Çox ləzzətli kəsmikli bulka. Resepti rəyə qeyd etdim. ✨

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 1

  • @ReceipeMania-n3i
    @ReceipeMania-n3i  3 месяца назад

    3 stəkan un - cəmi 600 ml un
    190 ml sud
    1 yumurta otaq temperaturu
    5 xörək qaşığı şəkər tozu
    6 gram duz- 1 balaca qaşıq
    1 çay qasigi ve yarim maya
    45 ml kere yağı- 4 xorek qasigi
    İçlik üçün mən kəsmik və holland pendiri istifadə etdim. Kəsmiyə bir xörək qaşığı şəkər tozu əlavə edin.
    Bütün məhsullar otaq temperaturunda olmalıdır.
    Əvvəlcə ilıq südə şəkər tozunu əlavə edirik və bir qədər gözləyəndən sonra mayanı qatırıq. 5 dəq gözləyib, əvvəlcə yumurtanı, sonra isə unu, yağı, duzu əlavə edirik və qarışdırırıq. Əldə etdiyimiz xəmiri otaq temperaturunda 2 saat yarım mayalandırırıq. Daha sonra qabı streç ilə örtüb, soyuducuya qoyuruq. Səhər xəmiri soyuducudan çıxardıqdan sonra otaq temperaturuna gəlməsi üçün hardasa 2 saat gözləyirik. Daha sonra xəmiri kündələrə ayırırıq və yenə minimum 1 saat mayalandırırıq.
    Sonra isə kündələrin içinə əvvəlcədən hazırladığımız kəsmik və holland pendirini əlavə edirik. Üstünə isə yumurtanı bir qabda qarışdırıb, fırça ilə çəkirik.
    Sobanı əvvəlcədən 20 dəqiqə 170 dərəcədə temperaturda isidirik. İsti sobaya qoyduğumuz bulkanı 170 dərəcədə 28 dəqiqə bişiririk.