Ramiz Rövşən - Kim deyir yuxuda ölmək asandı - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • #kamranmyunis #ramizrovsen #kamranyunis #şeirlər
    #sevgişeirləri #şiirler #poeziyateatrı #vasifadıgözəlov
    Ramiz Rövşən - Kim deyir yuxuda ölmək asandı
    Vasif Adıgözəlov - "Şərikli Çörək" filmindən musiqi
    Deyirlər, yuxuda ölmək asandı...
    Özün də bilmirsən necə ölürsən.
    Səhər tezdən eşidirsən əzandı,
    Yuxudaca kirimişcə ölürsən.
    Bir göz qırpımında qurtulur canın,
    Ruhun bədənindən uçur quş kimi .
    Əlində qalmırsan dərdin, dərmanın,
    Dərdə də salmırsan evdə heç kimi.
    Kim deyir, yuxuda ölmək asandı?..
    Kim bilir, necədi yuxuda ölmək?
    Bəlkə də, ən böyük dərddi, əzabdı,
    Ən pis işgəncədi yuxuda ölmək.
    Bir göz qırpımında yuxuda bəlkə
    İllərcə belində daş daşıyırsan.
    Nəfəsin kəsilir axırda bəlkə,
    Ömrünü daşlara bağışlayırsan.
    Bir göz qırpımında yuxuda bəlkə
    Cəllad baltasıyla üzülür başın.
    Orda qızıl qanın axanda bəlkə
    Yastığa süzülür orda göz yaşın.
    Yuxuda ölməkdi ən rahat əcəl...
    Bu da, bir yalançı təsəllidimi?
    Görəsən yuxuda səni boğan əl
    Düşmən əlidimi, dost əlidimi?!
    Nədi bircə anda ömrə son qoyan?
    Beynə axıb sızan bir damla qandı.
    Kimdi qəbrin üstə ən bərk ağlayan?
    Bəlkə də, yuxuda səni boğandı.
    Gecə qorxu çökər yuxumuza da;
    Tərpənər kiminsə qara kölgəsi.
    Bəlkə hasar çəkək yuxumuza da,
    Heç kəs yuxumuza girə bilməsin.
    Bəlkə heç yatmayaq -hər yatanın da
    Əgər oyanmamaq qorxusu varsa.
    Bəlkə heç yatmayaq -ömrün sonunda
    Onsuz da, bir əcəl yuxusu varsa.
    Amma yuxun gəlir -görürəm elə;
    Daha yavaş-yavaş yumulur gözün.
    Yat... sabah oyanmaq ümidi ilə...
    Yuxun şirin olsun -
    uyu, əzizim...

Комментарии • 164

  • @elsnusubov2643
    @elsnusubov2643 2 года назад +2

    Allah ömrünüzü uzun etsin.

  • @gularehesenova1455
    @gularehesenova1455 3 года назад +2

    Ne yaxwiki varsiniz,sizi dinleyende yawamagima deyer sizi coooox isteyirem allah gorusun kokden gelir bu istedad

  • @oksanaagarzayeva4574
    @oksanaagarzayeva4574 4 года назад +2

    yatmiramki birdən oyanmaram övladlarimi birdə gormərəm sərçə kimi bir gozum açiqdi 😔😔

  • @turkishbakili484
    @turkishbakili484 3 года назад +1

    Həkimlər deyir yuxuda ölüm ən çətin ölümdür.

  • @ferdikaraca2130
    @ferdikaraca2130 5 лет назад +30

    Deyirlər, yuxuda ölmək asandı...
    Özün də bilmirsən necə ölürsən.
    Səhər tezdən eşidirsən əzandı,
    Yuxudaca kirimişcə ölürsən.
    Bir göz qırpımında qurtulur canın,
    Ruhun bədənindən uçur quş kimi .
    Əlində qalmırsan dərdin, dərmanın,
    Dərdə də salmırsan evdə heç kimi.
    Kim deyir, yuxuda ölmək asandı?..
    Kim bilir, necədi yuxuda ölmək?
    Bəlkə də, ən böyük dərddi, əzabdı,
    Ən pis işgəncədi yuxuda ölmək.
    Bir göz qırpımında yuxuda bəlkə
    İllərcə belində daş daşıyırsan.
    Nəfəsin kəsilir axırda bəlkə,
    Ömrünü daşlara bağışlayırsan.
    Bir göz qırpımında yuxuda bəlkə
    Cəllad baltasıyla üzülür başın.
    Orda qızıl qanın axanda bəlkə
    Yastığa süzülür orda göz yaşın.
    Yuxuda ölməkdi ən rahat əcəl...
    Bu da, bir yalançı təsəllidimi?
    Görəsən yuxuda səni boğan əl
    Düşmən əlidimi, dost əlidimi?!
    Nədi bircə anda ömrə son qoyan?
    Beynə axıb sızan bir damla qandı.
    Kimdi qəbrin üstə ən bərk ağlayan?
    Bəlkə də, yuxuda səni boğandı.
    Gecə qorxu çökər yuxumuza da;
    Tərpənər kiminsə qara kölgəsi.
    Bəlkə hasar çəkək yuxumuza da,
    Heç kəs yuxumuza girə bilməsin.
    Bəlkə heç yatmayaq -hər yatanın da
    Əgər oyanmamaq qorxusu varsa.
    Bəlkə heç yatmayaq -ömrün sonunda
    Onsuz da, bir əcəl yuxusu varsa.
    Amma yuxun gəlir -görürəm elə;
    Daha yavaş-yavaş yumulur gözün.
    Yat... sabah oyanmaq ümidi ilə...
    Yuxun şirin olsun -
    uyu, əzizim...

    • @aygun5786
      @aygun5786 3 года назад

      Təşəkkürlər 😍

  • @aygunaygun8263
    @aygunaygun8263 5 лет назад +6

    Yoox .mən ağlamağa bəhanə axtarmıram Sadəcə .anam yuxuda rəhmətə getdi .nəsə bu gün çox ağladım .Səsinizdə anamı axtardım .Allah ananıza uzun ömürlər versin .O gözəl ana hamımızın anasıdı məncə ..🙏🙏

    • @maralaliyeva7920
      @maralaliyeva7920 4 года назад +3

      Allah ananıza rəhmət eləsin.Məndə bayaqdan aglayıram. Mənidə agladan səbəblər var.Kamran bəy sanki mənm dərdlərimu bilib bu şerləri deyir.

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +3

    Ölümümüzündə xeyrlisini versin Allah.

  • @vusaledemir3177
    @vusaledemir3177 4 года назад +1

    Hər dəfə bu şeirə qulaq asanda yuxuda ölən babam yadıma düşür😢 Səni heç görməsəm də sevilirsən baba

  • @muzikofteacher7147
    @muzikofteacher7147 6 лет назад +22

    Yenə məni aqlatdınız.
    Xahiş edirəm ölüm haqqında fikirləşməyin, Kamran bəy!
    Axı sizi bu qədər sevən insanlar var.
    Allah sizə ömür versin! AMİN

  • @lilia9830
    @lilia9830 3 года назад +1

    Sənətkar, ölümün özü də müqəddəsdir.Müqəddəs olmasaydı Yaradanımız müqəddəs bilib yaratdığı insanlığı, insani hissləri ölümlə bərabər Adəm övladlarının payına yazmazdı.Bəlkə də həyatın ən pik nöqtəsində ölümün müqəddəsliyi dayanır amma biz insanlar bunu bəzən ayrılığa bəzən yoxluğa bəzən də ağır əzablı dözülməz bir hiss kimi qəbul,güman edirik. Bəlkə o,elə bir hissdir ki,o duyğuya həyatın heç bir gözəl duyğusu çata bilməz???Həmişə şübhələr içində yaşayan insan...kaaaş biz Yaradanımıza qovuşanda günahımız az olaydı bax onda ölümün nə qədər gözəl bir hiss olduğunu anlaya duya biləydik.Bu bir sirdir.Bunun açması hər qəlbdə olmur. Bəzən az da olsa belə sirlərin açması gözəl dünyavı dünyası olan qəlblərdə olur.Gözəlliklə yaranan dünyanın gözəl də sonluğu olmalıdır! Gözəl insanlar üçün!!!Naqisliklər naqislərə aiddir bunu da özləri əgər edib.Hər iki cahanın gözəl hissləri gözəl insanların qisməti olsun.Həmçinin sizin.Uğurlar.

  • @mehribancefer5665
    @mehribancefer5665 5 лет назад +1

    Şair,yaşayıb boğulmaqdansa,yuxuda boğulmaq yaxşıdır.

  • @sebrsebr9683
    @sebrsebr9683 2 года назад +2

    Hecde bele...

  • @ulviibrahimov5843
    @ulviibrahimov5843 6 лет назад +17

    menim atamda yuxuda.rehmete.getdi😢😢😢 yatdi durmadi bu.sere qulaq.asanda ozumu saxlaya bilmirem

    • @kamranmyunis
      @kamranmyunis  6 лет назад +3

      Ulvi Ibrahimov Allah rəhmət eləsin ATAnıza. Yeri cənnət olsun. Üzüldüm.

    • @amiraslanovagunay5781
      @amiraslanovagunay5781 5 лет назад +1

      Allah rehmet elesin

  • @rovsenceferov8830
    @rovsenceferov8830 6 лет назад +12

    Bəzən elə anlar olur ki yuxu qurtuluş olur mənim üçün.bəzən canim o qədər yanir ki bu dünyada yuxu vaxti olmasada yalniz yuxlamaq ağrilarima ara vermək istəyirəm.səhər oyananda fikirləşirəm ki niyə səhər açildi.bəzən havanin işiqlanmasina az qalmiş oyanib tez gözümü yumuram.fikirləşirəm ki yenə səhər açilacaq yenə sixintilar başkiyacaq.üeəyimdə deyirəm ilahi nə olar lap gec açilsin səhər...

    • @kamranmyunis
      @kamranmyunis  6 лет назад +6

      Rovsen Ceferov Allah sizi dərd bəladan qurtarsın. Allah sizə nurlu, gözəl sabahlar nəsib eləsin... Amin!!!

    • @rovsenceferov8830
      @rovsenceferov8830 6 лет назад +2

      Ümidim yalniz Allahadir.çünki Allahi taniyib haqqi bilib haqsizliqlarla yola gedə bilmirəm.bu məni lap pis əzaba tənhaliğa gətirib çixarir.Tənhaliq ən rahat hiss bir o qədər də dəhşətdi bu yer üzündə.insanlar ətrafinda ola ola mən özümü quru bir səhradaki kimi hiss edirəm. Hər tərəfim boşluqdu....böyük bir boşluq...
      .

  • @ulviyyeshahbalayeva6922
    @ulviyyeshahbalayeva6922 7 лет назад +4

    Ramiz Rövşən böyük şairdi . Serlər Kamran bəyin ifasında çox gözəl və təsirli olur . Nəfəsinizə qüvvət.

  • @karimaliyev901
    @karimaliyev901 2 года назад +1

    Səsiniz var olsun Ğözəl insan 🙏😢

  • @nihadmemmedov3293
    @nihadmemmedov3293 6 лет назад +5

    Menim atamda yatarken rehmete gedib... 24 dekabir gece saat 03:40 idi rehmete getdiyini biz anliyanda... o vaxtdan her gece durub anami yoxlayiram nefesi yerindedimi deye... yuxuda olmey en pis weydi birce defe son defe gozume baxaydi kawki atam... ne bilim ewi

    • @kamranmyunis
      @kamranmyunis  6 лет назад +4

      Nihad Memmedov Allah rəhmət eləsin ATAnıza, yeri behişt olsun.

  • @herseydenbirtutam4623
    @herseydenbirtutam4623 7 лет назад +2

    Cox cox coooox sag olun. Şer de super qiraet de super . Ruhum u oxsadiniz .superrrrrrrrr

  • @medisukuquliyeva9264
    @medisukuquliyeva9264 6 лет назад +1

    çox gozeldi ser ne gozel seslendirdiz

  • @masal385
    @masal385 6 лет назад +1

    cox gozel

  • @sahabegonlum7814
    @sahabegonlum7814 5 лет назад +1

    Heqiqeten bezen deyilirki en gozel olum yuxuda olumdu .mende ele deyirdim dayim yuxuda qaldi o gun bu gundu deyiremki yuxuda olmeyinde ozu bir derddi .nece agirdi bir agrisini bir isteyini bir dileyini bilmemek

  • @teymurmustafayev6837
    @teymurmustafayev6837 4 года назад +4

    Düzdür müəllim,Allah köməyin olsun .Nəgözəl söyləyirsinz dilinizə ,ürəyinizə sağlıq🙏🙏🙏🙏

  • @nesibebabayeva5137
    @nesibebabayeva5137 3 года назад +1

    ❤ 👍👍👍👏👏👏😪😪😪

  • @renababanl3806
    @renababanl3806 4 года назад +1

    YUXUDA OLMEK ASANDI.ANCAQ QALANLARA COX ZULUM OLUR.ZULM OLUR GECE BIR YERDE YATAQA GITIB SEHER ONUN ELLERININ, SIFETININ BUM BUZ OLMASINI GORMRK COX AQIRDIR.LAP COX.

  • @sahibaghayev7208
    @sahibaghayev7208 6 лет назад +2

    Милый смерть)

  • @sadigovgorxmaz
    @sadigovgorxmaz 4 года назад +1

    Əridim şam ki, gecə də, gündüz də,
    Yaşadım bu ömrü sənli də sənsiz də,
    Ölmüşəm bir heçəm mən yaşasam da,
    Çağırdım gəlmədin səsli də, səssiz də.
    ____________________________________
    S.Qorxmaz/ İnsta: @sqorxmazofficial

  • @Kosmos1515
    @Kosmos1515 4 года назад +1

    Kim deyirki yuxuda ölmek asantdi eger men yuxuda ölsem size ordan xeber gonderecem onda tam deqiq bileceksiz yuxuda ölmek necedi 😊🙈

  • @kisiselgelisimveegitim
    @kisiselgelisimveegitim 4 года назад +1

    Gözel seslendirmisiz. Menim də ifamda dinləyib yorum yazln cox xahiş. Bu ve diger şeirleri

    • @kamranmyunis
      @kamranmyunis  4 года назад +2

      Salam... Səhifənizdə yazıb çatışmamazlıqları demək istəmədim.
      Ürəyiniz var, səsiniz də əla olmasa da, amma var. bunlar gözəl.
      Amma danışıqda qüsurlarınız var - həriflər bəzən itir, Ç, C, K
      hərifləri bəzən xoşagəlməz olur. O mahnı ki, onunla oxuyacaqsız,
      onunla harmoniya yaradın. Bu qədər... amma yenə də uğurlar!!!

    • @kisiselgelisimveegitim
      @kisiselgelisimveegitim 4 года назад +1

      @@kamranmyunis cox sagolun. Telefonla ancaq oldugu qeder. Noqsanlara diqqet ederik ))

    • @kisiselgelisimveegitim
      @kisiselgelisimveegitim 4 года назад +1

      @@kamranmyunisçox sagolun. Bu şeirim son şeirdi. Sizce nece alınıb? Noqsanları dinlemek isterdim.
      ruclips.net/video/MbxszwNN22U/видео.html

    • @kamranmyunis
      @kamranmyunis  4 года назад +2

      @@kisiselgelisimveegitim elə rəylərimi bunu dinləyib yazmışdım.

    • @kisiselgelisimveegitim
      @kisiselgelisimveegitim 4 года назад +1

      ruclips.net/video/nu0Hd9ZJ_EA/видео.html

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +8

    Nədi bircə anda ömrə son qoyan?😔Allah gecindən versin hər kəsə Amin🙏

  • @Khaligsafar
    @Khaligsafar 6 лет назад +33

    Hər gün sizi dinləməsəm olmur yaxşı ki varsız

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +3

    👍👍👍👍👏👏👏👏

  • @esmirakrimova1315
    @esmirakrimova1315 5 лет назад +3

    Allah gecinen versin.her kəsə istədiyi həyatı yaşamağı arzu edirem

  • @javidagdam1296
    @javidagdam1296 7 лет назад +21

    Allah köməyiniz olsun gözəl insanlar.Ramiz Rövşənın fəlsəfi şeirləri adamı çox uzaqlara aparır.Əlbətdə bu gözəl səsləndirmə əvəzsizdir.Çox təəssüflər olsun ki indi şerə maraq azdır. Amma bir millətin formalaşmasında din və ədəbiyyat böyük rol oynayır.

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +4

    Menim yuxum yox bu gece.yuxlayanlarin yuxusu şirin olsun

  • @aygunmammadova6986
    @aygunmammadova6986 7 лет назад +46

    Seni yana yana dinleyirik Canadada❤️

    • @kamranmyunis
      @kamranmyunis  7 лет назад +3

      Aygun Mammadova Məndən Sənə, ailənə və bütün Kanada da olan əzizlırimizə salamlar və sevgilər.

    • @aqilmemmedov2214
      @aqilmemmedov2214 6 лет назад +3

      Aygun Mammadova salam geceniz xeyir neyinki kanadada men yollar axdariram qebir evindede bu sozlerle curuyum mukemmeldi insani yandirir

    • @sukurhuseynzade4227
      @sukurhuseynzade4227 5 лет назад +1

      Nə xoşbext adamsız

  • @ranababanli4535
    @ranababanli4535 2 года назад +3

    Necençi defedir dinleyirem ve demek olar ki, inanıram yuxuda ölmeyin asan olmasına.Elleri elimde yatıb ayılmayan baş taçımın seher ayılmaması ve menim, övladlarının neler cekdiyini görməmisiniz düşündükçe sakitleşirem ve onun ruhuna söyləyirəm," yuxun gelir,yat ezizim,yuxun şirin olsun,başımın qoymetli taçı"!

    • @-stella4819
      @-stella4819 Год назад

      Menimde atam yuxda oldu 😢en böyük arzusu idi yuxuda olmek 💔😢😢😢😢😢

  • @taleislamli8634
    @taleislamli8634 6 лет назад +6

    Yox bele olmaz bu qeder insani derinlerde bogmaq olmaz yox olmaz((( yazanda seslendirende Allah canivizi sag etsin

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +6

    Səsinizə min sağlıq Kamran müəllim.Nə yaxşı varsınız.

  • @pakize5109
    @pakize5109 3 года назад +2

    Axşamınız xeyir. Allah sizi var eləsin.insanın ruhu rahatlıq tapır sizi dinləyəndə.😔

  • @aydanalekberova7500
    @aydanalekberova7500 4 года назад +2

    Sizə yenicə abunə olmuşam. Filmlərdə də çox gözəl iştirak edirsiz, şeiridə onun kimi bacarıqlı! Bu bir istedatdı, şeirə olan sevgidi. Məndə şeir deməyi sevirəm, amma sizin kimi bacarmaq çox çətindi. Sizi çox sevirik!!!!!

  • @aykanagiyeva7782
    @aykanagiyeva7782 5 лет назад +4

    Allah sene rehmet etsin Ata.belke sozun variydi bize belke deyilecek cumlelerin belkeee........o qeder belkelerrrr var ki...kawkilerrr😢😢.sesine sozune hesretem ATA.niye bu qeder telesdin.Niye bu qeder telesirdin.

  • @ulvyyarahml5671
    @ulvyyarahml5671 7 лет назад +6

    Bəlkə heç yatmayaq - ömrün sonunda
    Onsuz da, bir əcəl yuxusu varsa...
    Ramiz Rövşən dühası.....
    Və....
    Təşəkkürlər......

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +2

    Seirdeki mena,seslenme cox mükemmel.hele şeirin sonu daha gözel.insan kamran melimin sesiyle yuxuya getmek isteyir ve gedirde. Sesiniz var olsun

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 года назад +3

    Bəlkə..heç..yatmıyaq....ama..yuxum..gəlir.

  • @behbudovamanzar
    @behbudovamanzar 5 месяцев назад +1

    Salam lar!Yuxu insan üçün çox vacib bir istirahətdir!Başımızın sakit olması ondan asılıdır!Yoxsa?Fikirləşməkdən adamın beyni "cartlayar!"Yuxuda ölmək?!Yuxuda həyatda olmayanları görmək ən gözəl yuxudur! Görürsən, görürsən,sonra ayilirsan,görürsən yoxdur!Yenə də gözünü yumur san,bəlkə ...Amma ..."Şirin yuxun olaydım, gözlərin ə dolaydim!Sənə "layla çalaydim,"sən gecələr yatanda! Qızılgülu dərəydim,sənə çələng hörəydim Yuxuna mən gələydim,sən gecələr yatanda!Qəm_ qussəni ataydiq,hər arzuya cataydiq!Bir doyunca yataydiq,gecə_ gündüz həmdəmim!..."Yuxular çin olmayan yerdə!😞Məndə bəzən düz olur!Yusif peyğəmbər (ə) ozu bizə komek olsun!Özü gozəl yuxularımız i gerçəyə yozsun!İnşallah!Yuxuda ölmək _ ömrün uzanmagina işarədir!🌹

  • @metanetnurmemmedova7900
    @metanetnurmemmedova7900 5 лет назад +2

    Ilk sonadek dinlediyim weir.Ramiz Rovwen.Kamran M.Yunis.o andan her gun sizi dinleyirem.var olun 💞

  • @karimaliyev2927
    @karimaliyev2927 6 лет назад +4

    Böyük şair, tanrı səni bu xalqa çox görməsin. Sən bu xalqın yaşayan ruhusan, əbədi olaraq. Səni dinləyəndə Azərbaycan poeziyasının ruhunu görürük

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 2 года назад +1

    İnsanlar diriydi,ölüb sanki ayıldılar.
    Axiretini unudub dünyaya bayıldılar.
    Süslənmiş həyata hayıl-mayıldılar.
    Elə ki,ölüncə dirilerden sayıldılar.

  • @niciperi7602
    @niciperi7602 2 года назад +1

    Böyük sənətkarallah sizə cansağlığı versin sizə qulaq asanda ruhum dincəlirsəsinizin vurğunuyam

  • @aygunmammadova6986
    @aygunmammadova6986 7 лет назад +25

    Sesine gurban olum, ruhuna gurban olum senin gardash🙏❤️

  • @userzemfira8022
    @userzemfira8022 5 лет назад +2

    👍👍👍........

  • @anaraleskerov3391
    @anaraleskerov3391 5 лет назад +2

    Великолепно!👏👏👏

  • @lolaazeri3917
    @lolaazeri3917 5 лет назад +2

    Bu gün şeirə çox ehtiyacım vardı .olduqca coxx

  • @manzarasadova26
    @manzarasadova26 5 лет назад +2

    Ən böyük arzumdu yuxuda ölmək,nə gözəl olardı bu səsdə bu şeirə qulaq asıb o biri dünyaya köcmək.Səsinizin sehri möhtəşəmdi

  • @rena.heseni721
    @rena.heseni721 6 лет назад +4

    Bir vaxt duymadlglmlz qanmadlglmlzlarl bize andlran kesler yuxunuz sirin olsun.Kamram sen kimsen.Axl bu qederde insanl dusunmeye vadar etmekmi olar.

  • @cickyags4191
    @cickyags4191 3 года назад +2

    Kim bilir necədir yuxuda ölmək? 😢

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 6 лет назад +2

    Her an nurlu ve gozel sabahlara oyanasinz🙏

  • @renarena3953
    @renarena3953 4 года назад +1

    Sizin seir demeyinizi cox sevirem her gun demek olari dinleyirem Allah sesinize quvvet versin Kamran muellim .

  • @safelturk1104
    @safelturk1104 5 лет назад +2

    Sizin ifanizda, ser daha da menalasir, sadelesir, Tesekkur edirem..

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +3

    😔😔😔

  • @esmirakerimova3244
    @esmirakerimova3244 6 лет назад +3

    Allah qorusun sizi

  • @nurayrsulovaa
    @nurayrsulovaa 4 года назад +4

    Çox gözəldir👍fon musiqisinin adı nedir? 👍

  • @eldenizsamilov5521
    @eldenizsamilov5521 3 года назад +1

    Necə olursa olsun hər kəsə şərəfli ölüm qismət olsun

  • @aydinqasimov763
    @aydinqasimov763 5 лет назад +2

    тәшәкүрләр халгымын велә оғуларына ешг олсун

  • @reyhanhesenova6827
    @reyhanhesenova6827 9 месяцев назад +1

    Qoy bunu dadinləyim yuxuda olməyə hazirlasim

  • @ИкрамГасанов-д8э
    @ИкрамГасанов-д8э 4 года назад +1

    Сехерин ачылмахындан еле горхурам ки....

  • @afaqqurbanova820
    @afaqqurbanova820 4 года назад +1

    Supperrr Kamran Mir Yunis bey,supper aktyorumuz,

  • @ilhamaniftiyeva9354
    @ilhamaniftiyeva9354 7 лет назад +4

    Ela Kamran bey.Allah sesinize quvvet versin.Cox tesirlendim.

  • @zulphigar-arch.akhundov1997
    @zulphigar-arch.akhundov1997 6 лет назад +1

    gözel ela bir şer ve seslendirme..., dalıram yuxulara ,cox da uzaxlara getmeme gerek yoxdu

  • @melahetxudayarova3274
    @melahetxudayarova3274 6 лет назад +3

    Allah Ramiz m can saqliqi versin.Kamal m sesine quvvet

  • @ddyxyd6hayyest139
    @ddyxyd6hayyest139 4 года назад +1

    Sesinize quvveg sizin seirlerinize qulaq asarkan goz yaslarimi saxlaya bilmirem Yaxsiki varsiniz cox sag olun

  • @МагеррамБагиров-ъ5э

    Бу сес бу шеирин нефесиди

  • @zaurkadirligadirov3429
    @zaurkadirligadirov3429 6 лет назад +1

    ....bəlkə də yuxuda səni bogandi....

  • @kamakamal7499
    @kamakamal7499 6 лет назад +1

    Bu lap yerine dusdu, ureyimdekiler...dusunduklerim... her gece sizin ifanizdaki seirleri dinleyib yatdiqdan sonra ebedi yatmagin bir qorxusu yoxdur Kamran bey.

  • @yeganehemidova5014
    @yeganehemidova5014 4 года назад +2

    110 000ə az qalıb

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 года назад +2

    🎧👍👍👍

  • @rafiqveliyev6633
    @rafiqveliyev6633 5 лет назад +1

    BEYENMEYEN 21 NEFER??

  • @rustamyolamanovich1780
    @rustamyolamanovich1780 4 года назад +1

    CAN BƏYİM VAR OLASİZ🙏🙏🙏

  • @knanhuseynov9441
    @knanhuseynov9441 7 лет назад +3

    Halal olsun size. Allah sesinize quvvet versin. Bir xeyli agladim

  • @saraaslan9458
    @saraaslan9458 5 лет назад +1

    Derdime derman kimi tesselidi wer dinlemek ...

  • @rikorikoriko7218
    @rikorikoriko7218 6 лет назад +1

    Kamran bey , salam. Sizi " Vicdan haqqı " serialından tanıdım. Çox istedadlısınız . Sesiniz de bir başqa alem. Men Rövşen İsaxa da çox teşekkür edirem ki, hem Sizi, hem de Aygün Zeynalova kimi istedadları xalqa tanıdıb. Qiraətiniz tekrarolunmazdır. Çox xahiş edirem en çox sevdiyim şair Neriman Hesenzadenin de şerlerini seslendiresiniz.
    Size yaradıcılıq uğurları arzulayıram. Allah sesinize qüvvet versin.Amin.

  • @mehrifateh6374
    @mehrifateh6374 6 лет назад +3

    Səsinizə qüvvət Kamran müəllim.Şeir mükəmməl ifa təsiredici..

  • @xelilceferli7056
    @xelilceferli7056 5 лет назад +1

    Ehsen aglatdiz meni

  • @zakirhsnov7842
    @zakirhsnov7842 2 года назад

    Sən elə belə şeirlər de,asta-asta, səbrlə,biz də qulaq asaq,feyziyyab olaq.Bilirəm, yenilik axtsrırsan, guya zamanla ayaqlaşırmşsan ya da indiki yazarların xoşuna gəlməkdən ötrümü.Səsinə əziyyət vermə.Ürəyinin hökmünə qulaq kəsil.Klassikadan de.Adama ləzzət eləsin,Kamran müəllim.Deyirəm ey,yaxşı ki tənqidçi olmamışam.Yoxsa məndən indiki yazarların çoxu inciyərdi.Amma onlar bilməlidirlər ki,Füzulidən,Nəsimidən,Məmməd Arazdan,Ramiz Rövşəndən sonra əlinə qələm alıb şeir yazmaq necə məsuliyyətli bir işdir.

  • @mehribanadigezalova4742
    @mehribanadigezalova4742 6 лет назад +2

    Kovreldimm💜💜💜

  • @zakirhsnov7842
    @zakirhsnov7842 2 года назад

    Bilirəm,onu da bilirəm ki,siz də bu iradıma görə məndən inciyə bilərsiniz.Bu təbiidir.Amma mənim də fikrimdə bir həqiqət var.Kamran bəy,sizə yaradıcılıqda yeni uğurlsr diləyirəm.Zakir Masallı

  • @javidagdam1296
    @javidagdam1296 7 лет назад +4

    Kamran qardaş arzu edirəm sizin izləyiciləriniz və yaxud dinləyiciləriniz milyonlarla olsun.

    • @kamranmyunis
      @kamranmyunis  7 лет назад +2

      Тагир Мамедгусейнов Var olun bəy. Allah qorusun sizi.

  • @sebiweliyeva5683
    @sebiweliyeva5683 4 года назад +1

    Sese bax sozlere bax. Bir soznen mukemmel aheng

  • @ИстинаВремени
    @ИстинаВремени 6 лет назад +3

    Super!!!

  • @BahramMuzaffarli
    @BahramMuzaffarli 3 года назад +1

    Olmek asandi yasamaq cetin...

  • @BakuBaku-lt1hj
    @BakuBaku-lt1hj 3 года назад +1

    🤔🤔🤔🤔🤔🤔😥😥😥😥😥😥

  • @aygunquluzad4429
    @aygunquluzad4429 7 лет назад +7

    Düşünməyə dəyər ...

  • @muradelesgerov6297
    @muradelesgerov6297 6 лет назад +2

    Ruhum dinlenir sesinize qurban olum allah sizi qorusun

    • @kamranmyunis
      @kamranmyunis  6 лет назад +3

      Murad Elesgerov Allah eləməsin. Allah qorusun sizi. Var olun.

  • @askkuyusu2143
    @askkuyusu2143 6 лет назад +1

    Gecəylə gündüzü səf salmışam işgəncədi zülümdü sevmək o qədər sevdimki hərşeydən keçdim indi isə yolum xəstəxanadadı 😢😢

  • @afaqqurbanova820
    @afaqqurbanova820 4 года назад +2

    Supperrr Kamran Мir Yunis bey,,supper aktyorumuz

  • @aygunmammadova6986
    @aygunmammadova6986 6 лет назад +2

    Gurbanolum sesine Kamran🙏❤️

    • @kamranmyunis
      @kamranmyunis  6 лет назад +1

      Sənin səsin, sənin ürəyin daha mükəmməldir bacı.

  • @zaurkadirligadirov3429
    @zaurkadirligadirov3429 6 лет назад +1

    Mukemmel

  • @saraaslan9458
    @saraaslan9458 5 лет назад +1

    Menim tek qardawim vardi ozde nece qardaw o da yatdi amma qalxmadi ....... Yarim qaldi

  • @vurgunsamedov4774
    @vurgunsamedov4774 6 лет назад +1

    Artıq bu seyirle yumuram gözümu

  • @rovshankerimov1036
    @rovshankerimov1036 Год назад +1

    Həqiqətən Ramiz Rövşən şerləri Əzizini itirənlər üçün çox böyük təsəllidir 😢🥀