"Uzaq"

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025
  • “Heç xatırlaya bilmirəm ki, evimizdə nə baş vermişdi. Hər halda, hər ailədə olan söz-söhbət, dava olurdu. Amma anamın o zaman çıxıb getməsi məndə ciddi travma kimi iz buraxmışdı”, Jalə danışır.
    Jalə Haşımovanın 27 yaşı var, Bakıda müxtəlif tədbirlərin təşkilatçısı kimi çalışır. Əyləncəni, dostları və ailəsini sevir. Amma özünün dediyi kimi, “uzaq”dan hər şey onun üçün daha yaxşı və rahat görünür.
    Jalə deyir, uşaqlıqdakı travmaları onun həyatına, səhv addım atmasına və müəyyən məqamlarda özgüvəninə təsir edib. O, kiçik yaşlarında şahidi olduğu aildəki mübahisələr və anasının evdən getmə qorxusuyla bağlı uzun müddət sarsıntı keçirib. Dostları, ailəsi, ətrafı onun üçün dəyərli olsa da o, sıx ünsiyyət və yaxın münasibətlərdən uzaq qalmağı daha üstün tutub. Bütün bunları isə Jalə, tərkedilmək qorxusu ilə bağlayır.
    #femmekan

Комментарии •