SARIKÖKÜ bir də belə yeyin! 90% İnsan BUNU BİLMİR

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2024
  • #BirBax #Azerbaycan #sarıkök
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu gün sizə sarıkökün faydaları və zərərlərindən danışacağam. Sarıkök ən qədim və faydalı ədviyyatlardan biridir. Yazılı mənbələrə görə, hələ 2500 il bundan əvvəl Hindistanda sarıkök geniş istifadə edilirdi. Ədviyyat eyniadlı bitkinin kökündən əldə edilir. Daha çox üyüdülmüş halda rast gəlinir. Lakin onu kök halında da tapa bilərsiniz. Tərkibindəki ən faydalı maddə kurkumin`dir. Bitkiyə sarı rəngi verən də odur. Ədviyyatın tərkibində faydalı maddələr çoxdur.
    1. Onkoloji xəstəliklərin profilaktikasında istifadəsi. Həm tibb sahəsi üzrə mütəxəssislər, həm də elm adamları yekdil qənaətdədirlər ki, kurkumin maddəsi şiş hüceyrələrinin böyüməsinin qarşısını alır, onların inkişafına mane olur. Həmçinin, kurkumin damarları təmizləyir. Kurkumin xərçəng hüceyrələrinin öz-özlərini məhv etməsinə təkan verir. Tibbdə bu proses apoptoz adlanır. Orqanizmdəki sağlam hüceyrələrə isə heç bir mənfi təsiri yoxdur. Prostat vəzinin, süd vəzinin xərçəngi və dəri xərçəngi varsa, profilaktik tədbir kimi, sarıkök istifadəsinə üz tuta bilərsiniz. Kimyaterapiya ilə paralel olaraq, rasiona sarıkök daxil etmək nəticənin uğur dərəcəsini artırır.
    2. İmmuniteti yüksəltmək üçün. Ədviyyat hüceyrədaxili immuniteti möhkəmləndirir. B, T limfositlərini, həmçinin, mikrofaqları gücləndirir. Bu hüceyrələr orqanizmə yad olan infeksiya törədicilərini məhv edir. Sarıkökün tərkibindəki lipopolisaxaridlər orqanizmin müqavimətini artırır.
    3. Şəkərli diabetin kəskinləşməsi zamanı. Sözügedən patalogiyadan əziyyət çəkən insanlar sarıkökü rasionlarına daxil etsələr, yaxşı olar. Çünki sarıkök qanda qlükozanın səviyyəsini nizamlamaq qabiliyyətinə malikdir. Qəfildən yüksəlməsinin qarşısını alır. Həmçinin, sarıkök toxumaların insulin həssaslığını azaldır. Alimlər sübut edib ki, bu istiqamətdə sarıkök qlükozanı aşağı salan dərman preparatlarından heç də geri qalmır. Mütəmadi olaraq, sarıkök qəbul etmək damar problemlərinin və ya nevroloji problemlərin meydana gəlmə riskini aşağı salır.
    4. İltihab əleyhinə və mikrob əleyhinə vasitə kimi. Sarıkök təkcə immuniteti yüksəltməklə qalmır, yad elementləri də məhv edir. Siyahıda bakteriyalar, viruslar, parazitlər ola bilər. Amma o, təbii antibiotik kimi, bir yaxşı özəlliyə də sahibdir: bağırsağın faydalı mikroflorasına heç bir mənfi təsir göstərmir. İltihab əleyhinə olması sayəsində sarıkök dişlərin təmizliyi üçün də geniş istifadə edilir. Diş fırçasını sarıkök tozuna batırın və dişlərinizi 3 dəq müddətində fırçalayın. Prosedur diş emalını bərkidir.
    5. Orqanizmin təmizlənməsi üçün. Bağırsaq mikroflorasının bərpasına kömək edir. Bağırsaqların funksiyasını yaxşılaşdırır, qəbizlik və şişkinliyi aradan qaldırır. Sarıkök qaraciyərin toksinlərdən təmizlənməsinə xidmət edir. Həmçinin, onun hüceyrələrinin özünübərpasını dəstəkləyir. Öd suyunun ifrazını normallaşdırır, öd kisəsində daş əmələ gəlməsinə mane olur. Ədviyyat sidik yolları üçün də faydalıdır. Mikrob əleyhinə olması sayəsində böyrəkləri və sidik kisəsini infeksiyalardan qoruyur, iltihabı aradan qaldırır. Sarıkök, eyni zamanda, sidikqovucudur. Bədəndəki şişkinliklərdən yaxa qurtarmaq üçün sarıkökə üz tuta bilərsiniz. Zəncəfillə birlikdə sarıkök böyrəkdəki kiçik ölçülü daşları əritmək qabiliyyətinə malikdir. Ədviyyatın müntəzəm qəbulu zamanı qan da təmizlənir. Həmçinin, pis xolesterinin səviyyəsi aşağı düşür. Bu da o deməkdir ki, ateroskleroz riski azalır. İltihab əleyhinə vasitə kimi, sarıkök oynaqların sağlamlığının da qeydinə qalır. Dərinin təravətlənməsi və gec qocalması da sarıkökün hünərləri sırasındadır. Sarıkökün təmizlədiyi damarlar və qaraciyər sayəsində dəri də günbəgün özünü bərpa edir. Çünki dəridəki sızanaqların əksəriyyəti mədə-bağırsaq traktatındakı problemlərdən qaynaqlanır.
    6. Ürək-damar sisteminin sağlamlığı üçün. Ədviyyat damarların divarlarını bərkidir, onların elastikliyini artırır. Pis xolesterinin səviyyəsini aşağı salır, damarların divarlarında hər hansı yığıntının əmələ gəlməsinə mane olur. Sidikqovucu xüsusiyyəti və damarları elastikləşdirmək bacarığı sayəsində arterial təzyiqi normallaşdırır. Qanın təmizlənməsi ürəyin və digər orqanların da zərərli maddələrin təsirinə məruz qalmaması deməkdir.
    7. Sinir sistemi üçün faydaları. Sübut olunub ki, ədviyyat sevinc hormonlarının ifrazını dəstəkləyir. Bunlara serotonin, dopamin və noradrenalin daxildir. Əhval-ruhiyyənin yüksəlməsi də öz növbəsində iş qabiliyyətini artırır.
    8. Beyin üçün faydaları. Sarıkök təbii antioksidantdır. Beyin hüceyrələrini zərərli maddələrdən və sərbəst radikallardan qoruyur. Bu da o deməkdir ki, yaddaş pozulmur, yaşla əlaqəli hər hansı problemin meydana çıxması gecikir.

Комментарии • 16

  • @AgdasAgdas-w8f
    @AgdasAgdas-w8f Месяц назад +2

    Allah sizdən razi olsun Xanm

  • @RaiseEzizova
    @RaiseEzizova 27 дней назад

    Dəjərli. Məsləhətə. Gore sagol,,

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Месяц назад +1

    ÇOX SAĞOLUN OLSUN

  • @ReyhanYusifova-b2r
    @ReyhanYusifova-b2r Месяц назад

    Yenə əhəmiyyətli məlumatlarla bizləri maraqlandırdız.
    Sağ olun

  • @asifesgerov3284
    @asifesgerov3284 Месяц назад +1

    Coxlu coxlu sag olun

  • @huseyinzadytfan4053
    @huseyinzadytfan4053 Месяц назад +3

    Kurkumin suda yox yağda həll.olan maddədir və mütləq qara istiot əlavə etmək lazımdır

  • @clilovarubab4780
    @clilovarubab4780 Месяц назад

    TƏŞƏKKÜRLƏR XANIM 🙏❤️

  • @kerimova977
    @kerimova977 Месяц назад

    Teşekürler

  • @qadamkarimova8750
    @qadamkarimova8750 Месяц назад

    Salam Xəyalə qızım Allah köməyin olsun ❤️

  • @IIhamSalmanov-zv4xe
    @IIhamSalmanov-zv4xe Месяц назад

    Nə bilim vallah

  • @Lilies-4Lisa
    @Lilies-4Lisa Месяц назад

    Sabit isdeyirem❤

  • @user-lh7un8ep4t
    @user-lh7un8ep4t Месяц назад

    Bu ac qarinami icilmelidi ?xais cavablandirin

    • @huseyinzadytfan4053
      @huseyinzadytfan4053 Месяц назад

      Yox onu su ilə qarışdırsan qana qarışmadan bədəndən atılır bunun üçün qən gözəl qatığla qarışdır və bir azda qara istiot qat bu kurkuminin piperonla birgə bədəndə daha çox parçalanacaq bir xörək qaşığıda üyüdülmüş kətan toxumu qatsan qara ciyər və bağısağa çox kömək edəcək sarıkökü həyatınıza salın mütləq yağlı qidalara duz istiotla birgə əlavə edin

    • @huseyinzadytfan4053
      @huseyinzadytfan4053 Месяц назад

      Mənim gözəl millətim sağlam olmaq istəyirsinizsə paketlənmiş məhsulları evinizə soxmayın görünüşləri xoş olsada hamısı gizli zəhərdir bəs nə alaq deyirsinizsə marketə getmədən öncə siyahı tutun bu sizin lazımsız məhsulları almağa mane olacaq açıq kənd məhsulu almağa səy göstərin özünüzü və ailənizi zəhərləməyin paket məhsullar yavaş ölümdür əminəm ki heç vaxt aldığınız məhsulların tərkibin oxumursunuz onların uzun müddət qalması üçün qoruyucular rəngləndiricilər dadlandırıcılar daha nələr nələr qatılır ən önəmlisidə çin duzu və palma yağı qatılır canınıza və körpələrinizə yazxığınız gəlsin sağlam yaşamaq varkən niyə dadlı zəhərlə zəhərlənək hamınıza sağlam həyat arzu edirəm ❤

    • @selimenikbin958
      @selimenikbin958 Месяц назад

      @@huseyinzadytfan4053 mene de başa sal lütfen. Cox isti südle qarisdirib içmek olurmu ve yaxud sudun qaynarligi onun keyfiyyetini öldürmur ki,ecaba? Allahaısmarladık!

    • @huseyinzadytfan4053
      @huseyinzadytfan4053 Месяц назад

      @@selimenikbin958 yox südün özü sağlığlı qida deyil onun tərkibində laktosit var oda bir şəkər növüdür ən yaxşısı qatığ və ya yağlı yeməklərdir təbii ki yemək hazır olduğdan sonra zərdəçal səpilir isitotda qatsan daha yaxşıdır qatığa sarıkök 1 çay qaşığın yarısı istiotda yeyə biləcəyin qədər əkavə et kətan toxumuda üyüdüb qatsan daha yaxşı olar sizə gözəl faydslı youtube kanalı deyim izləyin çox işə yarayır ama diqqətlə dinləyin çox savadlı bir adamdır (dr.berg türkçe) yazın hər bir organ haqda nə faydalıdır hər şeyi xırdalığı ilə başa salır təbii qidalarla