Məhəmməd Füzuli qəzəl dünya nədir
HTML-код
- Опубликовано: 7 фев 2025
- Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kıməm, saqi olan kimdir, meyü səhba nədir.
Gərçi canandan dili-şeydam üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.
Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal,
Aşiqə məşuqdən hərdəm bu istiğna nədir?
Hıkməti-dünyavü mafihə bilən arif deyil,
Arif oldur bilməyə dünyavü mafiha nədir.
Ahü fəryadım, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?