Paşinyan gümrülü qara keşişin tilsimli düymələrini sındıra biləcəkmi?

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • #hörümçək #horumchek #Gündəm
    Paşinyan gümrülü qara keşişin tilsimli düymələrini sındıra biləcəkmi?
    Paşinyan gümrülü qara keşişin tilsimli düymələrini sındıra biləcəkmi?
    İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan əleyhdarlarının keçirdiyi aksiyalar davam edir
    Kilsənin təşviqi ilə keçirilən mitinqlər son həftələr daha genişmiqyaslı xarakter almağa başlayır
    Etirazçıların başında isə Tavuş arxiyepiskopu Baqrat Qalstanyan dayanır
    Bəs baş nazir Paşinyanın önündə “tilsimli qara keşiş”ə çevrilən gümrülü Baqrat kimdir?
    Paşinyanın “qara keşiş”i hazırda erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatıdır
    Hazırda onun dini rütbəsi arxiyepiskopdur
    Baqrat Qalstanyan 20 may 1971-ci ildə Ermənistanın Gümrü şəhərində anadan olur
    O, həm də Kanada vətəndaşıdır
    Ermənistanda “Müqəddəs Eçmiədzin Ana taxt-tacının Qevorqyan” seminariyasının məzunudur
    Qalstanyan 1993-cü ildə deakon dini təyinatını alır
    1995-ci ildə Eçmiədzindəki Müqəddəs Qriqori məktəbinin direktoru vəzifəsini icra edir
    O vaxt yeni yaradılmış Xristian Təhsili və Təbliğ Mərkəzinin vitse-prezidenti təyin olunur
    Qalstanyan “Qanteq” dini televiziya proqramının qurucu üzvlərindən birinə çevrilir
    Baqrat Qalstanyan 1996-1998-ci illərdə I Qareqinin katibi olaraq fəaliyyət göstərir
    Həmin müddətdə Cənubi Amerika, Rusiya, Böyük Britaniya və Avstriyaya papalıq səfərlərində iştirak edir
    Arxiyepiskop Baqrat Qalstanyan bütün fəaliyyəti boyunca millətçi mövqeyi və qatı türk əleyhdarlığı ilə tanınır
    Qazaxın kəndləri ilə bağlı müqavimətin kökündə də məhz bu amil dayanır
    O, hər şeydən öncə erməni cəmiyyətində Azərbaycana qarşı düşmənçilik alovunun səngiməsini istəmir
    1988-ci ildə münaqişənin ilk aylarında da ən qızışdırıcı mövqedə olan keşişlər idi
    Kilsə ilə məsləhətləşməyə həm Köçəryanın, həm də Sərkisyanın hakimiyyəti dönəmində ciddi əməl edilir
    Erməni kilsəsinin həm də sovet vaxtından KQB-nin nəzarətində olduğu məlumdur
    Qalstanyanın da Rusiya xüsusi xidmət orqanlarına “işlədiyi” istisna olunmur
    Nə üçün Paşinyanla rəqabət üçün keşiş Baqrat Qalstanyan seçildi?
    Birincisi, Arxiyepiskop Baqrat Qalstanyan 2015-ci ildən Tovuzqala yeparxiyasının rektorudur
    Ermənistanın Tavuş rayonu Azərbaycanla həmsərhəddir
    İkincisi, keşişin ikinci vətəndaşlığı Kanada olduğuna görə baş nazir postuna müraciət edə bilməz
    Üçüncüsü, arxiyepiskop dindarlar arasında hörmət və nüfuza malikdir
    Dördüncüsü, bu keşiş həm ölkədə, həm də diasporda yaxşı separatçı və türk düşməni olaraq bilinir
    Üstəlik, Kanadadan tutmuş Rusiyaya qədər tanınır, bu sahədə nüfuz sahibidir
    ✅ Gündəmin müxtəlif sahələrinə uyğun heç yerdə tapa bilmədiyiniz, bilinən ən maraqlı, sirli, mifik, ən orijinal faktlar, möcüzəvi bilgilər, arxivlərdən gün işığına çıxarılan videomateriallar izləyə bilərsiniz

Комментарии • 5