Dünyasını dəyişmiş bir adamın yaxşı sifətlərini vəsf edən və əsasən yas yerlərində oxunan şeir növüdür mərsiyyə. Mərsiyə - ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var. Eli bilirik bunu bilməniz kifayət edər və əlavə olaraqda aşağıdakı məqaləni oxumanız məsləhətdir. Mərsiyə janrında şer yazan şairlər. Gər kəmalın var isə; Qumru kimi mərsiyə yaz. S.Ə.Şirvani. İmadəddin Nəsimi (1369- 1417) - Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin banisi; Şah İsmayıl Xətayi (1487-1524) -Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi; Məhəmməd Füzuli (1494-1556) - orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Onun nəzm və nəsr ilə yazdığı "Hədiqətüs-süəda" əsəri ("Xoşbəxtlər bağçası") bütünlüklə Kərbəlada baş vermiş faciəni əks etdirir. Bu əsəri həm də ərəb ədəbiyyatında ilk roman hesab edirlər. Qasım Bəy Zakir (1784-1857) - şair, Azərbaycan satirik şeirinin banilərindən biri; Abbasqulu ağa Bakıxanov (1794-1847) - tarixçi, şair, maarifçi, Azərbaycan tarixşünaslığının banisi; Aşıq Alı (1801-1911) - XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri; Seyid Əbülqasim Nəbati (1812-1873) - XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi; Mir Möhsün Nəvvab (1833-1918) - Azərbaycan şairi, rəssam, xəttat, musiqişünas alim; Seyyid Əzim Şirvani (1835-1888) - XIX əsr Azərbaycan şairi və maarifpərvəri; Mirzə Ələkbər Sabir (1862-1911) - Azərbaycanın görkəmli satirik şairi; Firudin bəy Köçərli (1863-1920) - görkəmli ədəbiyyatşünas alim, maarifçi, yazıçı-publisist Mirzə Əli Möcüz (1873-1934) - Azərbaycan satirik poeziyasının tanınmış nümayəndəsi; Hüseyn Cavid (1882-1941) - Azərbaycan şairi, yazıçı və dramaturq; Məhəmməd Əmin Rəsulzadə (1884-1955) - Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri; Əliağa Vahid (1895-1965) - Azərbaycan şairi, qəzəlxan; Süleyman Rəhimov (1900-1983) - Azərbaycanın Xalq yazıçısı, nasir; Məhəmmədhüseyn Şəhriyar (1906-1988) - böyük Azərbaycan şairi; Hacı Mail (1935- 1999) - Azərbaycanın qəzəl ustadı Baba Pünhan (1948-2004) - Azərbaycanın haqq şairi, satirik. Bu siyahıya Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Süpehri, Mirzə Həsib Qüdsi, Əbülhəsən Raci və s. kimi mərsiyə şeirləri yazan şairləri də əlavə etmək olar. Amma Azərbaycan cəmiyyətində və ədəbiyyatında çox vaxt "İslam dinindən uzaq" yazıçı kimi xatırlanan M.F.Axundovun və C.Məmmədquluzadənin İmam Hüseyn (s) haqqında mülahizələrini ayrıca təqdim etmək olar amma bu qədər kifayət edər.
@@mehdiasadov7033 hər bir müsəlman Hüseyn (r.a.h) sevir. Siz şiələr kimi tapmırıq Hüseyn r.a.h sevməyin yeri və qərəli var. Biz yaradan Allah subhane təalaya şərik qoşursuz. Hüseyn r.a.h Hüseyn r.a.h etdiyiniz hərəkətləri görsəydi başınıza oyun açardı.
Lebeyk ya hüseyin
Mərsiyə deyende ne olur ki, görəsən
Huseyni seven insan dushunar onu
Dünyasını dəyişmiş bir adamın yaxşı sifətlərini vəsf edən və əsasən yas yerlərində oxunan şeir növüdür mərsiyyə.
Mərsiyə - ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur.
Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Eli bilirik bunu bilməniz kifayət edər və əlavə olaraqda aşağıdakı məqaləni oxumanız məsləhətdir.
Mərsiyə janrında şer yazan şairlər.
Gər kəmalın var isə; Qumru kimi mərsiyə yaz.
S.Ə.Şirvani.
İmadəddin Nəsimi (1369- 1417) - Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin banisi;
Şah İsmayıl Xətayi (1487-1524) -Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi;
Məhəmməd Füzuli (1494-1556) - orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Onun nəzm və nəsr ilə yazdığı "Hədiqətüs-süəda" əsəri ("Xoşbəxtlər bağçası") bütünlüklə Kərbəlada baş vermiş faciəni əks etdirir. Bu əsəri həm də ərəb ədəbiyyatında ilk roman hesab edirlər.
Qasım Bəy Zakir (1784-1857) - şair, Azərbaycan satirik şeirinin banilərindən biri;
Abbasqulu ağa Bakıxanov (1794-1847) - tarixçi, şair, maarifçi, Azərbaycan tarixşünaslığının banisi;
Aşıq Alı (1801-1911) - XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri;
Seyid Əbülqasim Nəbati (1812-1873) - XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi;
Mir Möhsün Nəvvab (1833-1918) - Azərbaycan şairi, rəssam, xəttat, musiqişünas alim;
Seyyid Əzim Şirvani (1835-1888) - XIX əsr Azərbaycan şairi və maarifpərvəri;
Mirzə Ələkbər Sabir (1862-1911) - Azərbaycanın görkəmli satirik şairi;
Firudin bəy Köçərli (1863-1920) - görkəmli ədəbiyyatşünas alim, maarifçi, yazıçı-publisist
Mirzə Əli Möcüz (1873-1934) - Azərbaycan satirik poeziyasının tanınmış nümayəndəsi;
Hüseyn Cavid (1882-1941) - Azərbaycan şairi, yazıçı və dramaturq;
Məhəmməd Əmin Rəsulzadə (1884-1955) - Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri;
Əliağa Vahid (1895-1965) - Azərbaycan şairi, qəzəlxan;
Süleyman Rəhimov (1900-1983) - Azərbaycanın Xalq yazıçısı, nasir;
Məhəmmədhüseyn Şəhriyar (1906-1988) - böyük Azərbaycan şairi;
Hacı Mail (1935- 1999) - Azərbaycanın qəzəl ustadı
Baba Pünhan (1948-2004) - Azərbaycanın haqq şairi, satirik.
Bu siyahıya Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Süpehri, Mirzə Həsib Qüdsi, Əbülhəsən Raci və s. kimi mərsiyə şeirləri yazan şairləri də əlavə etmək olar.
Amma Azərbaycan cəmiyyətində və ədəbiyyatında çox vaxt "İslam dinindən uzaq" yazıçı kimi xatırlanan M.F.Axundovun və C.Məmmədquluzadənin İmam Hüseyn (s) haqqında mülahizələrini ayrıca təqdim etmək olar amma bu qədər kifayət edər.
Çox saqolun Allah razi olsun🤲
@@mehdiasadov7033 hər bir müsəlman Hüseyn (r.a.h) sevir. Siz şiələr kimi tapmırıq Hüseyn r.a.h sevməyin yeri və qərəli var. Biz yaradan Allah subhane təalaya şərik qoşursuz. Hüseyn r.a.h
Hüseyn r.a.h etdiyiniz hərəkətləri görsəydi başınıza oyun açardı.
@@Frid-jr5di Cümləmizdən razı olsun inşəəllah