BEYNƏLXALQ KONFRANS - MOSKVA GEOLOJİ KƏŞFİYYAT UNİVERSİTETİ

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2023
  • MOSKVADA AZƏRBAYCANLI VƏ RUSİYALI ALİM VƏ MÜTƏXƏSSİSLƏRİNİN TÖHFƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB
    Noyabrın 15-də Moskvada Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində “Neft-qaz sənayesinin formalaşması və inkişafı - azərbaycanlı və rusiyalı alim və mütəxəssislərinin töhfəsi” adlı beynəlxalq elmi konfrans Rusiya Elmlər Akademiyasının neft, qaz və kömür yataqlarının geologiyası və işlənməsi problemləri üzrə Elmi Şurasının himayəsi, S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Azərbaycan Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və Moskva Azərbaycanlıları milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə baş tutub.
    Beynəlxalq elmi konfransı giriş sözü və məruzəsi ilə açan İnstitutun kafedra müdiri, professor Vaqif Kərimov təşkil olunan tədbirin yüksək səviyyəsindən və olduqca mühüm əhəmiyyətindən bəhs edib, müzakirəyə qoyulmuş məsələlərin tarixi aspektlərinin müasirliyə və gələcəyə yönələn aktuallığını xüsusi vurğulayıb.
    Konfransda Moskva, Ufa, Tümen və Rusiyanın dogər müxtəlif regionlarından, eləcə də Azərbaycan Respublikasından olan elm adamlarının SSRİ və Rusiyanın yanacaq-energetika kompleksinin inkişafına azərbaycanlı alim və mütəxəssislərin töhfəsi, Azərbaycanda və Rusiyada təhsil, səhiyyə, din və abadlıq sahələrində xeyriyyə layihələri həyata keçirmiş azərbaycanlı neft sənayeçiləri və xeyriyyəçiləri haqqında məruzələri dinlənilib.
    Universitetin rektoru Yuri Panov azərbaycanlı mütəxəssislərin SSRİ neft sənayesinin fromalaşmasına və inkişafına verdiyi töhvələri qiymətləndirməyin çətin olduğunu söyləyib: “Çünki doğrudan da onların gördüyü işlər çox nəhəng olub. Biz, o dövrdə hamımız vahid ölkədə yaşamışıq. Ona görə də, həm azərbaycanlı, həm də rusiyalı mütəxəssislərin bu sahənin formalaşmasına və inkişafına verdiyi töhvələri bir-birindən ayırmaq çox çətindir. Sözsüz ki, həmin mütəxəssislər SSRİ ərazisində böyük geoloji kəşfiyyat dövründə ilk neft yataqlarını kəşf edənlərdir. Bu gün biz ayrı-ayrı ölkələrdə yaşamağımıza baxmayaraq mütəxəsislər arasında əlaqələr kəsilməyib. Bu gün konfransın iştirakçılarının siyahısına nəzər yetirdikdə də bunu görmək olar. Çoş şadam ki, bizim universitet mövcud olduğu 105 il ərzində hər zaman çoxmillətli olub və müxtəlif ölkələrdən olan tədqiqatçılar və alimlər üçün geoloji haba çevrilib. Bugünkü konfrans bunu bir daha təsdiqləyir. Ümid edirəm ki, bugünki görüş ölkələrimizin neft və qaz sənayesi üzrə mütəxəssisləri arasında birgə tədqiqatların və təhsil layihələrinin əsasınını qoyacaq”, - deyə Yuri Panov vurğulayıb.
    Konfransın əsas təşkilatçısı Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov beynəlxalq elmi konfransın mövzusunun önəmindən danışıb. Bildirib ki, diaspor təşkilatı olaraq Azərbaycanın milli mədəni irsinin qorunması və müxtəlif sahələrdə tanınmış azərbaycanlılar haqqında məlumatların Rusiya auditoriyasına çatdırılması istiqamətində müxtəlif layihələr həyaya keçirir. Onun sözlərinə görə, bugünkü elmi konfrans da məhz bu istiqamətdə atılmış addımdır: “Rusiyanın neft və qaz sənayesi üzrə gənc mütəxəssisləri Fərman Salmanov, Sabit Orucov və digər azərbaycanlı geoloq və elm adamlarının bu sahənin formalaşmasına və inkişafına verdiyi töhvələri bilməlidirlər, onlar barəsində ətraflı məlumatlara malik olmalıdırlar”, - deyə Bəxtiyar Həsənov vurğulayıb.
    Konfransda çıxış edən Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun direktoru Ernest Zakirov neft-qaz sənayesinin inkişafına təsir edən nəhəng azərbaycanlı alimlərin adlarını çəkməyin vacib olduğunu söyləyib: “SSRİ “Qosplanı”nın sonuncu sədri, bakılı Nikolay Baybakov 50 il müxtəlif səviyyələrdə neft-qaz sənayesinə rəhbərlik edib. Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri olub. Bu görkəmli şəxsiyyət çox böyük və möhtəşəm təşkilatçı olub. Məhz onun nazir olduğu dövrdə çox böyük həcmdə qaz istehsalına nail olunub. Əlbəttə ki, bu siyahıda İsmayıl İbrahimov, Midhət Abbasov və akademik Azad Mirzəcanzadənin adlarını çəkməmək mümkün deyil. Azad Mirzəcanzadə super məhsuldar məktəb yaratmışdı. Bu gün bu məktəbin nə qədər tələbəsi olduğunu demək çətindir. Amma bu bir faktdır ki, neft-qaz senayesi üzrə dünyada mövcud olan bütün təşkilatlarda onun çoxlu tələbələri çalışır. Və təbii ki, Fərman Salmanov, hansı ki, Rusiyanın əksər neft-qaz sənayesi üzrə mütəxəssislərinə böyük təsir göstərib. Vaxtilə onun qərbi Sibirdə kəşf etdiyi neft yataqlarından bir zamanlar “BP”, indi isə “Rosneft” nəhəng həcmdə neft hasil edir”, - deyə Ernest Zakirov əlavə edib.

Комментарии • 9

  • @user-is3yk3vb4o
    @user-is3yk3vb4o 6 месяцев назад +2

    Ма шаа Аллах Аллах горусун сизлари

  • @user-os7cy7iv2m
    @user-os7cy7iv2m 6 месяцев назад +1

    Яшасын Азербайджан халгымын дейарли инсанлары

  • @user-sn7wr3qk5i
    @user-sn7wr3qk5i 6 месяцев назад +1

    Bu konfransda bizdə iştirak edirdik. Neft bizim zəngin sərvətimizdir. Dəyərini bilməli və bildirməliyik. Əlaqədar təşkilatçılara təşəkkürlər!

  • @SidRhimli-dr5jv
    @SidRhimli-dr5jv 6 месяцев назад +1

    Var olun!

  • @user-vn3ls1dc1s
    @user-vn3ls1dc1s 6 месяцев назад +1

    Ugurlarınız dsvamlı olsun!

  • @user-ds4sw9op3k
    @user-ds4sw9op3k 6 месяцев назад +1

    Uğurlarınız daimi olsun

  • @user-os7cy7iv2m
    @user-os7cy7iv2m 6 месяцев назад +2

    Азербайчан диаспорынын кечирдийи мехташам тадбир диггата лаигди
    Халгымын угурлары гурурла сасланди
    Диаспорынын рахбарлийина миннатдарам
    Гурур дуйурам
    Хеч ким унудулмур
    Сиза угурлар арзулайырам

  • @mehyeddinqhrmanov567
    @mehyeddinqhrmanov567 6 месяцев назад +1

    Dünya rusun döşündən itələyir və qapıdan qovur,ancaq Azərbaycan qətiyyən ondan uzaqlaşmir,əksinə daha bərk yapışır.Yaddas o qədərmi zəifdir,biz onun etdiyi və bu gün də davam edən düşmənçiliyini unudaq?!!

  • @user-vn3ls1dc1s
    @user-vn3ls1dc1s 6 месяцев назад

    Ay Məhyəddin, burnuvun ucundan uzagı ğörə bilməyən şəxs. Rusiyalı azərbaycanlıların çörəyini yeyib,qabına türmə, sadəcə məddahlıqan uzaqlaş, milli dəyərlərüvü tanı😡