Ramiz Rövşən - "Mən küsüb gedirəm bu yer üzündən"

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2017
  • Şair: Ramiz Rövşən
    Oxuyur: Rasim Cəfər
    "Mən küsüb gedirəm bu yer üzündən".
    Mən küsüb gedirəm...
    Qoy hamı qalsın,
    Mən küsüb gedirəm bu yer üzündən.
    Oğulam-qoy dərdim anama qalsın,
    Atayam-qoy balam küssün özündən.
    Dünya ucuz saydı, ya baha bildi?!
    Nə satan tapıldı, nə alan məni.
    Nə Allah dünyaya bağlaya bildi,
    Nə atam, nə anam, nə balam məni.
    İlahi, səndən də sındı ürəyim,
    Məni küsdürənin yekəsi sənsən.
    Dünyanın ən uzaq...ələ gəlməyən,
    Boğazdan keçməyən tikəsi sənsən.
    Mən sənin yanına uça bilərdim.
    Uçmuram, beləcə küsüb gedirəm.
    Mən sənin sirrini aça bilərdim,
    Açmıram, beləcə susub gedirəm.
    Yandırıb gedirəm bu varağı da,
    Bu şeirin külünü kim oxuyacaq?
    Söndürüb gedirəm bu çırağı da,
    Məni qaranlıqda itirmə ancaq.
    İlahi, küssəm də səninəm yenə,
    Gözün axıracan üstümdə olsun.
    Bu sonsuz dünyanın son nöqtəsinə,
    Gedib çıxanacan üstümdə olsun...
    Orda, bu dünyanın lap qırağında,
    Bir nəhəng boşluğun lap qabağında.
    Oturub dincimi alaram bir az,
    Boşluğa salaram ayaqlarımı.
    Uşaqtək yellərəm ayaqlarımı,
    Uşaqtək sevincək olaram bir az.
    Bir ölüm işığı gəzər üstümdə,
    Boşluqdan səs gələr: ” Yubanma tez gəl!...
    Sənə çoxdandır ki bu yer üzündə
    Hər şey maraqsızdı ölümdən özğə”.
    İlahi, gəlirəm, eşit səsimi,
    Kimsəyə ümid yox, sən ovud məni...
    Bu nəhənğ boşluğa atdım özümü,
    Sənə arxayınam, özün tut məni!

Комментарии • 40

  • @azikovichh
    @azikovichh 6 лет назад +36

    Qiraət, oynamaq, hiss etmək, şeiri yaşamaq və s.-mükəmməl.

  • @nicattehran7032
    @nicattehran7032 3 года назад +3

    Azərbaycandakı ən yaxşı qirətlərdən biridir! Rasim Cəfər ildə bir dəfə belə səsləndirmələr etsə əla olar. Başqa "qiraətçilər" də dərs götürər. ♥️👏

  • @SamsungSamsung-om6gk
    @SamsungSamsung-om6gk 6 месяцев назад

    Əla
    🖒❤

  • @valehismailov7877
    @valehismailov7877 Год назад

    Sag Olun gozel serdi,ve gozel ifa etdiniz.

  • @elxanmehdiyev8214
    @elxanmehdiyev8214 2 года назад

    Cox möhtəşəm afərin

  • @newmanroma
    @newmanroma 6 лет назад +3

    Qardaş bəyəndim, emosuyaların çox dərindir. Çox bəyəndim..

  • @matanathajizada9859
    @matanathajizada9859 6 лет назад +4

    Möhtəşəm👌👏👏

  • @zumrudnovruzova7787
    @zumrudnovruzova7787 6 лет назад +2

    Mukemmel

  • @azizganbarov5035
    @azizganbarov5035 3 года назад

    Qəşəng deyib👏🏻🎙✍🏻🎼👍🏻

  • @fikretdovlyatov7675
    @fikretdovlyatov7675 6 лет назад

    Halal olsun!

  • @ProstoZritel.
    @ProstoZritel. 6 лет назад +1

    Ждали-ждали))и тут бац за один вечер столько видео)супер, спасибо
    Ждем ещё

  • @aynuraslanova1915
    @aynuraslanova1915 5 лет назад

    çox beyendim.Sanki bu şeri heyatın acığına ifa edir..

  • @nurzeynalli8141
    @nurzeynalli8141 5 лет назад +1

    Möhtəşəm♥♥♥♥

  • @ayazzeynalov387
    @ayazzeynalov387 6 лет назад +1

    Ela

  • @konulbabayev2477
    @konulbabayev2477 4 года назад

    qəşəng

  • @nybarazis243
    @nybarazis243 6 лет назад

    Ehsen

  • @i.bagirova.1865
    @i.bagirova.1865 4 года назад

    Gözəl

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Год назад

    Bəndə Allahından küsə bilərmi?
    Gul öz Agasından bezə bilərmi?
    Şeytan vəsvəsəsin salarsa cana.
    Allah neynəsin ki,yolun azana.

  • @rusifzamanov7160
    @rusifzamanov7160 3 года назад

    super

  • @esmirakerimova3244
    @esmirakerimova3244 6 лет назад +1

    Maraqlidi

  • @konulsuleymanova7055
    @konulsuleymanova7055 6 лет назад +3

    superrrr

  • @shla9110
    @shla9110 5 лет назад

    👍

  • @sehlinaqayeva
    @sehlinaqayeva 3 года назад

    Men kusub gedirem ozum ozumden

  • @ramilabbasov7588
    @ramilabbasov7588 4 года назад

    babat şeirdi 🤘🏻😎

  • @ilqaraydn5022
    @ilqaraydn5022 6 лет назад +5

    O qıza niyə xəyanət edtiniz a bəy??

  • @qzimahmud4498
    @qzimahmud4498 6 лет назад

    Rasim Cəfər,ecazkar.

  • @sehlinaqayeva
    @sehlinaqayeva 3 года назад +4

    Men kusub gedirem ozum ozumden
    Butun gunahlari mende bilirem
    Bacara bilmirem ozum ozumle
    Azmiw bir ureyi cende bilirem
    Men kusub gedirem ozum ozumden
    Gunew benovweni uzduyu kimi
    Payiz gelen zaman serin keleyler
    Agacin yarpaqdan kusduyu kimi
    Men kusub gedirwm ozum ozumden
    Birde qayitmaram qelbin evine
    Qoymaram qururum sevgim onunde
    Eyilib qul olsun gunun birinde
    Men kusub gedirem ozum ozumden
    En uzaq bir yerde ada isterem
    Yadima hec kimse duwmesin bari
    Raziyam ozumu ozum pisderem
    Men kusub gedirem ozum ozumden
    Baxmaq istemirem geriye birde
    Xowbext gunlerimi unutmaq ucun
    Raziyam en boyuk en cetin derde
    Men kusub gedirem ozum ozumden
    Dunyada her weyin qiymeti varmiw
    Qarwima ele bir dunya cixsin ki
    Orda temiz sevgi satilmayarmiw
    Men kusub gedirem ozum ozumden
    Insan istemirem Ademi gorum
    Nece cixarib tamah ucundan
    Oturum bababmla derdimi bolum
    Men kusub gedirem ozum ozumden
    Bawqa hec bir weyin menasi yoxmuw
    Tek olan Tanriymiw sevgiyye layiq
    Allaha siginmaq necede xowmuw
    Ramiz emi meni bagiwlasin.buda menim icimden gelen bir soz idi.Ramiz emiiye hec kim catmaz.Zeynal agayev.balaca wehlinin atasi.

    • @Something0908
      @Something0908 2 года назад

      Çox gözəl, sadəcə belə bir tövsiyəm var ki gəlin “ş” hərfini tanıyaq. Klaviyaturanızda Azərbaycan dili yoxdursa “s” da ola bilər, təşəkkürlər 💖

  • @sahdniz7450
    @sahdniz7450 3 года назад +2

    iki əsgər anası, yanaşı əyləşiblər,
    Hüznlə, üzdə kədər, astaca dərdləşirlər.
    Qəlblərində bir misgil, intuzarlı baxışlar
    Oğul yolu gözləyir, bu mehriban qonşular,
    Duymadılar kölgəni, onlara yaxınlaşan,
    Parıltılı gözlərlə,səbrlə qulaq asan.
    Cüssəli,zabitəli bir hərbiçi durmuşdu,
    Analar da çaşdılar, görən kimin oğludu?
    Zabit salam söyləyib, uzatdı əllərini
    Böyük bir ehtiramla sıxdı Ana əlini.
    Ana həyacanlanıb,sanki özün itirdi,
    Kimsən axı ay oğul? - nəhayət ki, dilləndi.
    Xəfifcə gülümsəyib, Zabit başın qaldırdı
    Minnətdarla, hörmətlə Analara O, baxdı.
    Mənim tapşırığım var,- zabitimiz söylədi
    Qəhrəman əsgərimin yetirim bir əhdini
    O, əsgər ki, Vətəni özündən çox sevərdi
    Bütün döyüşlərə O, düşünmədən gedərdi!
    Qorxu yox idi gözündə,dürüst idi sözündə
    Yeganə Ana sözü, işlənirdi cümləsində!
    O, mərd qayğıkeş insan,dostu idi hamının
    Bütün əsgərlərimə, Vallah verərdi canın.
    Son döyüşdə O əsgər yox idi bizim ilə
    Yaralıydı yatırdı,əlinə dəymişdi güllə.
    Çox qızğın getdi döyüş, düşdük mühasirəyə
    Yox idi çıxış yolu, nə önə, nə geriyə.
    O andan əsgərlərim oldular dalgın , məyus
    Elə bil başımızda dolanırdı bir kabus!
    Sanki qırılmış idi, yana düşmüş əlimiz!
    Üzülmüşdü ümidlər, yox idi köməyimiz..
    Birdən sükut pozuldu, səpələndi güllələr
    Elə bil ki, aslanlar, ova hücum etdilər
    Düşmənlər vahimədə, oldular səpgin, çaşqın,
    Sandılar ki, bir ordu edib onlara basqın...
    Bizdə qalxdıq ayağa, keçdik yenə hücuma
    Yaralanmış olasam da,davam etdim yoluma!
    O gün igid əsgərlər, düşməni məhv etdilər ,
    Mənsə hey düşünürdüm, kimlər kömək gəldilər?!!
    Uzaqdan gülüşlərlə sevinc səsi gəlirdi
    Əsgərlər bir birinə, gözaydınlıq verirdi!
    Yaxınlaşdım onlara, sıxdım mən əllərini
    Qucaqlayıb onları, böldüm sevinclərini!
    Soruşdum mən onlardan, kim gəldi bizə kömək?
    Tanıyaq igidləri, həm də təşəkkür edək.
    Kimsələr biz görmədik, söylədilər əsgərlər
    Yəgin düşməni qovub, daha önə getdilər!
    Təcrübəmdən bilirəm, belə olmur heç zaman
    Bütün bu düşüncələr üzürdü məni yaman!
    Bu döyüşün zəfəri yazılmasın adıma,
    Qəbul edə bilməzdim, yad idi qüruruma
    Mütləq yazılmalıydı bu zəfər, səbəbkara
    Ana südü tək halal, layiq idi onlara!
    Birdən gözüm sataşdı, bir yaralı əsgərə!
    Aman ... Necə gəlib o bu qorxulu yerlərə
    Axı yaralı idi , yatırdı hospitalda
    Özüm göstəriş verdim,qalsın bir az orada
    Tezcə ayağa qalxdım, əsgərə yaxınlaşdım
    Oğlum tək qucaqlayıb, Onu bağrıma basdım !
    Bu qorxmaz igid əsgər, qaçaraq hospitaldan
    Bizdən geri qalmasın, gəlmişdi arxamızcan.
    Bu qəhrəman, bu igid qorxmadan öz canından
    Aldı 30 əsgəri, ölümün caynağından !
    İki damla yaş axdı solğun qara gözlərdən
    Zalım güllə dəymişdi, keçmişdi ürəyindən
    Sızlamadan o əsgər qollarımda can verdi
    Son anda pıçıltıyla Ana sözü söylədi
    30 əsgər diz çökdü, Şəhidin qarşısında
    Minnətdarlıq var idi hərənin baxışında !
    Təltif oldum medalla, çevrildim qəhrəmana
    Bu zəfəri dövlətim yazdı mənim adıma !
    Zabit, yaxasından, ulduzunu çıxartdi
    Diz üstə dəyanaraq, onu Anaya uzatdı
    Bu ulduz çatmalıdır, layiq olan adama
    Qəbul edin bunu siz , məlhəm qoyun yarama !
    Ana titrək əliylə , zabitə sığal çəkdi
    Dedi, oğul bu ulduz halalındı, sənindi
    Zabit durub ayağa,Anaya yaxınlaşdı
    Ulduzu qətiyyətlə Onun yaxasına taxdı !
    Biz hamımız borcluyuq igid Şəhidimizə
    Bu gündən şərikiy biz sizin dərdlərinizə
    Bu zaman 30 əsgər, zabitə oldular dəm
    Əhatəyə aldılar, üzlərində kədər, qəm .
    Nizami İbrahimov - Bütün Şəhid Analarına ittihaf olunur. 12/12/2020 yazdım .

  • @qarayevcavid8641
    @qarayevcavid8641 4 года назад

    Vladislav Şpilman

  • @qurbannovruzov355
    @qurbannovruzov355 5 лет назад

    berkem ureyi oludur ureyini bowaldir bu gic gic ne yazirsiz komentaride )

  • @elburusaslanov609
    @elburusaslanov609 5 лет назад +1

    Sən nə danışdığını özün bilirsən Allah səni cəhənnəmdə yandiracag

  • @ayselsevmez6843
    @ayselsevmez6843 6 лет назад +4

    bu ne seir demekdi😂

    • @elvinbaghirov545
      @elvinbaghirov545 5 лет назад +2

      Aysel Sevmez Official Bunnan gozel nece demek olardi?)

    • @Omar-st8qn
      @Omar-st8qn 4 года назад

      Aysel🤣🤣🤣🌹👌

  • @kitaramenko8667
    @kitaramenko8667 4 года назад +3

    Şerdə Allaha üsyan var(. Nə Allah dünyaya bağlaya bildi )cümləsində. Yanı belə bir savadlı şair bilməlidir ki Allah istədiyini istənilən şeyə məcbur etmək iktidarında bir GÜC sahibidir. Qafiyə xətrinə belə cümlələr qurmaq olmaz.

    • @Turalrejdo
      @Turalrejdo 3 года назад

      Qatıq düşüncəli şairlər çoxdu