Teyyub Aslanov - "Dəli ceyran" (xalq mahnısı) 2023

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Əziz kanalınızın izləyiciləri! Sizə gözəl sənətkar, Xalq artisti Teyyub Aslanovun ifasında "Dəli ceyran" xalq mahnısını təqdim edirik.
    Xanəndəni tarda Respublikanın əməkdar artisti Əliağa Sədiyev, kamançada Respublikanın Xalq artisti Elşən Mansurov, nağarada isə Respublikanın əməkdar artisti Kamran Kərimov müşayiət edirlər.
    Video yazı ustad sənətkar, Xalq artisti Tələt Qasımovun 5 oktyabr 2023-cü ildə Beynəlxalq Muğam Mərkəzində keçirilən 90 illik yubileyinə həsr olunmuş tədbirdə lentə alınıb.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    " D Ə L İ C E Y R A N "
    (Xalq mahnısı)
    Oxuyur :
    Xalq artisti
    TEYYUB ASLANOV
    Müşayiət edirlər :
    tarda : əməkdar artist Əliağa Sədiyev
    kamançada : Xalq artisti Elşən Mansurov
    nağarada : əməkdar artist Kamran Kərimov
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    "DƏLİ CEYRAN" (Xalq mahnısı)
    I
    Gözəlim, aşiqini salma nəzərdən,
    Həsrətindən ölürəm, gəl bizə hərdən.
    Sənə çoxdan vurulub bu dəli könlüm,
    Neyləyim ki, xəbərin yoxdur xəbərdən.
    Nəqarət:
    Gəl, mənə naz eləmə, ay dəli ceyran,
    O qara gözlərinə olmuşam heyran.
    II
    Bir dönüb baxmaq ilə canımı aldın,
    Məni Məcnun eyləyib çöllərə saldın.
    Mən inandım sənə, öz könlümü verdim,
    Mən atıb, gedib əğyar ilə qaldın.
    MUĞAMDA İFA OLUNAN QƏZƏL:
    Müəllif:
    Ənvər Nəzərli (1926-2016)
    Ey təbibim, daha yox dərdə dəvamım, neynim?
    Od tutub yanmadadır cismidə canım, neynim?
    Gecə ta sübhə kimi ahu-fəğan etmədəyəm
    Dayanıb dövr eləmir nəbzidə qanım, neynim?
    Ərşü əladə xuda, yerdə köməyim sənsən
    Səndən özgə kimsəyə yoxdur gümanım, neynim?
    Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm
    Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim?
    Ərşü əladə xuda, yerdə köməyim sənsən
    Səndən özgə kimsəyə yoxdur gümanım, neynim?
    Aşinalər də uzaqlaşdı görüb əhvalımı
    Hamını zar eləyib ahu fəğanım, neynim?
    Ənvərəm şükr edirəm ki hələlik var nəfəsim
    Ürəyimcə dövr eləmir dövri-zamanım, neynim?
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Sosial media hesablarımız:
    Facebook : Fuad Ramazanov www.facebook.c...
    Instagram : ramazanovfuad ...
    WhatsApp ilə əlaqə
    +994 77 403 60 04
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    F U A D R A M A Z A N O V
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!

Комментарии • 2