Əli Mirəliyev - Nə yaxşı görmüşəm səni (1984)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • sözləri: Nüsrət Kəsəmənli
    musiqisi: İsrail Kərimov
    müşayiət edir AzTVR “Dan ulduzu” instrumental ansamblı, bədii rəhbər Gülarə Əliyev, 1984
    I
    Deyirəm, mən səni görə bilməsəm,
    Qəlbimdə məhəbbət oyanardımı?
    Deyirəm, mən səni görə bilməsəm,
    Dünya al-şəfəqə boyanardımı?
    Nəqarət:
    Bu görüş qəlbimə məhəbbət oldu,
    Bu görüş ömrümə səadət oldu.
    Bu görüş düzündən sədaqət oldu,
    Deyirəm, nə yaxşı görmüşəm səni!
    II
    Deyirəm, mən səni görə bilməsəm,
    Al Günəş çəməni isidərdimi?
    Deyirəm, mən səni görə bilməsəm,
    Bəs kimə deyərdim, kimə dərdimi!?
    Nəqarət:
    III
    Deyirəm, mən səni görə bilməsəm,
    Könlüm sənsiz səni necə anardı?
    Deyirəm, mən səni görə bilməsəm,
    Eşqimiz vüsala necə dönərdi?
    Nəqarət:

Комментарии • 2

  • @solmazakhundova9152
    @solmazakhundova9152 2 месяца назад +2

    ,,Zər qədrini zərgər bilər" deyib atalar. Əli Mirəliyevin qədrini bilən dahi Sənətkar, Musiqişünas, ,,Dan ulduzu" ansamblının əvəzolunmaz rəhpəri Gülarə xanım Əliyeva idi. Allah rəhmət eləsin.🙏 Allah Sənətkarımız Əli Mirəliyeva can sağlığı və uzun ömür versin🙏 Çox sağ olun ki, varsınız!🙏🙏❤❤

  • @kerimzulfuqarov1806
    @kerimzulfuqarov1806 12 дней назад

    Salam Aleykum hər vaxtınız xeyirli olsun həmişə İnşAllah. Sizdən bir xahişim var zəhmət olmasa Əli MirƏliyevin Məhəbbətim Səadətim Mahnısını təşkil edə bilərsiniz