lazim gələndə ətini də kəsib qurban verirlər!"Dəvəsi olmus ərəbdən" ən bədbəxti yoxdur ,səhrada!(Burada bir cografiya muəllimi kimi yazdim,lap!)Bəzən bir ailə yukunu cəkə bilməyənlər,bir dovlətin,bir dunyanin yukunu ciyinlərində daşıyır lar!Sizin kimi və mənim kimi!Sonra da bizə bəəxtəvərlik edirlər,kənardan hürənlər!(Sizə bəlkə də hurənlər olub,mənə isə hec vaxt hurə bilməyiblər!Olkəmə qarsi hurənlərin cavabini elə gozəl vermisəm ki...)Sair N.Həsənzadə nin "Zarafat" seirində deyilir ki:Səni nənəlik,məni də babaliq gozləyir,bu boyda zarafat?Amma....nə məni nənəlik gozlədi,nə də sizi babaliq!Bizi hec kəsə qismət olmayan xosbəxt qocaliq gözlədi!Biz bu hissləri yasamasaq da,minlərlə insana ornək olan bir omur yasadiq!Və ...sagligimizda canli əfsanəyə cevrildik!Hec zaman unudulmayacaq və yaddan çıxmayacaq insanlar olduq!Allah qalan omrunuzə bərəkət versin!Nə ayaqdan,nə də basdan qocalmayasiniz!Amin!Və ...Allah Xəyyam muəllimə də rəhmet eləsin!Gözəl musiqi və ..Elcin Əfəndiyev də sag olsun!Onun yazdigi "Ox kimi bicaq". povesti əsasinda cəkilen "Arxadan vurulan zərbə" filmi də hec zaman unudulmadi!Allah sizi daim var eləsin!Sənətkar!👍👏❤️💯🤲

  • @amalyamehdiyeva3691
    @amalyamehdiyeva3691 4 года назад +4

    Axwaminiz xeyir.Çox sağ olun..

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    Ay bu yükün yiyəsi
    Gör bir nə tez xərclədin günlərini manat kimi,
    Əvəzində nə aldım...
    Heç xəbərim olmadı..

  • @renaagabekova1741
    @renaagabekova1741 3 года назад +2

    XARALARDASAN? DI .ÇƏL ÇIX AY .BU YÜKÜN YIYƏSI!

  • @renaagabekova1741
    @renaagabekova1741 4 года назад +2

    ÇOOİX ÜZR ISTƏIRƏM .,XƏRDƏN SƏXV YZDIHIM ÜÇÜN ,VƏ YAZDIKLARIMI POZDUHUM IÇIN .,UTANIRAM .ONA GÖRƏ ,ÜZÜRLÜ SAYN ..... XÖRMƏTLƏ .RƏNA XANUM .....ALLAX SIZLƏRI GORUSUN ..ŞEIR ÇOOOOOX GÖZƏLDI ..ALLAH SIZI GORUSUN KƏMRAN .M. YÜNIS! .VAR OLUN .

  • @aidanmirza5008
    @aidanmirza5008 3 года назад +4

    Kamran müəllim,elə bil ürəyimin sarı siminə toxundunuz. Bir qadın daşıya bilmədiyi yükü daşıyanda ətrafında nə qohum qalır, nə qatdaş. Yük altında mən də təntiyirəm artıq. Amma bu yükün yiyəsi gəlmir ki, gəlmir! Təşəkkür edirəm sizə Kamran bəy, var olun gözəl şairimiz Ramiz Rövşən! Hələ də çıxa bilmirəm bu şerin təsirindən.

  • @ranababanli4535
    @ranababanli4535 4 года назад +3

    Cekdiyimiz yukun aqirliqini bilse insan , o yuku dawiya bilmeyeceyini bilerken hemin an qocalardi! Menim yukum iki ildir itirdiyim baw tacimin yoxluqudur!😔 WAIR!UREYINIZE QUVVET! VE KAMRAN BEYLE BAHEM ALLAH SIZE DAWIYA BILMEYECEYINIZ YUKU QISMET ETMESIN 🤲⚘!

  • @lalequliyeva3073
    @lalequliyeva3073 4 года назад +3

    Gecəniz xeyir.
    Təşəkkürlər!
    Möhtəşəm!

  • @samaxishrininqhrmanlari4231
    @samaxishrininqhrmanlari4231 4 года назад +2

    Sesinize quvvet 👐

  • @user-er7zh4vp7n
    @user-er7zh4vp7n 2 года назад +1

    Beli yalan bow dunya Haqsiz vicdansiz dunya

  • @MAQAFF218
    @MAQAFF218 Год назад +1

    Super

  • @orxanmemmedov4984
    @orxanmemmedov4984 4 года назад +3

    Çox sağ olun bəy..👍

  • @metanetnurmemmedova7900
    @metanetnurmemmedova7900 3 года назад +3

    💞

  • @suzanakarakas4591
    @suzanakarakas4591 4 года назад +2

    Ay bu yükün yiyəsi...♥

  • @smahsnova8787
    @smahsnova8787 4 года назад +6

    Siz çox gözəl insansınız

  • @user-jn8rq8mg9r
    @user-jn8rq8mg9r 3 года назад +3

    👍👍👍👍👍

  • @gulnarhuseynzade1014
    @gulnarhuseynzade1014 4 года назад +2

    👏👏👏 👍

  • @paradiseflower5015
    @paradiseflower5015 4 года назад +2

    Məni yixsa ürək yıxacaq...

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 4 года назад +2

    Hər dəfə şer seçiminizə heyran oluram👏👏

  • @gsgsvsgsgsvsv688
    @gsgsvsgsgsvsv688 4 года назад +2

    Не йахшыки варсыныз.
    Аллах эманети олун...

  • @aruhumunmlyi4361
    @aruhumunmlyi4361 4 года назад +3

    Axşamınız xeyir.Böyük Ustad!

  • @iradam7143
    @iradam7143 4 года назад +2

    👍❤

  • @gulyakocharli164
    @gulyakocharli164 4 года назад +3

    😧❤🙏🌷

  • @lifatih5219
    @lifatih5219 5 месяцев назад +1

    Həəəəəə😓

  • @user-my7go3wj5n
    @user-my7go3wj5n 4 года назад +6

    Ureyimiz yixildi bu gun Qubada shehid var

  • @cickyags4191
    @cickyags4191 3 года назад +3

    ❤️362❤️

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 года назад +2

    🎧👍👍👍

  • @fatimequluzade7054
    @fatimequluzade7054 2 года назад +2

    Kaskı menim yukmu ceken olaydi

  • @hicrannadirova1936
    @hicrannadirova1936 2 года назад +1

    👍👍👍👍👍👍👍

  • @userzemfira8022
    @userzemfira8022 4 года назад +14

    Dostlar salam. Yıldızlı gecəmiz xəstəxanadadır hamınızı salamladı və dualarımıza ehtiyacı var..
    Əziz Ulduzumuza Allahdan səfa diləyək . Allah qorusun hər birimizi. Əziz Ulduzumuz tez sağalıb ailəsinə balalarına doğma kanalımıza qayıtsın,👐👐👐

    • @aygunaygun8263
      @aygunaygun8263 4 года назад +6

      Cann Ulduzumuz Bu sehifede yerin cox gorunur.Tez qayit gel Inwallah ❤❤❤

    • @userzemfira8022
      @userzemfira8022 4 года назад +5

      @Sema Yagmur Amin canım amin. Hamımız dua edək mehriban Ulduzumuza. Bütün xəstələrə. Bu cətin günlər qorxunc yuxu kimi unudulsun.👐

    • @validamamedova2237
      @validamamedova2237 4 года назад +6

      Ulduzlar Tanrıya yaxındırlar.İnşallah duaları tez eşidər və qəbul edər.İnşallah.
      Allah şəfa versin

    • @yaqutosmanova405
      @yaqutosmanova405 4 года назад +6

      Rəbbim
      Ulduz xanıma şəfa versin.
      Tezliklə sağalıb ailəsinə qovuşsun.
      Düzdür mən usdad ailəsinə təzə qosulmuam.
      Rəbbim bütün xəstələrə mərhəmət etsin

    • @userzemfira8022
      @userzemfira8022 4 года назад +6

      @@validamamedova2237 Amin

  • @vuskanecef
    @vuskanecef 4 года назад +2

    🌺🥀🥀🥀🥀👍👍👍👍❤

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Год назад +1

    🎧🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @karimaliyev901
    @karimaliyev901 2 года назад +1

    Həmişə aramızda olasınız Necəsiniz

  • @renaagabekova1741
    @renaagabekova1741 3 года назад +2

    MƏN KƏRVANI TALANMIŞ .TƏNHA YÖRHUN BIR DƏVƏYƏM......... YÜK ALTINDA GÖYNYÜR ............... NƏ ATMAHA GIYIRAM .NƏ ATMAHI ....XARDASAN .GƏL ÇIX ..............AY YÜKÜN YIYƏSI!