ASAN Vaxt- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ARB24 27.11.2019

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024

Комментарии • 104

  • @eltonmurselzade2773
    @eltonmurselzade2773 3 года назад +2

    Salam komeklik ederdiz kurdemir rayonu qedyyatindayam bakida qaliram sexsiyyetimi itirmisem burda istenilen asan xodmete yaxinasib duzeldire bilerem?

  • @ekremkilic2232
    @ekremkilic2232 2 года назад +2

    Men Xarıcde yaşayıram ve 35 yaşım olacaq men mutleq şekılde Bakıya gelmelıyem deyışmesı ucun? Eger vaxtı kecerse cerıme ne qeder olacaq?

    • @tonimontana9751
      @tonimontana9751 Год назад

      Salam aleykum,siz xaricde harda yashayirsiz zexmet olmasa

  • @SevdaKerimova-kp6du
    @SevdaKerimova-kp6du 5 месяцев назад

    Salam.
    Oğlumun 15 yaşı var.
    Şəkilsiz şəxsiyyət vəsiqəsini yenisi ilə dəyişmək istəyirəm.
    Onun üçün sənəd toplamaq lazımdırmı?
    Lalımsa hansılardır?

    • @asanxidmat
      @asanxidmat  5 месяцев назад

      Hər vaxtınız xeyir. Müraciətinizlə bağlı məlumatəldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @vuqarqarayev6596
    @vuqarqarayev6596 3 года назад +1

    Şəxsiyət vəsiqəsi dəyişiləndə üstündəki cərimələr ödənilir? BİIƏN varsa yazsın.

  • @sbinmuxtarova613
    @sbinmuxtarova613 6 месяцев назад

    Salam. Şəxsiyyət vəsiqəsində şəkili hicabla çəkdirmək mümkündürmü? Çünki bununla bağlı qanunda heç bir qadağa yoxdur.

    • @asanxidmat
      @asanxidmat  6 месяцев назад

      Hər vaxtınız xeyir. Şəxsiyyət vəsiqəsi üçün təqdim edilən şəkil papaqsız (yəni baş örtüksüz) olmalıdır. Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində şəklin çəkilməsi kənardan görüntünü məhdudlaşdırmaqla xanım əməkdaşlar tərəfindən həyata keçirilir.

    • @sbinmuxtarova613
      @sbinmuxtarova613 6 месяцев назад

      @@asanxidmat Bəs qanunda belə bir maddə olmadığı halda niyə başörtüsüz çəkilməlidir?

    • @sbinmuxtarova613
      @sbinmuxtarova613 6 месяцев назад

      ?

  • @sofiaallahverdiyeva872
    @sofiaallahverdiyeva872 3 года назад +1

    Salam Aygün xanım bizim şəxsiyyət vəsiqəmiz dəyişməlidir amma uşağın anası nənəsi yaxın vaxtda vəfat edib arasında harada olmasında da xəbərimiz yoxdur .Uşağında ayın 17 di mayda imtahanıdır amma bizdən atasının etibarnamə dini istəyirlər bütün sənədləri yığmışıq amma qəbul etmirlər

    • @sofiaallahverdiyeva872
      @sofiaallahverdiyeva872 3 года назад +1

      Çox xahiş edirəm bizə köməklik edəsiniz sizdən cavab gözləyirik .Təşəkkür edirəm

    • @asanxidmat
      @asanxidmat  3 года назад +1

      @@sofiaallahverdiyeva872 Hər vaxtınız xeyir. Uşağın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı valideynlərdən birinin iştirakı mütləqdir. Əgər valideynlərin iştirakı mümkün deyilsə, bu halda, İcra hakimiyyəti tərəfindən təyin olunan rəsmi qəyyum prosesdə iştirak etməlidir.

    • @sofiaallahverdiyeva872
      @sofiaallahverdiyeva872 3 года назад

      @@asanxidmat Salam ata xəstədi gələ bilmir uşağın 16 yaşı var vəsiqə dəyişməlidir imtahana verəcək bibisi hal hazırda uşaqdan qalır ala bilməzmi

    • @sofiaallahverdiyeva872
      @sofiaallahverdiyeva872 3 года назад

      @@asanxidmat ana rəhmətə gedib hal hazırda bibi yanındadı qəyyumluq ala bilməzmi

    • @asanxidmat
      @asanxidmat  3 года назад +1

      @@sofiaallahverdiyeva872 Əgər valideynlərin iştirakı mümkün deyilsə, bu halda, İcra hakimiyyəti tərəfindən təyin olunan rəsmi qəyyum prosesdə iştirak etməlidir.

  • @nigarquluzade6936
    @nigarquluzade6936 Год назад

    Salam. Təzə şəxsiyyət vəsiqəsi alanda fin və seriya əvvəl ki qalır yoxsa təzələnir?

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Şəxsiyyət vəsiqəsi dəyişdirildikdə, sənədin seriya və nömrəsi yenilənir. Qeyd edək ki, Fərdi İdentifikasiya Nömrəsi (FİN) olduğu kimi saxlanılır.

  • @fuadpiriyevxirdalan1993
    @fuadpiriyevxirdalan1993 9 месяцев назад

    Salam mənim 58 yaşım var, sadəcə olaraq köhnə nəsil şəxsiyyət vəsiqəsini yeni nəsil şəxsiyyət vəsiqəsinnən əvəzləmək istəyirəm, heçnə əlavə olunmadan . Ünvan dəyişmir ad soyad dəyişmir.

    • @asanxidmat
      @asanxidmat  9 месяцев назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin.

  • @masvidal9783
    @masvidal9783 2 года назад

    Soy adin deyisdirilmesi ucun qeytiyada oldugumuz rayonun asan xitmetine muraciyet edirik? Xais edirem cavablandiradiz.onceden tesekkur

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Zəhmət olmasa, yaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Doğum haqqında şəhadətnamə hansı rayonun (və ya ölkənin) Qeydiyyat şöbəsindən (VVADQ) əldə olunub? Soyadın hansı formada (kökdən - hərfi mənada, yoxsa sonluğunun) dəyişdirilməsini istəyirsiniz?

    • @masvidal9783
      @masvidal9783 2 года назад +1

      Seki qeydiyat yas 22 soyadin sonlgunu yeni ov li elemek isdeyirem

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      @@masvidal9783 Nəzərinizə çatdırırıq ki, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. İlkin zəruri sənəd: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə. Sənədlərə baxıldıqdan sonra əlavə sənəd tələb oluna bilər. Ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz: www.asan.gov.az/az/service/asan-xidmetler/vetendasliq-veziyyeti-aktlarinin-doevlet-qeydiyyati/vetendasliq-veziyyeti-aktlarinin-qeydindeki-sehvlerin-duezeldilmesi-ve-onlarda-deyisiklik-edilmesi-vetendasliq-veziyyeti-aktlari-qeydlerinin-legvi-vetendasliq-veziyyeti-aktlarinin-itmis-qeydlerinin-berpasi/vetendasliq-veziyyeti-aktlarinin-qeydindeki-sehvlerin-duezeldilmesi-ve-onlarda-deyisiklik-edilmesi

  • @ilhamqarayev5711
    @ilhamqarayev5711 Год назад

    salam mən Bərdə rayonu Qarayeva sevil ilham qızı 25 yaşım 07,08,2023tamam olub 7-8aygi aşağı xidmətə müraciət edirəm mən təzə vəsiqə ala bilmirəm,

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Müraciətinizin araşdırılması üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

  • @sahinmiriyev7354
    @sahinmiriyev7354 3 года назад

    Hazir şexsiyet vesiqesi ucun novbe goturmek lazimdirmi ?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Hazır sənədlə bağlı növbə yerində verilir.

  • @hyperion5940
    @hyperion5940 2 года назад

    Sexsiyyetmi yenilemeye getdim ,day inz vermirler kupcali ev istediler hardan tapaq kupca

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Nəzərinizə çatdırırıq ki, “ASAN xidmət” mərkəzləri vasitəsilə qeydiyyata alınmanın həyata keçirilməsi üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış, qeydiyyat vəsiqəsi , order və s.) təqdim olunmalıdır. Bu sənədlər olmadığı halda, təəssüflər olsun ki, xidmət göstərilməsi mümkün olmayacaq.

  • @fikrthesenipopkkkfoov1758
    @fikrthesenipopkkkfoov1758 3 года назад

    Salam şəxsiyyət vəsiqəsi itibse eger.yenisini almaq üçün hansı senetler lazım olur?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?

  • @elvinaliyev6528
    @elvinaliyev6528 3 года назад

    salam. sexsiyyetin deyisme muddeti eger kecibse, yani bir aydan cox, onda cerime yazilir ya yox???

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Müraciətiniz digər şərhdə cavablandırılıb.

  • @nuranezulfiyeva
    @nuranezulfiyeva 2 года назад

    Salam.9 ayliq usaqa sexsiyyet vesiqesi goturmek olur? Ve nece yasina qeder quvvede olur?

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. İstənilən yaşda şəxsiyyət vəsiqəsi əldə oluna bilər. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

  • @FuadAkberzade
    @FuadAkberzade 9 месяцев назад

    Salam xeyirli isler , men 2 yas usaqima sexsiyef vesiqesi cixartdirmaq isdeyirem azerbaycan vetandasiyam hal hazirda turkiyede yasayiram usaqda turkiyede anadan olub hansi senedleri toplamaliyam
    Ve usaq ana ile azerbaycana gedecek ata istirak etmeden usaqa sexsiyyet vesiqesi ala bilerik ?

    • @asanxidmat
      @asanxidmat  9 месяцев назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, uşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?

    • @FuadAkberzade
      @FuadAkberzade 9 месяцев назад

      @@asanxidmat Ata Astara Şeherinde Ana Şirvan Şeherinde qeydiyatdadi . Uşaq Ananın qeydiyatında olacaq Şirvan şeherinde . Her iki valideyin Azerbaycan Respublikasının Vetandaşıdır . Uşağ Türkiyede doğulduğu üçün Istanbuldaki Azerbaycan Konsolosluğundan alinib Doğum hakıındakı şehadetnamesi Eyni zamandada resmi nigahımız yoxdur Ama uşaq Ata atalığ kağızı vererek Atasının soyadındadır Ata olmadan usaqa Anasi ile şexsiyyet vesiqesi ve xarici pasport ala bilerikmi ? Ata ananjn soyadi basqadi usaq atasinin soyadindadir

    • @FuadAkberzade
      @FuadAkberzade 9 месяцев назад

      Her vaxdiniz xeyir sualimizi zehmet olmasa cavablasaniz cox sevinerik , cox vacib dir

    • @asanxidmat
      @asanxidmat  9 месяцев назад

      @@FuadAkberzade , hər vaxtınız xeyir. Buyurun, müraciətinizi təqdim edə bilərsiniz.

  • @xosiyevasbuh9778
    @xosiyevasbuh9778 2 года назад

    salam usaq ucun səxsiyət vəsiqəsi goturmək isdiyirəm 1gunə necə manatdi

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, uşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? Uşağın neçə yaşı var?

  • @sevdaabdullayeva5405
    @sevdaabdullayeva5405 Год назад

    Salam...Menim sexsiyet vesiqemin fin kodu baglanib men hec bir ise gire bilmirem...Şotda olduğum evden şotdan mehkeme yolu ile çıxmışam...İndide hara muraciet ediremse mene fin kodumun bagli olduğu deyilir...Men ne etmeliyem mene komek edin

    • @asanxidmat
      @asanxidmat  Год назад

      Hər vaxtınız xeyir. Qeyd edək ki, vətəndaşın şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvandan çıxarılma halı olduğu təqdirdə şəxsiyyət vəsiqəsi deaktiv hesab olunur.

  • @gulaytogrul9520
    @gulaytogrul9520 4 года назад

    salam men sabirabada qeydiyatdaya ama bakida yasayiram 5yasli usaqima vesiqe goturmeycun bakida istenilen asan xidmetden vesiqeni goture bilerem ???

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, uşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?

    • @gulaytogrul9520
      @gulaytogrul9520 4 года назад

      @@asanxidmat beli azərbaycanda elde olunub sehadetname yoldasimda mende sabirabada qeydiyatdayiq

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@gulaytogrul9520 14 yaşa qədər uşaq valideynlərin (və ya onlardan biri) qeydiyyatda olduğu ünvana qeydiyyata alına bilər. İstənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. 14 yaşa qədər uşağa şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı zəruri sənəd: doğum haqqında şəhadətnamə, qan qrupu haqqında tibbi arayış (elektron sağlamlıq kartı varsa, həmin kart təqdim edilir və tibbi arayışa ehtiyac olmur), valideynin şəxsiyyət vəsiqəsi (əgər valideynlər müxtəlif ünvanlarda qeydiyyatdadırlarsa və uşaq müraciət edən valideynin deyil, digər valideynin üzərinə qeydiyyat alınırsa, bu halda hər iki valideynin şəxsiyyət vəsiqəsi təqdim edilməlidir).
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin əldə olunması ilə bağlı sənəd təqdim olunan zaman şəkil yerində çəkildiyindən azyaşlının iştirakı mütləqdir.
      Yeni nümunəli şəxsiyyət vəsiqəsi əldə olunması ilə bağlı dövlət rüsumu 1 iş günü - 25 manat, 3 iş günü - 20 manat , 10 gün - 4 manat təşkil edir.
      Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı qan qrupuna dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsi ilə alına bilər. Bu zaman uşağın istirakı gərəkli olur. Bu arayışın verilməsi ilə bağlı 2 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur.
      Nəzərinizə çatdırırıq ki, ödənişlər "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
      “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.

    • @gulaytogrul9520
      @gulaytogrul9520 4 года назад

      @@asanxidmat coox sagolun

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@gulaytogrul9520, hər zaman buyurun.

  • @elmirmehdiyev9902
    @elmirmehdiyev9902 2 года назад

    Salam men usagima sexsiyyet vesiqesi almaq isdeyirem bunun ucun hansi senedleri getirmeliyem asan xidmete ve uşağı getirmek isdemirem bu mumkundumu uşaq 2 yaş 9 ayliqdi

    • @asanxidmat
      @asanxidmat  2 года назад

      Hər vaxtınız xeyir. Zəhmət olmasa, uşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?

  • @arzumemmedova6746
    @arzumemmedova6746 3 года назад

    Sexsiyyet vesiqesi itib .Size nece mobil muraciet edek?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Müraciətiniz digər şərhdə cavablandırılıb.

  • @rzaibrahimov2018
    @rzaibrahimov2018 3 года назад

    Salam menim şəxsiyyət vəsiqənin etibarlik müddetine iki il var ancaq meni iseteyyirem təze vesiqe elde ede bilərmi

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız? Şəxsiyyət vəsiqəsi köhnə nümunəlidir?

    • @rzaibrahimov2018
      @rzaibrahimov2018 3 года назад

      @@asanxidmat Goranboy rayon . Beli köhne nümunelidi

    • @asanxidmat
      @asanxidmat  3 года назад +1

      @@rzaibrahimov2018 Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət oluna bilər. Məlumat dəyişikliyi olmadığı halda , tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi, dövlət rüsumun ödənilməsi barədə qəbz. Şəxsiyyət vəsiqəsi (itirilmə və ya korlanma halı yoxdursa) 1 iş günü müddətinə götürülürsə, 35 manat, 3 iş günü müddətinə götürülürsə, 25 manat, 10 gün müddətinə götürülürsə, 5 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.

    • @rzaibrahimov2018
      @rzaibrahimov2018 3 года назад

      @@asanxidmat Teşekkürler dolğun melumat üçün

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@rzaibrahimov2018 Hər zaman buyurun.

  • @stx6174
    @stx6174 3 года назад

    Salam Hörmətli Asan Xidmət Əməkdaşları Sizə Bir Sual Ýonləndirmək İstərdim 17 Yaşım Var Şəxsiyət Vəsiqsinin Şəkilli Olaraq Dəyişdirmək İstərdim Hansı Səndlər Lazımdır?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Hansı rayonda daimi qeydiyyatdasınız?

    • @stx6174
      @stx6174 3 года назад

      @@asanxidmat Suraxanı Rayonu

    • @stx6174
      @stx6174 3 года назад

      @@asanxidmat Hansı Sənədləri Toplayıb Yaxınlaşmalıyam Asan Xidmətə Cavablandırsaz Çox Sevinərəm

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@stx6174 15 yaşdan sonra ilk dəfə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı uşaq və valideynlərdən biri müraciət etməlidir.
      15 yaşdan yuxarı vətəndaşın (şəkilsiz və ya şəkilli şəxsiyyət vəsiqəsi olan) qeydiyyat ünvanı dəyişmirsə, şəxsiyyət vəsiqənin dəyişdirilməsi ilə bağlı zəruri sənəd: şəxsiyyət vəsiqəsi, tibbi arayış (gözün rəngi, boy), dövlət rüsumunun ödənilməsi barədə sənəd; (şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə götürülürsə, 35 manat, 3 iş günü müddətinə götürülürsə, 25 manat, 10 gün müddətinə götürülürsə, 5 manat məbləğində dövlət rüsumu ödənilir), müraciət edən valideynin şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı gözün rəngi, boya dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsi ilə alına bilər. Bu arayışın verilməsi ilə bağlı 2 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur.
      Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.

    • @stx6174
      @stx6174 3 года назад

      @@asanxidmat Çox Sağolun Dəyərli Asan Xidmət Əməkadşları, Pandemya Səbəbiylə Asan Xidmətə Necə Yaxınlaşa Bilərik?

  • @sbinprvte
    @sbinprvte 3 года назад +1

    Salam Şəxsiyyət vəsiqəsini almağ üçün 10 günə yazdırıb sonradan pulunu ödəyib 5 və ya 1 günə almaq olarmı.?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Sənəd icra prosesində olmadığı halda, müddət qısaldıla bilər.

    • @sbinprvte
      @sbinprvte 3 года назад

      @@asanxidmat icra prosesində olmadığını necə öyrənə bilərəm.?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@sbinprvte Sənədi təqdim etdiyiniz "ASAN xidmət" mərkəzinə yaxınlaşaraq məlumat əldə edə bilərsiniz.

  • @aygunmemmedova3281
    @aygunmemmedova3281 3 года назад

    Salam men usag ucun sexsiyet vesiqesi ucun muraciyet etdim novbe aldim 19 gedib goturmeliyem saat 3de onun ucunde novbe goturmeliyem

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      Hər vaxtınız xeyir. Hazır sənəd üçün onlayn növbəyə ehtiyac yoxdur. Növbə mərkəz daxilində verilir.

    • @TikTok-hf2oe
      @TikTok-hf2oe 3 года назад

      @@asanxidmat salam men Celilabad qeydiyatiyam,yolarda baglidir oglum ucun wekili vesiqeni mekteb teleb edir.indiki veziyetde ne etmeliyem?bakida yawayiram qeydiyatim rayonadir.Bakida goturmeyim mumkundur?

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@TikTok-hf2oe Hər vaxtınız xeyir. Vətəndaşın şəkilsiz vəsiqəsi var? Hansı rayonda daimi qeydiyyatdadır?

    • @TikTok-hf2oe
      @TikTok-hf2oe 3 года назад

      @@asanxidmat salam beli var,celilabad qeydiyatiyiq,yolar baglidi nece duzelde bilerik imtahana gore mekteb teleb edir

    • @asanxidmat
      @asanxidmat  3 года назад

      @@TikTok-hf2oe 15 yaşdan sonra ilk dəfə şəkilli şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı uşaq və valideynlərdən biri müraciət etməlidir. İstənilən “ASAN xidmət” mərkəzinə müraciət mümkündür.
      15 yaşdan yuxarı vətəndaşın (şəkilsiz və ya şəkilli şəxsiyyət vəsiqəsi olan) qeydiyyat ünvanı dəyişmirsə, şəxsiyyət vəsiqənin dəyişdirilməsi ilə bağlı zəruri sənəd: şəxsiyyət vəsiqəsi, tibbi arayış (gözün rəngi, boy), dövlət rüsumunun ödənilməsi barədə sənəd; (şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə götürülürsə, 35 manat, 3 iş günü müddətinə götürülürsə, 25 manat, 10 gün müddətinə götürülürsə, 5 manat məbləğində dövlət rüsumu ödənilir), müraciət edən valideynin şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
      Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
      Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı gözün rəngi, boya dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsi ilə alına bilər. Bu arayışın verilməsi ilə bağlı 2 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur.
      Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
      “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.

  • @israylxlilov1187
    @israylxlilov1187 3 года назад +1

    Şəxsiyyət Vəsiqəsi neçə yaşa qədər dəyişdirilir?

    • @asanxidmat
      @asanxidmat  3 года назад +1

      Hər vaxtınız xeyir. Əvvəlki nümunəli vəsiqəyə malikdirsə : - 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Şəklin dəyişdirilməsi istəyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün əsas hesab olunmur. Şəxsiyyət vəsiqəsi yaşla bağlı dəyişdirilirsə, müvafiq yaş tamam olduqdan sonra 1 ay ərzində dəyişdirilməlidir.
      Yeni nümunəli vəsiqə olduqda : Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

    • @israylxlilov1187
      @israylxlilov1187 3 года назад +1

      @@asanxidmat Əvvəlki Vəsiqə
      50 yaşında dəyişdirilir onda?
      55 yaşında,60 yaşında yox onda?
      55 yaşında yeni Vəsiqədi

    • @israylxlilov1187
      @israylxlilov1187 3 года назад +1

      Məsəlçün 65 yaşlı bir insan
      Əvvəlki Vəsiqəni yeni Vəsiqə ilə dəyişə bilər?

    • @asanxidmat
      @asanxidmat  3 года назад +1

      @@israylxlilov1187, köhnə nümunəli vəsiqə yeni nümunəli vəsiqə ilə istənilən vaxt dəyişdirilə bilər.

    • @elvinaliyev6528
      @elvinaliyev6528 3 года назад

      @@asanxidmat salam. sexsiyyetin deyisme muddeti eger kecibse, yani bir aydan cox, onda cerime yazilir ya yox???

  • @turalaliyev8593
    @turalaliyev8593 Год назад

    00ļ l

  • @nipikovruyeva8124
    @nipikovruyeva8124 4 года назад

    Abunə olub nöbə götürmək istəyirəm.

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      Nəzərinizə çatdırırıq ki, “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət" mobil tətbiqi
      (Mobil tətbiqi yükləmək üçün - Android istifadəçilər üçün play.google.com/store/apps/details?id=az.asanx , İOS istifadəçiləri üçün apps.apple.com/az/app/asan-xidm%C9%99t/id1470628589 qeyd olunan linkə daxil ola bilərsiniz), internet saytı (www.asan.gov.az) və 108 Çağrı mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsi nəzərdə tutulur.
      Qeyd: Sərt karantin rejimində olan "ASAN xidmət" mərkəzlərinə müraciət etmək üçün 2 rəqəmi və Azərbaycan Respublikasının vətəndaşları üçün -şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111 və ya AA1111111) yazılıb 8103 qısa nömrəsinə SMS göndərilməlidir.
      Şəxsin yaşayış yerini və ya olduğu yeri nəqliyyat vasitəsilə tərk etdiyi hallarda, göndərilən SMS-də şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da qeyd olunması tövsiyə olunur. Nümunə: ( 2 AZE12345678 00XX000)
      Qeyd: "ASAN xidmət" mərkəzlərinə yaxınlaşan zaman maska taxmağı unutmayın.

    • @romatv8466
      @romatv8466 4 года назад

      @@asanxidmat salam menim.borcum.var.koronaya gore yaziblar cerime vesiqemi deyiwende borcu odemeliyem?.yoxdu ama.pulum nece olur bu ?

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@romatv8466, hər vaxtınız xeyir. Cərimə ilə bağlı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə məhdudiyyət qoyulduğu halda, cərimənin ödənilməsi tələb oluna bilər.

    • @romatv8466
      @romatv8466 4 года назад

      @@asanxidmat men iwlemirem 190 manatda verirler fakt olaraq iwsiz kimi qeydiyatdayam iw axtaranda iwe duzelende yeni vesiqe fesiqe istiyirlerki iwe duzelmesem cermeni nece oduye bileremki .. Bu mentiqe siğmir axi .

    • @asanxidmat
      @asanxidmat  4 года назад

      @@romatv8466, hörmətli vətəndaş, müraciət etdiyiniz sosial şəbəkə vasitəsilə cərimə barədə məlumat qeyd olunmur. Sizə ümumi olaraq bildirildi ki, məhdudiyyət olarsa, ödənilməsi tələb oluna bilər. Bu isə müraciət zamanı yerində aydınlaşdırılacaq.