ASAN Vaxt- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi- ARB24 25.09.2019

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024

Комментарии • 136

  • @selimxanisayev7385
    @selimxanisayev7385 21 день назад

    Salam mən rasiya vətandaşıyam ama 30 ildi burada yaşayıram aləliyəm vətəndaşdıx ala bilmirəm

    • @asanxidmat
      @asanxidmat  21 день назад

      Hər vaxtınız xeyir. İkili vətəndaşlıqla bağlı məlumat əldə etmək üçün Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 919.

  • @mtanetabbasova
    @mtanetabbasova 10 дней назад

    Salam xanım qızıma qaçqınlıq vəsiqəsin haradan ala bilərik asan xidmətdən ?

    • @asanxidmat
      @asanxidmat  9 дней назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığından, təəssüflər olsun ki, Sizə xidmət göstərə bilməyəcəyik. İlkin məlumat əldə etmək üçün Qaçqın və ya Məcburi Köçkünlərin işləri üzrə Komitəyə müraciət edə bilərsiniz.

  • @user-ic9pv4uu4c
    @user-ic9pv4uu4c Год назад

    Salam, şexsiyyet vesiqem yenilenmelidir, bilmek isteyirem ki müracietden neçe gün sonra yeni vesiqe verilir? Buraxılış imtahanim üçün qeydiyyatdan keçmeliyem bunun üçün vesiqem yenilenmelidir ve vaxtim mehduddur.

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, yaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeni, yoxsa köhnə nümunəlidir?

    • @user-ic9pv4uu4c
      @user-ic9pv4uu4c Год назад

      @@asanxidmat 17 yaşım var, Bakıda qeydiyyatdayam. Vesiqemi vaxtı bitdiyi üçün deyişdirmeliyem yeni artiq yararsızdır. Melumat deyişikliyi menim bildiyim qederile olmuyacaq, yaşadığım ünvan da eynidir deyişmeyib. Vesiqem köhne nümunelidir.

    • @asanxidmat
      @asanxidmat  Год назад

      @@user-ic9pv4uu4c 15 yaşdan sonra ilk dəfə yeni nümunəli şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı uşaq və valideynlərdən biri istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər.
      Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, tibbi arayış (göz rəngi, boy), müraciət edən valideynin şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər), dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa, 70 manat, 3 iş günü müddətinə hazırlanırsa, 50 manat, 10 gün müddətinə hazırlanırsa, 5 manat məbləğində dövlət rüsumu ödənilir.
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı göz rəngi və boya dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsilə alına bilər. Bu arayışın verilməsi ilə bağlı 3 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur.
      Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

    • @GulzarQuliyeva-ml1uz
      @GulzarQuliyeva-ml1uz 4 месяца назад

      Salam vesiqemin bitme tarixi 1 iyuldu.indiden deyise bilerem?

  • @elnurabbaseliyev2016
    @elnurabbaseliyev2016 4 года назад +1

    salam şəxsiyyət vəsiqəsi almağa gedəndə onlayn növbə götürülür?

    • @asanxidmat
      @asanxidmat  4 года назад +1

      Hər vaxtınız xeyir. Hazır sənəd üçün müraciət edirsiniz?

  • @royalmammadov6941
    @royalmammadov6941 3 года назад

    vaxti bitmis saxsiyet vasiqesine cerime varmi ? varsa neca manatdi?

  • @hyperion5940
    @hyperion5940 2 года назад

    Inz legv edilib deyise bilmirem kupcali ev istirler ne edim?

  • @user-mz2zr4db5o
    @user-mz2zr4db5o 4 года назад +1

    Salam.10 noyabr 1994cu IL tevelluduyem.25 yashim tamam oldu lakin shexsiyyet vesiqeni deyishmek ucun kohne shexsiyyet vesiqeni itirmishem.6 aydir senedsizem

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

    • @user-mz2zr4db5o
      @user-mz2zr4db5o 4 года назад

      @@asanxidmat suraxani rayon

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@user-mz2zr4db5o Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15 - dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursa, onun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə sənəd. İtirilmiş şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə əldə olunursa, 45 manat, 3 iş günü müddətinə əldə olunursa, 35 manat, 10 iş gün müddətinə əldə olunursa, 15 manat məbləğində dövlət rüsumu ödənilir.
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat
      Nəzərinizə çatdırırıq ki, “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olunan tarixdən sonra müvafiq qaydada müraciət edə bilərsiniz.
      Qeyd: "ASAN xidmət" mərkəzlərinə müraciət etmək üçün 2 rəqəmi və Azərbaycan Respublikasının vətəndaşları üçün -şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111 və ya AA1111111) yazılıb 8103 qısa nömrəsinə SMS göndərilməlidir.
      Qeyd: "ASAN xidmət" mərkəzlərinə yaxınlaşan zaman maska və əlcək taxmağı unutmayın.

  • @xeyaleibishova5067
    @xeyaleibishova5067 3 года назад +1

    Salam 7 aydır vesiqəmin vaxtından kecib .ona cərmə olunar?
    Abşeron qeydiatındayam.
    Hır ansı sənəd və şəkil lazımdır?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət oluna bilər. Məlumat dəyişikliyi olmadığı halda , tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi, dövlət rüsumun ödənilməsi barədə qəbz. Şəxsiyyət vəsiqəsi (itirilmə və ya korlanma halı yoxdursa) 1 iş günü müddətinə götürülürsə, 35 manat, 3 iş günü müddətinə götürülürsə, 25 manat, 10 gün müddətinə götürülürsə, 5 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
      “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.

    • @xeyaleibishova5067
      @xeyaleibishova5067 3 года назад

      @@asanxidmat coooooooohx tewwekur etrafli melunatinza gore

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@xeyaleibishova5067 Hər zaman buyurun.

    • @dlberqurbanova4234
      @dlberqurbanova4234 3 года назад

      @@asanxidmat salam zehmet olmasa deyerdiz sexsiyyet vesiqemin vaxdi 4ildi kecib deyişdirildikde cerime olunacaqmi birdeki cermenin meblegi

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@dlberqurbanova4234 Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

  • @sahibheyderov1045
    @sahibheyderov1045 4 года назад

    Salam şekil cekdirmek hakda melumat vererdiz. Uz biraz sakkalli olsa olar? Prablem olmur ? Bir zehmet yazardiz?

    • @asanxidmat
      @asanxidmat  4 года назад +1

      Hər vaxtınız xeyir. Şəkil gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) çəkilir.

  • @nushabamehdiyeva917
    @nushabamehdiyeva917 3 месяца назад

    Mənim 77 yaşım var,şəxsiyat vəsiqəmi 2005 ildə almışam 52 yaşımda,mən də deyişməliyam?

    • @asanxidmat
      @asanxidmat  3 месяца назад

      Nəzərinizə çatdırırıq ki, köhnə nümunəli şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitmədən yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəz oluna bilər. Zəruri deyil.

  • @aysenismaylzade1764
    @aysenismaylzade1764 3 года назад

    Pasportsolda 16 yawina catmamiw usaqlarin sexsiyyet vesiqesi duzeldirler??

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Müraciətinizlə bağlı məlumat əldə etmək üçün müvafiq qurumla əlaqə saxlaya bilərsiniz.

  • @user-qb9rz4gd8q
    @user-qb9rz4gd8q 4 года назад +1

    Şəxsiyyət vəsiqəsi itib.
    Asan xidmətdə yenisin ala bilərəm mi, və cəriməsi nə qədərdir?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hansı rayonda daimi qeydiyyatdasınız?

    • @yunusyusif9384
      @yunusyusif9384 3 года назад

      @@asanxidmat salam evvela iwiniz ugurlu olsun. Mende bir aydan sonra yas 35 olacaq. Hansi senedler lazimdir ve rusum neqederdi zehmet olmasa deyerdiz.

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@yunusyusif9384 Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

    • @yunusyusif9384
      @yunusyusif9384 3 года назад

      @@asanxidmat bineqedi

    • @yunusyusif9384
      @yunusyusif9384 3 года назад

      @@asanxidmat bineqediiii

  • @vugaraslanov1397
    @vugaraslanov1397 4 года назад

    Salam. Men 3gundu novbe goture bilmirem limit doludu, bu nevaxtacan bele olacaq? Bir de vesiqenin deyisdirilmesi ucun hansi bolmeye daxil olmaliyam? Hazir senede ya nece?/25 yas tamamdi onuncun deyisilmelidi

    • @vugaraslanov1397
      @vugaraslanov1397 4 года назад

      Novbede gozleyenlerin sayi tutag bugun 55dise seher baxanda 150olur gah azalir gah coxalir bas acamiram

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@vugaraslanov1397 Hər vaxtınız xeyir. Növbə üçün 3 vasitə var- "ASAN xidmət" mobil tətbiqi və 108 Çağrı mərkəzi vasitəsilə cari gün ərzində onlayn şəkildə növbə əldə etmək mümkündür. İnternet saytı(www.asan.gov.az) vasitəsilə ən azı bir iş günü öncədən onlayn növbə əldə edə bilərsiniz.Günlük növbə limitinin dolması səbəbindən də növbənin əldə olunmasında çətinlik yarana bilər. Bu gün növbə əldə edə bilmirsinizsə, növbəti gün yenidən cəhd edə bilərsiniz. Mərkəzlərimiz hər gün fəaliyyət göstərir. Qeyd edək ki, mobil tətbiq vasitəsilə növbənin əldə olunması gün ərzində saat 06:00-dan etibarən mümkün olur. www.asan.gov.az saytı üzrə onlayn növbə sistemi hər gün 00:00-dan sonra növbəti gün üçün yenilənir.

  • @arzujamayeva1606
    @arzujamayeva1606 4 года назад

    Salam.Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyirəm İyun ayının 6-da vaxtı bitir .Online şəkildə müraciət edə bilərəm yoxsa hansısa şöbəsinə yaxınlaşmalıyam?Müraciət etdikdən neçə gün sonra əldə edə bilərəm?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hörmətli Arzu Jamayeva
      , hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

    • @arzujamayeva1606
      @arzujamayeva1606 4 года назад

      Bakıda qeydiyyatdayam

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@arzujamayeva1606 Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət oluna bilər. Məlumat dəyişikliyi olmadığı halda , tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi, dövlət rüsumun ödənilməsi barədə qəbz. Şəxsiyyət vəsiqəsi (itirilmə və ya korlanma halı yoxdursa) 1 iş günü müddətinə götürülürsə, 35 manat, 3 iş günü müddətinə götürülürsə, 25 manat, 10 gün müddətinə götürülürsə, 5 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
      Nəzərinizə çatdırırıq ki, Bakı, Gəncə, Sumqayıt “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olunan tarixdən sonra müvafiq qaydada müraciət edə bilərsiniz.
      Qeyd: "ASAN xidmət" mərkəzlərinə müraciət etmək üçün 2 rəqəmi və Azərbaycan Respublikasının vətəndaşları üçün -şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111 və ya AA1111111) yazılıb 8103 qısa nömrəsinə SMS göndərilməlidir.
      Qeyd: "ASAN xidmət" mərkəzlərinə yaxınlaşan zaman maska və əlcək taxmağı unutmayın.

    • @arzujamayeva1606
      @arzujamayeva1606 4 года назад

      Təşəkkür edirəm məlumat üçün

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@arzujamayeva1606, hər zaman buyurun.

  • @sebineqarayeva8010
    @sebineqarayeva8010 4 года назад

    Men Vesiqemi deyisdimek isteyirem vaxti bitmeyib ama sadece yeni nesil vesiqe isteyirem bunun ucun muraciet etmeliyem sadece ?Birdeki vesiqede ki seriya nomresi de deyisir vesiqeni deyisdirende ?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Bəli, seriya nömrəsi dəyişir. Hansı rayonda daimi qeydiyyatdasınız?

  • @residbv99
    @residbv99 3 года назад

    Salam. Bağışlama yoluyla Öz adıma ev keçirtmişəm ama kamunal xidmətlər əvvəlki şəxsin adında qalıb onu öz adıma necə necə keçirə bilərəm hansı sənədlər lazımdı?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Əmlak hansı rayonda yerləşir?

    • @residbv99
      @residbv99 3 года назад

      @@asanxidmat Sumqayıt 17 mkr

    • @residbv99
      @residbv99 3 года назад

      @@asanxidmat ?

  • @nikoefa8590
    @nikoefa8590 4 года назад

    Salam vesiqenin deyisdirilmesi ucunde novbe goturulmelidi?birde oglum 8ayliqdi ona onlayin novbe nece gotrum fin isteyir onun hec vesiqesi deyil axi

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.
      Azyaşlı üçün növbə valideynin adına götürülə bilər.

  • @rehimmemmedov1530
    @rehimmemmedov1530 4 года назад

    Salam mən Naxçıvanda qeydiyyatdayam hal hazırda Bakıda yaşayıram və vəsiqəmin vaxtı mart ayında çıxıbdı və iyun ayında Müəllimlərin işə qəbulunda iştirak etməliyəm karantinlə bağlı yollar bağlıdı. Asan xidmətə müraciət etmişəm deyirlər hər yerə baxırıq Naxçıvana yox ora getməlisən mən necə edim?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı ümumiləşdirilmiş baza məlumatları olmadığından hazırda Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşların "ASAN xidmət" mərkəzlərinə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdiriməsi üçün müraciəti mümkün olmur.

  • @elkinabbasov3642
    @elkinabbasov3642 3 года назад

    16 yaşı tamam olan uşağa hansı sənədlər lazımdır.Neçə günə verilir

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Vətəndaşın şəkilsiz şəxsiyyət vəsiqəsi var? Hansı rayonda daimi qeydiyyatdadır?

  • @huseynhuseyn9272
    @huseynhuseyn9272 4 года назад

    Şexsiyet vesiqesi neçiye deyişirler 15 gun qiymeti ????

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Şəxsiyyət vəsiqəsini hansı əsasla dəyişirsiniz? Hansı rayonda daimi qeydiyyatdasınız?

  • @bakuaz1169
    @bakuaz1169 4 года назад

    Salam zəhmət olmasa səxsiyyət vəsiqəsi necə yas dan bir dəsisilməlidi cox vəsiqədə bu vaxt qeyd olunmur

    • @asanxidmat
      @asanxidmat  4 года назад +1

      Hər vaxtınız xeyir. Əvvəlki nümunəli vəsiqəyə malikdirsə : - 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Şəklin dəyişdirilməsi istəyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün əsas hesab olunmur. Şəxsiyyət vəsiqəsi yaşla bağlı dəyişdirilirsə, müvafiq yaş tamam olduqdan sonra 1 ay ərzində dəyişdirilməlidir.
      Yeni nümunəli vəsiqə olduqda : Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

  • @xyalismaylov5656
    @xyalismaylov5656 3 года назад

    Şəxsiət Vesiqem 2 gun olar itib Qubada qaliram Asan xidmətde yenisin almaq olurmu ve ceriməsi olacaq?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hansı rayonda daimi qeydiyyatdasınız?

  • @cemcelfani1688
    @cemcelfani1688 3 года назад

    Salam. Mən şəxsiyyət vəsiqəsini dəyişmək isteyirem. Duzu vaxtı bitib. Ama bilmirəm hansı sənədləri aparmaliyam Asan Xidmət'e. Zəhmət olmasa məlumat verərdiz

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

    • @cemcelfani1688
      @cemcelfani1688 3 года назад

      @@asanxidmat İsmayıllı rayonu. Bu gun getdim Asan Xidməte. Səhv növbə götürmüşdum. Ama Asan xidmətde işləyən xanım dediki sabah təzədən gəlin. Ama sabaha növbə yoxdu. Googleden baxdım sabaha növbə yoxdu. Həmçinin Play marketden Asan Növbə yükləmişdim. Sadəcə yenə yer yoxdu 🤦‍♀️Zəhmət olmasa sabaha mənə yer ayıra bilərsiniz. Mellimler de deyirki təcili pasport məsələsini hell ele. Qalmisam neynim. Allah'a xatir kömək edin mənə növbə götürüm

    • @cemcelfani1688
      @cemcelfani1688 3 года назад

      Ama indi Bakıda yaşayıram və bu gün getdiyim 4 saylı Asan Xidmet idi

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@cemcelfani1688 Sosial şəbəkı vasitəsilə növbə verilmir. Növbə üçün 3 vasitə var- "ASAN xidmət" mobil tətbiqi və 108 Çağrı mərkəzi vasitəsilə cari gün ərzində onlayn şəkildə növbə əldə etmək mümkündür. İnternet saytı(www.asan.gov.az) vasitəsilə ən azı bir iş günü öncədən onlayn növbə əldə edə bilərsiniz. Bu vasitələrlə vətəndaşlar növbə əldə etdiyi üçün növbə limiti dolduğu halda, sizə operator tərəfindən növbə verilə bilmir. Günlük növbə limitinin dolması səbəbindən də növbənin əldə olunmasında çətinlik yarana bilər. Bu gün növbə əldə edə bilmirsinizsə, növbəti gün yenidən cəhd edə bilərsiniz. Mərkəzlər həftə içi fəaliyyət göstərir. Qeyd edək ki, mobil tətbiq vasitəsilə növbənin əldə olunması gün ərzində saat 06:00-dan etibarən mümkün olur. www.asan.gov.az saytı üzrə onlayn növbə sistemi hər gün 00:00-dan sonra növbəti gün üçün yenilənir. Mövcud rejimi nəzərə almağınız xahiş olunur.

    • @cemcelfani1688
      @cemcelfani1688 3 года назад

      @@asanxidmat Təşəkkürlər Allah razi olsun)

  • @husumezi930
    @husumezi930 4 года назад

    5 yaşında uşağa vəsiqə almaq üçün hansı sənəd lazımdır

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Husu Mezi
      , Zəhmət olmasa qeyd edin. Uşağın hər iki valideyni daimi olaraq hansı rayonda qeydiyyatdadır? Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikası, yoxsa, digər ölkənin aidiyyatı orqandan alınıb? Valideynlər hər ikisi Azərbaycan Respublikası vətəndaşıdır?

  • @adsoyad9270
    @adsoyad9270 3 года назад

    Salam. Naxçivan qeydiyatiyam. Qeydiyatimi Qəbəle şəhərinə dəyişmek isdiyirəm. Bu mumkundurmu Asan xidmətlərdə

    • @adsoyad9270
      @adsoyad9270 3 года назад

      Xanimdi sizə yazan

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@adsoyad9270 Hər vaxtınız xeyir. Qeydiyyata alınacağınız evin çıxarışı var?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@aytac7877 Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, təvəllüdün dəyişdirilməsi ilk olaraq doğum haqqında şəhadətnamədə müvafiq sənəd təqdim etmək şərtilə həyata keçirilə bilər. Qeyd olunan dəyişiklik doğum haqqında şəhadətnamədə edildikdən sonra şəxsiyyət vəsiqəsində də həyata keçirilə bilər. Doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi "ASAN xidmət" mərkəzlərinin göstərdiyi xidmətlər siyahısına daxil deyil. Bununla bağlı ətraflı məlumat əldə etmək üçün qeydiyyatınız üzrə VVADQ (ZAQS) şöbəsinə müraciət edə bilərsiniz.

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@aytac7877 Bununla bağlı ətraflı məlumat əldə etmək üçün qeydiyyatınız üzrə VVADQ (ZAQS) şöbəsinə müraciət edə bilərsiniz.

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@aytac7877 Rayon üzrə qeydiyyat şöbəsi nəzərdə tutulur.

  • @ceyhunallahverdiyev2028
    @ceyhunallahverdiyev2028 4 года назад

    Salam mən İmişli rayonunda qeydiyyatdayam. Bakı şəhərində daimi olaraq qalıram. Şəxsiyyət vəsiqəmi isə itirmişəm. Asan xidmətə müraciət edərək yenisinj əldə edə bilərəm

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15 - dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursa, onun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə sənəd. İtirilmiş şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə əldə olunursa, 45 manat, 3 iş günü müddətinə əldə olunursa, 35 manat, 10 iş gün müddətinə əldə olunursa, 15 manat məbləğində dövlət rüsumu ödənilir.
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat
      Nəzərinizə çatdırırıq ki, “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.

  • @gsjdjgshddj7863
    @gsjdjgshddj7863 3 года назад

    Salam məni qızımın 5 yaşı olacaq.bilməy istəyərdim ki rayon qediyatıyıq asan xidmətə uzağıq. .ama yaşadığımız yerin qeydiyyat şöbəsindən ala bilərik

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Sualınızla bağlı məlumat əldə etmək üçün müraciət edəcəyiniz qurumla əlaqə saxlaya bilərsiniz.

  • @aysanrzayeva4453
    @aysanrzayeva4453 3 года назад

    Salam eger şexsiyet azerbaycanda doğulub 3 yaşindan xarice köcub böyuyende ise yeni 30 yaşi var ve vetene qayidib orada yasamaq ucun şexsiyet vesiqesi elde etmesi ucun ne senedleri teleb olunur

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hörmətli Ayşan Rzayeva
      , hər vaxtınız xeyir. Zəhmət olmasa qeyd edin. Yeni qeydiyyata alınacaq ünvan hansı rayonun ərazisində yerləşir ? Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış və ya qeydiyyat vəsiqəsi) var ? Doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikası, yoxsa, digər ölkənin aidiyyatı orqandan alınıb? Valideynlər hər ikisi Azərbaycan Respublikası vətəndaşıdır?

    • @aysanrzayeva4453
      @aysanrzayeva4453 3 года назад

      Salam göygöl rayonunda qeydiyatdadi ata ve anasi rasiya vetendasid

    • @aysanrzayeva4453
      @aysanrzayeva4453 3 года назад

      Ata ve anasi azebaycanda dogulub

    • @aysanrzayeva4453
      @aysanrzayeva4453 3 года назад

      Zehmet olmasa bize deyin tocnu bize ne senedler lazimdiki vetendasliq almaq ucun

    • @aysanrzayeva4453
      @aysanrzayeva4453 3 года назад

      Sexsiyyet azerbaycanda anadan olub yeni dogum haqqinda senedi Azerbaycan Respubilkasina aiddir

  • @gulnazyumuxova3681
    @gulnazyumuxova3681 4 года назад

    nece yawda vesiqe deyiwilmelidi bilen yazsin

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Əvvəlki nümunəli vəsiqəyə malikdirsə : - 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Şəklin dəyişdirilməsi istəyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün əsas hesab olunmur. Şəxsiyyət vəsiqəsi yaşla bağlı dəyişdirilirsə, müvafiq yaş tamam olduqdan sonra 1 ay ərzində dəyişdirilməlidir.
      Yeni nümunəli vəsiqə olduqda : Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

  • @yusifalizade8483
    @yusifalizade8483 4 года назад

    Salam şəxsiyyət vəsiqəsin itirmişəm onu necə tapa bilərəm?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

  • @elmarsadixov7849
    @elmarsadixov7849 4 года назад

    1gune 18yasi olanlarn vesiqesi alnmasi qiymeti neciyedir

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Vətəndaş hansı rayonda daimi qeydiyyatdadır? Şəkilsiz şəxsiyyət vəsiqəsi var?

    • @elmarsadixov7849
      @elmarsadixov7849 4 года назад

      @@asanxidmat vesiqe xeyir almayb. Celabat ucotundadr vacib lazmdr ama karantine gore rayona gede bilmirik

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@elmarsadixov7849 İlk dəfə şəxsiyyət vəsiqəsi əldə edəcəksə, deməli, vətəndaşın daimi qeydiyyatı yoxdur.
      Nəzərinizə çatdırırıq ki, vətəndaş üçün ilk dəfə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. Doğum haqqında şəhadətnamə; 2. Tibbi arayış (qan qrupu, boy, gözün rəngi); 3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd 4.Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə; əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış), mülkiyyətçinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ( mülkiyyətçi sənədlərin təqdim olunması mərhələsində "ASAN xidmət" mərkəzinə gəlirsə, notarial qaydada təsdiqə ehtiyac yoxdur, mülkiyyətçi şəxsiyyət vəsiqəsi ilə müraciət edib yerində razılıq ərizəsi yaza bilər.), qeydiyyata düşmək istəyən kişilər üçün (50 yaşına kimi) hərbi bilet. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə əldə olunursa, 35 manat, 3 iş günü müddətinə əldə olunursa, 25 manat, 10 gün müddətinə əldə olunursa, 5 manat məbləğində dövlət rüsumu ödənilir.
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Qeyd edək ki, ilk dəfə şəxsiyyət vəsiqəsi əldə olunduğu üçün yerində sənədlərə əməkdaş tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair arayışın tələb olunub-olunmaması ilə bağlı məlumat bildiriləcək.
      İlk dəfə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı vətəndaşın valideynlərindən birinin iştirakı tələb oluna bilər.
      Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.

  • @lalel4344
    @lalel4344 4 года назад

    salam menim vesiqem sekilsizdi 3 ilde vaxtinnan kecib rayonan sened getirdim asan xidmetde duzeltdirmeye duzeltmediler dediler 2 dene sexsuyet vesiqen var biri evvel itib biri ata bir ananin adinadi biri legv olunmalidi onu nece legv ede bilerem ?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Müraciətinizin araşdırılması üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @fikotalibli1988
    @fikotalibli1988 4 года назад

    Ağsu amma Sumqayıtda yaşayıram

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15 - dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursa, onun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə sənəd. İtirilmiş şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə əldə olunursa, 45 manat, 3 iş günü müddətinə əldə olunursa, 35 manat, 10 iş gün müddətinə əldə olunursa, 15 manat məbləğində dövlət rüsumu ödənilir.
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat
      Nəzərinizə çatdırırıq ki, “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.
      Qeyd: "ASAN xidmət" mərkəzlərinə yaxınlaşan zaman maska taxmağı unutmayın.

  • @vusalibrahimov4387
    @vusalibrahimov4387 3 года назад

    Benziya artzın🙏

  • @vusalliyev9470
    @vusalliyev9470 4 года назад

    Rayon qeydiyati olan bakida sexsiyet ala biler

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hansı rayonda daimi qeydiyyatdasınız?

  • @samaxeloglu3919
    @samaxeloglu3919 4 года назад

    Menim Sexsiyyet vesiqesinin vaxti bitib cerime edilecem?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Salam. Nəzərinizə çatdırırıq ki, hazırda mövcud karantin rejiminin tətbiqi ilə bağlı “ASAN xidmət” mərkəzlərində sənəd qəbulu həyata keçirilmir. Qeyd edək ki, xüsusi karantin rejimi dövründə vətəndaşların hərəkətinin məhdudlaşdırıldığı nəzərə alınaraq etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılacaq.

    • @vaqifliyev5720
      @vaqifliyev5720 4 года назад

      @@asanxidmat salam şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitib.Ana Və Ata boşanibsa onda şəxsiyyət necə alınır.Yeni Hansı senedler gətirilməlidir.

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@vaqifliyev5720, hər vaxtınız xeyir. Şəxsiyyət vəsiqəsi sahibinin neçə yaşı var? Daimi qeydiyyat hansı rayondur?

    • @vaqifliyev5720
      @vaqifliyev5720 4 года назад

      @@asanxidmat 2004 tevelluddur.Yasayis yeri Qubadlı rayonudur.

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@vaqifliyev5720, şəkilsiz şəxsiyyət vəsiqəsi var?