Kəlağayı hazırlamaqdan əldə etdiyi gəlirlə qızına təhsil verən ana
HTML-код
- Опубликовано: 22 дек 2024
- Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndində, 26 ildir ənənəvi kəlağayı sənətini yaşadan qadın sənətkar - Məlahət Talıbova yaşayır. Deməsinə görə, qədim sənəti həyat yoldaşı və qaynatasından öyrənib. Məlahət usta illərdir kişilərin üstünlük təşkil etdiyi bir sahədə inad və sevgiylə çalışır. İndi isə həm də müəllimlik edib, peşəsini başqalarına öyrətməklə məşğuldur. Məlahət ustanın əllərinin zəhməti təkcə, kəlağayılarda deyil, həm də qızının həyatında rol oynayıb. O, kəlağayıdan əldə etdiyi gəlirlə qızını Bakıya ali təhsil almağa göndərib. Qızı incəsənətin
başqa bir sahəsində peşəkar olaraq yetişir. Məlahət Talıbova özünü nadir qadın kəlağayı sənətkarlarından biri hesab edir. Onun bu sənətə olan sevgisi və əzmi, yalnız ailəsi üçün yox, həm də Azərbaycanın mədəni irsinin yaşadılması üçün böyük töhfədir.