Это видео недоступно.
Сожалеем об этом.

Bahalaşmaya səbəb olan 6 iqtisadi faktor || İnflyasiya

Поделиться
HTML-код
  • Опубликовано: 30 июл 2020
  • İnflyasiya iqtisadiyyatda əmtəə və xidmətlərin qiymətlərinin artması deməkdir. Məsələn , siz hər ay 30 növdə müxtəlif məhsul və xidmətlərdən istifadə edirsiniz .Bura aid edək , çörək, meyvə şirəsi , transport xərcləri , əyləncə və. s . Siz əvvəllər bu xidmətlərə şərti desək 800 AZN xərcləyidinizsə ,inflyasiya baş verdikdən sonra artıq bu məhsulların qiyməti yüksəlir və 1000 AZN olur .Bu gördüyümüz bahalaşma İnflyasiya adlanır .
    Bəs inflyasiyaya nələr səbəb olur ?
    Birinci məqam kimi , İqtisadiyyatda hansısa məhsulların maya dəyərinin artması artıq bazarda həmin məhsulların daha baha təklif olunmasına gətirib çıxarır . Tutaq ki , Azərbaycana xarici ölkələrdən taxta gətirib mebel istehsal edən şirkət , görür ki , artıq xaricdən gətirdiyi taxta, şirkət üçün daha baha başa gəlir . Bu zaman o məcbur olur ki , təklif etdiyi mebellərin də qiymətlərini artırsın ki , əvvəlki mənfəəti aşağı düşməsin . Bu zaman iqtisadiyyatda bənzər sahələrdə də silsilə şəklində qiymət artımı baş verərsə , artıq bu inflyasiya deməkdir .Bu zaman , mebel istehlakçısı olan digər biznes sahibləri də öz məhsullarının qiymətini artıracaqlar .Bu bizineslərin müştərilərinin də xərcləri artığına görə , onlar da məcbur şəkildə öz məhsul və xidmətlərinin qiymətini artıracaq . Bu da iqtisadiyyatda silsilə effekti verəcək və demək olar ki , hər şey bahalaşacaq . Beləliklə il sonunda inflyasiya indeksi yuxarı olacaq . Yox əgər qiymət artımı yalnız mebel sektorunda qalırsa bu inflyasiyanın illik dəyişiminə çox cüzi təsir göstərmiş olur ,yəni , heç nəzərə çarpmır .
    İkinci nüans isə , bazarda hansısa məhsul və xidmətlərə tələbin artması , inflyasiyaya səbəb ola bilər . Burda təbii ki , mövsümi məhsullara artan tələbi nəzərdə tutmuruq .Məsələn , yay fəslində dondurmaya tələb artır .Bu hər il baş veriri və artıq bir standart halına düşüb. Son dövrlərdə, misal olaraq tibbi maskaya tələbin artması ilə bu və bənzər tibbi məhsullarda qiymət artışı müşahidə edildi . Artıq bu qiymət artışının da inflyasiyada öz payı olacaq .
    Üçüncü faktor isə , bank faiz dərəcələrinin aşağı düşməsi ilə , insanların daha aşağı faizlə kredit götürə bilməsidir . Bu zaman insanların əllərində pul kütləsi artır və təbii ki , onlar ,bankdan bu krediti məqsədli şəkildə götürürlər ki , nəyəsə xərcləsinlər ,investisya etsinlər . Bəs bu halda nəyə görə inflyasiya olsun ki ?
    Deməli , məlum olduğu kimi , əllərində pul olan insanlar , xərcləmələrini artıracaq , bu da hansısa məhsul və xidmətlərə əvvəlki dövrlə müqayisədə tələbin artması deməkdir . Tələb qanuna əsasən ,əgər tələbin artışı nəzərə çarpacaq dərəcədədirsə , bu zaman qiymətlərdə artış olacaq .Yəni , bazarda inflyasiya olacaq .
    Dördüncü məqam , milli valyutanın devalvasiyaya uğramsı faktorudur . Bu zaman , Manatın digər valyutalar qarşısında dəyəri aşağı düşür . Gəlin bir praktiki keysə nəzər yetirəyin. 2015-ci ildə Manat 100 dollara qarşı 78 Manat idi , daha sonra ucuzlaşaraq ,100 dollar 170 Manat civarında dayandı. Bildiyiniz kimi , Azərbaycanın qeyrı-neft sektorunda idxal payı çox yüksəkdir . Bura gündəlik tələbat malları , dərman peraparatları , Texniki avadanlıqlar və. S misal göstərmək olar .Bəs bu zaman inflyasiya necə baş verir ? Tutaq ki, 2015 -ci ildə , xaricdən 5 adda dərmana 78 manat ekvalentində 100 dollar ödəyirdiksə , artıq devalvasiya zamanı , həmin 5 adda dərmanı Azərbaycana gətirib təklif etmək üçün , 170 AZN bərabərində 100 Dollar ödəməli oluruq .Gördüyünüz kimi , bu işlə məğul olan şirkət , əvvəllər 78 Manata aldığı dərmanlara artıq 170 Manat ödəməli olur . Təbii ki , əgər o həmin dərmanları Azərbaycanda təklif edərkən əvvəlki qiymətdə saxlasa zərərə gedəcək . Bu baxımdan o da , dərman qiymətlərində artış edir . Bu da , ümumi bazara təsir edərək , nəzərə çarpacaq inflyasiya yaradır .
    Bu qrfadan da gördüyünüz kimi 2015 -ci ildən əvvəl Azərbaycanda inflyasiya həddi aşağı olub , daha sonra fevral ayında devalvasiya olandan sonra gördüyünüz kimi inflyasiya həddi 14%-ə yüksəlib
    Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev
    Qrafik müəllifi : Nigar Murtuzova
    Facebook səhifəsi : BusinesTalks...

Комментарии • 17

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 года назад +1

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @ceyrantagiyeva3507
    @ceyrantagiyeva3507 4 года назад +2

    ƏLA,DAVAMI GƏLSİN

  • @nicatibrahimzad2600
    @nicatibrahimzad2600 4 года назад +1

    Sadə dildə, mükəmməl izah

  • @Ferqlivideolar
    @Ferqlivideolar 7 месяцев назад

    Uğurlar abi

  • @turalbayramov8830
    @turalbayramov8830 4 года назад

    Çox gözəl.Davamı gəlsin inşallah

  • @imranqurbanliyev4267
    @imranqurbanliyev4267 Год назад

    İnfilyasiyanın gizli səbəblərindən biri alıcıların almaq məcburiyyətindən sui-istifadə edib, məhsulun maya dəyəri ucuz olsa da, bahalaşma baş verir.

  • @wrestlingwrestling5214
    @wrestlingwrestling5214 2 года назад

    Ehsen ardi gelsin

  • @yaqub86
    @yaqub86 4 года назад

    SALAM. Bes nece olurki turkiye faizleri endirir ama inflilasiya seviyyeside asagi dusur. gaydamiz axi bele idi faizler endikde infilasiya artar

    • @BusinessTalksAz
      @BusinessTalksAz  4 года назад

      Salam Yaqub bəy, halhazırki dövrdə virusla bağlı tələb aşağı düşdüyünə görə qiymətlər aşağı düşür(deflyasiya baş verir). Kanalımızda bu barədə geniş bir videomuz da var. Linki yerləşdirirəm burda:m.ruclips.net/video/tp1vvI2Crds/видео.html. Təşəkkürlər

    • @yaqub86
      @yaqub86 4 года назад

      Cavabiniz üçün təşəkkür edirəm. Yox mən pandemiya dan onceki dovru nezerde tuturam. Texmini 2019 un iyul ayindan 2019 dekabirina geder turkiye merkez banki faizleri təxmini 23 den 12 ye geder dusurdu bununla yanasi infilyasiya seviyyesi de 16 dan 9 lara geder enmisdi (texmini statistikadi) ozunuz degig istesez burdan baxa bilersiz tradingeconomics.com/turkey/core-inflation-rate
      Pandemiyadan onceki dovre tesaduf edir

    • @BusinessTalksAz
      @BusinessTalksAz  4 года назад +1

      @@yaqub86 belə deyim, heç də hər zaman faiz dərəcələrinin aşağı düşməsi inflyasiya gətirəcək deyə bir şey yoxdur. Eyni zamanda başqa təsir faktorları da ola bilər. Məsələn, ola bilər ki, faiz dərəcəsi aşağı düşüb amma nəzərə çarpacaq inflyasiya yaradacaq qədər insanlar kredit götürməyib. Yəni, bazarda kəskin pul kütləsinin artışı olmayıb. Təşəkkürlər

  • @imranhasimov5227
    @imranhasimov5227 2 года назад

    Maaş artmır axı.,niyə qop edirsən. Maaşın artmaması hesabına inflasiyanın qarşısını alır. Evvellər her peşənin dərəcə qiyməti vardı,niyə yıgışdırıblar. Çünki minimum maaşa qörə 1 dereceli peşə işçiləri alir. Her artımda avtomatik ardicıllıqla artmalıdır. Ona qörədə derəcəni yigişdırıblar.

  • @arazmammadov9276
    @arazmammadov9276 2 года назад

    Musiqiden yaxsi basa dusmek olmur. Bele videolara ne ucun yuksek sesle musiqi qoyurlar basa dusmurem

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 года назад

      Rəyiniz üçün təşəkkürlər. Növbəti videolarda nəzərə alaraq. Uğurlar!