Əli Mirəliyev - Ay gecikən məhəbbətim (1982)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • sözləri: Tofiq Bayram
    musiqisi: İsrail Kərimov
    müşayiət: “Dan ulduzu” i/a, bədii rəhbər Gülarə Əliyeva, 1982
    I
    İllər boyu səni gəzdim,
    Ay gecikən məhəbbətim!
    Sən yubandın, mən tələsdim,
    Getdi gənclik təravətim,
    Ay gecikən məhəbbətim!
    II
    Mən bir yanda sənə möhtac,
    Sən bir yanda gəzdin əlac.
    İki qəlbdə bir ehtiyac,
    Övladıyıq bir həsrətin,
    Ay gecikən məhəbbətim!
    III
    Harda idin, söylə, harda?!
    Gözüm qalıb yollarında.
    Bir yarpağam sonbaharda,
    Saralıram yetim-yetim,
    Ay gecikən məhəbbətim!
    IV
    Ürəyimdə adın gəzər,
    Gizli ağrı, odun gəzər,
    Bir İlahi qadın gəzər,
    Son ümidim, son niyyətim,
    Ay gecikən məhəbbətim!

Комментарии • 10

  • @mirdamdcfrov9524
    @mirdamdcfrov9524 5 месяцев назад

    ƏLİ MİRƏLİYEVƏ UZUN ÖMÜR ARZU EDİRƏM!!! 🎉❤🇦🇿🇦🇿🇦🇿👍👍👍👑💞

  • @jazzmugam3904
    @jazzmugam3904 2 года назад +1

    Super

  • @almazpashayeva874
    @almazpashayeva874 2 года назад +1

    Eli Mirelihev her saman Cox istemisem .Allah can sagligi VERSIN size 🙌

  • @solmazakhundova9152
    @solmazakhundova9152 2 года назад +1

    👏👏👏👏👏Çox dəyərli, xoş səsli Müğənnimiz Əli Mirəliyev! Allah can sağlığı və uzun ömür versin! 🙏🙏🙏 Sizin kimi Müğənnilər daha qalmayıb.... Allah sizi qorusun!

  • @behluldanendebehlul1803
    @behluldanendebehlul1803 2 года назад

    Sovet vaxtı sənətkarların şəxsiyyəti bilinmirdi.

  • @os516
    @os516 2 месяца назад

    Qəseng mahni ve gozəl ifa. Allah cansağlığı versin, Əli muəllim. Görəsən bu mahnının ilk ifaçısı kim olub?

    • @azerbaycanfm
      @azerbaycanfm  2 месяца назад

      @@os516 İlk və son ifaçısı Əli Mirəliyevdir.

    • @os516
      @os516 2 месяца назад

      @@azerbaycanfm Sərxan Sərxan oxuduğu mahnı ilə eyni deyil bu? Oxsatdim o mahniya

    • @azerbaycanfm
      @azerbaycanfm  2 месяца назад +1

      @@os516 o mahnı rok tərzidir. Sərxan Sərxan özü bəstələyib. Tamam fərqlidir. Sözlər eynidir.

  • @ek9095
    @ek9095 2 года назад +1

    İsrail YOX ! İSRAYİL KƏRİMOV !!!