Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 36. həftəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 30 апр 2019
  • 36-cı həftəmizdəyik artıq. Doğuma çox az qalıb. Dölümüzün çəkisi daha 200 qr artıb və 2600 qr olub. Artıq dölün bütün refleksləri (əmmə, nəfəs alma, udma, tutma refleksləri) formalaşıb. Bu həftələrdə doğulan uşaqlar əlavə dəstəyə ehtiyac olmadan ananın yanına yerləşdirilir. Lakin hər bir halda, döl üçün hamiləliyi sonunadək tamamlamaq daha faydalıdır. Belə ki, hamiləliyi son həftəsinədən tamamlayan uşaqların immun sistemi erkən doğulmuş uşaqlarla müqayisədə daha möhkəm olur, onlar infeksiyalara daha az meylli olurlar. Bəzən son həftələrdə analarda səbirsizlik yaranır və onların bəziləri qeysəriyyə ilə erkən doğum qəbul etməyimizi istəyirlər Lakin məhz yuxarıda qeyd etdiyim səbəblərdən analar bilməlidirlər ki, əgər hər şey qaydasında davam edirsə, dölün sonadək ana bətnində qalmağı, onun üçün daha xeyirlidir...
    Beləliklə, hamiləliyin 36-cı həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin.
    🏥Baku Medical Plaza Mərkəz filialı
    📞0552260635
    💻www.rexshendeaslanova.az

Комментарии •