Kuperoz və Rozasea - Aynur Bədəvi - ( Dermatoveneroloq - kosmetoloq )

Поделиться
HTML-код
  • Опубликовано: 13 мар 2023
  • #kuperoz #rozasea
    Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazık, ağ və həssas olan insanlarda müşahidə olunur.
    Adətən kuperoz burun və yanaqlar, bəzən alın və çənə nahiyəsində olur. Kuperoz bədən dərisində də ola bilər.
    - Dərinin əllə təmizlənməsi, pilinq, üzün lazerlə cilalanması, vakuum təmizlənmə, bal massajı, xüsusi şotka ilə massaj əks göstərişdir. Belə dəriyə ültrasəs təmizlənmə üsulu, yumşaq pilinqlər daha uyğundur.
    - Dərinin buxara verilməsi, isindirici (termik) maskalar, isindirici kompreslər kuperoza meyilli olan insanlar üçün ziyanlıdır.
    - Belə insanlar hamam və saunaya getməməli, inhalyasiya etməməli, isti su ilə üzünü yumamalıdır. Üzünü ilıq və ya sərin su ilə yumaq olar.
    - Fiziki gərginliklər və ağır əşyaların qaldırılması da əks-göstərişdir.
    - Günün altında uzun müddət ərzində olmaq, solyariyə getmək olmaz.
    - Daim çox isti, acı, ədviyyatlı qidaların, spirtli içkilərin qəbulu kuperozun artmasına səbəb olacaq.
    - Hərarətin tez-tez kəskin növbələşməsi (çöldə soyuq hava, evdə isti) də ziyanlıdır.
    - Kuperozu olan insanlar dərini daim günəşdən, küləkdən qorumalı, dərini daim nəmləndirməlidir.
    Aynur Bədəvi (Dermatoveneroloq - kosmetoloq )
    Bakı Kliniki Mərkəz
    Əlaqə :
    +994 (012) 520 02 02 | +994 (055) 620 02 02
    +994 (050) 620 02 02 | Info@bkm.az
    Bakı şəh., A. Manafov küç. 15 ( Q.Qarayev m.st.)
    Web sayt : bkm.az/
    Instagram : / baki_klinik. .
    Facebook: / baki-. .
    #dermatoveneroloq #dermatoloq #kosmetoloq #tibb #baki #sehiyye #dərihəkimi #bakiklinikimerkez #aynurbedevi
    SMM by NC GROUP ▶️ ncgroup.az/

Комментарии • 5

  • @ndng_if
    @ndng_if 3 месяца назад

    Məndede belədi

  • @ndng_if
    @ndng_if 2 месяца назад

    Məndə bu gündeyem məndə kömək edin😢

  • @user-tx2sr3vl2l
    @user-tx2sr3vl2l 3 месяца назад

    Salam məndədə bucurdu əncoxda bu ay triderim maz vururam biraz goynəlti və qasintinin qarsisini alir nə edim dokdur

  • @anonim2516
    @anonim2516 Год назад

    salam.zehmet olmasa qiymet deyerdiz

  • @mahireeliyeva4897
    @mahireeliyeva4897 7 месяцев назад

    Salam.