ASAN vaxt - Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi - ARB 06.03.2019

Поделиться
HTML-код
  • Опубликовано: 10 мар 2019

Комментарии • 123

  • @EluHuseynov
    @EluHuseynov 16 дней назад

    Xanım yaxşı izah elədi,ama 1 yaşdan 3 yaşa qədər olan uşaqları iki dəfə dedi rüsumları da fərqli

  • @sirvanmahmudlu
    @sirvanmahmudlu Год назад

    Salam uşaqlar üçün xarici pasport almaq istiyirəm amma yoldaşım iştirak edə bilməsə necə etməliyəm?2 valdeyinində içtirakı vacibdi?

  • @-nikks-769
    @-nikks-769 4 года назад +6

    Xarici pasportun tarixi hansı vaxtdan sayılır. Müraciət etdiyimiz günün tarixi yoxsa təhvil aldığınız günün tarixi ? Pasportda hansı tarix yazılır

  • @fatyaramazanova2325
    @fatyaramazanova2325 2 года назад

    Salam xanim uswagim yeni dogulub ona pasport acmag mutlegdirmi birde atasi ailesi gacgindir ama atasi gacginlig almayib uswagim gacginligi alsa oglum gacginlig adimi dushecek ve deyisen ne olacag?

  • @user-zt3bv8ju8r
    @user-zt3bv8ju8r 2 года назад +1

    Çoh vaçib lazimdi onu yenilemeye ki rusiyaya mualiçeye qedmeliyem yani ev şerayetinde mualiçeye eyer bele klinika ve ya hökümet hestahanasi olsaydi,aydin meseledi ki onlardan bir arayiş alardim ki herbi bileti evez etsün yalniz bele bir imkanim yohtu ..

  • @orxanislamov2450
    @orxanislamov2450 Год назад

    Zaqıran pasportu deyişmek isdeyirem rüsümu neqederdi 1iş günü

  • @Tabbasova
    @Tabbasova 2 года назад

    Salam yari azerbaycan yari ukrayna vetandawi olan birinin xarci pasportun vaxti bitibdir,oni deywmek ucun azerbaycana gelmeldir yoxsa ukrynada yenileye biler?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. Ümumvətəndaş pasportunun dəyişdirilməsi ilə bağlı şəxs birbaşa "ASAN xidmət" mərkəzinə müraciət etməlidir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun dəyişdirilməsi və ya qayıdış şəhadətnaməsinin əldə olunması xidməti ilə bağlı yaşadığınız ölkədə Azərbaycan Respublikası nümayəndəliyinə müraciət edə bilərsiniz.

  • @hzab-33
    @hzab-33 2 года назад

    Salam.37 yasim var.Xarici pasportumun yararliliq muddeti bu ayin,yani Fevralin 13u bitib.Indi yenilemek isteyirem.Ne ise ki,men xarici pasportumu Asan-a gelerek her kes kimi normal qaydalarla yenileye bileremmi?Ya bu bir neca gecikme gununun cerimesi falan var?Bir da,size zehmet,eger yenileye bileremse,toplam hansi senedler gerekecek ve yenilenme rusumu ne qeder olacaq deyardiniz.Onceden de tesekkurler,var olun...

    • @asanxidmat
      @asanxidmat  2 года назад +1

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
      Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      İtirilmə və ya korlanma halı yoxdursa, yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 60 manat, 5 iş günü müddətinə alınırsa, 120 manat, 1 iş günü müddətinə alınırsa, 210 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
      Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır.
      Müddətlə bağlı cərimə tətbiq olunmur.
      Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi

  • @gamerlegendary6412
    @gamerlegendary6412 Год назад

    Salam.Mənim xarici pasportumun bitmə vaxtı
    07.2023-dur.Amma mənim pasportum yoldaşımdaki pasportda biraz fərqlidi.Mən pasportu 2013-də almışam.O isə 2014-də alib.Belə başa düşdüm ki,onun pasportu yeni versiya pasportdur.Sualim odur ki,mənim pasportumu vaxtı bitənə qədərki müddətdə istifadə edə bilərəmmi? Yoxsa yeniləməliyəm?

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Sənəd etibarlılıq müddəti qədər istifadə oluna bilər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir.

  • @gadimova4012
    @gadimova4012 2 года назад +2

    Asan xidmət mərkəzlərində biometric pasport verilir?

    • @asanxidmat
      @asanxidmat  2 года назад +1

      "ASAN xidmət" mərkəzlərində biometrik ümumvətəndaş pasportların verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

  • @ababilabuzerli2781
    @ababilabuzerli2781 4 года назад

    Salam kohne vesiqemin vaxti 12 ci ayda bitecey men vaxti bitdikden sonra ya herhansi bir vaxtda deyisdire bilerem??

    • @blackcaucas9340
      @blackcaucas9340 4 года назад

      He ureyin istiyen vaxti gedib deyiwtire bilersen

  • @user-iy3xf7nn7e
    @user-iy3xf7nn7e 2 года назад

    Salam ,men Russiada yawayiram xarici pasportumun vaxtini qurtarmaqina az qalib ,men Azerbaycana gelmeliyem yoxsa Russiada duzeltmek olar?xahw edirem sualima cavb veresiz

    • @asanxidmat
      @asanxidmat  2 года назад +1

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun dəyişdirilməsi və ya qayıdış şəhadətnaməsinin əldə olunması xidməti ilə bağlı yaşadığınız ölkədə Azərbaycan Respublikası nümayəndəliyinə müraciət edə bilərsiniz.

  • @ulkrisabalayeva6357
    @ulkrisabalayeva6357 2 года назад

    Passportu goturmek ucun basqa kimese Sexsiyyet vesiqesini verib onun goturmesine icaze var?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hazır sənədi yalnız sənəd sahibi əldə edə bilər.

  • @farizhuseyn69
    @farizhuseyn69 Год назад

    Salam. Mənim oğlumun 4 yaşı var pasportunun vaxtının bitməsinə 8 ay var hələ mən xarici ölkədə yaşayıram gəlib pasportun vaxtı bitməmiş yeniləyə bilərəm uşağın pasportunu? Xaiş edirəm mumkun olsa cavab vererdiz.

    • @asanxidmat
      @asanxidmat  Год назад +1

      Hər vaxtınız xeyir. Ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər.

  • @alinaalina1732
    @alinaalina1732 2 месяца назад

    Salam xanim men usaqlarima xairici pasport düzeltdirmek isteyirem ama atasi rasiyadadı. Eger qeyum olaraq babasinin icazesiyle ehtibarname ala bileremmi ?

    • @asanxidmat
      @asanxidmat  2 месяца назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, 18 yaşa çatmayan vətəndaşlar üçün ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı hər iki valideynin razılıq ərizəsi tələb olunur. Əgər sənədlərin təqdim olunma mərhələsində hər iki valideyn “ASAN xidmət” mərkəzinə müraciət edirsə, şəxsiyyət vəsiqəsini təqdim edərək xidməti pəncərədə razılıq ərizəsi yaza bilər. Əgər valideynlərdən biri müraciət etmirsə (bir valideyn və uşaq iştirak etməlidir), onun razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Qeyd: Hər iki valideynin notarial qaydada təsdiq edilən razılıq ərizəsini təqdim etməklə, yaşı 15-dən çox olan vətəndaş ümumvətəndaş pasportu ilə bağlı tək müraciət edə bilər.
      Rusiya Federasiyasından təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər.

  • @user-rf3xg1bi4x
    @user-rf3xg1bi4x 2 месяца назад

    Salam Xarici pasportun vaxtı bitdikdə dəyişmə rüsumu neçədir?

    • @asanxidmat
      @asanxidmat  2 месяца назад

      Hər vaxtınız xeyir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rüsumu ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 15 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 25 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 35 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 60 manat; beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 25 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 55 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 75 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 120 manat; bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 55 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 115 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 155 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 210 manat təşkil edir. Ətraflı: 108.

  • @elmarm.324
    @elmarm.324 8 месяцев назад

    Şəxsiyyət vəsiqəsi yenilənməsi zamanı şəxsi imzamı dəyişdirmə hüququ var?

    • @asanxidmat
      @asanxidmat  8 месяцев назад

      Hər vaxtınız xeyir. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @sarxanzeynalov4050
    @sarxanzeynalov4050 3 года назад +1

    Salam menim xarici pasportun vaxti oktyabrda bitir men indi vaxtindan evvel deyişe bilərəm? Xaiş edirəm cavab yazin

    • @asanxidmat
      @asanxidmat  3 года назад +2

      Hər vaxtınız xeyir. Ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər.

    • @ayssmehdiyeva9401
      @ayssmehdiyeva9401 Год назад

      Salam mende deyibler bugun gel gotur gede bilmrem ama 3 4 gun gecikdirsem sora gedib gotursem bir problem olmaz?bilmirsiz?

  • @hummetqasimov2803
    @hummetqasimov2803 4 года назад +3

    E bu ne deyir 1 yasdan 3 kimi usawlar ucun tekrar dedi hansi qiymetdi basa dusmedim

  • @ademqeyisoqlu2226
    @ademqeyisoqlu2226 3 года назад

    Salam ,menim pasportumun vaxdı qutarıb, Deyişdirmeycün dövlət rüsumu nece manatdır, 42 yaşım var, Rayon qeydiyatındayam,xahiş edirem cavab yazasınız

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa müraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsi, yoxsa ümumvətəndaş pasportu (xarici pasport) nəzərdə tutursunuz?

  • @user-rf3xg1bi4x
    @user-rf3xg1bi4x 3 месяца назад

    Salam Hərbi qeydiyyatda olmağım barədə arayış almağın qiyməti neçədir?

    • @asanxidmat
      @asanxidmat  3 месяца назад

      Hər vaxtınız xeyir. Qeyd edək ki, xidmət ödənişsizdir. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @fidanaqamaliyeva3816
    @fidanaqamaliyeva3816 Месяц назад

    Xarici pasportun vaxtı 5 aydan sonra bitdiyi üçün yenisi alınmalıdır. Cünki xaricə çıxmalıdır. Olar?

    • @asanxidmat
      @asanxidmat  27 дней назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər.

  • @selalsukurova4085
    @selalsukurova4085 3 года назад

    Salam dövlət rüsumunun ödənilməsi barədə sənəd.? Nə deməkdi başa düşmədim

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Ödəniş mərkəz daxilində edilərək qəbz təqdim olunur.

  • @BTS46768
    @BTS46768 13 дней назад

    Uşağın pasportu 5 ci aydan vaxtı bitib cerime olunacaq zəhmət olmasa deyerdiz😊

    • @asanxidmat
      @asanxidmat  13 дней назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdən sonra dəyişdirilməsi ilə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @user-zt3bv8ju8r
    @user-zt3bv8ju8r 2 года назад

    Yani menim herbi biletim yararsizdir ve itib onu yeniden berpa etmek üçün ne vahyim var ne de imkanim onu evez eden ahir bir başqa arayiş ve ya sened hansidir?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Qeyd edək ki, hərbi bilet itirildiyində vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsindən həmin sənədi əvəz edən şəkilli arayış əldə edib, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı müraciət oluna bilər.

  • @aryahasanova3649
    @aryahasanova3649 3 года назад

    Salam xarici pasportu itirmişikse ne etmeliyik?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa , neçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.

  • @KanalTv_
    @KanalTv_ 2 года назад

    Menim pasportum iyunda qutarir tez deyise bilerem? Ve onu deyissem nece gune deyisirler?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Zəhmət olmasa, müraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsini, yoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz? Neçə yaşlı vətəndaş üçün müraciət edirsiniz?

  • @orxanislamov2450
    @orxanislamov2450 Год назад

    ŞEKİ RAYONUNDAN ALMIŞAM

  • @BTS46768
    @BTS46768 13 дней назад

    Bes vaxtı bitenen sonra necə gün ve ya ay cərimə olur

    • @asanxidmat
      @asanxidmat  13 дней назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdən sonra dəyişdirilməsi ilə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb.

  • @letsgo9305
    @letsgo9305 9 месяцев назад

    Şexsiyet vesiqesi vaxti bitdikde,Azerbaijan xarici pasportd notarisde kecerlidi

    • @asanxidmat
      @asanxidmat  9 месяцев назад +1

      Azərbaycan Respublikası vətəndaşının ölkə ərazisində şəxsiyyətini təsdiq edən sənəd onun şəxsiyyət vəsiqəsidir. "ASAN xidmət" mərkəzlərində notariat xidməti ilə bağlı vətəndaş şəxsiyyət vəsiqəsi (etibarlı) ilə müraciət edə bilər.

  • @rvanabdullazade898
    @rvanabdullazade898 Год назад

    Bu rüsumlar 19 yaş üçün 10 iş günündə hələdə 40 manatdır ? və asan xidmətə hansı sənədləri gətirməliyəm

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
      Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      İtirilmə və ya korlanma halı yoxdursa, yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 60 manat, 5 iş günü müddətinə alınırsa, 120 manat, 1 iş günü müddətinə alınırsa, 210 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
      Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi

  • @hemidmucavir
    @hemidmucavir 3 месяца назад

    34 yawim var xarici pasportun vaxti bitibdi. 1 gune yenilenmesi ucun rusum haqqi ne qederdi?

    • @asanxidmat
      @asanxidmat  3 месяца назад

      Hər vaxtınız xeyir. İtirilmə və ya korlanma halı yoxdursa, yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 1 iş günü müddətinə alınırsa, 210 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

  • @metanethesenova1513
    @metanethesenova1513 11 месяцев назад

    Nəyi xidmət oldu bəs ödənuş rüsum qoymusuz çox yüksəkdi ağlasığılmaz haldı bu

  • @anusaanu742
    @anusaanu742 2 года назад +1

    Salam.xarıcı pasportun vaxtı bıtmeyıb.deyısmek ısteyırem olar ? ve rusum ne qederdı ? usaq ucun..qızlarıma

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. Ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rüsumu ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 15 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 25 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 35 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 60 manat; beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 25 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 55 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 75 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 120 manat; bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 55 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 115 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 155 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 210 manat təşkil edir.

    • @anusaanu742
      @anusaanu742 2 года назад

      @@asanxidmat Usaqın atası olubse ve ya bosanıblarsa nece ?

    • @asanxidmat
      @asanxidmat  2 года назад +1

      @@anusaanu742 , vəfat edən valideynin ölüm haqqında şəhadətnaməsi təqdim olunmalıdır. Əgər valideynlik hüququndan məhrum olunma və ya uşağın valideyninin icazəsi olmadan ölkə xaricinə çıxması barədə məhkəmə qətnaməsi varsa, ümumvətəndaş pasportu ilə bağlı həmin valideynin razılıq ərizəsi tələb olunmur.

  • @wahmartunzalebabayev6458
    @wahmartunzalebabayev6458 3 года назад +1

    Men wexsiyt vesiqesine gore yoldawmla muraciet etmiwem yoldawmn soyadna kecmey ucun vesiqeni deyiwirem vesiqeni almaq ucun ozun gekmesem tekce yoldawm gelse olar

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Xeyr, sənəd sahibi müraciət etməlidir.

  • @user-kj7ij1tr2t
    @user-kj7ij1tr2t 4 года назад

    Başa düşmədim mən şəxsiyət vəsiqəmi dəyişirəmsə bu ölkənin vətəndaşı ola ola 40 manat pul verməliyəm?

    • @asanxidmat
      @asanxidmat  4 года назад +1

      Şəxsiyyət vəsiqəsi (itirilmə və ya korlanma halı yoxdursa) 1 iş günü müddətinə götürülürsə, 35 manat, 3 iş günü müddətinə götürülürsə, 25 manat, 10 gün müddətinə götürülürsə, 5 manat məbləğində dövlət rüsumu ödənilir.

  • @nurlanaelizade3845
    @nurlanaelizade3845 Год назад

    Salam men usagima xarici pasport almag istiyirem atasi xaricdedi mene hansi sened lazim lar etibarname?

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Etibarnamə və ya razılıq ərizəsi digər ölkədə notarial qaydada təsdiq olunub, müafiq qaydada rəsmiləşdirildikdən sonra (leqallaşma və ya apostil möhürü) Azərbaycan Respublikasına göndərilir və Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunur. Həmin sənədin tərcümə və təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda Azərbaycan Respublikası vətəndaşı etibarnamə təsdiqi və ya razılıq ərizəsi yazmaq üçün yaşadığı ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə müraciət edə bilər. Bu zaman sənəd Azərbaycan dilində olduğundan yenidən tərcümə və təsdiq olunmasına ehtiyac olmur.
      Həmçinin, "Mobil notariat" mobil tətbiqi vasitəsilə elektron etibarnamə təsdiq oluna bilər. Bununla bağlı məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz.

  • @user-ro6mk6bl9b
    @user-ro6mk6bl9b 5 месяцев назад

    Salam Naxçıvana getmək üçünde pasport lazımdımi?

    • @asanxidmat
      @asanxidmat  5 месяцев назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığından, təəssüflər olsun ki, Sizə xidmət göstərə bilməyəcəyik.

  • @user-vk1bl2tu5o
    @user-vk1bl2tu5o 2 месяца назад

    Salam usagin atasi rasiyadadi pasport almaq ucun natarusdan raziliq kagizi gondərib asan xidmət usaga pasport vermir hara muraciyət edim xahis edirəm cavab yazin

    • @asanxidmat
      @asanxidmat  2 месяца назад

      Hər vaxtınız xeyir. Müraciətinizin araşdırılması üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

    • @user-vk1bl2tu5o
      @user-vk1bl2tu5o 2 месяца назад

      @@asanxidmat108 zəng vururuq cavab vermirlər başqa hara müraciyət edək

  • @aliquliyev7739
    @aliquliyev7739 2 года назад

    Salam mənde vaxtı kutarıb 10 illiyi rüsumu nedir?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. İtirilmə və ya korlanma halı yoxdursa, yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 60 manat, 5 iş günü müddətinə alınırsa, 120 manat, 1 iş günü müddətinə alınırsa, 210 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

  • @cabirzamanov456
    @cabirzamanov456 3 года назад

    Pasportu götürmək max 10 gündü?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Ümumvətəndaş pasportlarının əldə olunması xidməti ilə bağlı müddət 10 iş günü,5 iş günü və 1 iş günü olaraq təyin olunub.

  • @xeyalqurbanov3898
    @xeyalqurbanov3898 3 месяца назад

    Salam bir söz sorucmaq osteyirem.Mən xarici pasport almisam.onun tercumesini hansi dilde etdirmeliyem.Amerikaya gedecem.xahis edirem bilen biri yazsin🙏🙏🙏🙏

    • @asanxidmat
      @asanxidmat  3 месяца назад

      Hər vaxtınız xeyir. Məlumatı sənədi təqdim edəcəyiniz orqanla əlaqə saxlayaraq dəqiqləşdirə bilərsiniz.

  • @lemaneskerova206
    @lemaneskerova206 Год назад

    Salam menım xarıcı pasportumun bır vereqı usag cırıb men ındı yenıden deyısmelıyem onu? Yenı almısam ozde bır ıl olmayıb

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun (xarici pasport) bərpası xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
      Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun bərpası ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), ümumvətəndaş pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Ümumvətəndaş pasportunun korlanmasına görə yaşı 18-dən çox olan vətəndaşın sənədi 10 iş günü müddətinə alınırsa, 75 manat, 5 iş günü müddətinə alınırsa, 135 manat, 1 iş günü müddətinə alınırsa, 220 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
      Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi

  • @nureliseferov5830
    @nureliseferov5830 4 года назад

    Salam Asan xidmet ! Menim atam ile anam türkiyededir.Ancaq atam Azerbaycana gedib gele bilir men anamın üstündeyem atam mene nece pasport çıxartsın ? Men 5 ildi türkiyeye gede bilmirem 15 yaşım var.

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Yetkinlik yaşına çatmayan şəxs üçün ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi ilə bağlı hər iki valideynin razılıq ərizəsi tələb olunur. Bu ərizəni sərhəddən çıxmaqla bağlı razılıq ərizəsi də əvəz edə bilər. Əgər valideynlik hüququndan məhrum olunma, uşağın valideynin icazəsi olmadan ölkə xaricinə çıxması barədə məhkəmə qətnaməsi varsa, ümumvətəndaş pasportu ilə bağlı həmin valideynin razılıq ərizəsi tələb olunmur.

  • @se4cu
    @se4cu 3 года назад

    xanim menim 24 yaşim var 10 illik xarici pasport lazimdi mene alabileremde ?

    • @asanxidmat
      @asanxidmat  3 года назад +2

      Bəli, əldə edə bilərsiniz.

    • @ulefouleffon2024
      @ulefouleffon2024 2 года назад

      @@asanxidmat Salam xanım mənim xarici pasportunun baxdı bitib onu dəyişəndə rüsum ödəmək lazımdır birde neçə günə verilir

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      @@ulefouleffon2024 hər vaxtınız xeyir. Neçə yaşlı vətəndaş üçün müraciət edirsiniz ?

  • @rovseneliyev4587
    @rovseneliyev4587 3 года назад

    Salamlar Xaish Edirem Kim Desun ... Menim herbi biletim yoxdu Ag bletim var xarici pasport vererler mene ? 26 Yashim var

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Rovsen Eliyev
      , hər vaxtınız xeyir. Yaşı 18 - dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      İtirilməsi və ya korlanma halı yoxdursa, yaşı 18 - dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
      Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır.

  • @zibosxalilov5776
    @zibosxalilov5776 3 года назад

    Xarici pasportlar neçə illik verilir ?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Qeyd edək ki, ümumvətəndaş pasportunun aşağıdakı növləri vardır:
      1 yaşına qədər (etibarlılıq müddəti 1 ildir);
      1-3 yaşınadək (etibarlılıq müddəti 3 ildir);
      3-18 yaşadək (etibarlılıq müddəti 5 ildir);
      18 yaşdan sonra (etibarlılıq müddəti 10 ildir).

    • @elnurismaylov866
      @elnurismaylov866 2 года назад

      @@asanxidmat salam mene usaqlar ucun passport alamaq isetirem kime murayeced eden bilirem

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      @@elnurismaylov866 hər vaxtınız xeyir. Zəhmət olmasa, müraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsi, yoxsa ümumvətəndaş pasportu (xarici pasport) nəzərdə tutursunuz?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      @@elnurismaylov866 Hər vaxtınız xeyir. Zəhmət olmasa, müraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsi, yoxsa ümumvətəndaş pasportu (xarici pasport) nəzərdə tutursunuz?

  • @user-lm2re5ox2f
    @user-lm2re5ox2f 3 года назад

    Salam... Men ozum Azerbaycan vetendawiyam, yoldawim rus vetendawidi... Iki uwagimiz var.. Men istiyirem gelib Azerbaycanda asan xidmete muraciet edem.. Uwaxlarima wexsiyet vesiqesini alim.. Uwaxlar anadan Moskva weherinde dogulub.. Hansi senedler teleb olunacaq menden..Ata gele bilmir, Ana gelecek uwaxlarnan.. Ata rus vetendawidi, Ana ise Azerbaycan vetendawi...

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Ana hansı rayonda daimi qeydiyyatdadır? Uşaqların neçə yaşı var? Uşaqların doğum şəhadətnaməsi rus dilindədir?

    • @user-lm2re5ox2f
      @user-lm2re5ox2f 3 года назад

      @@asanxidmat Ana Zaqatala rayonun vetendashi... Uwaxlarin dogum kagizlari Rusiyada alinib

    • @user-lm2re5ox2f
      @user-lm2re5ox2f 3 года назад

      Uwaxlar 14,ve 13 yawindadilar..

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@user-lm2re5ox2f Uşaqlar üçün mənsubiyyət arayışı əldə olunub?

  • @talexlezgin1545
    @talexlezgin1545 3 года назад

    Menim xarici pasport itib tezeni cixarda bileremde

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Zəhmət olmasa, qeyd edin. Neçə yaşınız var?

  • @orxanislamov2450
    @orxanislamov2450 Год назад

    Salam Meni Sürücülük vesiqenin vaxdı bitib ve hardan ala bilerem ve rüsümu neqederdi

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, hazırda vətəndaşda olan sürücülük vəsiqəsinin alınma ilini, verildiyi rayonu (və ya ölkəni) və sənəd sahibinin daimi qeydiyyatda olduğu rayonu bildirin.

  • @eminesedli9201
    @eminesedli9201 2 года назад

    Xarici pasport ne qiymətdir mənə deyin

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Zəhmət olmasa, neçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.

    • @eminesedli9201
      @eminesedli9201 2 года назад

      28 yas

    • @eminesedli9201
      @eminesedli9201 2 года назад

      Xanım ucun

    • @eminesedli9201
      @eminesedli9201 2 года назад

      Xarici pasport turkiye

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      @@eminesedli9201 İtirilmə və ya korlanma halı yoxdursa, yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 60 manat, 5 iş günü müddətinə alınırsa, 120 manat, 1 iş günü müddətinə alınırsa, 210 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

  • @sbnmmmmdli431
    @sbnmmmmdli431 2 года назад

    Salam. Mənim xarici pasportumun bitməsinə 1 il qalıb,onu bir il qabaqcadan dəyişməy olar.xaricdə yaşadığım üçün,tez tez gələ bilmirəm vətənə.

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. Ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər.

    • @sbnmmmmdli431
      @sbnmmmmdli431 2 года назад

      @@asanxidmat sualıma cavab verdiyiniz üçün təşəkkürlər 🙏🙏

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      @@sbnmmmmdli431 hər zaman buyurun.

  • @graywolf2678
    @graywolf2678 3 года назад

    Salam! Mən xarici Pasportumu dəyişmək istəyirəm Nə qədər pul ödəməliyəm, və mən qeydiyyatda Rayon üzrəyəm Bakıda asan xidmətdə ala bilərəm mı?

    • @asanxidmat
      @asanxidmat  3 года назад +2

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
      Yaşı 18 - dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      İtirilməsi və ya korlanma halı yoxdursa, yaşı 18 - dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
      Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi

    • @graywolf2678
      @graywolf2678 3 года назад

      @@asanxidmat Təşəkürllər 🙏

    • @asanxidmat
      @asanxidmat  3 года назад +1

      @@graywolf2678 Hər zaman buyurun.

    • @mediselimli3433
      @mediselimli3433 Год назад

      @@asanxidmatSalam men xarici pasportumu deyismeliyem herbide xidmetdeyem xidmet kecdiyim yerden arayis veribler teqdim etmeye,bu xidmet yerinden verilen arayisin etibarliliq muddeti ne qederdi zehmet olmasa yazin

    • @asanxidmat
      @asanxidmat  Год назад

      @@mediselimli3433 hər vaxtınız xeyir. Razılıq ərizəsini nəzərdə tutursunuzsa, ərizə 1 ay müddətinə etibarlıdır.