Qaraqan - Orkhan Zeynallı - Okaber - Unutulanlar

Поделиться
HTML-код
  • Опубликовано: 3 июн 2022
  • Endirmə linki: l24.im/DkKhxWC
    İnstagram: / askerovvh
    Sözləri:
    Qaraqan
    Səni mən oğurladım cənnətdən
    Sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım
    Dedim yazmıyacam bir də sevgidən mən
    Dedim yazmıyacam, yazmıyacam və sonda yazdım
    İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda
    İstədim külək olum ki, rəqs edim saçlarınla
    Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq
    Ama ki sən varsan həyatın ən çətin anlarında
    Qələmin göz yaşıyla suladığım bu bəyaz sətirlər
    Biz kimik ki, -sevgi qapısında kasıb səfillər
    Biz kimik ki, -uzun bir əsərdə bir neçə cümlə
    Biz kimik ki, -yuxarıdan baxsan bir neçə nöqtə
    Sənin baxışların danışırdı başqa dildə
    Elə bil ilk dəfəydi həyatında məni görürdün
    Bəlkə də əvvəllər baxırdın bir dost kimi
    Ama bu gün son baxışlarında məni sevirdin
    Orkhan Zeynallı
    Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (nə isə)
    Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda
    Gələcəyi üçün insan keçmişini körpüdən atır
    Bir gün ölkədən qaçıb, azmaq idi arzum
    Elə bilmə səni yaddaşdan pozmaq idi arzum
    Artıq donub əlləri, güclə dayanıb Cek
    İstəmədim batan gəmidə çalım violonçel
    Ömrü bizim ömrümüzdən uzun bəstələrim var
    Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
    Zaman tunelində ilişib qalanlara pis xəbərim var!
    Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq
    Həyat gedir dediyin anda birdən vaxt sancar
    Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan
    Dinlə bu gecə təkcə məni
    Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan
    Okaber
    Sən olsaydın, nə bu yazılar olardı,
    Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı,
    Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı.
    Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq,
    Nə dəmir barmaqlıq, qollarımda qandal.
    Yalvarırdım, sən qal, getmə indi, günah,
    Açılmazdı sabah.
    Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş gələrdi mənə,
    Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım
    Unudardım varlığımı, təki səni unutsaydım,
    Heç kəsi unutmazdım həyatımda səndən başqa.
    Sən bir xəyal kimi gözümdən itdin,
    Məni isə xəyalınla xəyala daldım.
    Sən bir insan kimi gəldin və getdin,
    Mən isə dünya kimi yerimdə qaldım.
    Orkhan Zeynallı
    Unudulur ilk öpüş, unudulur etiraflar
    Unudulur ilk görüş, görüş yeri və məkanlar
    Yaddan çıxmaz doğmalar deyirdik bir vaxtlar
    Unudulmuş gör nəqədər insan var ətrafda
    Unudulub titrəyən səs artıq o səs əsmir
    Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir
    Unudulur yaxşılıqlar, unudulur çox sağollar
    İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar
    Unudulur unutmaqçün atılan addımlar da
    Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
    Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
    İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda
    Unudulur verilən sözlər, ilk gün kimi
    Sönür gedir hisslər, solub gedən ilk gün kimi
    Və məndən heç nə gözləməyin, qələm də həmin ki deyil artıq
    Hansı mahnı, kimə yazılıb yadımda deyil artıq
  • ВидеоклипыВидеоклипы

Комментарии • 1,1 тыс.

  • @feridhuseynov1379
    @feridhuseynov1379 2 года назад +3079

    İnanıram ki mənim kimi qayıdışı gözləyən minlərlə 90 cı illər var bizi yaxşıya doğru dəyişdiyiniz üçün təşəkkürlər

    • @creativenew398
      @creativenew398 2 года назад +177

      2004'lü də var Qaraqan dinləmək yaş yox beyinlə bağlıdı hərkəs o beyində olmaya bilər...

    • @nicat2792
      @nicat2792 2 года назад +53

      Men 90 lardan deyilem ama qeri qayıdışı gözləyirdim axiriki

    • @xilaskar241
      @xilaskar241 2 года назад +21

      Elbetde biri men. Heyat ovaxtlarda gözel idi indi bos yasam

    • @abdulliyevv9510
      @abdulliyevv9510 2 года назад +30

      @@creativenew398 2005 də var )

    • @ceyhunhuseynov8082
      @ceyhunhuseynov8082 2 года назад +24

      2005 Olub Rep heveskarı men🖤

  • @parviz.abiyev
    @parviz.abiyev Год назад +626

    Bəyənin ki, hər dəfə bildiriş gələndə gəlib dinləyim 🙂🖤 #10.03.2023

  • @fridhumbtova8436
    @fridhumbtova8436 2 года назад +1149

    Geri qayıtmağını gözləyən nə qədər insan var,QARAQAN...

  • @aliqurbanov2863
    @aliqurbanov2863 Год назад +275

    Xəyal qurarkən dinləmək üçün mahnını açdım,mahnı o qədər gözəl gəldiki,xəyal qurmağı unutdum)

  • @cursed-devil.4115
    @cursed-devil.4115 2 года назад +238

    3 dəqiqə sayəsində dünyam gözəlləşdi, dərdsiz yatdım ancaq yenə hər səhər morqda oyanacam.

    • @xlvvh
      @xlvvh Год назад

      :(

    • @frhadheydrov2546
      @frhadheydrov2546 Месяц назад

      Artıq donub əlləri güclə dayanıb Cek
      İstəmədim çalam piyalançe batan gəmidə

  • @AbbaszadeHN41
    @AbbaszadeHN41 7 месяцев назад +69

    Sözləri:
    Qaraqan
    Səni mən oğurladım cənnətdən
    Sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım
    Dedim yazmıyacam bir də sevgidən mən
    Dedim yazmıyacam, yazmıyacam və sonda yazdım
    İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda
    İstədim külək olum ki, rəqs edim saçlarınla
    Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq
    Ama ki sən varsan həyatın ən çətin anlarında
    Qələmin göz yaşıyla suladığım bu bəyaz sətirlər
    Biz kimik ki, -sevgi qapısında kasıb səfillər
    Biz kimik ki, -uzun bir əsərdə bir neçə cümlə
    Biz kimik ki, -yuxarıdan baxsan bir neçə nöqtə
    Sənin baxışların danışırdı başqa dildə
    Elə bil ilk dəfəydi həyatında məni görürdün
    Bəlkə də əvvəllər baxırdın bir dost kimi
    Ama bu gün son baxışlarında məni sevirdin
    Orkhan Zeynallı
    Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (nə isə)
    Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda
    Gələcəyi üçün insan keçmişini körpüdən atır
    Bir gün ölkədən qaçıb, azmaq idi arzum
    Elə bilmə səni yaddaşdan pozmaq idi arzum
    Artıq donub əlləri, güclə dayanıb Cek
    İstəmədim batan gəmidə çalım violonçel
    Ömrü bizim ömrümüzdən uzun bəstələrim var
    Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
    Zaman tunelində ilişib qalanlara pis xəbərim var!
    Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq
    Həyat gedir dediyin anda birdən vaxt sancar
    Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan
    Dinlə bu gecə təkcə məni
    Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan
    Okaber
    Sən olsaydın, nə bu yazılar olardı,
    Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı,
    Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı.
    Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq,
    Nə dəmir barmaqlıq, qollarımda qandal.
    Yalvarırdım, sən qal, getmə indi, günah,
    Açılmazdı sabah.
    Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş gələrdi mənə,
    Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım
    Unudardım varlığımı, təki səni unutsaydım,
    Heç kəsi unutmazdım həyatımda səndən başqa.
    Sən bir xəyal kimi gözümdən itdin,
    Məni isə xəyalınla xəyala daldım.
    Sən bir insan kimi gəldin və getdin,
    Mən isə dünya kimi yerimdə qaldım.
    Orkhan Zeynallı
    Unudulur ilk öpüş, unudulur etiraflar
    Unudulur ilk görüş, görüş yeri və məkanlar
    Yaddan çıxmaz doğmalar deyirdik bir vaxtlar
    Unudulmuş gör nəqədər insan var ətrafda
    Unudulub titrəyən səs artıq o səs əsmir
    Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir
    Unudulur yaxşılıqlar, unudulur çox sağollar
    İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar
    Unudulur unutmaqçün atılan addımlar da
    Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
    Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
    İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda
    Unudulur verilən sözlər, ilk gün kimi
    Sönür gedir hisslər, solub gedən ilk gün kimi
    Və məndən heç nə gözləməyin, qələm də həmin ki deyil artıq
    Hansı mahnı, kimə yazılıb yadımda deyil artıq

  • @mircefertagizade7340
    @mircefertagizade7340 2 месяца назад +33

    Deyirem bəlkədə bu rəyi bəyənəndə dunyada olmayacam ancaq yenəde bəyənin gəlib dinleyerem.🤗

  • @azermelikov9185
    @azermelikov9185 2 года назад +401

    Spotifya əlavə olunmalıdır bu parça

  • @elcinquliyev1103
    @elcinquliyev1103 2 года назад +724

    Budur Azərbaycanımin ən gözəl yazan 3 qələmi .
    Budur Azərbaycanımin ən özəl düşüncə tərzi ,
    Yoxdur başqa ölkələrin belə qızıl qələmi .
    Yoxdur Azərbaycanımin bunnan gözəl düşüncə tərzi .
    Orxan Mustafazadə
    Orxan Zeynallı
    Elxan Zeynallı .
    Var olun .

    • @xilaskar241
      @xilaskar241 2 года назад +4

      Men sadece zarafat edirdim uzurlu sayın

    • @dnizsfiyeva6571
      @dnizsfiyeva6571 Год назад +6

      Qaraqan!

    • @erlinghaaland5272
      @erlinghaaland5272 Год назад +2

      Xpert qədər qələmi kəsərli olan Azərbaycanlı yoxdur hal hazırda

    • @nubarabasova7378
      @nubarabasova7378 11 месяцев назад +6

      3 nəfərə 2 ad,2 soyad. Yaşasın hər biri

  • @namelmir
    @namelmir 3 месяца назад +8

    Bir mahnı necə adama yük olar ki…

  • @i.mzerrr
    @i.mzerrr Год назад +101

    Gəlin buraya bir hekayə atım. Deməli 7 il bundan qabağ bir qızla tanışmışdım adı aynur idi gözləri gördüyüm ən gözəl mənzərə idi yap-yaşıl meşə kimi adamı içinə çəkirdi itirdi adam sanki sevdim. Çox həmdə çox sevdim.2 il keçdi getdim deməyə ki səni sevirəm uşaq idim 16 yaşım olardı dedim keçib gedər amma hələdə gözləri məni məndən alırdı həm gülüşüdə gözəl idi baxmağa doya bilmirdim getdim deməyə əlimdə gül deyəcəkdim ki səni sevirəm mənə qulaq asdı amma məni sevmədiyini dedi dünyam başıma yıxıldı məgər qardaşımı sevirmiş dəli oldum mən sevirdim onu qardaşım yox hirslənib getdim ordan çox pis olmuşdum qardaşım nolduğunu soruşanda üstünə qışqırıb çıx get demişdim 1 həftə falan keçdi hələdə unuda bilməmişdim dostları ilə gördüm mənim haqqımda danışıb gülürdülər əsəbləşdim axı nə etmişdim ki məndə nə problem var idi o qədər çirkin və sevimsiz idim? Niyə məni sevmədiyini başa düşə bilmirdim. Depressiyada idim edəcəyim ən pis hərəkəti edib siqaret çəkməyə başlamışdım dostlarım artıq məni tanımırdılar çox pis halda idim bütün günü otaqda oturub mahnıya qulaq asırdım birdən atam içəri girdi siqareti gördü əsəbləşdi döydü məni amma mən heç nə his eləmədim üzümə baxdı və dedi nə olub sənə ? Gözlərim şişmiş ağlamaqdan gözümdə yaş qalmamışdı Aynur çox təsir etmişdi mənə atam ayağa durub özünə gəl o zəhrimarıda çəkmə deyib çıxdı otaqdan amma mənim heç vecimə olmamışdı mənim nə halda olduğumu soruşan yox idi 2 il keçdi qardaşım və aynur bir yerdə idilər ) aynur açılmışdı qardaşıma oda sevirmiş vecimə deyildi aynuru yadımdan çıxarmışdım amma hələdə qəlbimdə bir ağrı var idi onun nə olduğunu başa düşə bilmirdim ağrını sakitləşdirməy üçün özümə zərər verməyə başladım eləməz olaydım həyatımı sonlandırmağa çalışırdım sonra qarşıma o çıxdı yenə gözlərə vuruldum bu səfər yaşıl yox qara gözlərə qap-qara sonsuzluğ kimi adam itirdi dedim tapdım onu amma gülmürdü ona görə gülüşünü bilmirdim ona açılmağ istədim yenə rədd cavabı alıb həyatıma dəvam edəcəkdim lakin onunda məndən xoşlandığını öyrəndim şok olmuşdum hər çətinliyin üstündən gəldik karantin oldu aramıza məsafə girdi amma bu heçnəyə manə olmadı sevdik bir-birimizi evləndik artıq çox xoşbəxtik bunu deyim sizə bir insanı necə sevirsizsə elədə yadınızdan çıxarda bilərsiz bu mənim həyatım ) hamıya uğurlar

  • @Gunay_Huseynzade13
    @Gunay_Huseynzade13 Месяц назад +7

    Unudulur yaxşılıqlar, unudulur çox sağollar....

  • @rusanaesedzade
    @rusanaesedzade Год назад +124

    Dinləməkdən heç vaxt bezməyəcəyim səslər💙🥺

    • @nn8__
      @nn8__ Год назад +1

      ✓🥲

    • @doriangod7049
      @doriangod7049 Год назад +5

      12 yaşımdan Qaraqanın geriyə dönməyini gözləyən mən :(

    • @pervizaliyev5506
      @pervizaliyev5506 10 месяцев назад

      Gəl birdə dinlə)

  • @Wilmaaaaa.23
    @Wilmaaaaa.23 Год назад +57

    bütün ölkənin ehtiyacı olan o mix

  • @fermanzeynalov2010
    @fermanzeynalov2010 3 месяца назад +10

    Mən her zaman fikir verirdim qaraqana qulaq asan xanımlar o vaxdan bu baxda nece ferqli olurdular

  • @user-vc3uw4kh5l
    @user-vc3uw4kh5l 4 месяца назад +3

    Məhv olan həmin o uşaqlıq..........💔🚬

  • @zulyakerimli3025
    @zulyakerimli3025 2 года назад +264

    bu gün bu mahnıya qulaq asanda sabahkı imtahana hazırlaşırdım. fərqinə vardım ki , öz ixtisasıma olmayan tədbirlər yuxusuz gecələrim hamısı gələcəkdə hec bir işə və illərdi vakansiyası olmayan boş yerlərə görə görədi . Unudulur oxunan sətirlər .

    • @murazaslan3631
      @murazaslan3631 2 года назад +6

      İstədiyin işi gör. Hələ vaxt varkən

    • @hasanovasss1499
      @hasanovasss1499 Год назад +1

      Hansı ixtisası oxuyursuz?

    • @zulyakerimli3025
      @zulyakerimli3025 Год назад +3

      @@hasanovasss1499 musiqi.

    • @ulvietibar6378
      @ulvietibar6378 Год назад +6

      Həyatınızı qurun
      İki ali təhsilim var bir magistr təhsilim
      Aliləri qırmızı diplomla bitirmişəm.İndi meyve tərəvəz ticarəti edirəm )

    • @zulyakerimli3025
      @zulyakerimli3025 Год назад +1

      @@ulvietibar6378 qatılıram

  • @automasterhuseynmammadov4762
    @automasterhuseynmammadov4762 7 месяцев назад +19

    2007-2023 ruh eyni sadəcə qəfəslənmiş hisslər bədəndə tüğyan edir.

  • @sweet_lee
    @sweet_lee 2 года назад +61

    Sanki Qaraqan qayıtsa herşey düzelecek kimidir heyatımda😔

  • @gouseynoff
    @gouseynoff 2 года назад +404

    əla alınıb, əlinizə əməyinizə sağlıq. bu üç adamı bir beat'də dinləmək qismət olmasa da, dinlətdirdiz bizə, təşəkkürlər

  • @xalidesgerli4558
    @xalidesgerli4558 2 года назад +147

    Çox möhtəşəm sevdiyim musiqi və sevdeyim reperler inanıramki ardı olacaq🖤

    • @elish1569
      @elish1569 Год назад +2

      Musiqinin adı nədir?

  • @sahile.
    @sahile. 8 месяцев назад +25

    Qaraqan geri qayıtdııı😌

    • @oqtayaliyev2347
      @oqtayaliyev2347 4 месяца назад +1

      Xeyir qayıtmıyıb, təssüfki hələ

  • @napoylion
    @napoylion 2 месяца назад +3

    Seni golzeyirem, belke qayidarsan deye gozleyirem, senin ucun cox darixiram. Yanimda olsan da bezen, yene senin ucun darixiram, uzune toxunabilmediyim ucun, gozlerine uzun uzun baxabilmediyim ucun. Saclarina toxunabilmediyim ucun. Artiq başqasininsan, amma men sende qalmisam, sen meni atib nece basqasina gedebildin, meni nece silebildin bu qeder asan. Axi men seni cox sevirem. Don gel, gozleyirem seni. Bir gun qayitmasan da teki sen xosbext ol, men seninle xosbext olaram yene qelbimde.❤

  • @ramizzulfugaroff9548
    @ramizzulfugaroff9548 11 месяцев назад +22

    Keske daha tez dogulaydim,Qaraqanin Azerbaycanda oldugu vaxtlari gorerdim..💔

  • @zaidoff3641
    @zaidoff3641 2 года назад +55

    H.O.S.T çulardan qalıbsa Toplanın!

  • @esra1501
    @esra1501 8 месяцев назад +13

    00:50 “biz kimik ki,Sevgi qapısında kasıb Səfillər”

  • @MM-jf9ur
    @MM-jf9ur Год назад +125

    Hər dəfə dinləyəndə tüklərim ürpərir uşaqlıq xatirələrim gözümün önündən keçir ağlamaq istəyirəm... Bu ustadlara sonsuz təşəkkür edirəm ❤

    • @afgangurbanov261
      @afgangurbanov261 6 месяцев назад +1

      DUR S

    • @MM-jf9ur
      @MM-jf9ur 6 месяцев назад

      @@afgangurbanov261 s eliyərəm əkiz doğarsan ağıllı ol

  • @dilashka_a6186
    @dilashka_a6186 Год назад +33

    Qaraqanin kitablari sayesinde heyatim tamamen deyisdi. Artiq heyatimin her deqiqesinin qedrini bilirem🖤

  • @cmsidabdullazad3707
    @cmsidabdullazad3707 2 года назад +329

    Mən Özbakistanda qaliram ama Azeri dilini supâr bilirem, maxnini cox beyendim

  • @leylamemmedli4038
    @leylamemmedli4038 2 года назад +142

    Kaş qayıdardın Qaraqan,Qaranlıq gecələrimizə gün kimi ,ay kimi aydınladardın,gəl bizi bu çarəsizlikdən qurtar.Gəl...gəl....🥲🫀😑Hər üçünüz mükəmməlsiz,əvəzolunmaz,dəyəri olmayan parçaları gələcəyə qoyurusz,sizə minnətarıq💓

    • @nurullammmdov437
      @nurullammmdov437 2 года назад +10

      Qaraqanın qayıdışı rep tarixində dəyişikliklərə səbəb olacaq.(yaxşı cəhətdən)

    • @kafkaz4725
      @kafkaz4725 Год назад +5

      @@nurullammmdov437 Gəlməyini İstəmirəm Ölkədə Necə Ki Söz Yazarlarına Dəyər Vermiyəcəklər Gəlməsin Qaldı Ki 2000 lər də təbliğ etdiyi düzləri indi çox insan qınayır

    • @okyanustabirdamla
      @okyanustabirdamla 9 месяцев назад +2

      Qayitdiiii sevinin

    • @leylamemmedli4038
      @leylamemmedli4038 9 месяцев назад +2

      @@okyanustabirdamla hə,bu ilin əvvəzolunmaz qayıdışıdır,deyəsən,heç nə üçün belə həyəcanlanmamışdım.

  • @musakali1304
    @musakali1304 2 года назад +44

    “Bilirəm, yenə görüşərik, bəlkə bir şəhərin avtovağzalında... Eyni qatar stansiyasında Ola bilsin ki, izdihamda səsimiz bir-birimizi tanıyır. O zaman gözlərimiz qovuşacaq iki qərib kimi Ürəyindəki ağrını unutmusan..."

  • @Bluueebury
    @Bluueebury 19 дней назад +7

    Məndə birşey yazım 2 ildi bir oğlanı sevirdim ailəmdən belə üstün idi amma etiraf etməyə qorxurdum çünki sevgilisi var idi hərdəfə onu görmək üçün məktəbə gedirdim sən demə buda məni sevirmiş.Sevgi təklifi etdi razılaşdım ama qorxurdum ki ailəm bilər qorxduğuma görə özümnən soyutmağa çalışırdım.Hər dəfə görüşəndə əlimnən gəldiyi qədər qəlbini qırırdım və hər qəlbini qıranda evə gəlib ağlayırdım.həm sevirdim həm qorxurdum.Soradan mənən soyudu və ayrılmağa qərar verdi.düzdü nə qədər çalışsamda yalvarsamda bir yerdə olmadıq.Sevgi yox Qorxu qazandı. Bir şeyi edirsinizsə qorxmadan edin sevirsinizsə axıra qədər mübarizə aparın qorxu yox sevgi qazansın səni heçvaxt unutmayacam M.
    22.06❤️‍🩹

  • @gulnarsist
    @gulnarsist 2 года назад +27

    Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgiden yazır🖤

  • @hasanova4308
    @hasanova4308 2 года назад +30

    Sən olsaydın nə bu yazılar olardı
    Nə qəmli sujetlərlə bol səhnələr...🖤🥀

  • @orxaneliyev9699
    @orxaneliyev9699 2 года назад +44

    Qaraqanin kitablari sayesinde heyatimda cox wey deyiwdi,Artiq yawadigim neyinki her gunun her deyqenin bele qedrini bilirem🖤

  • @yildizkenan_19
    @yildizkenan_19 5 месяцев назад +12

    Qayıtmağını istədiyim tək 1 insan var, Amma bəlkə onun yadında deyiləm))

  • @Messigician
    @Messigician 3 месяца назад +7

    Düşünürəm ki unutulanlarla mix olunan ən yaxşı mahnı budur

  • @yuskamusayev1315
    @yuskamusayev1315 Год назад +11

    bəzən insan yalnış olduğuna əmin olduğu şeyləri etməyə dəvam edir. Bildiyimiz halda ki, sonra çəkəcəyimiz acı və ağrı o an gördüyümüz xoşbəxtliyden daha uzun sürəcək, amaa uzun müddətli ağrıya dozeceyimizi sanaraq o qısa müddətli xoşbəxtliyə ehtiyac duyuruq..)

  • @saintjason2906
    @saintjason2906 2 года назад +20

    Heqiqeten de muasir dovrun en guclu 3 qelemidir. Bu 3 neferden daha derin yazan yoxdur. Mohteshem reperlerimiz var sozsuz, amma sohbet qelemden gedirse 3-luk mehz budur.
    P.S il olub 2022 hele de Orxanla Qaraqani eyni adam bilenler var. dehshetsiz vallah

  • @darkblue66
    @darkblue66 Год назад +33

    Qeribesen Baki,
    Ureyi olmayanlar itirilmis sevgiden yazir...

  • @konulatakishiyeva
    @konulatakishiyeva Год назад +15

    Orxan Zeynallı Vətənə qayıtdı !))
    Qısa müddətlik olsa da )

  • @Abdullayev.085
    @Abdullayev.085 2 года назад +51

    Amerikanın Denver şəhərində Airaportda dinləyirəm köhnə vaxtlarım yadıma düşdü bütün trecklərdə

    • @11westt
      @11westt 2 года назад +1

      🚬🚬

  • @yasinov1059
    @yasinov1059 2 года назад +76

    Fikrimcə, Azərbaycanın ən yaxşı reperləri Qaraqan və Okaberdir.
    (həm ağıl, həm sətirləri buna sübutdur.)

    • @thenagiyevv7938
      @thenagiyevv7938 2 года назад +11

      Qaraqan mence dunyadaki en yaxwi reperlerden biri idi

    • @LionelAndresMessiCuccitt-re5rp
      @LionelAndresMessiCuccitt-re5rp 2 года назад +12

      @@thenagiyevv7938 əgər hər ölkənin ən yaxşı reperlərinin siyahısı hazırlansa idi azərabaycandan qaraqan vəya okaber seçilərdi

    • @kursanthuseynov5471
      @kursanthuseynov5471 2 года назад +9

      Təbii ki,Aiddə həmçinin əladı

    • @asikurt6579
      @asikurt6579 2 года назад +7

      Bu fikirə sonsuz qatılıram.

    • @shukran7207
      @shukran7207 Год назад +3

      Bu mahnida Orxan Zeynallinin repinden 2defe istifade olunub amma) Qeribesen Baki ve Unudulur ilk opuw ve etiraflar yeri. Coxu Orxanla Qaraqani ayird ede bilmir deye ele bilirler eyni adamdi. Her 3u yaxwidi deyerdim.

  • @CH3ST3R94
    @CH3ST3R94 8 месяцев назад +9

    Okaber, ataw, ureyimizdesen!!
    Butun buyunki treklerive gore cox sag ol!!🖤✊🏽🤙🏽

  • @Ernestkhalimov59
    @Ernestkhalimov59 Год назад +100

    Səni mən oğurladım cənnətdən
    Sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım
    Dedim yazmıyacam bir də sevgidən mən
    Dedim yazmıyacam, yazmıyacam və sonda yazdım
    İstədim günəş olum ki, hər səhər səni görüm çıxanda
    İstədim külək olum ki, rəqs edim saçlarınla
    Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq
    Ama ki sən varsan həyatın ən çətin anlarında
    Qələmin göz yaşıyla suladığım bu bəyaz sətirlər
    Biz kimik ki, -sevgi qapısında kasıb səfillər
    Biz kimik ki, -uzun bir əsərdə bir neçə cümlə
    Biz kimik ki, -yuxarıdan baxsan bir neçə nöqtə
    Sənin baxışların danışırdı başqa dildə
    Elə bil ilk dəfəydi həyatında məni görürdün
    Bəlkə də əvvəllər baxırdın bir dost kimi
    Ama bu gün son baxışlarında məni sevirdin

    Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (nə isə)
    Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda
    Gələcəyi üçün insan keçmişini körpüdən atır
    Bir gün ölkədən qaçıb, azmaq idi arzum
    Elə bilmə səni yaddaşdan pozmaq idi arzum
    Artıq donub əlləri, güclə dayanıb Cek
    İstəmədim batan gəmidə çalım violonçel
    Ömrü bizim ömrümüzdən uzun bəstələrim var
    Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
    Zaman tunelində ilişib qalanlara pis xəbərim var!
    Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq
    Həyat gedir dediyin anda birdən vaxt sancar
    Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan
    Dinlə bu gecə təkcə məni
    Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan

    Sən olsaydın, nə bu yazılar olardı,
    Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı,
    Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı.
    Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq,
    Nə dəmir barmaqlıq, qollarımda qandal.
    Yalvarırdım, sən qal, getmə indi, günah,
    Açılmazdı sabah.
    Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş gələrdi mənə,
    Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım
    Unudardım varlığımı, təki səni unutsaydım,
    Heç kəsi unutmazdım həyatımda səndən başqa.
    Sən bir xəyal kimi gözümdən itdin,
    Məni isə xəyalınla xəyala daldım.
    Sən bir insan kimi gəldin və getdin,
    Mən isə dünya kimi yerimdə qaldım.

    Unudulur ilk öpüş, unudulur etiraflar
    Unudulur ilk görüş, görüş yeri və məkanlar
    Yaddan çıxmaz doğmalar deyirdik bir vaxtlar
    Unudulmuş gör nəqədər insan var ətrafda
    Unudulub titrəyən səs artıq o səs əsmir
    Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir
    Unudulur yaxşılıqlar, unudulur çox sağollar
    İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar
    Unudulur unutmaqçün atılan addımlar da
    Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
    Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
    İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda
    Unudulur verilən sözlər, ilk gün kimi
    Sönür gedir hisslər, solub gedən ilk gün kimi
    Və məndən heç nə gözləməyin, qələm də həmin ki deyil artıq
    Hansı mahnı, kimə yazılıb yadımda deyil artıq

  • @csqnmmmdv_.1265
    @csqnmmmdv_.1265 2 года назад +66

    " Bəlkə də evveler baxirdin bir dost kimi
    Ama bugun son baxislarinda meni sevirdin"🖤🫂

  • @zulyakerimli3025
    @zulyakerimli3025 2 года назад +51

    bu gün imtahandan kecdim. Həmişə saxta oynaq mahnıları dinləyirdim motivasiya üçün bu gün bu mahnı yenə sərt şəkildə üzləşdirdi və mən kecdim. inanc ümiddən daha üstündü.

  • @saudade5294
    @saudade5294 Год назад +5

    _Azərbaycan repinin Zirvələri birləşib ən zirvə musiqilərin oxuyublar_

  • @nsirligulnar7912
    @nsirligulnar7912 7 месяцев назад +5

    Yəgin ki Elxan şərhləri oxuyur.Geri döndüyün üçün çox sağol.

  • @inciallahverdiyeva7680
    @inciallahverdiyeva7680 Год назад +13

    Qaraqan hardasan gəl artıq biz qadınların sənə ehtiyacı var danış bizim adımızdan,oxu bizim adımızdan.Azərbaycanın sənə çox ehtiyacı var.Gəl artıq.Aysellərin sayı çoxalır.Ortaya çıxmaq vaxtındı.Sən çəkilib kənara durmaqla heçnə olmur.Qaraqansız alınmır heçnə ölkə pis gündədi dön

  • @turalxankisiyev765
    @turalxankisiyev765 10 месяцев назад +8

    hər keçid adama fərqli təsir edir ( spotify linki yoxdu heyf)

  • @Nabatifarzaliyeva
    @Nabatifarzaliyeva 9 месяцев назад +4

    Bu yazını bu gün bu tarixi buraya yazıb illər sonra baxıb çətin idi ama keçdik demək üçün gəlirəm .Üstündən illər sonra bu kommentə baxıb birlikdə gülmək diləyi ilə pumpkin.
    Xoşbəxt həyatım olsun
    ama səninlə.

  • @ADMIRALK-sw9um
    @ADMIRALK-sw9um 5 месяцев назад +7

    2024 Qulağ Asıram ❤️‍🩹😞

    • @KiaRio-lb4ws
      @KiaRio-lb4ws 3 месяца назад

      Mende bro hele bir ölene kimi de asariq qulaq

  • @tamasalizad1451
    @tamasalizad1451 2 года назад +17

    Hell de görüb gəldim❤️Çox qəşəng alınıb

  • @Qarabagfan0614
    @Qarabagfan0614 11 месяцев назад +26

    2023də hələdə qulaq asanlar😢
    👇
    👇

  • @ilhamtagiyev2347
    @ilhamtagiyev2347 4 месяца назад +3

    Sənətinin ustaları 👍🏻

  • @PashayevRA
    @PashayevRA 7 месяцев назад +6

    Və O qayıtdı ❤ respect

  • @ramoaga2677
    @ramoaga2677 2 года назад +17

    Unutduğum gəncliyim .xoş,qəmli günlərim keçdi xəyalımdan. Aradan çox illər keçdi,Sizlərlə böyüdüyüm üçün çox şanslıyam. Və bir gün ustadın (Elxan) geri döndüyünü görmək arzusu ilə…

  • @rashadrahimoglu4528
    @rashadrahimoglu4528 4 месяца назад +3

    Bir sevgi ki, ölkəmi, şəhərimi, ailəmi, dostlarımı, aşiqi olduğum Neftçini tərk etdim. Hələ də Bakı mənim üçün əlçatmazdır. Heçnə unudulmur..

  • @fatimemurselova1
    @fatimemurselova1 4 месяца назад +3

    Her saniyəsi mükəmməl ✴️

  • @nisavalizade635
    @nisavalizade635 Год назад +10

    Allahqqı daha mükemmel mix ola bilmezdeee bu nece bir efsanedi axı ruhumu teslim etdim sadece ...

  • @royalalmazl566
    @royalalmazl566 11 месяцев назад +11

    Yenidən Qaraqana qulaq assam onda öldüyümü hiss eliyəcəm

  • @Khadijabdullayeva17
    @Khadijabdullayeva17 10 месяцев назад +10

    Vəəə o gözəl mix❤️

  • @KenanHesenli
    @KenanHesenli 9 месяцев назад +10

    Qayıtdıqdan sonra dinləmək... 03.10.2023 👍✌❤👏👏👏🇦🇿

  • @omeralekperov
    @omeralekperov 2 года назад +22

    bu parça yanıyor kardeşim türkiyeden selamlar

  • @hellcex
    @hellcex 2 года назад +59

    Çox mükəmməl, əllərinə sağlıq 💎

    • @askerov.
      @askerov.  2 года назад +9

      Minnətdaram. 🫶

  • @aelitamemmedzade145
    @aelitamemmedzade145 2 года назад +2

    Mohtesem👏🏾👏🏾👏🏾

  • @fidanibrahimli2625
    @fidanibrahimli2625 Год назад +12

    Bir insanı vətəninə necə küsdürüblər ki bu qədər sevəni olmasina rəğmən geri dönmür...

    • @57gard74
      @57gard74 9 месяцев назад

      Döndü

  • @user-ds5xt7fz1d
    @user-ds5xt7fz1d 10 месяцев назад +7

    94 lər gözləyirlərrrrrrr Geri qayıdın ☝️👍👍👍👍👍

  • @hdhdhhdhdh333
    @hdhdhhdhdh333 7 месяцев назад +4

    Helede qulaq asiram cox qesengdi:)

  • @luna_616
    @luna_616 Год назад +6

    Menim kimi insanlar qaraqani yalniz teklikde qulag asa bilirler çünki bizlerin etrafinda : bu ne mahnidi ae çevir bunu bambili mahir ay brat bundan yaxşidi deyen tanişlarimiz var Qaraqani diger Rep lərlə müqasiye etmek fil nen qarişqani muqasiye etmek kimidir

  • @whoisf4ty544
    @whoisf4ty544 2 года назад +11

    Mükəmməl ötəsi..

  • @aleglyrics
    @aleglyrics Год назад +25

    Bu mahnıya 2 aydır qulaq asıram və həftədə ən azı 4 dəfə yəni insan bu repdən həvəsdən düşmür çox gözəl alınıb, düzdür unutulanlar Türkiyə də də düzəldilib ama heçdə bizimki kimi ideal və sözləri yaxşı ola bilməz. Admin bu Repi ən ideal Reperlərin ən ideal Replərinin ən İdeal parçasından məharətlə istifadə etmisən və sözləri çox uyğunlaşıb.Repin Sözlərinə söz ola bilməz. Mən bu mahnının 1m izlənməyini görməyi çox istəyərəm

  • @Meherremova0
    @Meherremova0 7 месяцев назад +5

    Geriye baxma usaglig qayitmayacag...

  • @nn8__
    @nn8__ 9 месяцев назад +8

    Qaraqan gəldi ama sən gəlmədin)

  • @GunelEdilxanova
    @GunelEdilxanova 7 месяцев назад +5

    Dinle bu gecə təkcə məni elə bil ki məndən mənim xoşbəxtliyimi borc alırsan.

  • @rufetimanov9890
    @rufetimanov9890 8 месяцев назад +6

    hərkəsi hərşeyi unudaram amma qaraqanı heçvaxt

  • @zhra634
    @zhra634 Год назад +5

    Qaraqanın yolunu esger sevgilisi kimi gözdüyürdüm

  • @hbibagayev4558
    @hbibagayev4558 2 года назад +35

    Nostalji yaşadım 🙁 Əllərinə sağlıq abi. Uğur olsun 🤟

  • @AyselMemmedova-no6or
    @AyselMemmedova-no6or 9 месяцев назад +5

    Aid qayıtdı. Okaber qayıtdı. Seni gözleyirik senin qayıtmağını qayıd artıq Qaraqan🖤

    • @Bagirzade.
      @Bagirzade. 8 месяцев назад +3

      Qayıtdı🤎

  • @sadeceewish
    @sadeceewish 4 месяца назад +4

    HOST həmişə qəlblərdə yaşayacaq🩶

  • @coffeeman_11
    @coffeeman_11 Год назад +15

    Arada bir gelirem. Bilirsiz dostlar? sevgi yaxşı şeydi, duz deyir görüb bilene qədər.
    Amma unuta bilmişəm deye bilmerem, sadece aci cekdiyim günler arxada qalib şükürlər olsin ilk növbədə Allahıma, sonra evime, sonrada dostlara ❤

    • @MvaAytac
      @MvaAytac Год назад

      Ədyal...

    • @coffeeman_11
      @coffeeman_11 11 месяцев назад

      @@MvaAytac простыня 😂

    • @____N___2009
      @____N___2009 6 месяцев назад

      DEFOKTO -ƏDYAL 🫠

  • @camalqardasov7606
    @camalqardasov7606 2 года назад +2

    Möhtəşəm

  • @nigarnasibova9097
    @nigarnasibova9097 9 месяцев назад +12

    bəli... hərkəsin böyük ümidlə gözlədiyi, bir çoxlarının qayıtmayacağını iddia etdiyi çoxlarının isə ümidini itirdiyi o Qaraqan.. Geri döndü..🖤

    • @muradshamilov9056
      @muradshamilov9056 9 месяцев назад +2

      Kaşki Kansertde Verseee🥹🥹🥹🥹🥹🥹

  • @mnayamahmudzade7512
    @mnayamahmudzade7512 2 года назад +11

    Dinlə bu gecə təkcə məni
    Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan 💙 Orxannnn

  • @raufii
    @raufii 2 года назад +8

    Bu partdadacaq yerimi alım 🫶🏻

  • @okseriyeln
    @okseriyeln 2 года назад +3

    Heyrətamiz

  • @suleymanelekberli1635
    @suleymanelekberli1635 Год назад +3

    Bunun düzəldənin əli qolu var olsun sadəcə mükəmməl

  • @LaciNMuxtarlI
    @LaciNMuxtarlI 5 месяцев назад +39

    Sizi dinləyənlərin indi 33 yaşı var

  • @shlaxankisiyeva
    @shlaxankisiyeva 2 года назад +5

    Çıxa bilmirəmmm🖤🖤🖤

  • @sebine5260
    @sebine5260 7 месяцев назад +4

    Qaraqan gəldiyi il sən getdin..

  • @Zahra88_JK
    @Zahra88_JK 9 месяцев назад +4

    Möhtəşəm trio

  • @romerooobro
    @romerooobro Год назад +17

    Yeni nəsil gənclərə də 1 Qaraqan lazımdı...Onların bəzilərini yaxşıya doğru dəyişməyi,düzü-səhvdən ayırmağı ,sevgini və bir çox şeylərin öyrənməsinə kömək etməsi üçün.Hostu canlı dinləyən nəsildən olmaq həqiqətən çox xoşdur...Hörmətlə

    • @victoria-qv1nn
      @victoria-qv1nn 11 месяцев назад +3

      Bəlkə də keçmiş nəsildən deyilem, sadəcə 15 yaşım var, lakin onu deyə bilərəm ki səhvi düzdən ayırmaq çox böyük bir bacarıqdır, bu bacarığ məndə olduğu üçün sevinirəm, olmadıysa da, h.o.s.t dinləyərək özümü tapdım, onlara minnətdaram:)

    • @romerooobro
      @romerooobro 11 месяцев назад +2

      Host bir çox indiki gündəm Mclərin rap artistlərin ilham mənbəyi olub...Əsl məktəbdi..Əgər Hostu dinləyirsənsə düz yoldasan :))

    • @victoria-qv1nn
      @victoria-qv1nn 10 месяцев назад

      @@romerooobro təşəkkür edirəm, mən də elə düşünürəm, HOST mənə çox şey qatdı

  • @cengizhan6910
    @cengizhan6910 Год назад +5

    3 efsane
    3 gulle
    3 ......

  • @hellbeat3933
    @hellbeat3933 8 месяцев назад +4

    20.2021 bəlkə yolun bura düşər,ama çətin

  • @kamilofciyev4259
    @kamilofciyev4259 7 месяцев назад +3

    Belke de evvelker baxirdin bir dost kimi....

  • @ayxanbagrov4338
    @ayxanbagrov4338 2 года назад +4

    Qəşəy

  • @fezzaythe657
    @fezzaythe657 2 года назад +5

    Orxan Zeynallı ve Okaber super alınıb

  • @ferid2467
    @ferid2467 Год назад +6

    videoya klip çekilməyib, çünki gözünü yumanda herkesin öz klipi başlayır

  • @user-kw7lr9xi5h
    @user-kw7lr9xi5h 4 месяца назад +2

    Her yeni telefon aldiqca yeniden dinleyirem.qocaldiq biz.zaman cavan qalib