Üzə ÇİY YUMURTA Vurmaq OLMAZ? - DİQQƏTLİ OLUN!

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #BirBax #Yumurta #XəyaləninSaatı
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Əksər xanım üz maskası hazırlayarkən əlinin altında, evdə olan qidalardan istifadə edir. Bunların arasında da yumurta öndə gəlir. Yumurta maskası haqqında fikirlər müxtəlidir. Bəzi kasmetoloqlar yumurta maskalarının dəri üçün çox faydalı olduğunu bildirsələr də, onun əkisni deyən kasmetoloqlar da az deyil. Maraqlıdır, çiy yumurtanı üzümüzə vura bilməliyikmi yoxsa yox? Bu gün xəyalənin saatında bu məsələyə aydınlıq gətirəcəyik.
    Yumurtanın insan orqanizmi üçün necə zəngin bir tərkibə malik olduğunu demək olar ki hər birimiz bilirik. Onun tərkibində olan zülal, kalsium, kalium, fosfor, maqnezium və B qrupu vitaminlər insan sağlamlığı üçün çox önəmlidir.
    Ən əsası yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin xüsusilə açıq havada günəş altında az vaxt keçirənlər üçün (Günəş şüalarının təsirindən dəri vasitəsilə orqanizmdə D vitamini sintez olunur) vacibdir. Vitamin D orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Həmçinin yumurta sarısı dəmir-minerallar ilə zəngindir.
    Bəzi kametoloqlar bildirirlər ki, yumurtanın tərkibindəki bu zəngin madddələr nəinki daxilə, xaricə tətbiq edildikdə də bir çox faydaları var. Yumurtanın tərkibindəki minerallar, zülallar və vitaminlər sayəsində dəri və saç baxımında tez-tez istifadə olunur. Yumurta ağı maskası dərini dartmaqla yanaşı dərini cavanlaşdırır və təmizləyir. Dəri üçün, məsamələri daraltmaq, təmizləmək və daraltmaq, dəridə yığılan artıq yağları çıxarmaq kimi faydaları yumurta ağı maskasının qara ləkələr üçün ən təsirli üsul olduğunun göstəriciləridir.
    Üz üçün tövsiyə edilən əksər maskaların tərkibinə yumurta vurulur. Yumurtanın qırışları açdığına inanılır. Ancaq aparılan yeni araşdırmalar göstərib ki, əslində çiy yumurtanı üzə çəkmək olmaz.
    Maraqlıdır, niyə?
    Çiy yumurta və dəri
    Yumurtanın tərkibində zülal, su, duz və yağ var. Yumurtanın tərkibindəki zülallardan biri də albumindir.
    Yumurtadan maska hazırlayıb dəriyə çəkdikdə onun tərkibindəki albümin quruyaraq dərini gərgin hala gətirir. Ancaq bu gərginlik müvəqqətidir. Maskanı üzdən yuduqdan yarım saat sonra həmin gərginlikdən əsər-əlamət qalmır. Ancaq onu üzə çəkdikdə hiss etdiyimiz aldadıcı gərginlik hissi üzündən faydalı olduğunu düşünürük.
    Yumurtanın tərkibindəki duz dəri səthindəki suya qarışır və nəm itkisinə səbəb olur.
    Düzdür, yumurtanın tərkibində xolesterin var. Bu da dəri sallanmasına yaxşı təsir edə bilər. Ancaq xolesterin tərkibli kremlərdən istifadə etmək daha məntiqlidir.
    Dəriyə çiy yumurta çəkməmək üçün 5 səbəb
    1.Yumurta tez xarab olan və tərkibində bakteriyaların törəməsinə münbit qidadır. Qabığı çatlamamış çiy yumurtanın içərisində belə təhlükəli “salmonella” bakteriyası ola bilər.
    Yumurtanı bişirdikdə bu bakteriya ölür. Ancaq çiy halda istifadə etdikdə bu bakteriya dəridə yaralara səbəb ola bilər.
    2. Yumurta maskasının yaratdığı müvəqqəti gərginlik hissi və daha sonra səbəb olduğu quruluq, dərinin pH balansının, yağ və nəm tarazlığının pozulmasına gətirib çıxarır. Xüsusilə həssas, sızanaqlı dəriyə sahib olanlar yumurta maskasından istifadə etməməlidirlər.
    4. Bəzi insanların yumurtanın tərkibindəki zülallara allergiyası ola bilər. Üzə və ya saça çiy yumurta çəkdikdə belə insanların dərisində qalıcı problemlər yarana bilər.
    5. Yumurta çox pis qoxuyur. Hətta üzü və saçı yuduqdan sonra belə uzun müddət qoxusu hiss edilir.

Комментарии • 76