Şüyüd Görün Nələr Edir - Bir Ay Hər Gün Yesəz...

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #BirBax #sağlamlıq #şüyüd
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Market və bazarlarda hər gün qarşılaşdığımız şüyüd bitkisi. Ondan heç dərman kimi istifadə etmisiz? Düzdür, şüyüd təzə-təzə yeyildikdə daha ləzzətli olur. Amma şüyüdü dərman vasitəsi kimi istifadə etmək istəsəniz, bu video elə atm sizin üçündür. Diqqət ekrana.
    Dəyərli izləyicilər...
    İndi sizə şüyüd dərmanının hazırlanması qaydasını təqdim edəcəyik.
    Lazım olanlar:
    1 dəstə şüyüd
    1 ədəd limon
    1 kasa qatıq
    Şüyüdü sirkəli suda bir az saxlayın. Sonra bir qaba doğrayın, limonu üzərinə sıxın. Qatığı da əlavə edin və yaxşıca qarışdırın. Ağzını örtüb 30 dəqiqə saxlayın. Sonra yeyə bilərsiniz.
    Bu qarışım ilk növbədə Tiroid xəstəliklərinin, yəni zobun qarşısını alır. Şüyüdün zoba faydalı olduğunu, hətta zob düyünlərini əritdiyini bilirik. Hətta bununla bağlı kanalımızda araşdırma videomuz da var. Həmin videonu şərh bölməsində sizinlə bölüşəcəm.
    Təqdim etdiyimiz şüyüdü qarışımı həmçinin
    -Uşaq əmizdirən gənc anaların südünün artmasına səbəb olacaq.
    -Aybaşı nizamsızlığını aradan qaldırmağa və aybaşı sancılarını azaltmağa kömək edəcək.
    -Xərçəng xəstəlikləri, göz və ağız boşluğu xəstəliklərinə qarşı antibakterial təsir göstərəcək.
    -Həzm sisteminizi nizama salacaq, arıqlamağınıza kömək edəcək.
    Bir məlumatı xüsusi vurğulamaq istəyirəm: şüyüdün tərkibində günəş şüalarına qarşı həssas olan furocoumarin maddəsi var. Uzun müddət istifadə edilən şüyüd məlhəmi dərinizdə çillər yaranmasına səbəb ola bilər.
    Şüyüdüntərkibi fosfor, mis, maqnezium, kalium, kalsium, dəmir, sink, A və C vitaminləri ilə zəngindir. Buna görə də, şüyüd mineral və vitamin deposu sayılır. Gün ərzində yeyilən bir dəstə şüyüd yetkin insanın C vitamini ehtiyacını 40%, A vitamini ehtiyacını isə 43% ödəyir.
    Şüyüdün orqanizmə faydaları çoxdur:
    Həzmə kömək edir. Həzm prosesində qarşıya çıxan maneələrin aradan qaldırılması, qazların xaric edilməsi, şişkinliklərin azaldılması şüyüdün hünərləri sırasındadır. Mədə problemlərinin müalicəsində də şüyüd mütəmadi olaraq istifadə edilir. Həmçinin, həzm prosesini sürətləndirdiyi və həzm orqanlarını təmizlədiyi üçün arıqlamağa da kömək edir.
    Sümüklərin sağlamlığını qoruyur. Şüyüd kalsiumla zəngindir. Kalsium isə sümüklərin ehtiyac duyduğu maddədir. Yəni, şüyüd yemək sümüklərdə əmələ gələcək kalsium çatışmazlığını bəribaşdan önləyir. Qeyd edim ki, istənilən sümük xəstəliyinin ilkin səbəblərindən biri məhz kalsium çatışmazlığıdır. Bir sözlə, şüyüd skeletin möhkəmliyinin təminatıdır.
    İmmuniteti gücləndirir. Təsirli antibakterial olan şüyüd orqanizmi mikrob və infeksiyalardan qoruyur. Tez-tez soyuqdəyməyə tutulan uşaqların rasionuna şüyüdün əlavə edilməsi onların həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.
    Tənəffüs sistemini təmizləyir. Bəli, şüyüd tənəffüs orqanlarını təmizləyən təbii dərman sayıla bilər. Xüsusilə, mövsümi allergiyalar və ya uzun sürən boğaz qıcıqlanmaları, öskürək varsa, şüyüd ən yaxınınızdakı xilas yoludur.
    Ağız boşluğunun və dişlərin sağlamlığının təminatçısıdır. Antibakterial xüsusiyyəti sayəsində ağız boşluğunda əmələ gələ biləcək infeksiyaların qarşısını alır. Həmçinin, ağız boşluğunu təmizləyir. Xoş qoxusu ağız boşluğu gigiyenasına da yaxşı təsir edir.
    Tiroid xəstələklərinin müalicəsinə yaxşı təsir edir. Tərkibindəki A və C vitaminləri, minerallar sayəsində şüyüd tiroid funksiyalarını nizama sala bilir. Bu da yaranacaq tiroid xəstəliklərinin qarşısının alınması və mövcud olanların sağalması deməkdir.

Комментарии • 51