Nizami Gəncəvi qəzəl gülüm

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • Vermərəm can sənə mən,can alan olsanda, gülüm,
    Çün alıb canı yaşarsan təzə bir canda ,gülüm
    Gərçi mən acizəm ,amma sən əzazil olma
    Elə rəftar et özünlə məni bir san da,gülüm
    Mən ki Cəmşid deyiləm ,busənə bir qəsr verim
    Bir mənəm,bir də canim almasan ,alsan da gülüm
    Sən keçən yollara mən göz gülabı səpmədəyəm
    Sən gedib ,çör-çöpə öz sayəni salsan da ,gülüm
    Səni göz nurum həyat məqsədim ömrüm bilirəm
    Üzü ay,gün şəfəqi ,gül dodağı qənd ,a gülüm
    Məni bir şəm ilə öldürmə ,de pərvanəmiyəm
    At qılıncı ki, mən atdım yerə qalxan da ,gülüm
    Qul Nizami sənə dünya kimi açdı qucağın
    Bir öpüş yox deyibən etmə aman,and,a gülüm!

Комментарии •