Hətta 1 Dənə Xurma Görün Nələr Edir...

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • #BirBax #sağlamlıq #xurma
    Quranda adı çəkilən xurma meyvəsi. Onun möcüzəvi faydaları haqda bu günıə kimi çox video hazırlamışıq. Bəli xurma faydalı qidadır, amma qədərində yeyildikdə. Bu gün sizə xurmanın zərərləri haqda məlumat verəcəm. Onun faydasından yararlanmaq üçün nə qədər yeməliyik? Videomuzda biləcəksiniz.
    Xurma orqanizmdə nələr edir?
    Xurma qədim zamanlardan qidalanmanın bir hissəsi sayılıb. Uzun müddət Yaxın Şərq əhalisinin və Şimali Afrika əhalisinin qidasının əsasını məhz xurma təşkil edib. Onlar bu qənaətdə olub ki, xurmanın tərkibində insan orqanizminə lazımlı bütün maddələr var. Xurma ağacı o qədər asan yetişdirilir ki, hazırda, demək olar, planetin hər yerində bu ağaclara rast gəlmək mümkündür. “Bibliya”da və “Quran”da haqqında danışıldığı üçün xurma bəzi inanclarda “müqəddəs meyvə” sayılır.
    Xurmanın faydaları.
    Meyvənin faydalılıq dərəcəsi zəngin kimyəvi tərkibinə əsaslanır. Onun tərkibində bunlar var:
    A, C, K, PP, B qrupu vitaminləri;
    Dəmir, maqnezium, kalsium, sink, fosfor və s.;
    Niasin (nikotin turşusu);
    23 növ amin turşuları;
    Protein;
    Qida lifi;
    Zülal;
    Və Yağ;
    Xurmanın qida dəyəri 100 qramda 275 kkal-dir. Xurma qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır, karbohidratların mənimsənilməsini və emalını asanlaşdırır. Tərkibindəki minerallar sayəsində orqanizmin sutkalıq kükürd, maqnezium, mis ehtiyacını ödəyir. Yetər ki, sutka ərzində, cəmi, 10 xurma yeyilsin.
    Qida lifləri və pektin bir çox onkoloji xəstəliklərə tutulma riskini aşağı salır, həzm sisteminin işini dəstəkləyir. Sellüloza qidaların həzm olunmasını stimullaşdırır, qəbizliyi aradan qaldırır. Qeyd etmək vacibdir ki, xurmanın tərkibində xolesterin yoxdur.
    Xurmadakı antioksidantlar sərbəst radikalların orqanizmdəki fəaliyyətinin qarşısını alır. Karotenoidlər ürəyin işini normallaşdırır, gözlərdə yaranacaq hər hansı problemin önünə keçir. Xurma iltihabi prosesin irəliləməsinə mane olur, diabetin və alzeymerin kəskinləşməsinə imkan vermir. Tərkibində yüksək miqdarda karbohidrat olmağına baxmayaraq, meyvə bol kalorili sayılmır. Pəhriz proqramlarında şirniyyatların xurma ilə əvəzlənməsinin səbəbi budur.
    Qədim insanlar inanırdılar ki, xurma həyat enerjisi verir, gücü artırır, gümrahlıq verir, orqanizmin xəstəliklərlə mübarizə aparmasına kömək edir, aclıq hissini gecikdirir. Soyuqdəymə və hər hansı mövsümi xəstəlikdən sonrakı günlərdə xurma yemək orqanizmin özünübərpasını sürətləndirir.
    Doyurucu olan meyvə orqanizmi bir çox komponentlərlə təmin edir, aclığı sürətlə yox edir. Gərgin iş prosesində, uzun yol gedərkən yeyilən xurma orqanizmə yenidən güc qazandırır, beynin fəaliyyətini yaxşılaşdırır. Meyvənin tərkibində bol miqdarda maqnium və kalium var. Məhz buna görə də, ürək-damar sistemində problem olanlara xurma yemək tövsiyə edilir.
    Xurma qurusu da təzəsi qədər faydalıdır. Elmi cəhətdən sübut olunub ki, xurma qurusu baş beyinin və mərkəzi sinir sisteminin işinə müsbət təsir edir. Bundan əlavə, xurma qocalığı ləngidir, əhval-ruhiyyəni yüksəldir, yuxu rejimini nizama salır.
    Xurmanın faydalarını, qısaca olaraq, belə sistemləşdirmək olar:
    -immuniteti möhkəmlədir və orqanizmin özünüqoruma gücünü artırır;
    -arterial təzyiqi normaya salır, ürək-damar sisteminin fəaliyyətinə dəstək olur;
    -qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır;
    -eritrositlərin konsentrasiyasını yüksəldir;
    -həzm sisteminin işini normallaşdırır;
    -mədə yanmasını aradan qaldırır;
    -sümükləri, dişləri və dırnaqları möhkəmləndirir;
    -iş qabiliyyətini, dözümlülüyü artırır, enerjini yüksəldir;
    -infarkt və insult riskini aşağı salır;
    -zehni qabiliyyəti yüksəldir;
    -görmə qabiliyyətini yaxşılaşdırır, göz yorğunluğunun dərəcəsini azaldır;
    -antibakterial kimi çıxış edir;
    Müxtəlif xəstəliklər zamanı xurmanın qəbul edilməsi.
    Hərtərəfli faydalı olan xurma xalq təbabətində geniş istifadə olunur.
    1. Hipertoniya zamanı. Əgər qanda şəkərin səviyyəsi normadadırsa, hər gün səhər yeməkdən 30 dəq qabaq 50-100 qr xurma yemək məsləhətdir. Müalicə kursu 3 həftədir. Sonra 10 gün fasilə verin, ardınca kursu təkrarlayın.
    2. Qəbizlik zamanı. 5 xurma qurusunu yuyun, yarım litr distillə edilmiş suya əlavə edin, vam odda kompot kimi qaynadın. Məhlulu soyudun, hər səhər acqarına 1 stəkan için. Zövqə görə, məhlula yulaf əzməsi qataraq 25-30 dəq gözləmək, səhər yeməyi əvəzinə yemək də olar.
    3. Quru öskürək və sinədə xışıltı zamanı. 10 xurmanı yuyun, yarım litr distillə edilmiş suya əlavə edin, vam odda 1 saata qədər qaynadın. Məhlulu isti halda qəbul etmək lazımdır. Bundan əlavə, 5-6 xurmanı 1 stəkan təzə südə qataraq içməklə də adı çəkilən narahatlıqlardan yaxa qurtarmaq olar.
    4. Miqren zamanı. Miqrenin ən asan müalicə üsulu boyunu və kürəyi masaj eləməkdir. Hər gün yaşıl çin çayı içmək, 50 -100 qr xurma yemək də miqren ağrılarından yaxa qurtarmağın əlçatan üsullarındandır.

Комментарии • 31

  • @Ali.mamed009
    @Ali.mamed009 9 месяцев назад +5

    Maşallah sene ürəyimsən benim 😊😊

  • @xyalhacyev6578
    @xyalhacyev6578 9 месяцев назад +3

    Tewekkurler Xeyale xanim👏🙏

  • @asifesgerov3284
    @asifesgerov3284 9 месяцев назад +4

    Coxlu -coxlu sag olun .Marifləndik

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 9 месяцев назад +3

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  9 месяцев назад +1

      BİZ TƏŞƏKKÜR EDİRİK

  • @Ali.mamed009
    @Ali.mamed009 9 месяцев назад +6

    Peygamber efendimiz buyurdu ki xurmanı tək yeyin cüt değil yani 1 3 5 7 9 bele cüt yeyəndə zərər olur bu bir hədis 😊

  • @sapazmikayilov4406
    @sapazmikayilov4406 9 месяцев назад +3

    Allah razı olsun Teşekkürler

  • @adilemirzeyeva3307
    @adilemirzeyeva3307 9 месяцев назад +2

    Çox sağ olun Allah Sizdən razı olsun.Nə yaxşı maraqlı vidioları bizimlə paylaşırsınız.Allah Sizi qorusun☝️❤😗👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @birbaxkanal
      @birbaxkanal  5 месяцев назад +1

      İzlədiyiniz üçün təşəkkür edirəm ❤

  • @cahangiryusif2161
    @cahangiryusif2161 9 месяцев назад +3

    Tesekkur edirem. Hergun yeyirem ama xeyrini bilmirdim

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 9 месяцев назад +3

    FAYDALI MƏJUMATDIR ÇOX SAĞOJUN

  • @ehmedmustafayev834
    @ehmedmustafayev834 9 месяцев назад +3

    Dəyərli məsləhətinizə cörə təşşür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  9 месяцев назад

      BİZ TƏŞƏKKÜR EDİRİK

  • @Shadow-ks1tz
    @Shadow-ks1tz 9 месяцев назад +8

    Peyğəmbər sallallahu aleyhi və sellem insanı xurma ağacına bənzədiyini söyləyib.

  • @kamransaidov8159
    @kamransaidov8159 8 месяцев назад +1

    Mən qənd və şirniyyat əvəzi xurma yeyirəm.

  • @user-cn7og4ci9h
    @user-cn7og4ci9h 8 месяцев назад +1

    Hansi xestelere xurma yemək olmaz?

  • @ehmedefendiyev5520
    @ehmedefendiyev5520 9 месяцев назад +1

    Salam bajııı yaddaşın möhkəmləndirilməsi üçün nə etmək lazımdır, hər şey yadımdan çıxır cavab versəniz çox sevinərəm

    • @birbaxkanal
      @birbaxkanal  9 месяцев назад

      Bununla bağlı videomuz var kanalda

  • @Ayaz_Qurbanov
    @Ayaz_Qurbanov 8 месяцев назад

    ❤❤

  • @S90135
    @S90135 9 месяцев назад +1

    Yaddaş gucləndirmək üçün ne meslehet gorursuz? Deyərdiz zəhmət olmasa

    • @birbaxkanal
      @birbaxkanal  9 месяцев назад +1

      Bu barədə videomuz var. Linkini göndərəcəm sizə

    • @S90135
      @S90135 9 месяцев назад

      ​@@birbaxkanaltm

    • @S90135
      @S90135 9 месяцев назад

      ​@@birbaxkanal?

  • @haticecesur3458
    @haticecesur3458 9 месяцев назад

    💝👸✳️🌼✨