Öd daşı xəstəliyi- Ümumi cərrahiyyə uzmanı Dr.Edgard Nurməmmədov

Поделиться
HTML-код
  • Опубликовано: 1 июл 2020
  • Hospitalımızın ümumi cərrahiyyə uzmanı Dr.Edgard Nurməmmədov öd daşı xəstəliyi haqqında danışıb.
    Öd daşı xəstəliyi bütün dünyada eləcə də bizim ölkəmizdə ən sıx görülən cərrahi bir problemdir. Pasiyentlər bizə daha çox 2 formada müraciət edir. Ya xroniki, bilinməyən bir öd kisəsi daşı olan pasiyentlərdə köp, həzmsizlik, sağ qabırğaaltı nayihədə yüngülvari ağrılar, kürəyəvuran, ağıza acı dad gəlməsi kimi şikayətlər ilə ya da birdən kəskinləşərək xolesistit, yəni öd kisəsinin iltihabı şəklində bizə müraciət edir. Bu vaxt pasiyentdə keçməyən sağ qabırğaaltı nayihədə ağrı, nəfəs almaqla artan ağrı, qızdırma, halsızlıq, get-gedə halın pisləşməsi kimi şikayətlərlə bizə müraciət edirlər. Öd kisəsində bu şikayətlərlə gələn pasiyentləri biz ilkin olaraq müayinə edirik və öd daşı xəstəliyindən şübhələniriksə, bəzi qan analizləri və ultrasəs müayinəsi keçirilir. Qan analizindən də əsas bizim görməmiz lazım olan şey daşın öd kisəsinəmi, yoxsa kanala da mı düşüb-düşmədiyini öyrənməkdir. Çünki buna görə müdaxilə dəyişə bilər. Bunun üçün də bilirubin dediyimiz dediyimiz sarılıq dəyərlərinə və qələvi fosfataza kimi öd yolları enzimlərinə baxırıq. Əgər bunlar yüksəkdirsə, biz daşın sadəcə öd kisəsində deyil, öd yollarında və ya mədəaltı vəzində də problem yaratdığından şübhələnirik. Bu durumda da əlavə müayinələr istəyirik. Bunlardan da ən yaxşısı, ən düzgün göstərəni öd yollarının MRT-dir. Buna MRCP deyirlər. Öd yollarının MRT-də problem sadəcə öd kisəsindədirsə və təzə başlamış bir problemdirsə, yəni kəskin gəlmiş pasiyentlərdə təzə başlamış problemdirsə, bu nə deməkdir? Yəni son 72 saat içində şikayətlər varsa, öd kisəsinin divarı çox qalın deyilsə, pasiyentlərə təcili əməliyyat məsləhət görürük. Amma əgər bayaq saydığım sarılıq dəyərləri yüksəlibsə, öd yollarının enzimləri yüksəlibsə və MRCP-də öd yollarında daş varsa və bəzən bu öd yollarındakı daş pankreatit dediyimiz kəskin mədəaltı vəzi iltihabı da yarada bilir. Belə bir problem varsa, ilkin olaraq əməliyyat məsləhət görülmür. ERCP dediyimiz bir prosedurla öd yollarındakı daş çıxarılır, sonra 2-3 gün, müalicədən sonra öd kissəsi çıxarılır ki, təkrar o daş kanala düşməsin. Yaxud pasiyentlər ilkin dediyim kimi xroniki şikayətlərlə bizə müraciət edir. Bu pasiyentlərdə belə bir fikir var ki, yəni lal daşdır, problem yaratmır və heç bir şikayət olmadan müraciət edir. Amma təsadüfən başqa bir şikayətlə olunan ultrasəs müayinəsində daş aşkarlanır. Yaxud pasiyentlərdə bu fikir var ki, əməliyyat olunmasam da, problem olmaz. Bu, əslində, çox böyük bir yanlışdır. Çünki vaxtında əməliyyat olmaqla kəskinləşən bir xəstəliyin əməliyyat olunması arasında çox böyük bir fərq var. Hələ daş kanala düşübsə, pankreatit olubsa, bəzən heç əməliyyat edə bilmirik. Pasiyentlər 5% halda ölümcül seyr edə bilir. Pasiyentlər lal daş deyib, şikayətlərə çox önəm verməyib daşı saxladıqda pasiyentlər kəskin pankreatit kimi və ya öd kisəsinin iltihablaşması, hətta çürüməsi, hətta deşilməsi kimi ağırlaşmış formalarda bizə müraciət edir. Bu vaxt biz pasiyenti heç əməliyyat edə bilmirik. Bəzən heç əməliyyat olmadan pasiyentlər ağırlaşıb ölümcül bir nəticə ola bilir. Onun üçün öd kisəsində daş aşkarlanıbsa, şikayət verdi-vermədi, böyüklüyündən asılı olmayaraq, xüsusən balaca daşların kanala düşmə ehtimalı daha çoxdur. Ən yaxın zamanda, təcili deyil, amma ən yaxın zamanda əməliyyat olunması məsləhətdir. Əməliyyat dedikdə də öd kisəsində daş varsa, bunun səbəbi öd kisəsinin işləməsində bir problem olmasıdır. Daşın əridilməsi, yaxud sadəcə daşın çıxarılması deyə bir əməliyyat yoxdur, yaxud bir müalicə yoxdur. Öd kisəsi daşla bir yerdə çıxarılmalıdır və artıq 20 ildən çoxdur ki, öd kisəsi laparoskopik dediyimiz və ya xalq arasında lazer dediyimiz 3-4 dənə balaca deşikdən xüsusi alətlərlə çıxarılır. Çox çətin və ya ağrılı bir əməliyyat sayılmır. Sadəcə 1 gün xəstəxanada qalınır və əməliyyat təxminən 20 dəqiqə, yarım saat, bəzən 1 saat çəkir. Bununla da qurtulmuş olur. Halbuki əməliyyata getməsə, lal daş deyib işi uzatsa, vəziyyət ağırlaşsa, əməliyyat daha çətin keçir. Öd kisəsi yerləşimi qaraciyərə gedən ana öd axarı və ana damarlara yaxın olduğu üçün iltihablı vaxtı bunların yaralanma ehtimalı çox yüksək olur. Bu yaralananda geridönməz bir yola girmiş olur, həm cərrah, həm pasiyent. Onun üçün məsləhət görülür ki, bu ağırlaşmaları gözləmədən, lal daş deyib önəmsəyərək əməliyyat olunmasıdır. Öd daşlarıı müxtəlif ola bilir. Əsas yaranma səbəbi xolesterin və bilirubin dediyimiz maddələrin metobalizmində olan bir pozğunluqdur. Yaxud öd kisəsinin yaxşı işləməmisidir. Yəni bizdən asılı olan səbəblər var, bizdən asılı olmayan səbəblər var. Metobalizmdəki pozğunluq bizdən asılı olmayan səbəblərdir. Hormonal problemlər ola bilər. Amma bizdən əsas asılı olan səbəb vaxtında qidalanmamaq və bol su içməməkdir. Ona görə yaranmaması üçün gün ərzində ən azı 2-2.5 litr maye qəbul edilməli və uzun müddət ac qalınmamalıdır.
    Daha ətraflı məlumat üçün videonu izləyin

Комментарии • 54

  • @melekibrahimova594
    @melekibrahimova594 Месяц назад +1

    Bu dər sadə ,savadlı həm də özünə hörmət qoyan bir həkim rastıma çıxmamışdı , Allah yar və yardımçınız olsun gözəl insan, gözəl həkim🤲

    • @EgeHospital
      @EgeHospital  Месяц назад

      Təşəkkür edir, sağlam həyat arzulayırıq.

  • @ismayiltagiyev2633
    @ismayiltagiyev2633 Месяц назад +1

    Co sağ olun dokdor

  • @nazimrzayeva8382
    @nazimrzayeva8382 Год назад +3

    Çox sagolun həkim dogru düzgün izah etdiyinizə görə təşəkkür edirəm

  • @user-uk9wg9dh1w
    @user-uk9wg9dh1w 5 месяцев назад +1

    Çox,sağol,doktor,doğru,vurğuladız

  • @surxaysadiqli9939
    @surxaysadiqli9939 8 месяцев назад +2

    Noyabrın 7 də Bərdə Mərkəzi Xəstəxananın həkimi Zaur həkim məni od daşından əməliyyat eti,açıq əməliyyat oldum,çox təşəkkür edirəm,Zaur edee edirəm

    • @feridesakli4612
      @feridesakli4612 3 месяца назад

      Salam. Size bir sual verim. Sizə əməliyyatdan əvvəl necə narkoz verdilər tamamən huşunuzu itirdinizmi yoxsa sadəcə əməliyyat olunan yeri deyirdilər? Cavab verə bilsəniz çox sevinərəm. Anamda öd daşı var. Ama anam ürək xəstəsidir ona görə tamamən narkoz verib bayıltmaq təhlükəlidir

    • @fidanabbasova5732
      @fidanabbasova5732 2 месяца назад

      ​@@feridesakli4612salam necə oldu ananız əməliyyat oldu?

    • @fidanabbasova5732
      @fidanabbasova5732 2 месяца назад

      Neçə dəqiqə çəkir əməliyyat məndə Bərdədə olacam əməliyyat inşAllah

    • @fidanabbasova5732
      @fidanabbasova5732 2 месяца назад

      Sizinlə necə əlaqə saxlaya bilərəm?

  • @LeoN_Kennedy93
    @LeoN_Kennedy93 19 дней назад

    Salam doktor, öddə daşları çıxardıqları zaman ödün özünüdə birdəfəlik çıxarıb atırlar yoxsa daşları çıxartdıqdan sonra ödü yerinə qoyurlar? Çox önəmlidi mənim üçün, cavablandırsanız sevinərəm

  • @gulusmahmudova1514
    @gulusmahmudova1514 Год назад

    Od qumları necə təmizlənir müalicəsi varmı?

  • @SamsungA33-ym2sh
    @SamsungA33-ym2sh 3 месяца назад

    Doktur salam ,cox xaiş edirem cavab vererdiz,mənim serebral iflic xestesi olan qızımda ödünü acıq emeliyyat etdi ,biz qapalı isteyirdik başı cıxmadı acıq etdi ,bunun fesadı nə olar sonra,uşağada cox eziyyet etdi😢

  • @turalsedali9356
    @turalsedali9356 Год назад +2

    Salam doktor menim atamda da muayineler sonrasi belli oldu ki od kisesinde das var hekim deyib ki daslarin hecmi kiciy olduqu ucun emelyata heleki ehtiyac yoxdur mualicede teyin etmeyib yeni bele bir sey mumkundurmu doktor mualice ede bileriymi ve yaxud neynemey olar zehmet olmasa meslehet vererdiz tesekkurler

    • @user-uk9wg9dh1w
      @user-uk9wg9dh1w 3 месяца назад

      Salam doktor,məndə,daşın,utrason,ölçüləri,6.1-2.1sm,N1,5-0,6sm-dir,,buna,əməliyat,lazımdırmı,xahiş,edirəm ki,mənə,məsləhət,vərəsiz

  • @salehbayramli1372
    @salehbayramli1372 Год назад

    Qaraciyerde hepotit C olarsa ödden emeliyyat olarmı ? Bu mumkundumu ve nece? Xahis edirem melumatlandirarsiniz

    • @EgeHospital
      @EgeHospital  Год назад

      Salam. Əməliyyat mümkündür. Amma USM-ə və pasiyentə baxılmalıdır.
      (Uzman Dr. Edgard Nusməmmədov, Ümumi Cərrah)

  • @muradceferli1074
    @muradceferli1074 8 месяцев назад +1

    Salam bu emeliyyat neçeye başa gelir bizde eletdirmek isteyirik xahiş olunur deyerdizde

    • @EgeHospital
      @EgeHospital  8 месяцев назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur. Ümumi cərrah Uzman Dr Edqard Nurməmmədov Ege Hospitalda pasiyent qəbul edir.
      Qəbula yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsinz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      055 715 4273.

    • @karamsamedoffa2825
      @karamsamedoffa2825 5 месяцев назад

      Sığortayla ede bilərsiz.qeydiyatda olduğunuz palikilinkaya müraciət edin

  • @AslGunel
    @AslGunel 8 месяцев назад

    Salam, açıq öd kisəsi əməliyyatı keçirən şəxslər neçə aydan sonra 100 kiloqram ağırlığında ağırlıq qaldıra bilərlər?

  • @medinesalmanqizi1480
    @medinesalmanqizi1480 3 года назад +3

    Menim de öd kisemde daş var.2.5sm.Meni axir vaxtlar cox narahat edir.Hetta qizdirma bele verir.63 yaşim var qadinam.Men de bu emeliyyatin neceye başa gelmesini bilmek isteyerdim.

  • @qaranlqdunyam4180
    @qaranlqdunyam4180 Год назад

    Salam hekim men 3il bundan qabax xestexanaya getdim hekim meni uziye gönderdi hec gözlemedyim xeberi verdiki böyuk daş var amma hec agri zad bilmedim ve ne qeder eledilersede emmeliyyata getmedi qoxdum indi son vaxtlar qaldim hekimlerde ve bu bir ay erzinde keskin dözulmez dehşetli agrilarla raştlaşiram heta bir qurtum suyuda qaytariram ac qaliram amma yinede qorxuram emeliyyatdan sanki böyuk şiş hiss eliyirem saq terefde hekim meni mutleq emeliyyata yazib yani dimek istiyiremki qaraciyerde piyleme varsa öd emeliyyati tehlukeli deyilki hemde mendealti vezdede prablem var xahis eliyirem cavab vererdiz🙏

    • @vfaallahyarova-lq5jq
      @vfaallahyarova-lq5jq 8 месяцев назад

      Salam necə olduz əməliyyat etdirdiz

    • @karamsamedoffa2825
      @karamsamedoffa2825 5 месяцев назад

      Qorxmalı bisey yoxdu 3gundu emeliyat olmuşam ağrım var ama dəhşətli deyil

  • @aynur2239
    @aynur2239 5 месяцев назад

    Salam dr mende ödümde daş var ve köpum olur başqa heleki şükür Alllaha başqa hecne yoxdu

  • @leylamammadova2394
    @leylamammadova2394 Год назад

    Salam həkim mənə 13 və 8 mm ölçüsünde polip diaqnozu qoyuldu ailəmin təzyiqi ilə öd kisəmi kəsdirmək zorunda qaldım.Orqanimi kəsdiklərinə görə hələ də travma yaşayıram.Donor tapsam hər hansısa bir adam mənə öd kisəsin bağışlaya bilərmi ?.Yəni necə ki başqasinin böyreyin bir başqasina əməliyyat yolu ilə vermək olursa öd kisəsi də mümkündürmü?

    • @vfaallahyarova-lq5jq
      @vfaallahyarova-lq5jq 8 месяцев назад

      Salam niye travma yaşayırsız ki o sizde problem yarada bilərdi

    • @saradjamilova5752
      @saradjamilova5752 4 месяца назад

      40 ildir öd əməliyyatı olmuşam. Heçbir təhlükə yoxdur həyatım üçün😊

  • @youtub3890
    @youtub3890 4 месяца назад

    Siz dovlet xestexanasinda islemirsiniz?

    • @EgeHospital
      @EgeHospital  4 месяца назад

      Salam. Ümumi Cərrah Uzman Dr Edqard Nurməmmədov Ege hospitalda pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 715 4273

  • @yusifxelilov2161
    @yusifxelilov2161 2 года назад +1

    menim anamda bu elametler var bizi deli ediblər ki xerçəngdi nolar hekim bir cavab veresiz siz oz nomrenizi vererdiz biz sizin yanina gederdik bizi ankalogiya yaziblar elece deli olmusuq

    • @EgeHospital
      @EgeHospital  2 года назад

      Salam. Ege Hospitala müraciət edərək daha ətraflı məlumat ala bilərsiniz.
      Tel: 1117,
      050 299 1117,
      012 599 1117.
      Sağlam həyat arzulayırıq.

    • @ramilecalalova7774
      @ramilecalalova7774 Год назад

      Salam Ananiz necedi

    • @sultanlileyla9708
      @sultanlileyla9708 Год назад

      Salam necesiniz bizede hele yaziblar cox pis duruma dusmusuk ananiz nece oldu Allah butun xesdelere sefa versin mumkunse yazin cox xahis edirem

  • @surxaysadiqli9939
    @surxaysadiqli9939 8 месяцев назад +1

    6:25 6:25

  • @zairaqurbanova9049
    @zairaqurbanova9049 7 месяцев назад +1

    Acig emeliyyat yaxsid
    i yoxsa acig emeliyyat

  • @surxaysadiqli9939
    @surxaysadiqli9939 8 месяцев назад +1

    6:25

  • @sabinarustemova484
    @sabinarustemova484 5 месяцев назад

    Sizin dediyileriviz xestelikler yoxdu amma dawim var

  • @tbrizismayilov
    @tbrizismayilov 5 месяцев назад

    Qiyməti?

    • @EgeHospital
      @EgeHospital  5 месяцев назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur. Ümumi cərrah Uzman Dr Edqard Nurməmmədovun həkim qəbuluna yazzılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 715 4273

  • @gulnaretalbova2531
    @gulnaretalbova2531 Год назад

    Menim ödumde böyük daş var emeliyat deyirler çox qorxuram😢

  • @ramilasayev1752
    @ramilasayev1752 Год назад +1

    Salam elaqe nomresi yazinda

    • @EgeHospital
      @EgeHospital  Год назад +1

      Salam. Ümumi cərrah Uzman Dr Edgard Nurməmmədovun həkim qəbuluna yazılmaq üçün aşağıdakı nömrələt ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      055 715 4273.

    • @KifayetIsmayilova-gl6cn
      @KifayetIsmayilova-gl6cn 9 месяцев назад

      Qapali ve acig emelijjat edirsiz

  • @raufzeynalov8325
    @raufzeynalov8325 Год назад

    Salam heç vecimə deyil 20ildir daş var

  • @alendelon811
    @alendelon811 5 месяцев назад

    SALAM DOKTOR LAZER ADİ İLE KİCİK VARMAQ BOYDA KƏSİK EDİRLƏR AXİ.DEDİYİNİZ KİMİ KİCİK DEŞİKLƏR ACİLMİR.AMMA LAZER ƏMƏLİYYATİ ADİ ALTİNDA .