100 kilometrə İKİ LİTR benzin yandıran avtomobil - İnanmayacaqsız

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • 100 kilometrə İKİ LİTR benzin yandıran avtomobil - İnanmayacaqsız
    İstər şəhərin küçələrində, istərsə də filmlərdə, bir-birinə bənzəyən avtomobilləri görməyə adət etmişik. Bəzən bizdə elə təəssürat yaranır ki, bu avtomobillər bir-birindən heç nəylə fərqlənmir. Onu da bilirik ki, hər avtomobil şirkəti öz məhsulunun xüsusiliyi ilə seçilir. Sadəcə, biz, bu xüssusilikləri görməyə çox da maraqlı deyilik. Amma, avtomobil sənayesi tarixində elə nümunələr var ki, avtomobil həvəskarları onları unuda bilmir. Bu gün qəribə avtomobillər silsiləsindən 5 nümunə ilə tanış olacağıq...
    1. BMW İsetta. II Dünya Müharibəsi dünya iqtisadiyyatına vurduğu zərərlə qalmadı, insanların düşüncə sistemində “qənaət” anlayışına da təsir göstərdi. Və bu qənaətcil yanaşma avtomobil sənayesində də özünü büruzə verdi. Kiçik avtomobillər seriyasından olan BMW İsetta dövrünün populyar minik maşınlarındandı. Maya dəyəri ucuz olduğundan avtomobilin satış qiyməti də aşağı idi. İsetta`nın cəmi bir qapısı vardı, o da ön tərəfə açılırdı. Sükanı qapıyla birgə hərəkət edən minik maşını 2 sərnişin üçün nəzərdə tutulmuşdu. Avtomobilin mühərriki 9,5 at gücünə malik idi. Maksimum sürəti 85 km/saat olan BMW İsetta avtomobil həvəskarları üçün əfsanə sayıla bilər...
    2. Mohs Opera Sedan. Bu qeyri-adi avtomobil 1967-ci ildə Bryus Mohs tərəfindən istehsal olunub. Əsas özəlliyi qapısız olmasıydı. Sözün əsl mənasında, sürücü bu avtomobilə baqajdan girirdi. Bryus Mohs dövri mətbuata verdiyi açıqlamada deyirdi ki, bu konstruksiyanın məqsədi avtomobilin yan tərəflərinin gücləndirilməsidir. Səbəb isə odur ki, qəza zamanı sərnişinlər daha az zərər çəksin. Bu sedanın təkərləri hava ilə deyil, azot ilə doldurulmuşdu. Qalın təkərlər 100 min km məsafəni rahatlıqla gedə bilirdi. Bizness-klass üçün nəzərdə tutulan avtomobilin təchizat panelində qızıl suyuna çəkilən, yaxud, qızıldan hazırlanan, üstünə brilyantlar düzülən cihazlar vardı. Mühərrikin gücü isə 192 at gücünə bərabər idi.
    3. Messerschmitt KR175. II Dünya Müharibəsindən sonra uzun müddət Almaniyaya təyyarə istehsal etmək qadağan olunur. Müharibəyə qədər təyyarə istehsalçısı olan Messerschmitt bundan çıxış yolu tapmaq qərarına gəlir. Beləcə, firma 1953-cü ildə ilk avtomobillərini istehsal edir. Qeyri-adiliyi ilə diqqət çəkən avtomobili almanlar özləri “kabinli motorsiklet” adlandırırlar. Ümumi çəkisi 220 kq olan minik vasitəsinin mühərriki 9 at gücündə, maksimum sürəti 80 km/saat idi. Ən maraqlısı odur ki, avtomobilin sükanı velosiped sükanı idi. Bütün idarəetmə paneli motorsikletlə eyni olan Messerschmitt KR175`də avtomobilə uyğun yeganə idarəetmə funksiyası əyləc pedalı idi...
    4. Peel P50. Bu üçtəkərli avtomobil yalnız bir nəfər üçün nəzərdə tutulmuşdu. Sol tərəfində bir qapısı, mərkəzdə bir ön işığı vardı. Peel P50 indiyədək “kütləvi istehsal olunan ən kiçik avtomobil” rekordunu özündə saxlayır. Minik maşının arxasındakı bu tutacaq onu rahatca istədiyiniz yerə daşımaq imkanı verirdi. 59 kq çəkiyə malik avtomobil 4,2 at güclü motorsiklet mühərriki ilə təmin olunub. Maksimum sürəti 60 km/saat deyilsə də, bu, dəqiq rəqəm deyildi. Çünki, sürət avtomobildə oturan şəxsin çəkisindən asılı idi. Məlumat üçün qeyd edim ki, avtomobil 100 km-ə 2,8 litr benzin yandırırdı.
    5. BMW Gina. Bu avtomobilin əsas özəlliklərindən biri ehtiyaca görə transformasiya edə bilməsidir. Baqajın tutumu artıb-azala bilir. Mühərriki işə salan kimi cihaz panelləri sizə doğru dönür. Sürət artdıqca avtomobilin quruluşu aerodinamikaya uyğun olaraq dəyişir. Bu özəllikləri avtomobilə space frame adlanan xüsusi texnologiya ilə hazırlanan kuzov qazandırır. İlk baxışda elə görünür ki, BMW Gina`nın işqıları yoxdur. Amma, mühərriki işə saldıqda, sözün əsl mənasında, avtomobil gözlərini açır. Kapotu da qeyri-adi quruluşa malikdir, böcək qanadları kimi yanlara açılır... Qapıları idman avtomobillərindəki kimi yuxarı açılsa da, xüsusi əyilmə BMW Gina`nın gözəlliyinə mistika qatır. Arxa işıqları kuzovun altındadır, avtomobil hərəkət etdikcə adama elə gəlir ki, yarışəffaf elastik materialdan sehirli işıqlar süzülür...

Комментарии • 59

  • @arifeliyev2024
    @arifeliyev2024 3 года назад +1

    Çox təşəkkür edirəm maraqlı video hazırladığınız üçün.

  • @maraqlmlumatlar2585
    @maraqlmlumatlar2585 4 года назад +2

    *Maarifləndirici videolarınız üçün sağ olun !*

  • @nurlanbayramov7637
    @nurlanbayramov7637 4 года назад

    Birdi ikdiki xoşladıqım hamı biri birinən üstün və qəşəngdi.

  • @nicat759
    @nicat759 2 года назад +1

    Salam zehmet olmasa deyerdiz bunlardan satışda var hardan tapmaq olar

    • @SəxavətBabayev
      @SəxavətBabayev 6 дней назад

      məndə bilsəysim bu hardan satılır bilsəm sənə deyəcəm❤

  • @zemamamedova1344
    @zemamamedova1344 4 года назад +3

    Burda var bu maşınlardan ya yox?

  • @seymurpoladov4774
    @seymurpoladov4774 4 года назад +2

    O uc tekerliden bidene ola maraglidie otrub tek suresen yagiwli havada gece

  • @sinanselimov3762
    @sinanselimov3762 3 года назад

    qiymeti tecili yazn

  • @aydtme
    @aydtme 4 года назад +2

    2:45 Messerçmit yox messerşmit oxunur almanca "sch" ş kimi oxunur "tsch" isə ç kimi oxunur

  • @elchinhuseynov8420
    @elchinhuseynov8420 4 года назад

    Salam qardaş zəhmət olmasa Dukascopy haqqında bizə məlumat verəsiz

  • @alinurullayev2011
    @alinurullayev2011 Год назад +1

    😂😂😂 bu nə maşındır?😂😂😂😂😂😂😂😂😂😂😂 Bu allah bilir neçənci ilin maşınıdır. Maskviçə oxşayıre.😂

  • @oyrdicikanal6202
    @oyrdicikanal6202 4 года назад +1

    Mən 3 təkərli maşını xoşladım

  • @mubarizabdulbagiyev9163
    @mubarizabdulbagiyev9163 3 года назад

    Nissan Qashqai BMW M4 07 Niva urban Camaro və Ford Mustang

  • @zeclash2797
    @zeclash2797 4 года назад +2

    ƏLA SƏSİN VAR DAVAM ASİZƏ HALALDI BELƏ VİDYOLAR TÜRK KANALDAN GÖTÜ BİZİM DİLDƏ ÇEVİR

  • @mehdi-fc3vl
    @mehdi-fc3vl Год назад +1

    Məndə isteyirem

  • @aftas07-rs2mr
    @aftas07-rs2mr Год назад

    Ela

  • @ramilxelefov1135
    @ramilxelefov1135 3 года назад +1

    Balaca avtomobil cox xodlayiram

  • @knanhacyev8583
    @knanhacyev8583 3 года назад

    👍

  • @nemtnagiyev4988
    @nemtnagiyev4988 3 года назад

    Mənim sevdiyim maşın niyvadır

  • @dublajone
    @dublajone 4 года назад +2

    Qesey❤

  • @valehsahverdiyev2248
    @valehsahverdiyev2248 3 года назад

    bu maşın çox xoşuma gəldi əgər qiymətini yaz

  • @alizade1653
    @alizade1653 4 года назад +1

    Maraqlı idi

  • @nazaismailova5732
    @nazaismailova5732 4 года назад +2

    Kaş menim de bele maşınım olaydı

    • @subhanzeynalov534
      @subhanzeynalov534 4 года назад +2

      Insallah olar xanim sebr edin sebir acidir meyvesi dadlidir

  • @AZEFOOTBALL828
    @AZEFOOTBALL828 4 года назад

    Maraqlidir

    • @vsemusic4021
      @vsemusic4021 4 года назад

      İsgenderli Murad. Abune oldum sende ol xais qalici olak

    • @AZEFOOTBALL828
      @AZEFOOTBALL828 4 года назад

      Çox sağolun

  • @maraqlmlumatlar2585
    @maraqlmlumatlar2585 4 года назад

    *Mən mersedesi xoşlayıram*

  • @senanarifzade
    @senanarifzade 3 года назад

    Menim masinim 100e 3.6 litr yandirir. Bununda 7 qati boyukluyundedi 😃

    • @umidabdullayev6096
      @umidabdullayev6096 3 года назад

      priusdu?

    • @senanarifzade
      @senanarifzade 3 года назад

      @@umidabdullayev6096 Mitsubishi Mirage

    • @umidabdullayev6096
      @umidabdullayev6096 3 года назад

      @@senanarifzade Doğurdan elədi? Yoxsa zarafat edirsiz? Necə maşındı razısız?

    • @senanarifzade
      @senanarifzade 3 года назад

      @@umidabdullayev6096 yox qardash cidden deyirem 3.6-4 lt yeyir... 7 ildide mendedi. Hec harasi da ne xarab olmur ne bir shey. Tekce minus oduki ehtiyyat hisseleri biraz bahadir.

    • @umidabdullayev6096
      @umidabdullayev6096 3 года назад

      @@senanarifzade hə başa düşdüm təşəkkürlər.

  • @ezizovarzuman4015
    @ezizovarzuman4015 4 года назад

    Leksus ranglover toyota infinti audi lambarcini rolls.roycer mersedes.benz qalenvagen

  • @yasarmuradov1939
    @yasarmuradov1939 3 года назад

    Benva sina aosuma geldi

  • @thbvfjvjhf3368
    @thbvfjvjhf3368 2 года назад

    Men görmüşem

  • @psiximperator3858
    @psiximperator3858 4 года назад

    Lifan 320

  • @ramalsoltanov1051
    @ramalsoltanov1051 3 года назад

    Dersedes

  • @6957elmirmamedov
    @6957elmirmamedov 2 года назад

    Benve

  • @user-zz8ti5rn8m
    @user-zz8ti5rn8m 3 года назад

    Mən nivaçıyam bu arada video əladı👋

  • @ismayilyusif1736
    @ismayilyusif1736 Год назад

    BMW

  • @mrxboss9414
    @mrxboss9414 3 года назад

    07

  • @UlviSadiqov-gs5nk
    @UlviSadiqov-gs5nk Год назад

    3 tekerli pipi 50

  • @zaur6342
    @zaur6342 3 года назад

    Düzgun deyiliş .Meyserşmit

  • @UserUser-so9gn
    @UserUser-so9gn 3 года назад

    Peelp50

  • @ulvufaradjov9869
    @ulvufaradjov9869 4 года назад

    Бенве

  • @ayxanqasimov8449
    @ayxanqasimov8449 2 года назад

    AyXAN

  • @elchinhuseynov8420
    @elchinhuseynov8420 4 года назад

    Salam qardaş zəhmət olmasa Dukascopy haqqında bizə məlumat verəsiz

  • @crkzmhrrmov8245
    @crkzmhrrmov8245 2 года назад

    BMW

  • @elchinhuseynov8420
    @elchinhuseynov8420 4 года назад

    Salam qardaş zəhmət olmasa Dukascopy haqqında bizə məlumat verəsiz

  • @elchinhuseynov8420
    @elchinhuseynov8420 4 года назад

    Salam qardaşım zəhmət olmasa Dukascopy haqqında bizə məlumat verəsiz

  • @elchinhuseynov8420
    @elchinhuseynov8420 4 года назад

    Salam qardaş zəhmət olmasa Dukascopy haqqında bizə məlumat verəsiz