Это видео недоступно.
Сожалеем об этом.

Mikayıl Müşfiq "Həyat sevgisi" (Cavid ömrü filmindən)

Поделиться
HTML-код
  • Опубликовано: 10 май 2020
  • Ah, mən gündən-günə bu gözəlləşən
    İşıqlı dünyadan necə əl çəkim?
    Bu yerlə çarpışan, göylə əlləşən
    Dostdan, aşinadan necə əl çəkim?
    Dönmə bir şəbnəmə yaz səhərində,
    Könül, günəş kimi parla yerində!
    Göylərin lacivərd ətəklərində
    Gedən bu qovğadan necə əl çəkim?
    Baxınız, dan yeri sökülmüş kimi,
    Dostlar bir cəbhəyə tökülmüş kimi.
    Uzaqdan-uzağa xam gümüş kimi
    Ağaran səhradan necə əl çəkim?
    Təbiət varlıdır, təbiət xəsis,
    İşlədərkən onu, sən ey mühəndis,
    Mən də qart daşlara verdiyim bu hiss,
    Bu incə mənadan necə əl çəkim?
    Bir yanda tərlanlar, dumanlı dağlar,
    Bir yanda kəkliklər, ayna bulaqlar,
    Bir yanda bülbüllər, çiçəkli bağlar,
    Mən bu tamaşadan necə əl çəkim?
    Həyat dedikləri bu keçməkeşdən,
    Qəlbimdə, qanımda yanan atəşdən,
    Gecədən, gündüzdən, aydan, günəşdən,
    Bu əngin fəzadan necə əl çəkim?
    Qarşımda dalğalı dərin bir ümman,
    Ümmanı sarsıdır bir acı tufan,
    Bəyaz köpükləri bir çiçək yapan
    Şeirdən, xülyadan necə əl çəkim?
    Ulduzlar fikrimin çırağbanıdır,
    Bulud xəyalımın karıvanıdır,
    Səma ki, hissimin aşiyanıdır,
    Böylə bir səmadan necə əl çəkim?
    Mehriban sevgilim qarşımda durdu,
    Yenə şairliyim başıma vurdu,
    Məndən məcnun kimi könül maraqla sordu:
    -Bu saçı leyladan necə əl çəkim?
    Xəzan acısına edib təhəmmül,
    Gülün kölgəsində ötəndə bülbül,
    - Həyat, həyat!- deyə çırpınır könül.
    Könüldən, sevdadan necə əl çəkim?
    Sən aldın aşını yeni hisslərdən,
    Ey cavan qələmim, düşmə bəhərdən,
    A dostlar, söyləyin, mən bu hünərdən,
    Bu təbi valadan necə əl çəkim?
    ✅ Kanalımıza abunə olmağı və şərh yazmağı unutmayın.
    SƏSLİ KİTAB bit.ly/2Vjw8l5
    ƏDƏBİYYAT VƏ FƏLSƏFƏ bit.ly/2kBtSav
    TARİX bit.ly/37UAnYS
    MÜSAHİBƏLƏR bit.ly/2maUcIS
    MÜZAKİRƏLƏR bit.ly/2kFfbDc
    SORĞULAR bit.ly/2KLAGv9
    • kitabistan.org
    • / kitabistanpage
    • / kitabistan_page
    • / kitabistan_page
    • t.me/kitabista...
    #mikayılmüşfiq #cavidömrü #kitabıstan

Комментарии • 27

  • @fidanfidan55
    @fidanfidan55 Месяц назад

    Müşfiq , demək olar ki, vətən üçün qurban gedən şəhidlərdən biri idi! Allah rəhmət etsin!

  • @yaqublu1976
    @yaqublu1976 2 года назад +25

    "Oxu,tar,oxu,tar!
    Səni kim unudar?!"
    İndi bu sözləri
    ona desək,yeri var:
    "Səni kim unudar?!"
    ~Sən unudulacaq insan deyilsən,şair...🤍👑

  • @user-tu9xz7cn8t
    @user-tu9xz7cn8t 3 года назад +20

    Mikayıl Müşfiqin gözlərində elə bir bir kədər var idi🖤🥺

  • @patriotaze6196
    @patriotaze6196 3 года назад +10

    Çox gözəl kinodur, yaxşı oynaylblar. ALLAH RƏHMƏT ETSİN BU GÖZƏL ŞAİRLƏRİ, MİKAYIL MÜŞFİQ, HÜSEYN CAVİD, ƏHMƏD CAVAD

  • @spiderwoman.99
    @spiderwoman.99 7 месяцев назад +2

    Müşfiq Ədəbiyyatda əbədi yer tutan şairlərdəndir. Daima qəlbimdəsən Müşfiq.. 🤍

  • @bayrambabazade9494
    @bayrambabazade9494 3 года назад +14

    Muşfig əbədiyyətin özudur

  • @lileo9534
    @lileo9534 2 года назад +5

    Caan ruhu goyler
    Mekani deniz olan
    Qelbi yarali MIKAYIL MUSFIQ.

  • @aslanliaygun
    @aslanliaygun 3 года назад +5

    Ruhumuza can verir,ruhu əbədi yaşasın

  • @gulluatayeva-8569
    @gulluatayeva-8569 Год назад +3

    🤲MƏKANINIZ CƏNNƏT OLSUN ŞAİR😔🤲

  • @fidanfidan55
    @fidanfidan55 Месяц назад

    29- yaş yaşayıb, tarixdə iz qoymaq hər adama qismət olmayır.

  • @MrNaxcivani
    @MrNaxcivani 8 месяцев назад

    Müşviqin taleyi insanı dəhşətə gətirir.

  • @nuraymustafayeva3762
    @nuraymustafayeva3762 Год назад +1

    Unudulmaz sairim .Səni heç vaxt unutmayacağıq

  • @nushabarustamova1991
    @nushabarustamova1991 4 месяца назад

    Аллах рехмет елесин Амин 🇦🇿🙏

  • @nuraymustafayeva3762
    @nuraymustafayeva3762 Год назад

    Ən sevdiyim şeir

  • @-tutulmayansozler-
    @-tutulmayansozler- 8 месяцев назад +1

    Gözəl şairim✨

  • @st1v673
    @st1v673 Год назад +2

    Ruhun sad olsun

  • @teraneaslanova9822
    @teraneaslanova9822 11 месяцев назад

    Allah rehmet elesin❤

  • @hzahmak
    @hzahmak 4 года назад +2

    Ehsen 👏🏻👏🏻👏🏻

  • @fidanfidan55
    @fidanfidan55 2 месяца назад

    Müşfiqi cismən məhv etdilər. Mənən məhv edə bilmədilər. Müşfiq sevənlərinin qəlbində yaşayır, yaşayacaq!

  • @patriotaze6196
    @patriotaze6196 3 года назад +2

    Gözəl sözdür Cavad vyr tyt 28 yaş

  • @fuadawirov8149
    @fuadawirov8149 2 года назад +6

    Bu şeiri neçənci ildə yazılıb? nə qədər axtardım tapmadım

  • @qumru8870
    @qumru8870 3 года назад +2

    💔

  • @farizhesenov902
    @farizhesenov902 3 года назад +2

    Vur-tut 28