#qadınqadınadəstəkdir
HTML-код
- Опубликовано: 23 дек 2024
- Lalə Ələkbər 19 yaşında ailəsinin yaxınlarının məsləhəti ilə ailə qurmağa razılaşsa da, üzləşdiyi məişət zorakılığı probləmləri toydan sonra başlayır. Həyat yoldaşı və onu ailəsinin Laləyə qoyduğu qadağalar, ona qarşı olan zorakı münasibət nəticəsində o, bir müddət sonra boşanmaq qərarına gəlir.
Uzun və stresli boşanma prosesindən sonra, Lalə bu durumda olan digər qadınlara da bu proses və qanunların necə işləməsi ilə bağlı “Qadın qadına dəstəkdir” sosial layihəsini yaradır.
Qızı ilə yaşayan Lalə, ayaqda qalması üçün, boşanandan sonra ilk olaraq kiçik bizneslə məşğul olur. Daha sonra isə ingilis dilini inkişaf etdirərək xarici təşkilatlarla çalışmağa başlayıb. Bu il isə o, xaricdə təhsil almaq üçün təqaüd proqramına baş vuraraq həmin proqramın da qalibi olub.
Lalənin şəxsi təcrübəsi haqqında #Femmekan-da 🍀