Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • #kamranmyunis #kamranyunis #şeirlər
    #poeziya #azərbaycanpoeziyası #ramizrövşən
    Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim
    Bəstəkar - Emil Şahin - Xəyallar
    Bilmirəm, hayandan tapdı ömrümü,
    Bir dəli at kimi çapdı ömrümü,
    Dağlara, daşlara çırpdı ömrümü,
    Qədrimi bilmədi bu adam mənim,-
    İlahi, al məni bunun əlindən!
    İlahi, kaş məni bu yer üzündə
    Bir özgə adama tuş eyləyəydin,
    Lap məni adam yox, quş eyləyəydin,
    Lap belə bir qara daş eyləyəydin,
    Məni bu adama sən necə qıydın,-
    İlahi, al məni bunun əlindən!
    Al məni, ver məni, özgələrə ver,
    Sınıq aynalara, güzgülərə ver,
    Bölünüm, yüz tikə, min tikə olum
    Bu adam üzümə baxa bilməsin.
    Məni aynaların qırıqlarından
    Toplaya bilməsin, yığa bilməsin.
    Bölünsəm, dərdim də bölündü bəlkə,
    Hər dərdim yüz tikə, min tikə oldu.
    Bir dərdim qalmadı özümdən yekə,
    Bütün dərdlərimdən mən yekə oldum.
    Bu yerin üstündə, göyün altında
    Bölünsəm, hər tikəm bir yana düşsə,
    Haçansa, kefinin xoş saatında,
    İlahi, təzədən yadına düşsəm,
    Təzədən toplasan qırıqlarımı
    Sınıq əllərimi, ayaqlarımı,
    Ağzımı, burnumu, qulaqlarımı,
    İlahi, təzədən calasan məni,
    dünyanın ən gözəl güzgüsü ollam.
    Təzədən dünyaya yollasan məni,
    Bu adam olmaram, özgəsi ollam,-
    İlahi, al məni bunun əlindən!...

Комментарии • 439

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +12

    Bir dərdim qalmadı özümdən yekə
    Bütün dərdlərimdən mən yekə oldum..
    Var olun Ustad!❤️❤️🙏

  • @kemrankerimov4197
    @kemrankerimov4197 4 года назад +2

    Аллан.сени.вар.етсин.еле.бу.гунлердегелбимин.нислерини.сенден.ешидди.адаш

  • @pustemirzoyeva3458
    @pustemirzoyeva3458 4 года назад +3

    Bu insanin ozunr sesine sexsiyyetine heyranam.var olun.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +7

    İlahi al məni bunun əlindən!.. 👍❤️👍

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Год назад +2

    qədirbilməz insanlar ən böyük pisiyi özlərinə edirlər...bir ürəyin içini bəyənməyib,çölünə məhkum olurlar....Sabahınız xeyir,gününüz xeyirli,uğurlu olsun dəyərli Sənətkar...

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +3

    👍👍👍👏👏👏

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +3

    Elə möhtəşəm ifa edilib ki,...bir şeiri adam neçə dəfə dinlər.... İLAHİ...

  • @eltunabasov8587
    @eltunabasov8587 4 года назад +1

    Tezeden dunyaya yollasan meni bu adam olmaram ozgesi ollam. Ehsenn size Ramiz rovwen

  • @nerminmemmedova9665
    @nerminmemmedova9665 4 года назад +1

    🥺🥺🥺🥺 həyatım sətirlərə köçürülüb ürəyinə qurban şair

  • @Bella-dw6fo
    @Bella-dw6fo 5 лет назад +8

    bu seir bir insanin ozune aid etdiyi seirdir. ve o qeder gozel yazilibki. bir insanin xarakteri ucbatindan ugradigi ugursuzliluqlari ve belkede bu xarakterle dunyaya geldiyi ucun pesmanciligini dile getirir

  • @sefamemmedova9833
    @sefamemmedova9833 6 лет назад +23

    Ramiz Rovsen fanati cox sevdiyim seir qedrimi bilmedi bu adam menim

    • @xanmhsnzad3861
      @xanmhsnzad3861 4 года назад +1

      Salam, xanım. Kanalına abunə ola bilərsiniz zəhmət olmasa?😊 Öncədən təşəkkürlər 🌸

  • @meryemxelilova3826
    @meryemxelilova3826 5 лет назад +3

    Menim heyatim...Ilahi tezeden calasan meni.dunyanin en gozel guzgusu ollam......😢😢😢😢
    .

  • @minayeazimova6597
    @minayeazimova6597 3 года назад +2

    Nə qədər gözəl demiş şair, nə gözəl səsləndirmiş sənətkarımız. Var olun vətən ogullari

  • @nergizeliyeva5046
    @nergizeliyeva5046 3 года назад +1

    Çoxx çox çox gözel şeirler menim heyatimdir

    • @nergizeliyeva5046
      @nergizeliyeva5046 3 года назад +1

      Kamran mūellim çox saģ ol çox gözel şer deyirsiz

  • @denizmemmedova5796
    @denizmemmedova5796 4 года назад +2

    Mence bu werde her bir bedbext qadin ozunu gorur.Kamran bey sonsuz tewekurler🙏🙏🙏🙏

  • @aynuraydmirli4451
    @aynuraydmirli4451 5 лет назад +2

    Çox gözəl yazıb yazan gözəldə söyləmisən halal olsun sizə dinlərkən ağlayıram mənim taleyimi dilə gətirir elə bil

  • @bakcellintel1727
    @bakcellintel1727 5 лет назад +1

    Men gozlerimi yumub onu gorduyum anda onun gozleri yadlarda ozgelerde

  • @ГабилМамедов-и7щ
    @ГабилМамедов-и7щ 3 года назад +1

    Вар олун гозел шаяир,Хагани деяиб,илахи омрими сен етме хедер бу зулим суречек не вахта гедер,гырмасын ачыгла чан дамары мы ,дуняадан ганалам баглы Бир техер,

  • @cavidagayev9670
    @cavidagayev9670 4 года назад +1

    O heç təsəvvür etmirki ondan sonra mən yaşamıram sadece yola verirəm heyati

  • @aybnizallahverdiyeva2999
    @aybnizallahverdiyeva2999 4 года назад +1

    Lap elə ürəyimdən dediz.....😢😢😢

  • @lalaaliyeva3262
    @lalaaliyeva3262 7 лет назад +46

    Ele bil ser menumcun yazilib.gozel seslendirirsiz tesekkurler.

  • @xancinar3190
    @xancinar3190 2 года назад

    Hər iki sənətkara təşəkkürlə yanaşı demək istəyirəm: Ay mənim əziz qardaşlarım, insafınız olsun, sizdə mənim ürəyimi parça parça etdiniz.😭 Amma yox, mənə təsəlli verdiniz. Bu sözlər bu ifa bilirsiniz insanı nə hala salır? Əlbətdə bilməsəydiniz yarada bilməzdiniz.👍👍👍👍👍👏👏👏👏👏

  • @ra.damir-1
    @ra.damir-1 4 года назад +1

    Əslində bu şeiri özünə yazıb şair. Yəni bu şeir bizim həyatımızı puç edən, bizlərin bədbəxtliyin səbəb olan birinə deyil, özümüzü məhv edən özümüzə aiddir.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 5 лет назад +40

    İlahiyə şükürlər olsunki, sizin kimi Sənətkarımız var. Tanrı qorusun səsinizi var olun hər zaman Amin.

  • @oksanaaleksandrova6996
    @oksanaaleksandrova6996 4 года назад +1

    Ses nece gozeldir sevgili olmag istedim bu sesle heyatimin fonunda bu ses olsun gece gunduz❤️🌹

  • @eminelekberov5812
    @eminelekberov5812 5 лет назад +2

    Var ol

  • @АфагИсмаилова-ь5п
    @АфагИсмаилова-ь5п 6 лет назад +2

    Weir bir alemdi ,ses bir huzur verici ehsen sesinize guvvet . Allah sizi var etsin

  • @feridyusifov3978
    @feridyusifov3978 4 года назад +1

    O qədər bu arzuda olanlar var ki...Ramiz Rövşən neçə -neçə ürəkləri oxuyub , neçə-neçə bəxti korun dərdindən 'çələng'toxuyub

  • @nusrtthmzov5730
    @nusrtthmzov5730 4 года назад +1

    Bu nə möhtəsəm Şeyirdi niyə BundN qabag Eşdmemisen bunuuu

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    İlahi....

  • @firuzqurbanova6111
    @firuzqurbanova6111 6 лет назад +3

    😥😥əhsən sizə Kamran bəy.çox təsirləndim ....

  • @zabitekerimova1185
    @zabitekerimova1185 4 года назад +1

    Sesinize quvvet 🙏

  • @nilufrniftullayeva7281
    @nilufrniftullayeva7281 6 лет назад +11

    ...Bu yerin üstündə, göyün altında
    Bölünsəm, hər tikəm bir yana düşsə,
    Haçansa, kefinin xoş saatında,
    İlahi, təzədən yadına düşsəm,
    Təzədən toplasan qırıqlarımı
    Sınıq əllərimi, ayaqlarımı,
    Ağzımı, burnumu, qulaqlarımı,
    İlahi, təzədən calasan məni,
    dünyanın ən gözəl güzgüsü ollam.
    Təzədən dünyaya yollasan məni,
    Bu adam olmaram, özgəsi ollam,
    İlahi, al məni bunun əlindən!...

  • @asimdishekim529
    @asimdishekim529 3 года назад +2

    Subhanallah

  • @mehemmedazadrzayev3645
    @mehemmedazadrzayev3645 5 лет назад +2

    Menim heyatım

  • @nazaazeri4434
    @nazaazeri4434 5 лет назад +1

    Cox tesirlendim inan ki menim heyatimdir sanki

  • @ГусейноваАйнур
    @ГусейноваАйнур 6 лет назад +1

    Məncə şair bu yaşda belə deməzdi.Bu cavanlıq fikridi.

  • @mklkbrzad9809
    @mklkbrzad9809 6 лет назад +2

    Super

  • @aykaesgerova6625
    @aykaesgerova6625 6 лет назад +1

    Bezen mende eynen bele düşünürem göresen ölsem sevinermi ya üzülermi.

  • @gulnarcabbarova6467
    @gulnarcabbarova6467 6 лет назад +2

    Teessüf ki, bilmirik öz qedrimizi

  • @pakize5109
    @pakize5109 3 года назад +3

    Allah səsinizi qüvvətli canınızı sağlıqlı etsin🙌Mənim üreyimdən keçənləri söylədiniz😔

  • @aliskasultanli3492
    @aliskasultanli3492 6 лет назад +2

    Hemen hissleri yasayiram😔

  • @vinekanal2196
    @vinekanal2196 6 лет назад +2

    Şeirləriniz də səsinizdə mükəmməl Allah sizə can sağlığı versin

  • @kemalememmedova4090
    @kemalememmedova4090 6 лет назад +11

    Allah sesinizi quvvet versin Kamran muellim.Bu seirde öz taleyimi gordum sanki. Neden heyatda deyer verdiyin insan adamı arxadan bicaqlayir? Men hezm ede bilmirem bunu

    • @pakize5109
      @pakize5109 3 года назад

      Düz deyirsiz amma üreklə bacarmaq çətindir

  • @emilserifov6544
    @emilserifov6544 5 лет назад +1

    Sadece deyilecek bir soz var.super seir.super deyilme

  • @gulnarhuseynova1324
    @gulnarhuseynova1324 4 года назад +1

    Superrrrr

  • @jalizeyneb2201
    @jalizeyneb2201 2 года назад +1

    Gözel 🤍🦋🌜

  • @lachin4172
    @lachin4172 3 года назад +1

    Çox çox gözel

  • @afettagiyeva4748
    @afettagiyeva4748 6 лет назад +1

    Sanki mənim demək istədiyimi deyir😞😟

  • @ИстинаВремени
    @ИстинаВремени 7 лет назад +3

    SUPER!!!

  • @mehribanismayilova3815
    @mehribanismayilova3815 4 года назад +1

    Çox insan bu setirlerde òzùnù gòrùr eminem. Çox heyif...

  • @muradelesgerov6297
    @muradelesgerov6297 6 лет назад +6

    👍👍👍

  • @arzurehimli
    @arzurehimli 6 лет назад +1

    Gözəl şeirdi. Gözəl seslede səslənir çox sağolun. Elə bil.menimcun deyilib yazılıb bu şeir

  • @vusalamemmedova8173
    @vusalamemmedova8173 5 лет назад +1

    Bir deli at kimi capdi omrumu ..menim ucun deyilib bu soz

  • @KiberBobik1234
    @KiberBobik1234 5 лет назад +4

    Seirde o qeder setir alti menalar yatib.Ilk defe bu seiri kitabdan oxuyanda, ilk tesuratim hansisa qadinin erinen usyani kimi basa dusmusdu.Iller kecenden sonra bir daxa oxudum.Artiq tesuratim o tesurat deyildi.Eslinde guzgu qabaginda insanin ruhi ile cisminin usyani idi!

  • @turkishbakili484
    @turkishbakili484 3 года назад +1

    Sanki mənim üçün yazılıb.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @СабинаАлиева-х5о
    @СабинаАлиева-х5о 4 года назад +1

    💔😔

  • @nesibebabayeva5137
    @nesibebabayeva5137 3 года назад +1

    😪❤🌹👏👏👏

  • @boral9644
    @boral9644 5 лет назад +1

    Ramiz Rövşənin şeirləri fantaziyalardan ibaret olduğu üçün sanki şeir deyil nağıl eşidirsən amma şeir reallığa uyğun olmalıdır.

  • @yusifhacyev8037
    @yusifhacyev8037 4 года назад +1

    Nece acidir heyatda atan anan nacin qardaşın olmasin arxan dayagin olmasin 1 övladinla tek kimsesiz yasa bu şerede bu sesle qulag as doyunca ağla sakitles.sevenlere deyer vermirler indi saxta üreylere verirler deyer

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +1

    ❤️🌹💕🌹❤️🌹💕🌹❤️🌹🌹💕🌹❤️🌹💕🌹❤️🌹💕

  • @Iamthelastprophet
    @Iamthelastprophet 3 года назад +1

    Müəllim, sizə necə şeirlərimi göndərə bilərəm?

  • @mahirveliyev73
    @mahirveliyev73 5 лет назад +2

    Kim bu şeyiri bəyənibsə like atsın

  • @ayselbayramova8590
    @ayselbayramova8590 6 лет назад +6

    fon musiqinin adini bilənlər yazsin xais edirəm

  • @raynurr5848
    @raynurr5848 4 года назад +1

    🤔

  • @cavidagayev9670
    @cavidagayev9670 4 года назад +2

    .

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +5

    Qədir bilməzə neyləsən xeyri yoxdu.

  • @incialiyeva3648
    @incialiyeva3648 3 года назад +1

    👍👍👍

  • @n.g.rq.y.b670
    @n.g.rq.y.b670 6 лет назад +71

    Saniyelerim satdı,
    Ber günüm bir ile dõnüb
    Űreyim çox narahatdı
    Sevincim nisgile dönűb.
    Bu isteyi kim yaratdı?
    Gözyawlarım sele dönűb.
    Qorxuram ki,dogmalawaq
    Sonra birden dönek yada
    Qorxuram ki,unudulam,
    Tenha qalam bu dunyada....

  • @xediceeliyeva9147
    @xediceeliyeva9147 6 лет назад +54

    Bu sese heyranam!!! Bir sheir insani bu qedermi tesirlendirer???!! Allah var elesin sizi daim

  • @khayalataghiyeva8206
    @khayalataghiyeva8206 5 лет назад +16

    Sheir deqiq ve aydin shekilde teqdim olundu-LEHCESIZ...Auditoriya qarshisinda cox az natiq tapilar ki,metni mensub oldugu bölgeni dinleyicilere bildirmeden teqdim etsin .Men bir nece video-dinledim,ikisi sheiri ele berbad hala saldi ki,Ramiz Rövshen böyüklüyü o lehcenin arasinda dumana büründü.Sheirin gözelliyini mehv etdiler.Sizse sheiri müellif bize nece ermagan etmishse,deyishmeden,oldugu kimi hiss etdirdiz.Siz müellifin üreyine xelel getirmeden bu sheiri bize yashatdiz.Sonsuz teshekkürlerimi qebul edin.
    Bir ricam da var-lütfen Ramiz Rövshen sheirlerinin hamisini bizlere catdirasiz.Lütfen.Düshünürem ki,oxucu auditoriyaniz sonsuzluq teshkil edecek.Ugurlar🙏🏻🌺🌺🌺

  • @matanatlichtenberg8628
    @matanatlichtenberg8628 7 лет назад +24

    Cox tesekkür edirem!Ne gözel nefesiniz var.Sizi bu yaxinda kesf etmisem,qüsuruma baxmayin.Ramiz Rövseni bele gözel catdirmaq ...Bravo!Üreyinize sagliq!

  • @esmirakrimova1315
    @esmirakrimova1315 5 лет назад +4

    Qedrimi bilmedi,hec bunan sonrada bilmiyecekde😔

  • @mehrabhesenov6410
    @mehrabhesenov6410 6 лет назад +39

    bu şeirə qulaq asdqca sevdyme ona serf etdym illərmə heyfsləndm😑😦

    • @111dyingisart3
      @111dyingisart3 6 лет назад +4

      Mehrab Hesenov sohbet sevdiyinden geymir ozu ozunden sikayetcidir sair

    • @zuleyxamemmedova9115
      @zuleyxamemmedova9115 4 года назад +3

      Sevgiye adam hec heyfsilenermi?eksine!onun wirijini acisini dadmaq bele wipwirin!en gozel gunlerimdi sevib sevildiyim gunler!ne yaxwi ki zamaninda seviwem sevilmiwem!indi kime lazimam?50yawda ancaq xatireler qalir😢😢😢

  • @muradelesgerov6297
    @muradelesgerov6297 6 лет назад +34

    Qelbi temiz olannar hemişe taptalanır niye ?desez hec kim özunde gunah axdarmır

  • @SS-pk7qj
    @SS-pk7qj 4 года назад +4

    Gedrimi bilmedi bu adam menim....
    Var olun ❤ sag olun ❤ Tanri Sizi gorusun ❤ Amin❤
    Gedrinizi bilenler cox olsun ❤❤❤❤❤❤❤❤

  • @ТуралГусейнли
    @ТуралГусейнли Год назад +3

    Böyük məmnuniyyətlə dinləyirəm sizi, Allah sizi bizə çox görməsin, sənətkar!

  • @ilhamaniftiyeva9354
    @ilhamaniftiyeva9354 7 лет назад +14

    Sesinizin sehrinden cixmaq mumkun deyil.Cox mohtewemsiniz.Ne yaxwi ki varsiniz.Hemiwe yawayin yaradin.Ugurlariniz bol olsun.

  • @gunelyusifli9773
    @gunelyusifli9773 6 лет назад +15

    Səsinizə sağlıq Kamran müəllim.gözəl ifa,gözəl əsər-sözlərin ahəngi,bənzətmələr hər şey mükəmməl....

  • @gulnarabbasova3636
    @gulnarabbasova3636 7 лет назад +24

    ela şeirdi çox düşündürücü menali bi şeiedi çox xoşum geldi sesinizede söz ola bilmez evezolunmazdi👍👍👍👍👍👍👍👍👍👍

  • @МанзарГарибова-ф4м
    @МанзарГарибова-ф4м 4 года назад +3

    Не гозел сес, Илахи! Йашасын бу сесин йийеси. Амин иншаллах

  • @cickyags4191
    @cickyags4191 3 года назад +3

    Bir dərdim qalmadı özümdən yekə,
    Bütün dərdlərimdən mən yekə oldum. ❤️

  • @servinazvelizade3735
    @servinazvelizade3735 7 лет назад +24

    🌟Sesinize qüvvet,bayılıram sizin sesinize,çox sevirik sizi,Var olun,şeirde çox gözeldir amma sizin sesinizle daha da gözelleşir😍❤❤

  • @MblokCrew
    @MblokCrew 7 лет назад +13

    Ahhh Al meni bunun elinden. Onlada olmuyur, onsusuz da olmuyor 😔

  • @aynurlazimova
    @aynurlazimova 5 лет назад +6

    Ramiz Rovsen klassikasi diller tutulur,gozler dikilir bir noqteye,fikir qariwir,ayna qiriqlarini toplamaga baslayirsan her defe😣😣😣❤️

  • @elmeddineminaliyev6098
    @elmeddineminaliyev6098 4 года назад +3

    İlahi al meni bunun elinden ne gözel yazıb ,ne gözel söyleyib .Efsuslsr olsun ki heç kim ala bilmir bizi özümüze layıq olmayan insanın elinden .ömrümüz çürüyür .

  • @nazileqaziyeva5275
    @nazileqaziyeva5275 3 года назад +3

    Səsə bax istedada bax. Vurgunam bu səsə. Qulaq asmaqdan doymuram. R Rövşən və K M. YUNİS İKİ DAHİ VAR OLUN.

  • @mensumallahverdiyev2741
    @mensumallahverdiyev2741 6 лет назад +4

    Ilahi nece gözel sözler ve nece iliklere toxunacaq bir ses tonu👏👏👍👍ehsen size❤❤siniq ürekleri daglayirsiniz😢😢💔💔cox dogru qedrimi bilmiyib bilmeyecekde çunki ele bir insana rast geldiki Ömrūm..........heyf cox heyf....... Canimi qurtara bilsem ne xoş bir iş olar.Ilahi, sen nece qiydin mene--- layiq olmadigim heyati sen nece qiydin mene?ehhhhhhhhh...........heyat cox pis qanunlarin var her kes üçün beraber yazilmayibsan😢😢Yaxşilar öz yaxşiliqlariyla yavaş-yavaş itirirler bu heyatda. Pislerse öz pislikleriyle ucalirlar.Edaletine tüpüresen bele dünyanin💔💔😢😢

    • @kamranmyunis
      @kamranmyunis  6 лет назад +5

      Sonsuz təşəkkürlər gözəl sözlərinizə görə. Minnətdaram. Ürəyinizi qorusun yaradan.

    • @mensumallahverdiyev2741
      @mensumallahverdiyev2741 6 лет назад +3

      Kamran M.Yunis size de teşekkůr edirem Gözel qelbli insan❤Var olasiniz her zaman ALLAH AMANINDA🙏🙏🙏

    • @nezaketletifova1118
      @nezaketletifova1118 Год назад +1

      Amin

  • @sevincnebiyeva7117
    @sevincnebiyeva7117 6 лет назад +2

    Mohtesemsiniz ,Kamran bey.

  • @seidehuseynova6723
    @seidehuseynova6723 6 лет назад +3

    Bax şeri belə çatdırırlar. Əla.yoxsa bəziləri kimi.gözəl şerləri elə söyləyirlər ki qulaq asmaq istəmirsən.şer də düşür gözündən

  • @hasansalimov7074
    @hasansalimov7074 4 года назад +2

    Menim gunumde olan bawqa adamlarda var imiw ki... cox tesir etdi mene cox. Ele bil mene hesr olunub vallah

  • @lemanislamova5940
    @lemanislamova5940 6 лет назад +2

    Cox hormetli Kamran muellim ureyinize saqliq.Sesinizi dinledim ruhume melhem oldu.Ramiz Rovsen menim deyerli,evezolunmaz sairimdir.Allah ona da,size de can saqliqi versin.Sesinizde,ozunuzde mukemmeldir👏👏👏

  • @minayeazimova6597
    @minayeazimova6597 4 года назад +2

    Tekrar tekrar dinleyirem. Yox dinlemirem icime doldururam doya bilmirem. Bu uzun gunleri qisaltmaq ucun tesellilerimden biride sensen veten oglu. Yaxwi ki varsan.

  • @eyyo1q
    @eyyo1q 7 лет назад +13

    yalniz ve yalniz 👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @cosqunnecefov310
    @cosqunnecefov310 6 лет назад +19

    Menim ucun yazilmiş sanki...

  • @florazeynalova7863
    @florazeynalova7863 4 года назад +3

    Təzədən yollasan dünyaya məni... Ramiz Rövşən şeirinin fanatıyam . İnsanın həyatını yazan şair... Var olun hər zaman

  • @xeyaleqasimova4425
    @xeyaleqasimova4425 6 лет назад +6

    Bilsədə bilməsədə mənim ona bəslədiyim sevgini heç vaxt başqasına bəsləmərəm.O mənim canımda qopara bilmədiyim şah damarımdı.

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 3 года назад +2

    Sizi..çox..sevirəm....bir..gün..siz..həyatda..olmuyacaqsız..ama..adınız..və..səsləndirdiyiniz..şeirləriniz..əbədi qalacaq..qəlbimizdə

  • @menmencoxgozelserdi7095
    @menmencoxgozelserdi7095 6 лет назад +2

    leyla xanlm fikirlerinizle razyam heyatmzadi taleler oxşardı amma bezi insanlari vaxtında itirsek yaxşıdır deyilmi