Çiy Yumurta İçmək Bu FƏSADLAR YARADIR - DİQQƏT!

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #Yumurta #BirBax #CiyYumurta
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Çoxunuz səhər yeməyində kərə yağında yaxşı qızarmış, yaxud suda bişmiş yumurta yeyirsiz. Amma bizim əksimizə olaraq, səhər acqarına yumurtanı çiy başına çəkib, içənlər də var.
    Mən daxil, bəzilərimi üçün çiy yumurta içmək ürəkbulandırıcı, hətta iyrənc görünə bilər. Lakin araşdırmalar bunun əksini söyləyir.
    Hər səhər bir ədəd yumurta yemək orqanizm üçün vacibdir. Yumurtada çox sayda mikroelementlər, zülal, protein, kalsium vardır. Çiy yumurtada isə təmiz protein çoxdur, bu barədə idmançılar daha yaxşı bilirlər. lakin aparılan araşdırmalar bu mövzuyla bağlı ziddiyyətlidir. Bəki alimlər çiy yumurta içməyin çox faydalı olduğunu desə də, əksinə bəzi həkimlər onun zərər verdiyini bildirirlər.
    a-dan z-yə çiy yumurta içməyin faydaları və zərərləri:
    Araşdırmalara görə, çiy yumurta Kişilərdə cinsi istəyi artırır. Sonsuzluqdan əziyyət çəkən cütlüklərə buna görə çiy yumurta ilə dieta məsləhət görülür. Diabet xəstələri üçün faydalıdır, insulin hasilini yaxşılaşdırır. Mədə problemləri, qastritin sağalmasına kömək edir. Göz xəstəliklərinin qarşısını alır, göz qişasını qidalandırır. Bağırsaqların işini yaxşılaşdırır. Bəzi şəxslər əzələləri böyütmək, səsi qalınlaşdırmaq və mədə turşuluğunu azaltmaq üçün çiy yumurta içir. Amma əslində bu düzgün deyil. Çiy yumurtanın faydası çox şişirdilir.
    Indi də keçək zərərlərinə:
    Mütəxəsislərin digər bir qismi isə bildirirlər ki, yumurta heç bir zaman çiy yeyilməməlidir. Çünki onun içərsində olan zülalların, xüsusilə də biotin zülal orqanizmdə B vitaminin inkişafının qarşını alır. Yumurta bişərkən biotin zülalı öz funksiyasını itirərək dağılır. Bu səbəbdən də bişdikdən sonra yumurtanı yeməyin heç bir qorxusu yoxdur.
    Çiy yumurta yeyən insanın B vitaminindən başqa beynində də ciddi problemlər yaranır. Bundan əlavə, yumurtanın üzərində ləkələri varsa, bu yumurtanın daxilində çoxlu zərərli bakteriyalar var deməkdir. Çünki üzərindəki qabıqdan rahatca daxilə nüfüz edə biər.
    Yumurtanın faydaları və ziyanları haqda çox deyilib, çox yazılıb. Bu yöndə müzakirələr, mübahisələr hər zaman davam edir və yeni məlumatlar ortaya çıxır.
    Qəhvəyi yumurtanın ağ rənglidən daha faydalı olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Rəngin tərkibə heç bir aidiyyatı yoxdur. Yalnız Günəşdə çox olan toyuqların yumurtası digərlərinin yumurtası ilə müqayisədə 3-4 qat daha artıq D vitamini ilə zəngindir.
    Yumurta sarısının daha tünd olması fikri məntiqli görünsə də, əslində bu, toyuğun yediyi qidalarla bağlıdır. Ot yeyən toyuqların yumurtaları daha yaxşıdırmı? Hesab olunur ki, bu da mübahisə mövzusudur. Ot yeyən toyuqların yumurtalarında daha çox A, E, D və omeqa-3 vitamini olsa da, onların bağlı saxlanılan toyuqlarla müqayisədə daha çox xəstəliklərə yoluxma ehtimalı var.
    Daha bir yanlış arıqlamaq istəyənlərin yumurta sarısı yeməmələri barədə deyilənlərdir. Kökəlməkdən çəkinən insanların çoxu yumurta sarısı yeməkdən imtina edir. Əslində isə belə deyil. Yumurta sarısı vitamin D ilə zəngindir, bu isə protein və kalsium ehtiva etməklə yanaşı, kalsiUmun sorulmasına yardım edir.
    Bundan başqa, yumurta sarısı qaraciyərin funksiyalarının normal olması üçün də faydalıdır. Mütəxəssislər gündə bir yumurtanın düzgün diet proqramının tərkib hissəsi olduğunu deyirlər.
    Bildirçin yumurtalarının toyuq yumurtasından daha xeyirli olmasına gəlincə, onlarda toyuq yumurtasından daha çox protein, vitamin və digər elementlər olsa da, fərq o qədər də böyük deyil. Həm də effektini görmək üçün həddən artıq çox bildirçin yumurtası yemək lazımdır...
    Sonda, əgər çiy yumurta içməyə qərar verdinizsə, bu istehsalında əmin olduğunuz steril yumurta olmalıdır. Çünki yumurtada zərərli bakteriyalar ola bilər.

Комментарии • 126