Ramiz Rövşən "Ölənləri sağ görəsən..." Emin Turan İmamoğlu

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Bir səhər yuxudan durub
    Özünü uşaq görəsən.
    Görəsən hamı evdədi,
    Ölənləri sağ görəsən.
    …Qorxasan qaçıb gedələr, -
    Tez qapını bağlayasan.
    Geri dönüb içəridə
    bir təzə qonaq görəsən.
    Görəsən ki, qapqaradı
    o qonaq başdan ayağa.
    Ondan başqa hamısının
    üst-başını ağ görəsən.
    Pəncərədən içəriyə
    dola, dola gün işığı.
    İçəridə boş-boşuna
    yanan bir çıraq görəsən.
    Söndürəsən o çırağı -
    hamı birdən yoxa çıxa....
    Otaqda bir qara qələm,
    bir də ağ vərəq görəsən

Комментарии • 29

  • @Gulereliyeva111_
    @Gulereliyeva111_ 3 месяца назад +1

    Niyə bu qədər ağlayıram dinləyəndə 😢

  • @qenireqarasova1396
    @qenireqarasova1396 2 года назад +7

    Elə kaş uşaq olaydıq,hamı sağ olaydı,kədərimiz olmayaydı.Sevdiklərimiz və bizi sevənlər yanımızda olaydı kaş...

  • @gulereliyeva9860
    @gulereliyeva9860 3 года назад +11

    Kaş belə bir möcüzə olardı 😞

  • @Cickliyeva-1988
    @Cickliyeva-1988 Год назад +3

    Kaş ki... Mən də oyanıb atamı evdə görəm.. Təşəkkür edirəm, Emin bəy

  • @sabireshahveledova8405
    @sabireshahveledova8405 4 года назад +11

    Çox həzin möhtəşəm ifadı!!!!!!! Misilsiz şeirin ən gözəl ifasıdı məncə!!!!!!

  • @AnkaAzerbaycan
    @AnkaAzerbaycan 4 года назад +8

    Süper yazanında seninde emeğine sağlık.

  • @zakirhsnov7842
    @zakirhsnov7842 2 года назад +5

    Allah sənə can sağlığı versin,BÖYÜK ŞAİR-Ramiz Rövşən.

  • @adsz923
    @adsz923 3 года назад +7

    Ehhhh ana nə gözəl səslənir bu söz Anam səni deyə bilmədiyim qədər çoox istəyəm.....

  • @aminmemmedov2369
    @aminmemmedov2369 3 года назад +7

    Kawki wehidlerimiz olmayaydi hamisi sag qalaydilar🇦🇿😢

    • @royalyusif2856
      @royalyusif2856 2 года назад

      Onlara ölü deməyin, onlar sağdır.

  • @nazeninyaqubova7353
    @nazeninyaqubova7353 2 года назад +3

    Kaş kaş.........

  • @Cickliyeva-1988
    @Cickliyeva-1988 Год назад

    Salam. Təşəkkür edirəm

  • @qismetkerimovkerimov7078
    @qismetkerimovkerimov7078 2 года назад +3

    Keski ele bir sanslmlz ola allahlm

  • @MehdiMehdi-jk6rz
    @MehdiMehdi-jk6rz 3 года назад +4

    İlahi bu nə nə gozel heç esitmemişdim əladi kovreldim 😪😔🥺🥺🥺

  • @gul3534
    @gul3534 4 года назад +5

    Gözəl olmuş 🤗👍💖💙👏👏👏

  • @mulkesahibhasanov8663
    @mulkesahibhasanov8663 3 года назад +5

    👍👍

  • @zakirhsnov7842
    @zakirhsnov7842 2 года назад +2

    Emin Turan, gözəldi,səsin də ifa tərzin də.təşəkkütlər🙏🙏🙏

  • @arzufrrux4442
    @arzufrrux4442 4 года назад +5

    😰😥😢

  • @Userr077
    @Userr077 2 года назад +2

    😢😢

  • @minayahsnova9491
    @minayahsnova9491 2 года назад +1

    Ən çox sevdiyim şerdir

  • @-bozqurt
    @-bozqurt Год назад +1

    Yaşa yaşa .var ol

  • @adilzade6371
    @adilzade6371 3 года назад +3

    Eala

  • @lmn.shrnvha
    @lmn.shrnvha 3 года назад +3

    Kaşşşş😪😪😪😪

  • @sahinabbasov8774
    @sahinabbasov8774 3 года назад +3

    Şerde çox müxtelif menalar var.kim nece başa düşür yazsin fikirler maraqlidi

    • @zakirhsnov7842
      @zakirhsnov7842 2 года назад +1

      Sadəcə Ramiz Rövşən nəfəsi var bu şeirdə.Elə də yaddaqalan şeir deyil.

  • @behmanbaxisov2216
    @behmanbaxisov2216 2 года назад +1

    Kas deqiqelik bele 1olsa bele bir sey olardi.kas...😢

  • @sevilhuseynova5766
    @sevilhuseynova5766 3 года назад +14

    Salam.Kaş ki məndə bir səhər yuxudan durub atamı sağ göreydim.Bu gün qəbrini ziyarət etdiyim sevgilimi sağ görəydim

    • @AslanMurselov
      @AslanMurselov 2 года назад +2

      Kaşki bizimde sehrli cubuqumuz olaydi o seyr etdiyimiz cizgi filmlerdeki kimi sevdiyilerimizi qoymayaydig getmeeye.atam canim bizim niye qoyub getdin💔😥

  • @muradgozlov5222
    @muradgozlov5222 Год назад

    Dolanıb bir qızın başına,göz yaşını siləsən,
    Toxunub ipək tellərinə,saçlarını hörəsən,
    Körpətək nazını çəkib,üzündən öpəsən,
    Bir Ata qayğısı ilə sevəsən o, qızı.