Mirzə Ələkbər Sabir -Qəzəl -İstəsən könlüm kimi zülfün pərişan olmasın

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • İstəsən könlüm kimi zülfün pərişan olmasın,
    Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
    Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,
    İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!
    Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
    Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
    Atəşin rayində əfitək yatıb geysulərin,
    Türfə cadudur ki, mar atəşdə suzan olmasın!
    Derlər, aşiqküş nigarım qətlimə amadədir,
    Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!
    Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
    Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
    Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
    Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

Комментарии •