Mənsum İbrahimov - Dilkəş təsnifi (Naçar gedər)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Əziz kanalımızın izləyiciləri! Sizə Xalq artisti Mənsum İbrahimovun ifasında Dilkəş təsnifini (Naçar gedər) təqdim edirik. Təsnif 2005-ci ildə Heydər Əliyev adına Respublika sarayında qəzəlxan Hacı Mailin 70 illik yubileyində lentə alınıb. Xalq artistini tarda Elçin Həşimov (Xalq artisti), kamançada isə Elnur Əhmədov (Əməkdar artist) müşayiət edirlər. Muğamda oxunan qəzəl Hacı Mailə məxsusdur.
    MƏNSUM İBRAHİMOV
    DİLKƏŞ TƏSNİFİ ( NAÇAR GEDƏR )
    Naçar gedər 00:06 - 01:35
    Şur 01:35 - 04:47
    Şəddi Şahnaz 04:47 - 07:34
    N A Ç A R G E D Ə R
    sözləri : Nəbi Xəzri (1924-2007)
    1
    Kim sevməsə öz yurdunu,
    bu dünyadan naçar gedər
    Nə eldə bir nişan qoyar,
    Nə qəlbə nur saçar gedər.
    n ə q a r ə t :
    Gəzdim göllər çaylar üstə
    Gül bağladım dəstə dəstə
    Şair Nəbi son nəfəsdə
    Bu torpağı qucar gedər.
    2
    Yağış yağar bağlar üstə
    Şamamalar tağlar üstə.
    Duman gələr dağlar üstə
    Yelkənini açar gedər.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Q Ə Z Ə L
    Hacı Mail (1935-1999)
    Arif olanın sevgili cananı Vətəndir,
    Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir.
    Hər kəs vətəni sevməsə, insan deyil əsla,
    İnsan olanın cismidə həm canı Vətəndir.
    Min dərdə düçar olsa da övladi-vətən gər,
    Hər çarəsini qılmağa Loğmanı Vətəndir.
    Yarın qəmi-hicranına dözməkdə nə vardır,
    Ən müşkül olan dəhrdə, hicrani-Vətəndir.
    Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,
    Könlüm, nə zaman istəsə, qurbani-Vətəndir.
    Hər kəs soruşa gər mənim ünvanımı sizdən,
    Ol şəxsə deyin: - Mailin ünvanı vətəndir.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olun!
    F U A D R A M A Z A N O V

Комментарии • 1

  • @hummeteliyev3710
    @hummeteliyev3710 Год назад +2

    MENSUM MUALLIM ALLAH SENI BU SENETDEN UZUNUN NURUN SENDEN EKSIK ELEMESIN EZIZ DOSTUM AMIN VAR OLUN .