Aptekin Yolunu Unudacaqsız - Podaqranın Evdə Çarəsi Budur

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #подагра #podaqra #подагры
    Videoların davamı üçün kanalımıza abunə olun.
    Digər sosial şəbəkə hesablarımız:
    / birbax1
    / following
    / xeyalenin_saati
    Podaqranın yaranmasının birinci səbəbi məhz qandakı sidik turşusunun çoxalmasıdır. Sidik turşusu orqanizmdə yaranır. Onun səviyyəsi isə qidalanmadan asılıdır. O, qaraciyərdə sintez olunur, duz şəklində qan plazmalarına qarışır. Qanı sidik turşularından təmizləmək isə böyrəklərin vəzifəsidir. Əgər sidik turşuları təmizlənməzsə, get-gedə onun səviyyəsi artır ki, bu da orqanizmdə bir çox fəsadların yaranmasına gətirib çıxarır. Orqanizmdə sidik turşusunun səviyyəsini müəyyən etmək üçün xüsusi analizlər aparılır.
    Sidik turşusunun yaratdığı fəsadlardan biri də podaqradır. Sidik turşuları zamanla kristallaşır və bu kristallar da oynaqlarda toplanır. Əgər vaxtında müalicə olunmasa, kristallaşan sidik turşusu toxuma və damar divarlarını da ciddi şəkildə zədələyə bilir.
    Podaqra haqqında bir az ümumi məlumat alaq. Podaqra maddələr mübadiləsinin pozulmasından yaranan xəstəlikdir. O, əllərdən ayaqlara qədər istənilən oynaqda yarana bilər. Əgər xəstəlik vaxtında müalicə olunmasa, şikəstliyə gətirib çıxarır. Üstəlik, diabet riskini yüksəldir, ürək-damar sisteminin işində problemlər yaradır, böyrəkləri gücə salır.
    Patalogiyanın ilkin yaranma səbəbi isə azot trkibli qidaların çox yeyilməsi nəticəsində orqanizmdə sidik turşusunun miqdarının artmasıdır. Bədəndən xaric edilməyən sidik turşusunun tərkibindəki urat duzları oynaqlarda yığılır və orda bərkiməyə başlayır. Xəstəliyin inkişafını ləngitmək və onun həyat keyfiyyətinə həddən artıq mənfi təsir etməyinin qarşısını almaq üçün azotla zəngin qidalardan uzaq durmaq lazımdır. Həmin qidalar bunlardır:
    -qırmızı ət;
    -içalat (ürək, böyrək, ciyər və s.);
    -alkoqollu içkilər;
    -kolbasa;
    -bol ədvalı, yağlı, yaxşı bişməyən ayaqüstü qidalar;
    Həmçinin, passivlik, oturaq həyat tərzi də sidik turşularının bərkiməsinə, oynaqların sıradan çıxmasına mənfi təsir edir. Patalogiyanın əlamətləri sırasında artrit ağrıları, qəfildən ayağın baş barmağında başlayan keyimə və ya göynədən ağrı da var. Qeyd edim ki, bu ağrılar, xüsusilə, gecələr və ya səhərin alatoranlığında daha çox özünü büruzə verir. Zamanla ağrılar artır və dəri də qızarmağa başlayır. Hətta nahiyənin temperaturu da yüksəlir. İlk bir neçə həftədə adi ağrıkəsicilərlə simptomlardan yaxa qurtarmaq mümkündür. Amma daimi olaraq yüksələn sidik turşusu səviyyəsi ağrılararası fasilələrin qısalmasına, ağrının daha şiddətli olmasına gətirib çıxarır.
    Elmi araşdırmalar zamanı məlum olub ki, bərkimə təkcə oynaqlarda deyil, onurğada da baş verə bilir. Və bu hal bədənin müxtəlif nahiyəsində baş qaldıran qəfil ağrılarla müşayiət olunur.

Комментарии • 57

  • @birbaxkanal
    @birbaxkanal  4 месяца назад +12

    Bizi haradan izləyirsiniz? Zəhmət olmasa şərh bölümünə yazın 🥰

    • @user-wd9ye6ge6h
      @user-wd9ye6ge6h 4 месяца назад +1

      Xaçmazdan

    • @GulcohreVeliyeva-bc8pw
      @GulcohreVeliyeva-bc8pw 4 месяца назад

      Bu butun yemekleri deyir yemeyin uzaq durun 2 3 cir ot deyir icin basqa hecne yemeyin ancaq ot demle ic her gun

  • @sweetgrandma
    @sweetgrandma 4 месяца назад +8

    Əla videodur. Təşəkkürlər Bir Bax

  • @smryusifova4877
    @smryusifova4877 3 месяца назад +2

    Çox, çox teşekkürler edirem. O qeder aydın ve insanı yüngülleşdiren sesle, melumatlandırırsınız ki, dinledikce, dinlemek isteyirsen. 🙏

  • @kovakadini88
    @kovakadini88 4 месяца назад +6

    Təşəkkürlər ♥️!Gözəl Qız 🌹🍀✨🙏✌️

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 4 месяца назад +4

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

  • @xanlarhesenov3851
    @xanlarhesenov3851 4 месяца назад +2

    Gözəl,təmkinli və aydın başa saldığınız üçün təşəkkürlər.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @yawaryusifov5016
    @yawaryusifov5016 4 месяца назад +2

    Allah köməyiniz olsun

  • @zahraseven701
    @zahraseven701 3 месяца назад

    Təşəkkür edirəm 🌹

  • @Ahmed_Aliyev
    @Ahmed_Aliyev 3 месяца назад

    Əla

  • @Sar-qp1sc
    @Sar-qp1sc 4 месяца назад +1

    Saudiyye Arabistanindan izleyirem. Cox sag olun.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @gulzarhumbtova4064
    @gulzarhumbtova4064 4 месяца назад +1

    Cox sağolun təşəkkür

  • @gulzarhumbtova4064
    @gulzarhumbtova4064 2 месяца назад

    Təşəkkürlər

  • @asifesgerov3284
    @asifesgerov3284 4 месяца назад +6

    Coxlu - coxlu sag olun.Bilmədiklərimizi öyrənirik Deməli padaqran varsa dūzgūn qidalana bilməzsən.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +2

      Siz sağ olun ki, gözəl sözlərinizlə bizə hər zaman motivasiya verirsiniz

    • @Yashar707a
      @Yashar707a 4 месяца назад +2

      Əksinə düzgün qidalanmalısan. Məgər nə gəldi yemək düzgün qidalanmardır? Yoxsa bir toy axşamı saat 18 dən 23 qədər 15 cür yemək yemək düzgün qidalanmaqdır?

    • @asifesgerov3284
      @asifesgerov3284 4 месяца назад +1

      @@Yashar707a Salam vidioda qeyd olunurki ət balıq məhsulları paxlalı bitkilərdən isdifadə etmək olmaz padaqra varsa.

    • @asifesgerov3284
      @asifesgerov3284 4 месяца назад +1

      @@birbaxkanal Minnətdaram

    • @Yashar707a
      @Yashar707a 4 месяца назад

      @@asifesgerov3284 Əleyküsalam Asif bəy. Mal əti, əsasəndə qırmızı ət, duzlu və ya çox yağlı balıq, əsasən də satışda olan okean balqları (skumbriya) polukapeyonnıy. Paxlalı bitkilərdən ağ noxud, mərci şəxsən mənə pis reaksiya verir. Azca yeyəndə normal olur. Ümumiyyətlə istifadə vaxtı özüüz fikir verin şəxsən sizə necə təsir edir. Pəhrizlə qidalananda hər şey yemək olur, amma miqdarı az olmalıdır.

  • @konulmehdiyeva5502
    @konulmehdiyeva5502 4 месяца назад +1

    Teşekürler ❤

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @adahuseynli7724
    @adahuseynli7724 3 месяца назад +1

    Allahın verdiyi bütün nemətlərdən yemək lazımdı,amma NORMADA!...

  • @OrxanElizade-f9e
    @OrxanElizade-f9e 4 месяца назад +1

    Sagolun❤

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @ixtiyarixtiyar2451
    @ixtiyarixtiyar2451 3 месяца назад

    Cox sağolun xais xais edirik dozlmez agrnl nece saktlesdrek

  • @Yashar707a
    @Yashar707a 4 месяца назад +5

    Bunu yemək olmaz, onu yemək olmaz, tay denən birdəfəlik qoluzu, qıçınızı uzadıb ölün.😅
    Əlbəttə bu bir zarafatdır. Bir padaqra xəstəsi kimi xanımın bütün dediklərinə əməl etməyi məsləhət görürəm.
    Ümumiyyətlə pəhrizə bütün qidalardan istifadə edirəm. Əsas odur normadan artıq yeməyin. Qırmızı çaxır və piyvədən uzaq olun.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +2

      Allah şəfa versin. Çox sağ olun

  • @gulnazkerimova7891
    @gulnazkerimova7891 4 месяца назад +1

    Bu arada teşekkürler

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      Mən təşəkkür edirəm

  • @beyimdunyamaliyeva48
    @beyimdunyamaliyeva48 4 месяца назад

    KÖMƏK OLSYN ÀMİÑ AMİN Əla

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun

  • @aviator588
    @aviator588 3 месяца назад

    Bunlar çox doğrudur .Amma ən önəmlisi pomidor tamat daha çox zərərlidir

  • @gulzarhumbtova4064
    @gulzarhumbtova4064 2 месяца назад

    Sizi Tver şəhərindən izləyirəm

    • @birbaxkanal
      @birbaxkanal  2 месяца назад +1

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @gulnazkerimova7891
    @gulnazkerimova7891 4 месяца назад +2

    Amma basa dusmedim yulaf xeyirdimi ziyandimi

  • @lalaeliyeva9269
    @lalaeliyeva9269 4 месяца назад +1

    Paho day nə qaldı ki

  • @Fuad-k1o
    @Fuad-k1o 4 месяца назад

    Salam yulaf əvvəldə ziyandı axırda yeyin deyirsiz

  • @vaqif3317
    @vaqif3317 4 месяца назад

    Salam mənim ayaxlarım şişir rusça desək atok həkimlərdə dərdimi bilmir sizin köməyinizə ehtiyacım var. Birdə əyaglarımın altı qızdırmadan yanır?

  • @ŞamamaSadıqova-c9q
    @ŞamamaSadıqova-c9q 4 месяца назад

    Deməli bütün yaxşı yassıyonları menyudan çıxarmaq lazımdır

  • @FaridaMacidova-ru7hv
    @FaridaMacidova-ru7hv 4 месяца назад

    Salam. Neden bilmek olar padaqra xestdliyini ?

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Əlamətləri var videoda

  • @gulnazkerimova7891
    @gulnazkerimova7891 4 месяца назад

    Bəs mən nə yeyim😮fiziki isle məsgulam.yemesem halsizlasiram.1kurs mualuce etdim.xeyri yoxdur (

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Allah şəfa versin. Çalışın sağlam qidalanasınız

  • @nuriyyaahmadova8548
    @nuriyyaahmadova8548 4 месяца назад +1

    Mənim gecələr bütün sümüklərim ağrıyır nədən olar.

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Sinir ağrıları ola bilər. Amma sümük ağrılarının digər bir səbəbi də D vitamini azlığıdır.

    • @nuriyyaahmadova8548
      @nuriyyaahmadova8548 4 месяца назад

      @@birbaxkanal çox sağ olunəllərim şiş sümükləi əyilib, dizim ,dirzək ağrıları bezir adam

    • @ХураманГасанова-т9д
      @ХураманГасанова-т9д 4 месяца назад

      Refmotoit artrit olacaq, ​@@nuriyyaahmadova8548

  • @bakinkabakinka092
    @bakinkabakinka092 4 месяца назад +1

    Sən elə danışırsan ki heçnə yimiyək ölək! Bəs bədənin vitaminləri azalır uminitet düşür.