Uğurda uğursuzluqların rolu || Toğrul Səməd (Buglance şirkətinin qurucusu)

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2023
  • Bu gün uğursuzluqdan danışacıq. Biz o qədər uğurdan danışırıq ki, hərdən onun nəyə borclu olduğumuzu yaddan çıxardırıq. Biz yaddan çıxarmasaq da, kənardan baxan adamlar fərqli-fərqli uğur hekayələri eşidir və çox vaxtı həmin hekayələrin həqiqət payı ya çox az olur ya da tam da həqiqətə uyğun olmur. Eşidirik və bizdə səhv təəsüratlar yaranır. Həm insanlar barəsində həm özümüzün gördüyü işlərlə bağlı. Bəzi insanlar ətrafda çoxlu uğurlu insanlar görüb və özlərinin uğursuzluqlarını onlarla müqayisə edib motivasiyalarını aşağı salırlar və s. Nəticədə onlarda heçnə alınmır çünki uğura gedən yolun əslində necə getdiyini başa düşmürlər. Yəni, Uğurun səbəbi həmişə təcrübədir, təcrübənin səbəbi isə uğursuzluqlardır. Uğurlu adamların həyatını analiz etsəniz və baxsaz görəcəksiniz ki, o gəldikləri nöqtəyə gələnə qədər bir çox uğursuzlaqlara düçar olublar və yaxud uşaqlıqda çoxlu travmaları olub və s. kimi yollar görəcəksiniz. Və onları formalaşdıran şey də həmin travmalar və həmin uğursuzluqlar olub. Bu yaxınlarda bir insanla söhbət etdikdə sual vermişdim özümə ki, mənim əgər elə bir seçimim olsaydı ki, əvvəl etdiyim səhvləri yenə eləmiyim, ama yenə də o səhvləri eliyərdim və yaxud əgər elə bir seçimim olsaydı ki, tutaq ki, hansısa uşaqlıq travmalarını yaşamıyım yenə də onları yaşayardım. Hamımızın müəyyən travmaları var amma mahiyyət odur ki, bizi formalaşdıran odu və əgər sən kim olduğunu bilirsənsə və özün özünə səmimisənsə, başa düşürsən ki, uğursuzluqları olduğu kimi qəbul etməlisən. O ki qaldı biznesə, biznesdə uğurdan söhbət gedirsə, yenə də hər hansı bir layihəydə uğura çatanda kənardan baxıb deyirlər ki “Hə filan layihə uğurludu” amma ora çatana qədər olan çoxlu uğursuzluqları görmürlər. Misal üçün özümdən misal gətirsəm “Buglance”ın 4 dəfə və ya 5 dəfə tam pulu qutarıb 0 a düşmüşük, hətta mənfiyə düşmüşük və hər dəfə də müxtəlif yollarnan sağ qala bilmişik. Başqa layihələr - elə layihələrim var ki, onun haqqında heçnə eşitməmisiniz. Misal üçün Milla adında dating app var idi keçən il düzəltmişdik, uğursuz oldu. Səbəbi də nə idi - facebook adsdə dating kateqoriyası reklamlarını bloklanması və yaxud onun göstərilməsi üçün 10 qat 20 qat ödənişlərin olunması səbə idi və bunun kimi “just watch” “just listen” kimi bir neçə layihələr var ki, siz bu barədə eşitməmisiniz, çünki o layihələr uğura gəlib çata bilməyib ki, mən orda hər hansısa bir elan verim. Yəni sözümün canı odur ki, uğursuzluqlar çox vaxt sakitçilikdə olur, uğurdan isə bar bar bağırıb danışılır. Başa düşməlisiniz ki, gördüyünüz hər hansı uğur varsa, həqiqi uğur, yəni uğursuzluq görsənmir ,uğur olduğundan daha yaxşı formada çatır. Qlobal formada baxsaq tutaq ki, Elon Maskın olan SpaceX işləyir deyirlər ki “hə adam əjdahadı” amma o misal üçün ora qədər gələndə 4 dəfə 3 dəfə uğursuz uçuşlar olanda hamı deyir ki “əşi onun başı xarabdı, milyonlarını əritdi, milyonları var idi indi kirayə qalır, borc pula yaşayır” və s. Yəni məsələ odur ki, elədiyiniz şeyə inanırsınızsa səmimi qəlbdən və ora gedən yoldan çoxlu uğursuzluqlar görürsünüzsə, o uğursuzluqlardan sadəcə nəticə çıxardıb dərs öyrənmək lazımdır və o dərsi öz xeyrinə eləmək lazımdır. Misal üçün mən özüm etdiyim layihələrdə bir cizgi görmüşəm ki, onu da bizim Head engineer Cahangir maraqlı bir tweet screenshot atmışdı, orda belə bir şey yazırdı ki, güclü founderlər sağ qalmaqda o qədər yaxşıdırlar ki, sülh şəraitində naviqasiya edə bilmirlər, sülh şəraitindən baş çıxarda bilmirlər.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Toğrul Səməd
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Jalə Həsənzadə
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 12