Azərbaycan musiqiləri ( 25 Azerbaycan musiqisi ).

Поделиться
HTML-код
  • Опубликовано: 4 июл 2020
  • Videoya ən yaxşı 25 Azərbaycan musiqi daxil edilib.Lakin videodakı sıralama bir bəstəkarın və yaxud bir musiqinin digərindən daha üstün olduğunu göstərmir.Bu sadəcə bir subyektiv sıralamadir.Video haqqında fikirlərinizi ve videoda bəhs etmədiyimiz bəstəkar yaxud musiqiləri şərhdə bildirməyi unutmayın.
  • ВидеоклипыВидеоклипы

Комментарии • 199

  • @Qiyas_Qiyasov
    @Qiyas_Qiyasov 2 года назад +112

    Hayıf ki, bizim millətin böyük kütləsi belə əsrarəngiz musiqi xəzinəsinə sahib olduğundan bixəbərdir‼️

    • @ismayilpanahov5471
      @ismayilpanahov5471 Год назад +11

      Bixəbər deyillər. Sadəcə belə musiqilər onlara çatmır anlaya bilmirlər. Ona görədə bəyənmirlər. Onlarınkı Üzeyir ,Damla, Şəbnəm, Türkan və s. ifalarında səslənənlərdir.

    • @fuadmdtov9122
      @fuadmdtov9122 Год назад +7

      Ancaq zovqlu ve anlama qabiliyyetli insanlar beyener

    • @behbudovaelvira4866
      @behbudovaelvira4866 Год назад +3

      Düzdür

    • @ugurburjal7287
      @ugurburjal7287 11 месяцев назад +5

      En yarali yerimiz millet cilizlashir teessuff

    • @SHUMER1189
      @SHUMER1189 Месяц назад +1

      Millət mənən və zahirən hətta cılızlaşdırılır səbəb bu

  • @ilqaragayev874
    @ilqaragayev874 4 дня назад +2

    Bir ümmət idilər, gəldi getdilər. ALLAH hamısına rəhmət eləsin.

  • @theemilnovruz8127
    @theemilnovruz8127 6 дней назад +3

    Bu Musiqiləri Ərsəyə gətirmək üçün böyük savad lazımdır heyf sənətkarlardan musiqiləri dinləyəndə necədə insana yüksək əhval bəxş edir

  • @tahirismayilov4326
    @tahirismayilov4326 2 года назад +37

    Bu musiqiləri diriltməyə ehtiyac yoxdur.onlar zatən diridir.onları dinləməyən xalq ölüdür.

  • @DamlaSu999
    @DamlaSu999 13 дней назад +1

    Çox gözəl. Müdhiş. Egəzkar musiqilər. Bizlərə çatdırdığınız üçün əllərinizə sağlıq.

  • @taranaquliyeva148
    @taranaquliyeva148 Месяц назад +9

    Mən fəxr edirəm ki,bu gözəl əsərlərin müəllifləri Azərbaycan xalqının dahi övladlarıdır❤ və bu musiqilər bizim xalqın sərvətidir.

  • @ismayllibrahim5609
    @ismayllibrahim5609 3 года назад +82

    Təbriklər!Belə musiqilərin trenddə olmaması nə qədər üzücüdürsə,sizin kimi insanların birtəhər bu musiqiləri diriltməyə çalışması sevindiricidir.

  • @adilsadiqov9598
    @adilsadiqov9598 9 дней назад +4

    Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən böyük İnci onun Möhtəşəm Musiqisidir

  • @turkelqedimli2450
    @turkelqedimli2450 2 года назад +10

    Azərbaycan musiqisinin şah əsəri Koroğlu uverturasıdı.O ilk başda olmalı idi

  • @e.l.y..
    @e.l.y.. 7 дней назад +1

    Harika eserler, olağanüstü ❤hepsinden Allah razı olsun.

  • @user-wj9fw8xs5w
    @user-wj9fw8xs5w Месяц назад +6

    Bu musiqilərlə bõyümüşük.Bu musiqilər bizim şüurumuza və qanımıza hopub.Əhsən bizim belə milli sərvətlərimizə.Əsil sənət əsərləridir.

  • @user-tu1hs9nw2u
    @user-tu1hs9nw2u 11 часов назад

    Беле кишилер олуб Азербайджанда❤

  • @faridababayi2599
    @faridababayi2599 2 года назад +11

    9:25 "Lepeler"- ifaçi Ramiz Quliyev olsa da, bestekari Andrey Babayevdir

    • @SamsungAs-ll3sx
      @SamsungAs-ll3sx 3 месяца назад

      Gərək ifaçılarda da qısqanclıq olmaya,müəllifin adını deməyə...

  • @natigmammadli7659
    @natigmammadli7659 6 дней назад +3

    Təsadüfən səhər çağı dinlədim bu əzəmətli musiqi çələngini. Qürur duydum, fəxr elədim, uşaqlığım, gəncliyim canlandı gözümün qabağında. Ana laylası kimi doğma melodiyalarımız!

  • @mariyamamedova1135
    @mariyamamedova1135 Год назад +5

    Belə musiqi əsərləri haqqında hər bir məktəblinin himn qədər məlumatı olsa nə gözəl olardı,həm əsərlər,həm bəstəkarlar haqqında...

  • @lacinakcay2847
    @lacinakcay2847 2 года назад +29

    Harika hemen hemen hepsi Azerbeycan filmlerinde seslendirilib gerçekten birbirinden muhteşem eserler 👏👏👏

  • @rahim.asgarzade
    @rahim.asgarzade 2 года назад +18

    Çox gözəl👏
    "Ləpələr" A. Babayev

  • @nigarxidirbeyli8955
    @nigarxidirbeyli8955 2 года назад +4

    Koroglu uverturasi bir basqa....nece bestekarlarimiz olub ..

  • @cahitalbayrak3123
    @cahitalbayrak3123 2 года назад +9

    Burdaki eserlerin hamisi simli simfonikde veya boyuk simfonik orkesterda ifa olunmuyub. Ve Uzeir Hacibeyovun uvertyureasini bu siyahiya qoymaq hec duzgun deyil. Dunya klassikasinin incileri siyahisinda Uzerir hacibeyovun eserlerinin olmamamasi bizim gunahimizdi.

  • @sadiqquliyev8390
    @sadiqquliyev8390 9 часов назад

    Səsləndirilən 25 musiqi dahi sənətkarlarımızın bəstələdiyi və bu gün də sevilə-sevilə dinlənilən çox saylı nəğmələrin bir qismidir. Azərbaycan musiqisi böyük bir xəzinədir. Bu musiqi sənətini sevək və yaşadaq.

  • @user-tk3yw9lr3s
    @user-tk3yw9lr3s 2 года назад +28

    bu eserlerin her birini oturub saatlarca yorulmadan dinlemek olar

  • @xayalmammadov4962
    @xayalmammadov4962 2 года назад +13

    Bütün dünya bizim musiqimizin sehrinə düşəndə biz is gedim hindu,ispan və s.musiqiləri zorla özümüzə sırıyıyırıq.Nə gözəl musiqilərimiz var maşallah.Onlar oldu bitdi,daha olmayacaq onlardan.

  • @elchinheyderli2429
    @elchinheyderli2429 2 года назад +47

    Belə sənətkarları xatırladaq bizi keçmişə bir daha baxmağa, düşünməyə çağırdığınıza görə Sizə dərin minnətdarlıq bildirirəm

    • @svetlanamammadova
      @svetlanamammadova 2 года назад +3

      Какие замечательные и талантливые музыканты и все разные представлены для воспоминания; со многими я живу в одном времени и даже знакома

  • @azerbaycan1501
    @azerbaycan1501 2 года назад +12

    Bizim millət hər şeyə qadirdir!!!

  • @vahidsirinov1842
    @vahidsirinov1842 2 года назад +15

    Adamın ruhu dincəlir.

  • @zumrudbetul5115
    @zumrudbetul5115 2 года назад +20

    Her biri möhteşem. Gözümü açandan anam "Karvan " simfonik lövhesini dinleyer ve ezber zümžüme edərdi. Biz "Karvan" la böyüdük.Allah bütün dahilerimize rehmet elesin.Bu eserlerin her biri ilahi möcüze.

  • @ilkinelcin1893
    @ilkinelcin1893 2 года назад +3

    Əslində bu reytinq sıralama deyil. Bu əsərlərin hər biri reytinqə görə 1-ci yerdədir. Əməyinizə görə təşəkkür edirəm

  • @kamilnuri5104
    @kamilnuri5104 2 года назад +7

    Bu musiqilər xalqımızın mıllı mədəniyyətimizin milli ruhumuzun təcəssümudür ,qayəsidir .

  • @semayeabbasova7387
    @semayeabbasova7387 7 дней назад +2

    AZƏRBAYCANIN ƏNZƏNGİN SƏRVƏTİ ONUN XALQIDIR
    YARATDIQLARI BUNA SÜBUTDUR.DİNIƏMƏKDƏN DOYMAQ OLMUR
    ALLAH BU MUSİQİLƏRİ YARADANLARA RƏHMƏT ELƏSİN.
    TƏŞƏKKÜRLƏR ƏMƏYİNİZƏ,VAR OLUN🇦🇿🇦🇿

  • @mubarizabbasov8200
    @mubarizabbasov8200 2 года назад +18

    Mənə elə gəlir ki Azərbaycan musiqisini sıralamaq düzgün deyil.Hərənin öz zövqü var.Və ən əsası da musiqimizin hamısı gözəldir!!!!

  • @akdoganm.q.6195
    @akdoganm.q.6195 2 года назад +5

    Çox təşəkkürler hazırlayanlara.Bu Azərbaycan musiqisi inciləridir.Dənizdən bir damladır.Yeni sıralamanı gözləmək ümidiyle ❤️

    • @akdoganm.q.6195
      @akdoganm.q.6195 2 года назад

      Romanslarımızı da əlavə edin.Onlar çox qiymətlidirlər.

  • @behramqarayev5444
    @behramqarayev5444 2 года назад +9

    çooox gözell video

  • @yusifaliyev7651
    @yusifaliyev7651 2 года назад +9

    Sağ olun.Rəhmətlik atam,anam,uşaqlığımLənkərandoğma həyətimiz yadıma düşdü.

  • @ayseleliyeva3416
    @ayseleliyeva3416 3 месяца назад +4

    HƏR əsərdə ayrı hisslər var😍Bu nə gözəllikdi axıı

  • @SonyBravia-sk9kj
    @SonyBravia-sk9kj 9 дней назад +1

    Əla ,çox sağolun.

  • @taranamecidova2036
    @taranamecidova2036 2 года назад +9

    Karvan musiqisi ilə Piri babanın nagılları var idi radioda.Hamısı mo_tə-şəəəəəm.Aylı gecələr.Allahım Leyli və məcnunun agladır.nə deyim.Hamısını əzbərdən bilirəm.Şah İsmayıl sizə Emin Vals👍👍👍👍👍👍👍👍👍🙏❤️

  • @ilhamabayramova3217
    @ilhamabayramova3217 2 года назад +38

    Secimler möhteşem, yalnìz sıralama cox yanlışdi. Bir de bunlarin coxusu simfonik eserler deyil. Ramiz Quliyev ise bestekar deyil, tarzəndi. Yene de bele bir paylaşım ücün teşekkùrler

    • @kamranmyunis
      @kamranmyunis 2 года назад +5

      Haqlısız...

    • @nigar3252
      @nigar3252 2 года назад

      ​@@kamranmyunis Salam Kamran bəy,mənim çox böyük arzumdu ki bir şeirimi siz səsləndirəsiniz.Güman edirəm ki,oxusanız bəyənəcəksiniz.Bilmirəm sizlə necə əlaqə saxlayım

    • @aytenbagirova1990
      @aytenbagirova1990 Год назад

      Elbetde xususile ayli gece ve hesretinden ❤️ en sevdiyim mahnilardir.

  • @lilibarbi547
    @lilibarbi547 2 года назад +19

    Əla super.Sənətkarlarımızı Allah rəhmət etsin.

  • @elhayelhay4782
    @elhayelhay4782 2 года назад +5

    Super. Qulaga ozu axib gedir .Ruhu oxsayir .

  • @limmmdov6474
    @limmmdov6474 2 года назад +19

    Minnetdaram ancaq burda Ləpələri qeyd etmisiz ancaq onun bestekari Andrey Babayevdir

  • @skyisthelimit4554
    @skyisthelimit4554 2 года назад +4

    Kaş ki bu musiqilərin tam versiyasından ibarət playlist düzəldərdi kimsə....

  • @aferaxundova8389
    @aferaxundova8389 2 года назад +8

    Biz de size teşekkūrler edirik.👍🏻🙏

  • @akelaakela9741
    @akelaakela9741 Год назад +4

    Ne gözel eserlerimiz var,Allah size rehmet elesin dahi bestekarlar

  • @aydinmurtuzayev8999
    @aydinmurtuzayev8999 11 месяцев назад +5

    Ay can , CAHANGIR CAHANGIROV, AYLI GECELER ...

  • @vuqarbastanov7918
    @vuqarbastanov7918 2 года назад +16

    Emin Sabitoğlu da möhtəşəmdi.

  • @hesenqasimov5958
    @hesenqasimov5958 2 года назад +19

    BİZİM dünya səviyyəli bəstəkarlarımız olub təbliğ edənlər lazımdır.Burada simfonik musiqi azdır.Qara Qarayevin "ildrımlı yollara"Arif Məlikovun "məhəbbət əfsannəsi",Fikrət Əmirovun "Sevil"operası və "minbir gecə"baletindən musiqi verilsəydi daha yaxşı olardı.

  • @budaqovroyal9633
    @budaqovroyal9633 2 года назад +13

    Təşəkkürlər əməyinizə! Allah rəhmət etsin Şəfiqə Axundovaya

  • @ceyhunceferlii5735
    @ceyhunceferlii5735 2 года назад +30

    Betün musiqilər əladır. Bütün sevdiyim bəstəkarlar. Allah hamısına rəhmət eləsin. Amin.

  • @vuqarbastanov7918
    @vuqarbastanov7918 2 года назад +23

    Sağ olun.
    Yaddaşımızı format etdiniz.
    Super.

  • @semsiyyeeskerova4346
    @semsiyyeeskerova4346 Год назад +10

    Eşq olsun Azərbaycan mədəniyyətinə və musiqisinə!

  • @turalabbaszade4929
    @turalabbaszade4929 2 года назад +5

    Bir dinleyici. Super. Yazib. Motesemdi. Yaz ezizim.hormetle. Antoloq.

  • @Ahusna.
    @Ahusna. Год назад +4

    Hamısı mükəmməl🤩🥰
    Azərbaycan musiqisi ən az 100 il geriyə qayıtsa 100 ildən çox irəli gedər❤💎

  • @senubermustafayeva1457
    @senubermustafayeva1457 Год назад +4

    musiqi insanın içinə sərin su kimi yayılır. o xırdalıqlar,ahəngdarlıq gözəl sənətkarlarımızın ruhundan süzülüb keçib. necə zəngin musiqimiz var.

  • @rzanovruzlu3554
    @rzanovruzlu3554 2 года назад +16

    Olduqca mükemmel eserlerdi. Azerbacan musiqi eserlerinin en gözellerini besteleyen dahi bestekarların en yaddaşlardan silinmeyen qiymetsiz eserleridir.

  • @sevincnagiyeva384
    @sevincnagiyeva384 2 года назад +11

    SEHVLER OLSADA VIDEODA ESERLER MOHTEWEMDI VE BIR DAHA GERI QAYITMAYAN MUSIQI DAHILERI ALLAH HAMISINA REHMET ELESI

  • @shahnazazimzade5974
    @shahnazazimzade5974 2 года назад +10

    Hər bir musiqi ayrılıqda bir həyat hekayəsidi həyatım uşaqlığımdan,gəncliyimə və yaşa dolduğum günlərədək vərəqləndi necə əvəzolunmaz çağlar yaşamışıq .Bu möhtəşəm musiqi xəzinəsini sıralamaq məncə düzgün deyil və ayrılıqda geniş formatda səsləndirməniz daha təqdirəlayiq olardı (bəlkə də var) hər bir halda sizə dərin təşəkkürümü bildirirəm , böyük uğurlar!!!💐💐💐

  • @semayeabbasova7387
    @semayeabbasova7387 Год назад +3

    Bu əsərləri yaşadanları allah uzun illər yaşatsın.👍👍👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @jaleelizade4355
    @jaleelizade4355 Год назад +1

    Çox əla

  • @salimov-8398
    @salimov-8398 2 года назад +44

    Yaşasın Azərbaycan xalqı !

    • @letifeibrahimova8992
      @letifeibrahimova8992 2 года назад +1

      AMIN 🙏 qeyretli xalqim .ALLAH bu xalqi qorusun.Butun turk xalq larini qorusun. Dunya durduqca dursunlar🙏

  • @Fadarabmii
    @Fadarabmii 4 дня назад

    Çox gözəl səs toplusudur bunlar

  • @eldar2036
    @eldar2036 2 года назад +8

    Отлично 👍!

  • @nurannuran6804
    @nurannuran6804 2 года назад +15

    Ən möhteşemləri E.Sabitoğlu ve T.Quliyevin valsları

  • @eldar2036
    @eldar2036 8 дней назад

    Dahi Üzeyir Hacıbəyov Şərqin Motsartıdır ❤ !

  • @SamsungGalaxy-wx8hl
    @SamsungGalaxy-wx8hl 2 года назад +2

    COX COX SAQ OIUN.Bele musiqiler ucun.Jeniden uşaqliqima qajotdim.

  • @sevincahmedova9761
    @sevincahmedova9761 Год назад +1

    Mükəmməl

  • @ramilkhalilli4948
    @ramilkhalilli4948 2 года назад +4

    Möhtəşəm video üçün təşəkkür edirəm.

  • @yay6735
    @yay6735 5 дней назад

    "Aylı gecələr" ləzzət elədi mənə!👍

  • @qetibemansurova7571
    @qetibemansurova7571 2 года назад +3

    Çox sağolun. Möhtəşəm!

  • @samiresafarova9608
    @samiresafarova9608 2 года назад +4

    Siralama yalniş.Eserler coxu mahnidir.Ramiz Quliyevin burda yer aimasi?? ....sizce Bu carx Xeyyam Mirzezade ile baslamali idi ,yoxsa UZEYIR BEYLE?? ama eziyet cekilib toplanilib.tesekkur edirik.

  • @refailsultanov8829
    @refailsultanov8829 Год назад +2

    Bir birindən möhtəşəm əsərlər. Var olsun dahi bəstəkarlarımız

  • @ayazagamoglanov3624
    @ayazagamoglanov3624 2 года назад +2

    Çox möhtəşəmmm.

  • @dunyaa1_
    @dunyaa1_ 2 года назад +15

    Çox möhtəşəm. Eşq olsun istedadlı xalqim.

  • @gunduzqarayev59
    @gunduzqarayev59 Год назад +2

    Bəstələrə əladı.. Allah Hamisina rehmet elesin.

  • @aygunyusubova4417
    @aygunyusubova4417 Год назад +4

    Əla.Məncə 3. Tofiq Quliyev Vals olmalıdır, və Koroğlu da önlərdə olsa yaxşı olardı. Əməyinize sağlıq 🌟

  • @yusifmemmedli8288
    @yusifmemmedli8288 3 года назад +10

    Çox gözəl

  • @UlviAFQANLI
    @UlviAFQANLI Год назад +6

    Благодарю автора за подбор таких великолепных мелодий. Большое спасибо!

  • @behbudmugenni27
    @behbudmugenni27 3 месяца назад

    Çox sağ olun bu musiqiləri təbliğ edib yaşadırsiz

  • @afetteymurova5742
    @afetteymurova5742 5 дней назад

    Çox gözeldu. Kaş ki indiki nəsil bu musiqiləri dinləyib də bir şeylər əxz eləsəydilər? .............
    ..

  • @user-kb1fy1wi2u
    @user-kb1fy1wi2u 8 месяцев назад +2

    Musiqi xəzinəmiz çox zəngindir,ruhu oxşayır.nə yaxşı ki belə korifeylərimiz olub həqiqətən qürurvericidir,təəssüf ki ,belə əsərləri indiki gənclər layiqincə dəyərləndirmirlər.Hər bir əsərin özünəməxsus gözəlliyi var.Yaşasın qüqrətli Azərbaycanımız!

  • @farruxn6257
    @farruxn6257 2 года назад +6

    Arazbarı həqiqətən Azerbaycan musiqisinin şah əsəridir!!! Təşəkkürlər

  • @KhayalNajafAZE
    @KhayalNajafAZE 3 года назад +15

    Təşəkkürlər paylaşımınız üçün!

  • @user-qx6kf9dy3z
    @user-qx6kf9dy3z 2 года назад +7

    АЛЛАХ РАХМАТ ЕТСИН ЙЕРЛАРИ ДЖАННАТ ОЛСУН ИНШАЛЛАХ АМИН ⭐🌙🇦🇿🇹🇷❤️❤️❤️

  • @svetlanamammadova
    @svetlanamammadova 2 года назад +6

    Азербайджан музыкальный народ даже мирового уровня продолжайте работу; не всех отметили

  • @user-qy6lv2bt5w
    @user-qy6lv2bt5w 8 месяцев назад +2

    Super, zəhmətiniz alqışa layiqdir. Bu siyahıya əlavələr də etmək olar. 1. F Əmirov - Min bir gecə baleti, 2 . Arif Məlikov - iki qəlbin dastanı, 3 .Elza İbrahimova - Bilməzdim, 4 . Fikrət Əmirov - Azərbaycan kapriççiosu, 5 . Q. Qarayev - İldırımlı yollarla, 6. Ü.Hacıbəyov - Çırpınırdı qara dəniz

  • @suleymanaliyev571
    @suleymanaliyev571 8 дней назад

    Hamsı superdi❤

  • @Seva422
    @Seva422 2 года назад +4

    TƏŞƏKKÜRLƏR 🌷TƏŞƏKKÜRLƏR🌷 TƏŞƏKKÜRLƏR.🌷 COOX SAĞ OLUN👐🏼👍🏽👍🏻👍🏽👐🏼👍🏽👍🏻. MÜSİQİ RUHUM DİRİLDİ💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💐

  • @lilipareliyeva3188
    @lilipareliyeva3188 2 года назад +6

    Cox tewekkur edirem.Bele bir tewebbus meni cox sevindirdi.Secimler de, mualliflerin ve eserlerin de adlarinin gosterilmesi de cox dogrudur.Allah her birine rehmet elesin.Eldar Mansurova ve Ramiz Quliyeve de saglam , uzun omur versin. Sizin kimi inssnlarin sayesinde muasir genclerin,cavanlarin da bele musiqileri, bele gozel senet eserlerini dinleyerek musiqi zovqlerinin formalawmasina umid edirem.

  • @mahbubajafarova4304
    @mahbubajafarova4304 3 месяца назад

    Möhtəşəm!

  • @qurbanoruclu6117
    @qurbanoruclu6117 2 года назад +4

    Dunya klassiklerine qulaq asmaga ehtiyac yoxdu ele zengin xezinemiz varki

  • @adilli7032
    @adilli7032 10 дней назад

    6:01 Şəhidlərimiz biz hər dəfə musiqi ilə yada salan bir bəstə

  • @yeganaqadirova1373
    @yeganaqadirova1373 2 года назад +1

    Möhteşem.

  • @elvinismayilov1796
    @elvinismayilov1796 2 года назад +2

    Karvan superdi

  • @teyfurbabayev2324
    @teyfurbabayev2324 2 года назад +1

    Çox Əla!

  • @mlkxanim7340
    @mlkxanim7340 Год назад +1

    Necə gözəıdi hər biri keçmişə uşaqlıq illərimə qayıtdım 😒TƏŞƏKKURLƏR SİZƏ ! 🙏👌

  • @beylerquliyev151
    @beylerquliyev151 Год назад +1

    Cox sağ olun

  • @user-yw3cn5wy3p
    @user-yw3cn5wy3p Год назад +1

    Gözəl musiqilərimizi dünyaya tanıdaq...

  • @gulshanrzayeva5923
    @gulshanrzayeva5923 2 года назад +1

    ❤❤❤Mehteshem!!!!Bravoooo!!!❤❤❤

  • @gulleylazeynalova4928
    @gulleylazeynalova4928 2 года назад +4

    Heyf ki, S.Hacıbəyovun , Karvanı" son zamanlar səslənmir.T. Quliyev mahnı bəstəkarı kimi birincilərdəndir dünya miqyasında mənim fikrimcə.

  • @aytenbagirova1990
    @aytenbagirova1990 Год назад +1

    En gozeli ❤️🙆🏻‍♀️Cahangir Cahangirovundur " ayli geceler" ❤️kim ne deyir desin.😌 ve Sefige Axundova hesretinden . Her iki eseri Taleh Haciyev gozel ifa edir.❤️🎶behbeh
    Digerleri de gozeldir .T.Quliyev darixma , U.hacibeyov Koroglu operasi , H.xanmemmedovun 2ci konserti ve s.

  • @sevinchuseynova2336
    @sevinchuseynova2336 Год назад +1

    Ilahi bele gozel musiqiler yaratmaq olarmi...Indiki genclik neler itirir