Xurma haqqında VACİB MƏLUMAT - 1 Dənəsi Görün Nələr edir...

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2024
  • #sağlamlıq #demədidemə #xurma
    Sən demə, bəzi problemlər zamanı xurmanın ziyanı faydasından çox imiş. Kimlərə xurma yemək olmaz, yeyilərsə hansı əks təsirləri olacaq... Videoda bu haqda danışacağam.
    Əslində, xurma insan sağlamlığına çox faydalıdır. Vətəni Çin olan xurmanın latınca adı “ürək alması”dır. Haqqındakı yazılı mənbələrin çoxu, təxminən, 2000 il əvvələ aiddir. İndi xurma dünyanın bir çox yerlərində yetişir. Elə xurma ağacları var ki, yaşı 500-ə yaxındır. Hazırda dünyada yetişdirilən xurmalar 5 növdür.
    Qəbul edilməsi və faydaları.
    Xurma qiymətli qidadır. O, təkcə xeyirli meyvə deyil, həmçinin, sevimli şirniyyatdır. Tərkibində vitaminlər, təbii turşular, minerallar və mikroelementlər var. Yod, dəmir, kalium, kalsium, fosfor, kalium permanqanat, maqnium, natrium, beta karoten, liflərlə zəngin olan xurma avitaminozun, dəmir əksikliyindən qaynaqlanan anemiyanın profilaktikasında olduqca işə yarayır. Pis xolesterinin səviyyəsini aşağı salır. Antibakterial xüsusiyyətinə görə, bağırsaq patalogiyalarında, həzm sistemi problemlərində orqanizmin köməyinə çatır. Sidikqovucudur və ürəyin işindəki çatışmazlıqları aradan qaldırmaqda mahirdir. Mədə xorası zamanı mədə-bağırsaq traktatının işini normal yerinə yetirməsinə dəstək olur. Qaraciyər və böyrək xəstəlikləri zamanı malik olduğu turşularla müalicəvi əhəmiyyət daşıyır. Sinir sisteminin özünü bərpasına kömək edir.
    1. Qalxanabənzər vəzinin xəstəlikləri zamanı.
    Xurma yodla zəngindir. Yod çatışmazlığı qalxanabənzər vəzi xəstəliklərinin ilkin səbəblərindəndir. Ona görə də, vəzinin xəstəliyi zamanı həm profilaktik, həm də müalicəvi məqsədlə xurma yemək lazımdır.
    2. Sidik yolları daşı zamanı.
    Sidikqovucu xüsusiyyəti olan meyvə bununla orqanizmdən artıq duzların xaric edilməsinə xidmət edir. Bundan əlavə, xurmadakı bol maqnium sidik yollarındakı daşın həcmini önəmli ölçüdə azaldır. Sidik yolları ilə bağlı istənilən problem zamanı xurma yemək faydalıdır. Sadəcə, hər şeyi ölçüsündə, nizamlı eləmək lazımdır.
    3. Soyuqdəymədən qaynaqlanan xəstəlikər zamanı.
    Bu zaman təzə xurma şirəsi köməyə çatır. Yaxşı olar ki, yarım stəkan şirəyə bərabər miqdarda qaynamış, isti su qatasınız. Alınan qarışımla gündə 5-6 dəfə boğazınızı qarqara edin. Soyuqdəymə və qripin profilaktikasında mütəmadi xurma yemək də tövsiyələr sırasındadır.
    4. Hipertoniya zamanı.
    Yüksək arterial təzyiqin normallaşmasında xurma çayı effektivdir. Amma söhbət xurmanın özündən yox, özəyindən gedir. 1-2 ədəd xurma özəyini 100 ml suda qaynadın. Sonra ağzını bağlayın və 30-40 dəq dəmlənməsini gözləyin. Bundan sonra qarışımı azca vam odda isidin və isti halda için. Sutkada 1 litrədək bu çaydan içə bilərsiniz. Qış mövsümündə bu çayın içilməsi immunitetin dəstəklənməsi üçün də lazımdır. Öskürək və bronxit zamanı müalicəvi təsirə malikdir.
    5. Ürək-damar sisteminin problemləri zamanı.
    Malik olduğu yüksək miqdardakı beta karoten və bioflavonoidlərlə xurma əsl “ürək dostu”dur. Kalium isə ürək əzələlərini möhkəmləndirir və artıq mayenin oranizmdən xaric edilməsini təmin edir. C vitamini damarların divarlarını qoruyur. Ürək-damar sisteminin sağlamlığı üçün gün ərzində 2-3 xurma yemək məsləhətdir. Müalicə müddəti 2 həftədən 1 ayadək çəkə bilər. Sadəcə, çalışın ki, bu müddətdə yeməyi az-az yeyəsiniz. Öynələr arasında isə otaq temperaturundakı meyvələri yeyin.
    6. Ağciyərlərin soyuqlaması zamanı.
    Qabığı və çiyidləri ilə də xurma orqanizmə faydalıdır. Ağciyər soyuqlaması zamanı müalicəvi vasitəni hazırlamaq üçün 1-2 xörək qaşığı xurma çiyidi götürün. Tunc tavada qovurun və üyüdün. 3 xurmanın qabığını soyun və içini əzin. Üyüdülmüş çiyidi əzməyə qatın və qarışımı şüşə qabda, soyuducuda saxlayın. Hər səhər acqarına qarışımdan 1 xörək qaşığı yeyin. Üstündən isti qırmızı şərab, yaxud ilıq təmiz su için.
    7. Anemiya zamanı.
    2 xurma, 2 alma (istənilən növ ola bilər), kiçik zəncəfil dilimi, 1 çimdik darçın, 150 ml təmiz su götürün. Xurmaların və almaların qabığını soyun, içini təmizləyin və xırda-xırda doğrayın. Zəncəfili sürtgəcdən keçirin. İnqridientləri birlikdə blenderdən keçirin. Axırda darçını əlavə edin və yaxşıca qarışdırın. Alınan kokteyl orqanizmi faydalı şəkildə doyurur və qidalandırır, immuniteti möhkəmləndirir, orqanizmin özünü qorumasına dəstək olur.
    8. Şişkinlik zamanı.
    Bu vaxt həm təzə, həm də quru xurma işə yarayır. Sadəcə, şişkinliklərdən yaxa qurtarmaq üçün xurma qəbul etdiyiniz müddətdə az yeməyə, bacardıqca pəhriz saxlamağa çalışın. Gün ərzində 4-5 orta ölçülü xurmanı 100 ml isti südlə birgə qəbul edin. Sadəcə, çalışın ki, südü 3 dəfəyə içəsiniz. Bu cür pəhriz təkcə şişkinlikdən xilas olmağa deyil, orqanizmin toksinlərdən təmizlənməsinə də kömək edir. Həmçinin, maddələr mbadiləsinə müsbət təsir göstərir.

Комментарии • 51

  • @babatelekom7198
    @babatelekom7198 Год назад +4

    🇦🇿🇦🇿🇦🇿🧿GƏNCƏdə küçələr boyu səkilərə xirnik əkiblər, hörmətsizlikdi bu meyvəyə qarşı, yığanda yoxdu, qış uzunu səkilərə tökülür və çirkablıx əmələ gətirir, qədrini bilmirlər, çox gözəl bir meyvədi. Əziyyətsiz, karalyok vaxtından yeyilir, gözəl qurudulur, bal kimi bəkməzi olur, yetişən vaxtından tam yumşalana qədər süfrələrin bəzəyidir, amma qədrini bilənə. ALLAH Azərbaycanımızı bərəkətli ruzulu bəxş edib bizlərə. Yerin altıda üsdüdə bərəkət mənbəyidir maşallah. Hər yetişdirdiyi bitgiləri, ağacları dərman bitgiləriylə zəngindir. ALLAH can sağlığıyla nəsib etsin xalqımıza. AMİN🇦🇿🇦🇿🇦🇿🧿🧿🧿👍👍👍🤲🤲🤲💜

  • @eylerwere5203
    @eylerwere5203 Год назад +2

    Çox sevirəm, indi də istədim. Gedim alim, yaxşı ki indi movsumidır

  • @habilsemmedov8165
    @habilsemmedov8165 Год назад +3

    Tşk bunları elan edənlər

  • @mircamalmirkrimov8989
    @mircamalmirkrimov8989 Год назад +4

    Taşakkur qardaş ilk gundan abunayam butun malumatlarinizada baxiram ALLAH SİZDAN RAZİ OLSUN

  • @e.mi.n
    @e.mi.n Год назад +6

    Təşəkkürlər. Əla.

  • @zohrab8735
    @zohrab8735 Год назад +5

    BƏYƏNDİM COX YAXŞİ♥️

  • @azeriking2850
    @azeriking2850 Год назад +4

    Allah razı olsun belə gözəl paylaşım üçün

  • @turalmemmedov8296
    @turalmemmedov8296 Год назад +5

    Allaha həmd olsun.

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Год назад +5

    Xurma çox dadlı və xeyirli meyvədir

    • @zembiltv
      @zembiltv Год назад

      Salam baci xahis edirem menimde kanalima destel ol.Faydali melumatlar var

  • @ehedhasilov438
    @ehedhasilov438 Год назад +3

    Beyendim

  • @user-tb4wq7vj6s
    @user-tb4wq7vj6s Год назад +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏💯💯💯

  • @besiktasjk6540
    @besiktasjk6540 Год назад +30

    Bu xurma deyil karalok və ya xirnikdir. Xurmanı çay ilə yeyirlər.

  • @violetline1460
    @violetline1460 Год назад +1

    Tewekkurler

  • @ilyaaliyeffa4634
    @ilyaaliyeffa4634 Год назад +4

    Gəncədə bəzi küçələrə də əkiblər, dərən də yoxdur, hamısı ağacın başında qalıb.Qışda səkiylə gedəndə başımıza düşməsindən qorxuruq.

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 Год назад +8

    SALAM BU GÖZƏL VƏ DƏYƏRLİ MƏSLƏHƏTLƏRİNİZƏ GÖRƏ TƏŞƏKKURLƏR.

  • @zaur2860
    @zaur2860 Год назад +10

    Opwim Mendeleyevin cevelinde nevarsa hansı xurmadadi

  • @elvinteymurov4165
    @elvinteymurov4165 Год назад +2

    🙏👍👍

  • @siyafrcfrov9699
    @siyafrcfrov9699 Год назад +2

    Bunun adı Çin xurmasıdırsa, əsil xurmaya da ərəb xurması demək qalır.

  • @ganiramaharramova8541
    @ganiramaharramova8541 Год назад +5

    Tesekur edirem ikinizede

  • @mahirmemmedov9995
    @mahirmemmedov9995 Год назад +9

    Bütün mevələri yemək xeyirlidir aşrı dərəcədə olmamaq şərti ilə...

  • @esqinrhmanov4823
    @esqinrhmanov4823 Год назад +2

    Ən xeyirli meyvə bağımızda ola ola yemirik.😳

  • @dibecamalova9436
    @dibecamalova9436 Год назад +2

    Vallah da billah da abunə olmusam

  • @Melisozlem
    @Melisozlem Год назад +3

    Xurma içi ağ olanıdır yoxsa qara olanı?

    • @adsblgr3457
      @adsblgr3457 Год назад

      qisda yumsaq bos olan xurmadir

  • @ŞirxanManafov
    @ŞirxanManafov 9 месяцев назад

    Хурма чох севирем 8:14

  • @aleks5000ify
    @aleks5000ify Год назад +3

    Buna ruslar xurma deyir halbuki xirnikdir

  • @kurtkurt9452
    @kurtkurt9452 Год назад +1

    Karalyokdu bu. Xirniy pırnığ

  • @ya6946
    @ya6946 Год назад +6

    Danışanın ağzı qışdı ziyanı hakkında danışmadı

  • @alfamobil4729
    @alfamobil4729 Год назад +1

    Xurma yox xirnik

  • @user-dx2tz3wl5n
    @user-dx2tz3wl5n Год назад +2

    😂😂😂😂😂😂😂😂😂👍👍

  • @Herseyden_biraz_59
    @Herseyden_biraz_59 Год назад +3

    Təşəkkür edirəm super