Reklamın ədalətli olması nədir? II Araz İsmayılov (Hüquqşunas)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Yaşayış komplekslərinin reklamlarını yəqin ki, görmüsünüz. Çox vaxt qrafik olaraq binanın gələcək görüntüsü hazırlanır. Görüntülərdə həmçinin geniş #yaşıllıq sahələri, köşklər, uşaqlar üçün meydançalar əks olunur. İnsanlar gedib ordan #mənzil alır, vaxt gəlir bina hazır olur və görürlər ki, yaşıllıq, meydança nə gəzir, heç düşüb nəfəs almağa əməlli məhlə də yoxdur. Söyüb yaşamağa davam edirlər.
    Əslində isə tikinti şirkətindən hüquqlarınızı tələb edə bilərsiniz.
    Hansı əsasla❓
    Çox sadə səslənsə də, reklamda göstərilən şəraiti yaratmadıqları əsası ilə. Şirkət bildirsə ki, bu sadəcə bir reklam idi, müqavilədə yaşıllıq sahəsi və digər imkanlar barədə heç bir şərt yoxdur, fikir verməyin, haqsız danışır.
    Ondan başlayaq ki, tikinti şirkətindən 1 - 2 il sonra hazır olacaq binada mənzil alırsınızsa, bu müqavilə, əslində bir podrat müqaviləsidir. Tikinti şirkəti podratçı, siz isə sifarişçisiniz. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd (işin dəyəri) ödəməyi öhdəsinə götürür. 📕Mülki Məcəlləyə görə, podratçı işi elə icra etməlidir ki, podratın nəticəsi qüsursuz olsun. Burada qüsur dedikdə, həm də işin podratçı tərəfindən iş haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. Bundan başqa 📘Reklam haqqında Qanuna görə, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə bu reklam haqsız reklam sayılır və belə reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam verən tərəfindən ödənilir.
    Beləliklə tikinti şirkəti sizə müqavilə bağlamazdan əvvəl tikinti haqda müxtəlif vədlər verib yerinə yetirməyibsə və ya layihə haqda həqiqətə uyğun olmayan reklam yayımlayıbsa, demək ki, podratın nəticəsi olan bina qüsurlu olaraq inşa edilib. Belə olan halda sizin hüququnuz var ki, ya müqavilədən imtina edib ödədiyiniz məbləği geri alasınız, ya da mənzili alıb qüsura mütənasib olaraq ödədiyiniz məbləğin bir hissəsini geri alasınız.
    Bu hüquqlar digər podrat müqavilələri üçün də keçərlidir. Məsələn, "lnstagram"da bir mebel istehsalçısının paylaşdığı divanın şəklini gördünüz və eynisini sizin üçün hazırlamağını istədiniz. Əgər istehsalçı eyni, şəkildəki kimi bir divan hazırlamasa yuxarıdakı qaydada hüquqlarınızı tələb edə bilərsiniz.
    ❗Son olaraq, məsləhət görərdim ki, əgər podrat müqaviləsi bağlayacaqsınızsa, müqavilədə verilən vədlərlə bağlı bütün xırda detalların göstərilməsini tələb edəsiniz. Bu gələcəkdə sizin hüquqlarınızın qorunmağını asanlaşdıra bilər.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Araz İsmayılov
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Jalə Həsənzadə
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 17