Fem mekan
Fem mekan
  • Видео 20
  • Просмотров 7 227
Kəlağayı hazırlamaqdan əldə etdiyi gəlirlə qızına təhsil verən ana
Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndində, 26 ildir ənənəvi kəlağayı sənətini yaşadan qadın sənətkar - Məlahət Talıbova yaşayır. Deməsinə görə, qədim sənəti həyat yoldaşı və qaynatasından öyrənib. Məlahət usta illərdir kişilərin üstünlük təşkil etdiyi bir sahədə inad və sevgiylə çalışır. İndi isə həm də müəllimlik edib, peşəsini başqalarına öyrətməklə məşğuldur. Məlahət ustanın əllərinin zəhməti təkcə, kəlağayılarda deyil, həm də qızının həyatında rol oynayıb. O, kəlağayıdan əldə etdiyi gəlirlə qızını Bakıya ali təhsil almağa göndərib. Qızı incəsənətin
başqa bir sahəsində peşəkar olaraq yetişir. Məlahət Talıbova özünü nadir qadın kəlağayı sənətkarlarından biri hesab edir. Onun bu sə...
Просмотров: 656

Видео

Bərdənin Əfsanəsi
Просмотров 1,4 тыс.Месяц назад
31 yaşlı Əfsanə Rəsulova Bərdədə özünə biznes qurub. O, həm xına mərasimlərinin təşkilatçılığını, həm də aparıcılığını edir. “Bərdənin Əfsanəsi” cəmiyyətin qadınlara qoyduğu sosial və psixoloji basqılara qarşı mübarizə aparan güclü qadının həyatından bəhs edən qısa sujetdir. Əfsanə Rəsulova toy aparıcısı kimi çalışarkən müxtəlif qınaqlar və çətinliklərlə üzləşsə də, ailəsinin dəstəyi ilə öz peş...
Herman
Просмотров 5535 месяцев назад
Herman sənədli filmi Bakıda yaşayan trans kişinin həyatı barədədir. Ailəsinin basqılarına və cəmiyyətin önyarğılarına qarşı mübarizə aparan Herman, çətin qərar verərək, hormon müalicəsinə başlayıb. Qərarı onun həyatını dəyişib, kişilik kimliyini gücləndirib. Film Hermanın keçdiyi çətin yol, onun daxili gücü və əzmi, ailəsinin rədd etməsinə rəğmən, kimliyini gizlətmədən yaşamağı haqqındadır. O, ...
Feminist etika və jurnalistika
Просмотров 265 месяцев назад
FEMSÖHBƏTLƏRin bu epizodunda bir az fərqli olacaq: xüsusilə, media nümayəndələrini, jurnalistləri və jurnalistika tələbələrini epizodumuzu dinləməyə dəvət edirəm. Adından da göründüyü kimi, bu dəfə feminist etika və jurnalistikaya feminist yanaşmanın önəmindən bəhs edəcəyik.
FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab
Просмотров 228 месяцев назад
“Femmekan” podkastlarının növbəti epizodunda qadın haqları uğrunda mübarizənin önəmini, varlığını və dəyərini görməyimizə kömək edən 11 kitabdan danışacağıq. Yazıçı və fotoqraf Aygül Qurbanova epizodumuza öz fikirləri və kitab tövsiyələri ilə rəng qatacaq. İndidən qeyd etməyə gərək var ki, bu siyahı subyektiv olduğu qədər mütləq və yeganə siyahı deyil. Auditoriyamızı nəzərə alaraq feminizmə gir...
FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu
Просмотров 3110 месяцев назад
“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mö...
Dağlar qızı Reyhan
Просмотров 45810 месяцев назад
Qızının təhsil xərclərini ödəyən Reyhanın qəfil məruz qaldığı işsizlik onu yenidən iş axtarmağa vadar edib. Yaş baryeri, qeyri- humanist iş rejimlərinə baxmayaraq, o, yeni iş tapmağa məcbur olub. Nəhayət, qızının doğum günündə çətin iş rejiminə, uzun iş saatlarına baxmayaraq, iş həyatına qayıdıb. İşsiz keçən günlər onu gənclik illərindəki xoşagəlməz xatirələrə qaytarır. O, qızı ilə bağlı arzula...
Seçim
Просмотров 1,5 тыс.2 года назад
"Masallı kəndlərinin birində ucsuz-bucaqsız bir sahəyə gedən yol məni uzaqdan güclə eşidilən gülüş və danışıq səslərinə doğru aparır. Yaxınlaşdıqca dərinlikdən gələn bu səslərin arxasında həsir toxumaq üçün lazım olan qamış çubuğunu, yerlilərin dili ilə desəm “pizə”ni toplayan, sinəyə qədər bataqlığa girmiş qadınları görürəm. Onlar həsir üçün tədarük görməyə hər il yaz-yay aylarında buraya gəli...
"Artıq vaxtdır"!
Просмотров 5572 года назад
Məni qurban olaraq necə seçmişdi... O vaxt anlamırdım, sonra anladım. Ən rahatı mən idim... Anam evə pul gətirəcək deyə səhərdən axşamacan işləyirdi, elə atam da... Evdə həmişə mən tək qalırdım, o da bunu bilirdi....Ona görə mən... Niyə susdum? Susmaqdan başqa çarəm yox idi... Qorxutmuşdu məni, üstümə bıçaq çəkmişdi, kiməsə danışsan səni öldürəcəm demişdi...." Bu hekayə uşaq yaşlarında 4 il yax...
Femsöhbətlər | Müasir feminizmin qarşılaşdığı əsas problemlər
Просмотров 772 года назад
Feminizmin qarşısına qoyduğu məqsədlər, mübarizə apardığı nüanslar haqqında əvvəlki Femmekan podkastlarında uzun-uzun danışmışıq. Onların arasında feminizm haqqında yaranmış səhv fikirlərin təhlili də mövcuddur. 10-cu podkast epizodumuzda isə müasir feminizmin qarşılaşdığı əsas problemlərin bir neçəsindən danışmışıq.
Nə istəyirsiz? #Azərbaycan #qadınlar #sənədlifilm
Просмотров 8622 года назад
Bu filmdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 6 qadın danışır.Onlar duyğuları, düşüncələri, arzuları ilə bələnmiş istəklərindən danışır… Nədir onların xoşbəxtlik izahı, nədir onların istəyi? Xoşbəxtlikmi, rahatlıqmı, azadlıqmı… Nədir xoşbəxtlik? Ağrısız ölümmü, Sevgimi, Hörmətmi, Övlad acısı görməməkmi, Rahatlıq nədir? Maddi çətinliyi düşünməməkmi, Heç kimdən asılı olmamaqmı, Öz yarını t...
FEMSÖBƏTLƏR | Azərbaycanda Film Festivallarının Qadın Siması
Просмотров 673 года назад
FEMSÖBƏTLƏR | Azərbaycanda Film Festivallarının Qadın Siması
#FEMMEKAN #FEMSÖHBƏTLƏR - Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur?
Просмотров 353 года назад
“Femmekan”ın 8-ci epizodunda nağıllarımızda, ədəbiyyat nümunələrimizdə və dərsliklərimizdə əks olunan gender stereotiplərindən danışmışıq. Epizodumuz tərkibində Aygün Dadaşovanın 5-9-cu sinif ədəbiyyat dərsliklərini təhlil etdiyi magistr tezisi haqqında məlumat alacaqsınız. Eyni zamanda “Audio Nağıllar” layihəsində nağıllar səsləndirərək valideyn və uşaqların sevimlisinə çevrilən Şəbnəm Həsənəl...
Femsöhbətlər - Azərbaycanda feminist fanzinlərə maraq | #Femiskop. #Femsöhbətlər #FEMMEKAN
Просмотров 2233 года назад
Bu dəfə Femmekan feminizmi cəmiyyətə başa salmağa çalışan alternativlərə işıq tutub. Bu alternativ üsullardan biri fanzinlərdir. “Femiskop” feminist platformasının hazırladığı fanzinlər isə öz unikallıqları ilə seçilirlər. 6-cı podkastımızda “Femiskop” üzvlərindən soruşduq, fanzin nədir, feminist fanzin kimə xitab edir, Azərbaycanda fanzinlərin inkişafı üçün nələr lazımdır?
"Uzaq" #femmekan #film #şəxsihekayə
Просмотров 613 года назад
"Uzaq" #femmekan #film #şəxsihekayə
#qadınqadınadəstəkdir
Просмотров 2403 года назад
#qadınqadınadəstəkdir
Femmekan podkastlarında feminist Nisə Hacıyeva ilə söhbətimiz #femmekan #feminizm #Azərbaycan
Просмотров 2863 года назад
Femmekan podkastlarında feminist Nisə Hacıyeva ilə söhbətimiz #femmekan #feminizm #Azərbaycan
FEMMEKAN-ın ilk podkast episozdu “Onlar pıçıldayır, bəzən də qışqırırlar” #podkast #sənədlifilm
Просмотров 463 года назад
FEMMEKAN-ın ilk podkast episozdu “Onlar pıçıldayır, bəzən də qışqırırlar” #podkast #sənədlifilm
SEVİL #azərbaycan #sevil #filmfestival
Просмотров 1664 года назад
SEVİL #azərbaycan #sevil #filmfestival

Комментарии

  • @rnahesenova5146
    @rnahesenova5146 2 года назад

    Qadın Anadır,bacıdır,həyat yoldaşıdır,qız övladıdir.Yaradan qadını həm güclü,həmdə zərif yaratmış. Allahin yaratdiqi bu gözəlliyi sevmək və qorumaq lazimdir

  • @nicatmuslumov2557
    @nicatmuslumov2557 2 года назад

    Utanmırsız caamatı gizdin çekib yutuba qoyursuz

    • @femmekan7435
      @femmekan7435 2 года назад

      Hörmətli, Nicat, ittihamlarla hücuma keçmədən öncə yaxşı olar ki, filmə sona qədər baxasınız. Baxsaydınız görərdiniz ki, qadınlar kamera qarşısında danışırlar və çəkilişə də icazə veriblər, təbii ki. İlk dəfə baxanda görməmisinizsə, bir daha təkrar baxın və ümumən bu filmlə müəllif nələri çatdırmaq istəyib o haqda düşünün. Bu çətin işdə sizə uğurlar!

  • @gunelh.safarova9584
    @gunelh.safarova9584 2 года назад

    Çox gözəldilər 🥰🥰🥰

  • @velobrbr3892
    @velobrbr3892 2 года назад

    Nə toplayirsiz belə

  • @backyardlifechannel9382
    @backyardlifechannel9382 2 года назад

    Kişi zərif cinsdi. Kişi ora girse ölər

  • @ilhameabbasova9551
    @ilhameabbasova9551 2 года назад

    Allah sizi qorusun ❤️🤲

  • @drganbarly909
    @drganbarly909 2 года назад

    Bu önəmli məsələyə necə olur ki, 11 baxış və bir bəyənmə var. (bəyənməni də mən etmişəm).

    • @femmekan7435
      @femmekan7435 2 года назад

      Təşəkkürlər dinlədiyiniz və bəyəndiyiniz üçün! Paylaşaraq daha çox dinləyicilərə çatmaqda bizə yardımçı ola bilərsiniz :)

  • @true_khiridar
    @true_khiridar 3 года назад

    Çox maraqlı idi, çox sağ olun. Mən də istəyirəm ki, bu filmdəki bütün qadınlar istədiklərinə çatsın <3