Kopiraytinq nədir? Kopiraytinq qabiliyyətlərimizi necə inkişaf etdirə bilərik?

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • Reklam mətnləri dedikdə yalnız televiziyada yaxud sosial şəbəkələrdə qarşımıza çıxan reklam çarxları üçün yazılmış mətnlər yox, reklam məqsədli elektron poçtlar, mesajlar, braşurlar, vebsaytlar, katoloqlar və məqalələr də nəzərdə tutulur. Bəzi insanlar kopirayterliklə kontent yazarlığını səhv sala bilir. Lakin, kontent yazarının hazırladığı məqalə daha çox öyrədici, məlumatlandırıcı xarakter daşıyır. Məsələn, hal-hazırda izlədiyiniz videonun mətni və ya “Google” axtarışınız zamanı qarşınıza çıxan məqalələr kontent yazarlarının ərsəyə gətirdiyi işlərə nümunə ola bilər. Digər tərəfdən isə kopirayterlər reklam məqsədli mətnlər yazaraq bizneslərin daha böyük kütləyə xitab etməyinə kömək olurlar. Onu da qeyd edim ki, bəzi kopirayterlər frilans şəkildə, bəziləri isə müəyyən reklam şirkətlərinin tabeliyində çalışır. Məsələn, videolarımızın dəstəkçisi olan “Animators” şirkəti də video-çarx hazırlanarkən animasiya ilə birlikdə istəyə uyğun olaraq kopiraytinq xidmətini də təklif edir. Son olaraq bildirim ki, reklam mətni yazarlığı ingiliscədə tələffüzü eyni olduğu üçün “copyrighting”lə də qarışdırıla bilir. Amma unutmayın ki, “copyrighting” müəllif hüquqlarının qorunmağının təmin edilməyidir.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Əlaqə: / businestalks...​
    Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Elvin Zeynalov
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Ülkər Axundova
    Layihə Meneceri : Tural Vəliyev və Kamran Tağıyev

Комментарии • 19

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 года назад

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @AsimHaxverdiyev
    @AsimHaxverdiyev 3 года назад +3

    Çox sağolun dəyərli məlumatlar üçün.Uğurlar sizə

  • @parviz.abiyev
    @parviz.abiyev 2 года назад +1

    Çox maraqlı məlumatlar idi. Təşəkkür edirəm.

  • @mtlbmuradov5086
    @mtlbmuradov5086 2 года назад

    Çox faydalı oldu, minnətdaram.

  • @rsadxubaliyev3210
    @rsadxubaliyev3210 Год назад

    Alla sizden razi olsun 💔

  • @userMoon92
    @userMoon92 Год назад +1

    Salam.Xahiş edirəm cavab yazardız.Mən bu işlə məşğul olmaq üçün hara müraciət edə bilərəm?

  • @baharbayramli3866
    @baharbayramli3866 2 года назад +1

    Frilance kopirayter hansi saytlarda işə baslaya bilər?

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 года назад +1

      Yerli yoxsa xarici?

    • @baharbayramli3866
      @baharbayramli3866 2 года назад

      @@BusinessTalksAz Yerli saytlar .

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 года назад +1

      @@baharbayramli3866 yerli bilmirik açığı. Sosial şəbəkələrdə Sosial Media Marketinq qrupunda paylaşım edə bilərsiniz. Uğurlar!

    • @faridamamedova8865
      @faridamamedova8865 18 дней назад

      Salam men ssm uzre islemek isteyirem. Kopirayting uzre pesekar kurslar axtariram. Bilirsinizse mene komek ederdiniz zehmet olmasa.