Это видео недоступно.
Сожалеем об этом.

Orkhan Zeynalli ft. AISEL - Səma (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 11 фев 2024
  • Orkhan Zeynalli-nın AISEL ilə birgə ifa etdiyi “Səma” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozeynalliyt
    “Səma”-nı rəqəmsal platformalarda dinlə: bfan.link/sema-
    Musiqi: AISEL, Clavis
    Söz: Orkhan Zeynalli
    Aranjiman: Clavis
    Rejissor: Bəhruz Qurbanlı
    Ssenari: Səbinə Rüstəmli
    Rollarda: Həcər Baxşəlizadə
    Nicat İsgəndər
    Kover: Elszad
    Miksinq və masterinq: Drek
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Sözlər:
    [Bənd 1]
    Sən bir ömürlük dərssən
    Sən ayrılıq qədərsən
    Əlini ver, tələsmə
    Bir az ayrılaq, gedərsən
    Gözə görünməz fəza
    Sən beş vaxt qəza
    Məni mürəkkəb edib yazan
    Bu geştalt əzabdır
    Dünən yox idin, indi varmısan?
    Yerdə qarmısan?
    Bulud, briz, Romeo
    Sətirlərində gizli intiharmısan?
    İndi haradasa
    Axtar özünü, bu qədər sən
    Başlıqlı cümlələrin içində
    Arzu çindir, sənsə həmin o sədd, divarmısan?
    Və hər məqamı
    Çətin edən sualmısan?
    Gecələr şeytan toxunuşu
    Səhərlər duammısan
    Ki bitməsin bu sehr?
    Guya kim bir ömür sevir?
    Gəl başlayaq sıfırdan
    Qalaq əbədi ürəyimin
    Hasarına asılan qıfıldan
    [Nəqərat]
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    [Bənd 2]
    Duyğularını borc verib çiçək kimi solan
    Mənfilərimi xaç edib ürək kimi asan
    Bu qədər qəm, bu qədər kədər
    Musiqidə kimə asan?
    Sən həzin üzüntü verdin
    Oldum xəstəlik, azar
    Sən əlacsan
    Saçlarımda tacsan
    Buludlar ağlar, əgər ki göyə
    Baxıb əl açsan
    Qulağımda səs
    Sən bir ömürlük bəssən
    Danışdıqca batıram
    Əlimi tut və sözümü kəs sən
    [Keçid]
    Dərin izlər
    Yenə dizdən
    Dənizlər, okeanlar
    İstəmir, biz üzək
    Dərin hisslər
    Yenə bizdə
    Dənizlər, okeanlar
    İstəmir, biz üzək
    [Nəqərat]
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Orkhan Zeynalli tərəfindən AISEL-in iştirakı ilə ifa olunan “Səma” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #Səma #mikpro

Комментарии • 744

  • @royasettarova7687
    @royasettarova7687 6 месяцев назад +415

    Sən bir ömürlük dərssən.Orxan bağırmaq istədiklərimizi sakit oxumağı öyrədir bizə.Əslində bütün gücümlə bağırırmış kimi hiss elətdirir..

    • @tahirtahirzade5051
      @tahirtahirzade5051 6 месяцев назад +3

      Eslinde evde vermeshilli ketchup yediyimizi gosterir

  • @ayselt4giyeva
    @ayselt4giyeva 6 месяцев назад +129

    Aicel və Orxan = cappuccino qoxusu kimi bir şey olub ❤

    • @miramammadli2631
      @miramammadli2631 6 месяцев назад +4

      ne şirin bənzətmədi 😅

    • @zahidehmedov0339
      @zahidehmedov0339 6 месяцев назад +2

      Ancaq bu qeder gozel ifade edilerdi bu duet ❤❤

  • @_moon_crown_
    @_moon_crown_ 6 месяцев назад +116

    Həyat elə bir nöqtəyə gətirir ki insanı bir vaxtlar "heç bitməsin" dediyin günlərə, "kaş ki, heç yaşamasaydım" deyirsən.....❤️‍🩹
    12.02.2024

    • @qarayevaelmira3003
      @qarayevaelmira3003 5 месяцев назад +1

      İnsanı yaralı buraxan elə o xoş günləridir. Bitdikdən sonra yaşanmamasını insan istəyir

  • @hedeff24
    @hedeff24 6 месяцев назад +52

    Orxanın, Elxanın dəyərinin bilindiyi bir Azərbaycan xəyalı..

    • @QAFQAZ199
      @QAFQAZ199 6 месяцев назад

      Salam aleykum...

  • @pervizseferov1728
    @pervizseferov1728 6 месяцев назад +238

    Dinləyəndə şərhi bəyənin gəlib bir yerdə qulaq asaq

  • @imrandavudov9533
    @imrandavudov9533 6 месяцев назад +154

    Eyni talehin insanıyığ, bunu dinləyənlər....

  • @mdinvasalova9178
    @mdinvasalova9178 5 месяцев назад +116

    Vaxt var idi nauşnikdə host mahnıları ilə dərsə gedirdim,sonra işə gedərkən Orxanın mahnıları ilə, bu gün də 9 aylıq qızımla qulaq asıram, qoy o da gözəl mahnılarla böyüsün 🤗 Çox sağ olun host ailəsi, gəncliyimi rəngləndirdiz ❤

    • @orxandemokrat942
      @orxandemokrat942 5 месяцев назад +2

      Elədir ki, var..

    • @ferzeliyevazer527
      @ferzeliyevazer527 3 месяца назад +2

      Mende 6 ayliqdir 😊

    • @mdinvasalova9178
      @mdinvasalova9178 3 месяца назад +1

      @@ferzeliyevazer527 Allah saxlasın

    • @ferzeliyevazer527
      @ferzeliyevazer527 3 месяца назад

      @@mdinvasalova9178 cox sagolun sizinde balanizi Allah saxlasin

    • @leylamamedova5255
      @leylamamedova5255 2 месяца назад +1

      Mende de 1yas 4 ayliqdir))) Evvel usagliqda men hostcu idim. Indi qizima dinledirem. Bunlardan mehrum olmasini istemirem…

  • @semavahidli
    @semavahidli 6 месяцев назад +83

    Bu mahnını “Sevgililər günü” hədiyyəsi kimi özümə bəxş edirəm…🤍

  • @guler5555
    @guler5555 6 месяцев назад +79

    bu bildirimlər adi ola bilər. amma inanın ki bu musiqilər hamısıı miras qalır. heç kimə qalmasa belə musiqilər özümüzə miras qalır❤. necə ki Karusel, Torpaqdan Ev, 40cı paralel. yaxşı ki keçən il qayıtdın.konsertlərdə oxumaq ümidi ilə, Təşəkkürlər, Orxan. mahnılarının bağışladığı hislər, miraslar və bütün xatirələr üçün❤

  • @turanhuseynof1896
    @turanhuseynof1896 6 месяцев назад +71

    Mən səmada,
    Sən dəryada.
    Qəlbimin qapılarını,
    Açmadım hər yada...

  • @Aysuq917
    @Aysuq917 6 месяцев назад +51

    "Sən beş vaxt qəza.."❤

  • @Sabina.m7
    @Sabina.m7 6 месяцев назад +73

    Dinləyicilərin hər zaman səninlədir Orxan!

  • @panahyusibov
    @panahyusibov 6 месяцев назад +34

    Aisel ən gözəl səsi olan Azərbaycanda hal hazırda gələn ilklərdəndir. Hər zaman sevilirsiz. İkinizi bir arada görmək çoz gözəl oldu.

  • @sabinahuseinovna
    @sabinahuseinovna 6 месяцев назад +155

    Guya kim bir ömür sevir?❤️‍🩹
    Yenə yaratmısan!

  • @adilaaliyeva3472
    @adilaaliyeva3472 6 месяцев назад +23

    Aiselin səsi və gözəlliyi deyib susuram ❤

  • @esmerjamal
    @esmerjamal 6 месяцев назад +72

    "sən həzin üzüntü verdin,
    oldum xəstəlik, azar.."

  • @orkhanzeynalli
    @orkhanzeynalli  6 месяцев назад +283

    “SƏMA” albomdan ikinci singledır. Klip və mahnı haqqında nə düşünürsünüz?

  • @nicat_yusifi5163
    @nicat_yusifi5163 6 месяцев назад +24

    Orxan dinləyənlərin həyatına nəzər yetirsək, fərq tapılmaz

  • @thebookmindofmovies1286
    @thebookmindofmovies1286 6 месяцев назад +49

    Sevgi əvəssizdir, o günə ki, qarşılıqlı hörmətimiz bitənə kimi.

    • @tahirtahirzade5051
      @tahirtahirzade5051 6 месяцев назад

      Sevirəm evesizdir,o gune ki, yemek pishirmek novbesi bitene kimi

  • @onceqarabag6861
    @onceqarabag6861 5 месяцев назад +7

    Adım Səma- ancaq adım kimi səmada deyil bu dünyada yerin altında bu dünyaya aid deyiləm...

  • @yasincelilov8497
    @yasincelilov8497 6 месяцев назад +59

    Bəyən Orxan və Orxan sevənlər üçün❤

  • @samirahmadov7874
    @samirahmadov7874 6 месяцев назад +38

    Fidan bilirəm ki dinəyirsən, sənən mənən danışır bu track🤎

  • @elshadaskerli
    @elshadaskerli 6 месяцев назад +9

    ' gələn bildiriş mesaj kimi göründü gözümə.✨

  • @K.Salayev
    @K.Salayev 6 месяцев назад +19

    Düşün ki, bir gün olmayacam. Ətrimi, səsimi, baxışımı, gülüşümü unudacaqsan. Bir gün boş oturacaglarin birində tək oturanda düşəcəm yadına. Yaxınlıqda, hansısa bir kafedən, dinlədiyimiz bir mahnı eşidəcəksən. Gözlərin dolmayacaq bəlkə, amma canın yanacaq. Boğazın düyümlənəcək. O qadər darıxacaqsan ki, gözündən bir damla yaş belə düşmüyəcək. Qəhərin ən kəskin biçaği dirənəcak boğazına. Bir ev görəcəksən, sənə danisdiğim ev kimi. Dəqiqələrcə donub qalacaqsan yerində. Külək əsəcək saçlarina, elə biləcəksan manam, əllərimdi sığal çəkən. Gözün məni axtaracaq. Olmuyacam mən baxdığın heç bir yerdə. Hər səhər telefon zanginə oyanıb, mən sanacaqsan. Yemək yeyəndə, çay içəndə, yanından biri keçəndə düşəcəm yadına. Payiz gələcək, qış ötəcək, yaz keçəcək, yay olacaq, fəsillər gətirmiyəcək məni sənə. Birinin səsini, birinin yerişini, birinin ətrini bənzədəcəksən. Heçnə əvvəlki kimi hüzür verməyəcək sənə. Əlbət tutacaqlar yerimi, əllərin tutulacaq, gözlərin seviləcək, hec sevilməyəsi kimi deyilsən cünki, bəlkə də gözəl baxılacaq sənə ama heç kim mən olmayacaq..

  • @Skkyyeedd
    @Skkyyeedd 6 месяцев назад +110

    Köhnə sevgilimin ən sevdiyi musiqiçi Orxan Zeynallıdı. Adımın Səma olmağı və mahnının adının "Səma" olmağı ona cəza olar ümid varam🥰

    • @lq9823
      @lq9823 4 месяца назад +9

      İnanın ki, ayrılıq səbəbini bilmirəm amma qarşı tərəf səbəbdirsə dərk etməyəcək heç vaxt.

    • @Skkyyeedd
      @Skkyyeedd 4 месяца назад

      @@lq9823 çox peşman olub, hər gün yazır amma bağışlaya bilmərəm🙂(+mahnını da görüb🥲)

    • @hsn3809
      @hsn3809 14 дней назад

      Həmişə oğlanlar günahkardı sizə görə... ehhhh...

    • @Skkyyeedd
      @Skkyyeedd 13 дней назад

      @@hsn3809 xəyanətdə mən nə qədər günahkar ola bilərəm?

    • @Skkyyeedd
      @Skkyyeedd 13 дней назад

      @@hsn3809 xəyanətdə mən necə günahkar ola bilərəm ?

  • @gulka604
    @gulka604 6 месяцев назад +11

    Əlini ver, tələsmə
    Bir az ayrılaq, gedərsən
    Gözə görünməz fəza
    Sən beş vaxt qəza...❤

  • @pervizseferov1728
    @pervizseferov1728 6 месяцев назад +5

    Deyir sən səmasan geridə qalan hər şey isə hava şəraiti💫

  • @tuqayjabbarov9653
    @tuqayjabbarov9653 6 месяцев назад +17

    Bitməsin sehir
    Guya kim bir ömür Sevir.. ❤️‍🩹

  • @SmaNrimanova
    @SmaNrimanova 6 месяцев назад +14

    Mahnının adı ilə adımın eyni olması nəticəsində gələn o gözəl hiss🥹❤
    Çoox qəşəng mahnıdı❤

    • @good86neba
      @good86neba 3 месяца назад +1

      Menimde adım Sema beli çox qəşəng mahnidi❤

    • @SmaNrimanova
      @SmaNrimanova 3 месяца назад

      @@good86neba 👍❤️🫠

  • @old.hiphop
    @old.hiphop 6 месяцев назад +10

    Sevgisindən ölənlərin sevgisi bir ömürlük olur, Orxan. Çox əla mahnıdır. Sən getmə musiqidən. Biz səndən əsl rap yox, "Səviyyəli Musiqi" istəyirik. Bunu bizə verdiyin üçün, Çox sağol.

  • @SemaHesenzade41.13
    @SemaHesenzade41.13 6 месяцев назад +5

    Düz ad günüm də gəldi adıma 😂❤)

  • @Tumka20002
    @Tumka20002 6 месяцев назад +7

    İlk dəfədir adım keçən mahnı görürəm.Təşəkkürlər Orxan Zeynallı özəlliklədə sizin kanalınızda adıma aid mahnı görmək məni sevindirdi.💙💫

  • @aydanosmanova3866
    @aydanosmanova3866 6 месяцев назад +20

    Səsin doğmalığı bu olsa...Hər zamankı kimi möhtəşəmdir...

  • @LyamanAbbasli
    @LyamanAbbasli 6 месяцев назад +22

    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Oldum xəstəlik, azar
    Sən əlacsan
    Saçlarımda tacsan
    Buludlar ağlar, əgər ki göyə
    Baxıb əl açsan…🖤

  • @turiancamila
    @turiancamila 6 месяцев назад +7

    Orxanıma söz yoxdur, amma Aisel və Clavis konkret əsəri əsər ediblər.. Absolutely fkin awesome A to Z!

  • @sahilmemmedov2567
    @sahilmemmedov2567 6 месяцев назад +6

    İki möhtəşəm insan birləşəndə belə bir əsər meydana gəlir Çox sağolun 🙏🇦🇿 Azərbaycan sizinlə qürur duyur Aisel və Orxan 🖤

  • @resadcahangirov2175
    @resadcahangirov2175 6 месяцев назад +9

    Ne komment yazasan ki 2008-ci ilden bu yana hisslerivi oz musiqileri ile dile getiren insana tewekkur ismarıcı olsun ?!

  • @khudashzada
    @khudashzada 3 месяца назад +3

    Qəlbimin qapılarını açmadım hər yada...

  • @aytekinkazimova
    @aytekinkazimova 6 месяцев назад +6

    Trend 1 olsun. Qoy millət zövqlü musiqi görsün

  • @sabinarehmova5164
    @sabinarehmova5164 6 месяцев назад +2

    Senle olmur,sensiz de olmur♾️

  • @gunay9339
    @gunay9339 6 месяцев назад +8

    Səni sevən o qədər insan varkən sən sadəcə birinin sevməsi üçün ömrünü fəda edərsən…

  • @Lamiy002
    @Lamiy002 6 месяцев назад +6

    Qəlbimin qapılarını
    Açmadım hər yada...
    Bəlkə bir gün, amma bu gün deyil 🤍

    • @QAFQAZ199
      @QAFQAZ199 6 месяцев назад

      Xoşbəxt deyilsiz???

  • @royalsemedov4819
    @royalsemedov4819 6 месяцев назад +3

    Ne xos mene ki,musiqi zovgum ust seviyye oldugu ucun,bu cur deyerli insanlari dinleyirem.Mohtesemsen usagligimin,gencliyim musiqi adami.Daim.ugurlar size

  • @semaaxundzada
    @semaaxundzada 6 месяцев назад +5

    Mən "Səma"-da, Sən "Dərya"-da...❤️🧚

  • @TukezbanHuseynova24
    @TukezbanHuseynova24 6 месяцев назад +10

    “Gecələr şeytan toxunuşu, səhərlər duammısan?” Just amazing!🤍🫠

  • @lemanwirinova1189
    @lemanwirinova1189 6 месяцев назад +4

    Inshallah konsertinizdə bu mahnınızı topluluqla oxuyarıq❤

  • @ruhum13
    @ruhum13 3 месяца назад +1

    "Sən bir ömürlük bəssən..💚"

  • @yusifmamedov7079
    @yusifmamedov7079 6 месяцев назад +7

    Əslində klip və sözlər Orxanın öz həyatında baş verenlerdi.Diqqətlə baxsanız və sözləri dinləsəz başa düşeceksiz.Çünki hələdə onu sevir və ümidi var gözləyir.Əgər doğru düşünürəmsə bu doğrudursa Mütləq qəlb qırılsa bele sevenler yeniden qovuşar və Səni hər zaman xoşbəxt görmək ümidi ile Aid!

  • @kenulkerimova1975
    @kenulkerimova1975 6 месяцев назад +4

    Ürəyimin sarı simləri titrədi, od tutdu, yandı❤

  • @nigarguliyeva7670
    @nigarguliyeva7670 6 месяцев назад +4

    Baş roldakı oğlan Orxanın prototipidi sanki,xarici görünüşünə görə də bənzəyir.Bulud,briz , mahnılarına göndərmə var,müdhiş! Orxanın az-az sırf sevgiyə aid treklerindədi.Və sevdiyi bilmirəm,bəlkə də qovuşmadığı insanın adı məhz bu mahnılardadı.Biz sizi belə sevirik, Orxan,içdən,dərin,sadə səmimi, və sevdiyi birinə sanki qovuşmayan kimi...
    dərin və içdən bir trekdi.Super❤

  • @lovrid
    @lovrid 6 месяцев назад +2

    Yeniyetməliyimin AiDi,Orxan Zeynallı kimi sən daha da dərinləşdin. Var ol sənətkar. #since2007

  • @ulviallahverdi7299
    @ulviallahverdi7299 6 месяцев назад +2

    Orxanın mahnıları ilə böyüdük. Gəncliyimizi bu mahnılar ilə yaşadıq və həyatımız bu yaradıcılıq ilə addımlayır üzü ahıllığa doğru...

  • @faridaaliyeva24
    @faridaaliyeva24 3 месяца назад +1

    Niyə belə az dinlənmə var bu sözlər, musiqi❤ bunu ancaq zövq sahibləri dinləyir❤ Orxan Zeynallı sən 1 nömrəsən. Mən uşaq idim səni dinləyəndə... İndi isə böyüdüm.. Sən yenə də sənsən. Səsin hər zaman gəlsin

  • @Jabbrvh
    @Jabbrvh 5 месяцев назад +2

    İlk dəfə sənnən öyrənmişdim Orxanı,sən getdin Orxan qaldı 🚬

  • @eartian
    @eartian 6 месяцев назад +3

    var ol Orxan! Elxandan gozlediyimiz trekleri bize sen verdin. ferqi yoxdu olkeden getdin ve ya geldin...

  • @kovakadini88
    @kovakadini88 6 месяцев назад +24

    Qədri bilinən !! Bütün sevilməyə layiq olanlar SEVİR !! ...😉✌

  • @siriussss4971
    @siriussss4971 6 месяцев назад +2

    Orxanı dinləyəndə özümü, əslində kim olduğumu və haradan gəldiyimi xatırlayıram. Hardaydım və indi hardayam.

  • @sambv8367
    @sambv8367 6 месяцев назад +12

    Mən səmada, Sən dəryada
    Qəlbimin qapılarını açmadım hər Yad’a…✨

  • @ilaskaclilova
    @ilaskaclilova 6 месяцев назад +4

    Bu səs, bu sözlər, bu həzin musiqi... Ah

  • @ch.aliyeva
    @ch.aliyeva 5 месяцев назад +3

    Qəlbimin qapılarını açmadım hər yada🤍

  • @imranxelilov89
    @imranxelilov89 6 месяцев назад +4

    Dünən ilk aşiq olduğum xanıma "Mavi qızılgül" aldım çünki orxan demişdi "..rəqs etməli yağışda mənə mavi qızılgül bağışla" epic vəziyyət o idi ki,yağış da yağmağa başladı..💙

  • @cavidabbaszade9887
    @cavidabbaszade9887 6 месяцев назад +3

    Maşına oturdum bildiriş geldi ve təbiiki kofedə alasi oldum👍 Orxan yenə yaratmısan👍

  • @orxanmaharramov9629
    @orxanmaharramov9629 6 месяцев назад +4

    Sözlər, insan genetikası kimi bir şeydi. Düzgün birləşdisə, belə möhtəşəmlik ortaya çıxır

  • @ayselknn
    @ayselknn 6 месяцев назад +5

    Orxan Zeynallı sən bir brendsən❤️

  • @Arzu97
    @Arzu97 6 месяцев назад +3

    Xeyirli Uğurlu olsun ❤❤❤❤

    • @QAFQAZ199
      @QAFQAZ199 6 месяцев назад

      Axşamınız xeyir olsun

  • @Adri.Y
    @Adri.Y 6 месяцев назад +4

    O "Sema"da,o "Derya"da getdi,Orxan.Ruhumuzdan getdi,içimizdən keçdi.

  • @yalquzaq_676
    @yalquzaq_676 6 месяцев назад +4

    Kaş inandıqlarımız və ətrafımız Orxan'ın trekləri kimi bizləri dərindən anlayan həmdə doğma qalardı...🎧♥️🎵

  • @cavidgurbanov
    @cavidgurbanov 5 месяцев назад +2

    Sənə qulaq asan bir gənclik var idi Orxan, artıq o nəsil qocalır (

  • @ichbinayssun
    @ichbinayssun 6 месяцев назад +20

    Guya kim bir ömür sevir?☁️

  • @frideyvazov2580
    @frideyvazov2580 6 месяцев назад +3

    Hər dinlədiycə sadəcə zövq aliram möhtəşəmsən orxan ...
    Dinlədiycə acı xatirələr yada düşür insan neyləsədə keçmişi silə bilmir 😕

  • @Fidann.4
    @Fidann.4 6 месяцев назад +6

    Beynimizdə düşünüb dilə gətirə bilmədiyimiz hər şeyi, Orxan yerimizə dilə gətirir♡

  • @elibaxselizade305
    @elibaxselizade305 6 месяцев назад +3

    Həcər sənə uğurlar daima hər zaman zirvələrdə olasan❤

  • @whoseynzeynaloff8591
    @whoseynzeynaloff8591 6 месяцев назад +4

    Mahnının ,Sözləri chox gozeldi ve mohteşemdi möhteshemsiz ikinizdə ,Orxan Zeynallını tebrik edirem ki bir daha ,chox mohteshem musiqi ile hemişe ki kimi ,böyük uğürlara imza atdı ve atacaq buna inanıram , Hemişe ki kimi yənə yaratıb ,Çox bəyəndim ,musiqi ve sözleri insanı sakitləşdirir rahatlashdırır ,Çox beyenirem bu insanı çox əla trekler çıxartır ,Birdeki əsasən nəqaret çox bəyəndim ,bir daha deyim ,#buzuşağı n 4 gözle gözlüyürəm...

  • @user-kz3mq6np3l
    @user-kz3mq6np3l 6 месяцев назад +2

    Super ugurlar.Möhtesem isinin pesekari Hecer❤

  • @RePlay_fann
    @RePlay_fann 6 месяцев назад +3

    Orxan senin musiqilerin niyə insanı belə bağlayır ? ❤

  • @user-kg3yz4xt2p
    @user-kg3yz4xt2p 6 месяцев назад +3

    Orxan Zeynallı tərzine,məntiqinə, səsinə heyranam həqiqətəndə Azərbaycanın Repi üçün böyük əhəmiyyətli yeri var,yaxşı ki varımızsan❤, siz bizim örney alacagımız insanlardansız, çox qürür duyurug ve seviriy❤ 😊

  • @ahmadahmadov1785
    @ahmadahmadov1785 6 месяцев назад +3

    Gözəl işdir👍🏻👏🏻. AISEL in səs tembri möhtəşəmdir, ən sevdiyim ifaçılardan biri. Uğurlar. ✌🏻

  • @sabinamehdiyeva400
    @sabinamehdiyeva400 2 месяца назад +1

    Bu gün yazmaq istədim bura...Mən səmadayam həmişə də orda qalacam❤

  • @lema.serinsehrind8083
    @lema.serinsehrind8083 4 месяца назад +1

    Ne istedadli genclerimiz var.Qurur duyuram.Ugurlar dileyirem.Vetenimin genclerini ancaq sevgi haqqinda oxuyan gormek isteyirem,ayriliq olsa bele.Şehid kimi ayrılmasınlar yox😢❤

  • @senansaani7415
    @senansaani7415 6 месяцев назад +2

    Sesine və Senetine Hörmət etdiyim Brat

  • @suadazeynalova3127
    @suadazeynalova3127 6 месяцев назад +4

    Minlərcə kəz gecən xeyrə, Romeo indi və sonsuzadək

  • @semka.timka.
    @semka.timka. 6 месяцев назад +2

    Aman Allah, ruhum qidalanır, bu nə sözlərdi😢❤

  • @necmeddincraqov2736
    @necmeddincraqov2736 4 месяца назад +2

    Qəlbimin qapılarını açmadım hər yada
    BİLESİN

  • @hesenhuseynli9423
    @hesenhuseynli9423 5 месяцев назад +2

    Illerdi orxani dinleyirem ve ne qeder iller kecsede dinleyecem ve iller onceki treckleride indikilerde insanin qelbine toxunur her dinledikce

  • @hesenhesenzade4108
    @hesenhesenzade4108 6 месяцев назад +4

    Ölkənin sizin kimi kreativ,yaradıcı möhtəşəm səslərə və yazarlara ehtiyacı var.uğurlarınız daim olsun 👏🏻🫶🏻

  • @xetaikerimli2779
    @xetaikerimli2779 6 месяцев назад +3

    bu insanin səsi beyinin hər bir hüceyresine tesir edir. Uğurların bol olsun şair Yaxşiki varsan!!

  • @CheffSahin
    @CheffSahin 6 месяцев назад +4

    ✈️✈️✈️✈️✈️yənə yelləndik😊

  • @freddy.azimov
    @freddy.azimov 6 месяцев назад +1

    Bəzən deyirəm pis zamanda dünyaya gəldik. Həyat getdikcə mənasızlaşır,sadələşir...
    Sonra deyirəm yaxşı ki, 90-lar'da doğulmuşuğ az da olsa xoşbəxt olmuşuğ və ən əsasda səninlə bərabər sənin mahnıların ilə böyümüşük, həyatı dərk etmişik. Sənin mahnıların dərdimizə ortağ sevincimizə sevinc oldu həmişə. Sən bizə 90-ların mirasısan. Mahnıların heç vaxt unudulmayacaq heç vaxt unudulmayacaqsan Orxan! Qoy bizdən sonrakılar sənin mahnılarını, səni tanımadıqlarına görə peşman olsunlar. Yaxşı ki varsan!

  • @ruslanmehdiyevenglishteach5771
    @ruslanmehdiyevenglishteach5771 3 месяца назад +1

    Çox gözəlki,, sizin kimi yaradıcı insanlarımız var,

  • @raisamammedova
    @raisamammedova 6 месяцев назад +2

    Ay Allah… Bu Aisel necə istedadlıdır.
    Allah hərtərəfli istedad verib.
    İnşallah 2024 ESC gedər ❤

  • @nijatkarbalayev8217
    @nijatkarbalayev8217 6 месяцев назад +3

    Aisel, sən möhtəşəm detalsan!❤

  • @orxanhuseynov-cm7qy
    @orxanhuseynov-cm7qy 6 месяцев назад +3

    Aisel kimi peşəkar ifaçı və Aid ❤

  • @drrashidli2569
    @drrashidli2569 6 месяцев назад +3

    Möhtəşəmizm! Hələ Orxan'nin hayqiran sakit səsinə AiSel'in səsinin toxunub tamamlamağı. Bu dueti sanki çoxdandı gözləyirdim kimi hiss etdim. Təşəkkür edirəm sizə!

  • @Vlad-og5ry
    @Vlad-og5ry 6 месяцев назад +4

    Абсолютно классный проект.Очень глубокая песня,исполнение!Клип осмысленный,игра актеров все и все супер👌Спасибо ребята🙏

  • @gozely1006
    @gozely1006 5 месяцев назад +1

    Danışdıqca batıram, elimden tut ve sözümü kes sen …

  • @melaheteyvazova9276
    @melaheteyvazova9276 6 месяцев назад +3

    Kecid hissenin ayri bir vibe'i var. Lezzet edir❤

  • @nurlantatanov4
    @nurlantatanov4 6 месяцев назад +3

    Gəl başlayaq 0-dan
    Qalaq əbədi ürəyimin hasarına asılan qıfıldan ❤

  • @efsanemehemmedli4580
    @efsanemehemmedli4580 6 месяцев назад +8

    Bir az ayrılaq , gedərsən… 💙

  • @lalamammad3122
    @lalamammad3122 6 месяцев назад +3

    Sen mənim günəşimsən,ancaq mənim semamda dogmursan zülmətlərdəyəm❤️‍🩹❤️‍🩹❤️‍🩹🥺

  • @nigaraslanli1671
    @nigaraslanli1671 6 месяцев назад +1

    Orxan, o qədər qiymətlidir ki hər misran. Necə çox sevirik səni bir biləsən❤️ qürur duyuruq, fəxr edirik, ürəyimiz dağa dönür sənə baxanda. Afərin sənə❤️