Şirkətin xarici mühitinin analizi || PESTEL Analizi

Поделиться
HTML-код
  • Опубликовано: 10 апр 2021
  • PESTEL analizi hər hansısa biznes mühiti haqqında makro səviyyədə məlumatlar əldə etməyimizə kömək olur. Bəs xarici mühit haqqında makro səviyyədə məlumat dedikdə nələr nəzərdə tutulur? Ümumiyyətlə, biznes analizlərində əsas xarici və şirkət daxili mühit ön planda tutulur. Daxili mühit dedikdə şirkətin strukturu, işçiləri, idarəetməsi, sahibləri və s. kimi faktorlar nəzərdə tutulur. Digər tərəfdən isə xarici mühit iki əsas hissəyə bölünür. Birincisi ingiliscədə `task environment` adlandırılan iş mühitidir. Bu mühitə xammal tədarükçüləriniz, rəqibləriniz, alıcılarınız və s. daxildir. İş mühiti kateqoriyasında yerləşən faktorlar şirkətlə birbaşa əlaqədə olub ona birbaşa təsir edir. Xarici mühitin qalan hissəsi isə şirkətlə birbaşa əlaqədə olmayan, dolayı təsir edən makro faktorlardır. Elə PESTEL analizi də öz adını bu makro faktorlardan alıb. Bu faktorlara Siaysi (Political), İqtisadi (Economic), Sosial (Social), Texnlogloji (Technological), Ətraf-mühit (Environment), Qanuni (Legal) faktorlar aiddir.
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVCV​​​​
    Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks​​​​
    SWOT Analiz haqda video : • Pandemiya dövrünə (böh...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Elvin Zeynalov
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Ülkər Axundova
    Layihə Meneceri : Kamran Tağıyev

Комментарии • 11

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 года назад

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @aytacgurbanzade7466
    @aytacgurbanzade7466 3 года назад +4

    Hər zamanki kimi👍👏

  • @lemanatayeva4925
    @lemanatayeva4925 Год назад

    😍😍😍👍👍əməyinizə sağlıq

  • @elsevrqdirov1021
    @elsevrqdirov1021 3 года назад +4

    Salam, xahiş edirəm növbəti video biznes idarəçiliyi haqqında olsun ən çox axtarılan mövzudur. Hissə Hissə tam bu haqqda video atsanız çox yararlı olar öncədən təşəkkür edirəm.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 года назад +2

      Salam, kanalımızda biznes idarəçiliyinə aid artıq bir neçə video var və növbəti həftələrdə də olacaq. Təşəkkürlər.

    • @elsevrqdirov1021
      @elsevrqdirov1021 3 года назад +1

      @@BusinessTalksAz Bəli hamısını izləmişəm. Bolümdən ard-arda olsa gözəl olardı və bir sualımda var Sizə sizin kimi iqtisadiyyatda güclü yəni biznesdə güclü olmaz üçün hansı bilikləri öyrənməliyəm ? Ugur hekayələri falan belə birşey istəmirəm sırf real biznes elmini bilmək üçün nələri tövsiyyə edirsiniz ?

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 года назад +1

      @@elsevrqdirov1021 bu mövzularda kitablar və videoları izləyərək biliklərinizi artıra bilərsiniz. Həmçinin iş təcrübəsi qazanmaq. Təşəkkürlər

    • @elsevrqdirov1021
      @elsevrqdirov1021 3 года назад +1

      @@BusinessTalksAz Hansi kitablari tovsiyye edirsiniz ?

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 года назад +2

      @@elsevrqdirov1021 Biznes nə istəyir( Anar Bayramov), Real dünyada satış üzrə MBA kursu. Bu kitablardan başlaya bilərsiniz. Təbii ki, kitablar çoxdur. Lakin, ən ideal yol ingilis dilini bilərək internetdən saysız-hesabsız ödənişsiz mənbələrdən yararlanmaqdır. Uğurlar!