Это видео недоступно.
Сожалеем об этом.
Mikayıl Müşfiq - Yenə o bağ olaydı - Kamran M. Yunis
HTML-код
- Опубликовано: 1 июл 2020
- Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən.
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində.
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şerə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bəzən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
ÇOX SEVIRƏM BU ŞEYRI ƏMINƏ YÜSIF GIZI BU ŞEYRI SÖYLƏYIR .ALLAH XAMINIZI GORUSUN AMIN . VAY O GƏLBƏ KI , BOŞDU!
Bu nə gözəl şeirdi, bu nə gözəl mənzərə,....❤️
ALLAH Mikayıl Müşfiqə rəhmət eləsin!
Her şeye göre sağolun Allah cavan geden sairimizede rəhmət edsin cavan gedsede qəlbi böyük olub var olsun vetenim Azərbaycan.
Ruhu şad olsun nakam Şairimizin🙏
Bəh-bəhh! ❤️
Kaş, yenə o bağ olaydı..
Qayğısız illəri, küləklər apardığı o bağ..
Kaş, yenə o bağ olaydı, uşaqlığımızı qoyub gəldiyimiz o bağ..
Kaş, yenə o bağ olaydı, özümüzü hamıdan ağıllı sandığımız o yaşdakı biz olaydıq o bağın sakinləri..
Sevdalar ölkəsi,
O söyüd kölgəsi...
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin❤️❤️
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə. ❤️❤️❤️
Allah sənə rəhmət eləsin. Sənin şeirlərindən heç yerdə yoxdu. 👍
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
🎧🌹🌹🌹🌹🌹🌹🌹🙏
Əsrarəngiz şeir...... Möhtəşəm ifa.....
20-ci əsrin ən gözəl,ən mənalı şerlərindən biri..
Ey dahi Muşfiq! Kimlərə qaldı dünya ...Bu misraların sehrində Kamran bəyin ecaskar səsilə ruhum uçur, uçur... Heç dönmək istəmir Haqqınızı halal edin Kamran bəy Sizin ifanıza qulaq asanda uşaqlığımda nağıllara qulaq asanda olduğu başqa aləmə düşürəm ... Problemləri və bu dünyanı az da olsa unuduram...
Dahiyanə, mükəmməl, möhtəşəm!!! 👏👏👏👏👏👏👏👏👏👏👏
Bu nə gözəl şeirdi....bu nə gözəl ifadı....Elə ifa edirsiniz ki,......sizi duyaraq dinləmək özü bir başqa hissdir.
Var olun DƏYƏRLİ SƏNƏTKARIMIZ.
❤🌹
Çox gözel 👍👍
Mikayıl Müşfiq-Ruhunun Şah əsəri 🌹
Vay , o qəlbə ki boşdur ....
Təşəkkürlər
Çox sağ olun, var olun sənətkar. Təşəkkürlər👍👍👍👍👍
Axşamınız xeyir Ustad🙏
❤️3❤️
Səni tez tez göreydim,qələmə söz vereydim......Yenə o illər olaydı...Heyf ki,yaşananlar geri dönmür.Bir xatirəyə çevrilib yaddaşın bir küncündə gizlənir.
"Yenə o bağ olaydı..."
Ədəbiyyatı mənə sevdirən, şeir yazmaq hissini ilk dəfə ruhuma ilmə - ilmə işləyən, məni ilk həyəcanlandıran, ilk əzbərimi, ilk şeirdən təsirlənmə duyğularımı, ilk təsəvvürümü, bu möhtəşəm ədəbiyyat incisinə borcluyam...
Bu gün sözün əsil mənasında "yaza" bilirəmsə əgər, bunu o duyğulara borcluyam.
Bəy, həqiqət çoooox bəyəndim.
Çooox gözəl işdir. Bilirəm çox əziyyət çəkmisiniz bu şeiri ərsəyə gətirərkən. Ancaq bilin ki, dəyərdi. Və, haqqınızı halal edin böyük insan.
Böyük işdir.
Tanrı qorusun sizi.
İnsanın ruhunu oxşayır . Allah rəhmət etsin Azərbaycan şairi
🌹🌹🌹🌹🌹
Bu cur ince qelbli insana nece qiymaq olardi axi.. 😢😢ALLAH REHMET ELESIN
Ürəyinizə sağlıq Ustad!❤️
Yazın, yaradın, var olun🙏❤️
❤❤❤❤❤
Sizin ifada dinləmək çox xoş oldu
Allah rəhmət eləsin sevimli nakam şairimizə
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham! ❤️❤️Dinlədikcə insanın ruhu dincəlir! 💖💖💖
Axşamınız xeyr olsun deyerli insan.
Yeni şeir yazırdım, bildirim gəldi...
Uçdu getdi fikirlər... Başqa diyarlara.. O bağa..
Əsmər bənizli...
Mükəmməl!
Super 👍🏻
Ən sevdiyim şeirdir...
Çox çox sevirəm bu seri. Sizin ifanızda tək kəlmə ilə, MÖHTƏŞƏM
💐
O qədər çox sevirəm ki bu şeiri.Coxlarinin ifasında dinləmiş.Sizin ifa terziniz bam başqadır USTAD.VAR OLUN.SİZ ZIRVESINIZ.Tanri qorusun sizi dəyərli sənətkar.
Möhtəşəmsiz...❤
❤👍43👍❤📝🎼👏... Yene o Bag olaydi .... Nakam MÜŞFIQ Allah sene mim min rehmet elesin 🙏 heyifff senden coooox heyiff ... 🙏❤..Size min min can Sagligi eziz MAESTRO 🙏👏❤
İnsan "yenə o bağ olaydı" deyə köks ötürüb, ötən günlərə peşman olmaq istəmirsə əgər, gərək ki, hər anın qədrini bilsin.
Gərək ki, bilsin bir də heç vaxt bu günkü kimi olmayacaq heç nə. Heç kim sabahın olacağını belə bilmir...
Sabahlar müəmmadır..
Sabahlar qaranlıq..
Dünənlər bulanıq...
Bu gün isə işıqlı.. Aydın.. Gözəl..
Əgər ki, darıxdığınız biri varsa həyatınızda,
Əgər ki, əlinizi uzadanda ona çatarsa əliniz,
Uzadın əlinizi..
Qorxmadan, çəkinmədən uzadın o əli..
Atın o ilk addımı..
Edin o ilk zəngi..
Yazın o ilk mesajı..
"Bağışla" deyin, günah onda olsa belə...
"Bağışlayın" günah sizdə olsa belə...
Sabahlar müəmmadır...
Sabahlar qaranlıq...
Dünənlər bulanıq...
Bu gün isə işıqlı..
Bu gün isə günəşli...
@@aghayevnemat9883 Duayn ürəyiniz var olsun. Nə xoş
Salam qızım.Necəsən?Bəli, zamanın qədrini bilmək lazımdır.Unutmamalıyıq ki, saat əqrəbinin hər cüzi tərpənişi onu bizdən ayırır.
@@validamamedova2237 Tam haqlısan əzizim
Çox gözəl deyirsiz zamanımızında ətrafındakı sevdiklərimizində qiymətini bilməliyik
onlar həyatda bizlərə verilmiş olan ən gözəl hədiyyələrdir. Saatın əqrəbi necə hərəkət edirsə həyatda bu cür hərəkət edir keçən 1saniyənidə geri qaytarmaq mümkün deyil buna görədə əlimizdəkilərin qiymətini əlimizdəyikən bilmək lazımdır .
Allah qəni qəni rəhmət eləsin.Lənət Olsun rusun Ləpirinə!
ALLAH UNUDULMAYAN ŞAİRİMİZƏ RƏHMƏT ELƏSİN!
SİZƏ UZUN ÖMÜR VERSİN ƏZİZ SƏNƏTKARIMIZ!
Nə yaxşı ki varsınız! İnsanın ďünyadan küsdüyü bu günlərdə, ümidsiz anlarımızda bizi səsinizin sehri ilə həyata yenidən bağlayırsınız. Kamran bəy, gözəl insan kaş yenə o bağ olaydı. Kaş o bağa siz öz sevənlərinizi, yəni bizi yığıb"Yenə o bağ olaydı" deyəydiniz.
Allah cavan dünyasını dəyişmiş şairimızə rəhmət eylısin.Sizədə can sağlığı.Təşəkkür.🙏🙏🙏🙏
😬çox təsirləndim❤😧təşəkkür edirəm, çox gözəl səsləndirdiz,səsinixə qüvbət 👏👍🙏
Bəy, İlahiii nə gözəl səslənmədir, nə gözəl ruh vermisiniz. Çox gözəl, çox incə, çox duyğulu.. Həqiqətən. Möhtəşəm. Maşallah olsun. Ruhunuz yorulmasın heç vaxt USTAD
Yenə o bağ olaydı...😪😪😪
Məni ən çox ağladan şeirdi..sözlər o qədər duyğulu, kədərli və təsirlidir ki..
bütün duyğularınzla şairin hisslərini çatdırmısız, bu şeiri çoxları deyib,amma sizin ifanızda bir başqa gözəl alınıb,möhürü vurulmuş bir şeirdi..siz də öz möhürünüzü vurdunuz özünəməxsus,mükəmməl ifanızla..necə kədərli səs tonunuz var..Allah sizə can sağlığı versin,Var olun!🙏🙏👍👍👏👏👏😍
Sabahlarımız xeyirliyə doğru.İnşallah.Səsinizə qüvvət, canınıza sağlıq.Çox möhtəşəm.Ən çox sevdiyim şeirlərdən.Çox sağ olun ki iki xəstəyə baxa-baxa bizləri yaddan çıxartmırsınız.Necə vərdiş yaranıbsa hər gün şeirlərinizi dinlənilməsə, rahatlıq qaçaq düşür.
Coox isterdim cox 💔😔🌹🌹🌹Can Var Olun 🙏⭐❤️🌹🌹🌹💋
👍
Yenə o bağ olaydı. Bu şeiri 2007 ci ilde mən 9 cu sinifdə oxuyurdum ədəbiyyat dərsində hamsini öyrənmişdim lövhədə danışırdım müəllimə yarıda saxladı ki otur öyrənmisən o vaxtdan ürəyimdə qalıb çox pis olmuşdum heç vaxt unutmaram kaş yenə o bağ və o illər olaydı geriyə dönmə şansimiz olaydi
10 👍👐
🎧👍👍👍
Möhtəşəm!
🎧 49👍 👏
Sevdiyim şair,sevdiyim şeir və sevdiyim səs👍👍👍👍Siz bu şeiri bir neçə il öncə də səsləndirmisiniz.İlk dəfə bu şeiri sizin ifanlzda dinləyəndə elə indiki kimj buzovnada dəniz kənarında bağda dinləmişdim,lap yerinə düşmüşdü.İndi də tam tamına yerinə düşən bir şeir.Çox duyğulandım,dincəldim.Çox sağ olun!
çox gözəl
Var ol
Mikayıl Müşfiq bu gözəl əsəri Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazmışdı.
Bəlkədə gizlətdiyi bir nakam məhəbbət alovlanırdı qəlbində....
Elədir hə.Mən də oxumuşam bu haqqda.Yəqin ilk məhəbbəti olub.İlk məhəbbət heç vaxt unudulmur axı...
Daha ne o bag qalib ne o insanlar😔😔
Çıxalım Buzovnada kiçik qayalıqlara..
Kamran bəy siz həm vicdan haqqında həm yuxu kimi də həm də şairlikdə peşəkarsınız bilirsiz mən indiyədək çox seriala baxmışam ancaq vicdan haqqı və yuxu kimi qədər gözəl həqiqi serial görmədim bilirsinizmi niyə çünki o serialları Rövşən isax çəkib düzdür vicdan haqqı serialı çoxdan bitib ancaq mən o serialdan ayrlıa bilmirəm inşallah virus gedər yuxu kimi serialına qaldığınız yerdən davam edərsiniz Mənim adımdan Rövşən bəyə salamlarımı çatdırarsınız öncədən təşəkkürlər...
🎧🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏
Çox kövrelmişem öten günleri yada salib.🥺
❤
Allah Mikayil Musfiqe rehmet elesin Cox sag olun Kamran bey var olun
Yene o bag olaydl
Bu yaz, bir başqa yazdır!💐
😍😍
Ruhumuz dinceldi
🌹🌹🌹🌹🌹💕
Yenə o bağ olaydı....
Yenə o bag olaydı..
Allah sene rehmet elesin sair. Lenet olsun staline ve sovet rejimine
❤️174❤️
10🌹❤🌹menen
Arzuya bax, sevgilim,...tellərindən incəmi?
Söylə, ürəyincəmi?
İlk
.........İLK....
Həəə...Əsmərim..Yene o bağ olaydi...
Nese bu şer məni ağladir.
Çox istiyerdim ki Yene o bağ oleydi...💕😘😔
@@kamranmyunis Xoşbəxtliyin digər adı. Var olun.
@@aygunaygun8263 kaş ki.. Deməkdən başqa əlimdən hrç nə gəlmir...
Tebrikler🌹
Əsmər bənizli...
Kompozisiyanın adı nədi?
Ad günü film musiqisi
👍
💐