Ramiz Rövşən - Bir səhər yuxudan durub - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • #ramizrövşən #kamranyunis #kamranmyunis
    #sevgişeirləri #poeziya #emilşahin #kino
    Ramiz Rövşən - Bir səhər yuxudan durub
    Bəstəkar - Emil Şahin - Xəyallar
    Bir səhər yuxudan durub
    Özünü uşaq görəsən.
    Görəsən hamı evdədi,
    Ölənləri sağ görəsən.
    …Qorxasan qaçıb gedələr, -
    Tez qapını bağlayasan.
    Geri dönüb içəridə
    bir təzə qonaq görəsən.
    Görəsən ki, qapqaradı
    o qonaq başdan ayağa.
    Ondan başqa hamısının
    üst-başını ağ görəsən.
    Pəncərədən içəriyə
    dola, dola gün işığı.
    İçəridə boş-boşuna
    yanan bir çıraq görəsən.
    Söndürəsən o çırağı -
    hamı birdən yoxa çıxa....
    Otaqda bir qara qələm,
    bir də ağ vərəq görəsən

Комментарии • 226

  • @kamalgasimov7499
    @kamalgasimov7499 3 года назад +89

    Bir səhər yuxudan durub Şəhidləri sağ görəsən😭😭😭😭

  • @elcingahraman3073
    @elcingahraman3073 3 года назад +1

    😔😔😔

  • @reyhansgrova9513
    @reyhansgrova9513 4 года назад +2

    Bir defe emimqlzl hemde refiqem olan Asya xanlma sual verdim ki butun qohumlarl bir araya ylgmaq olarml.Dedi he toy ele ylglrsln butun qohum eqraba.._Hmm bes atam nece gelsin...Bu ser mene bunu xatlrlatdl.Kas bir seher ayllb hamlnl evde goresen...

  • @konultagiyeva8060
    @konultagiyeva8060 3 года назад

    TKR (((((((

  • @vusaleisgenderova8147
    @vusaleisgenderova8147 4 года назад +1

    Kaş anamı , atamı sag görərdim

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +44

    Görəsən hamı evdədi, Ölənləri sağ görəsən.😔Kaşki😔Allah sevdiklərimizlə bizi imtana çəkməsin🙏Amin🙏

  • @aidaaxundov7166
    @aidaaxundov7166 2 года назад +19

    Mən isə belə deyərdim...Qayıt uşaqlığım ,qayıt bir anlıq yeriyib ,yüyürüb ,qaçmaq istərəm,səhərlər çiynimdə məktəb çantası,sinif otağını açmaq istərəm... Son zəngdə oxuduğumuz şer..indi isə 60 yaşım var hələ də unuda bilmirəm bu şeri,təəssüf ki ,müəllifini də xatirlamiram.

    • @KonulAna
      @KonulAna 7 месяцев назад

      Qayıt, uşaqlığım, qayıt bir anlıq…
      İtən günlərimi tapmaq istərəm.
      Minib axşamüstü qarğı atımı,
      Yollardan-yollara çapmaq istərəm…
      Qayıt, uşaqlığım, qayıt bir anlıq…
      Yeriyib, yıxılıb, qaçmaq istərəm.
      Səhərlər çiynimdə məktəb çantası,
      Sinif otağını açmaq istərəm.
      Qayıt, uşaqlığım, qayıt bir anlıq…
      Mən səni bağrıma basmaq istərəm.
      Nənəmin saxlancı ala çatıyla,
      Ağacdan yelləncək asmaq istərəm.
      Qayıt, uşaqlığım, qayıt bir anlıq…
      Sən niyə tez keçdin? Bilmək istərəm…
      Həyat şirin imiş, mən bu dünyaya,
      Yenidən doğulub gəlmək istərəm…
      *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

    • @KonulAna
      @KonulAna 7 месяцев назад

      Hüseyn Arif

  • @KonulAna
    @KonulAna 6 месяцев назад +6

    Hər dəfə baxıram, ağlayıram. Uşaqlığıma qayıdıram, heyif bir daha o gün o hiss olmayacaq

  • @cavidagayev5333
    @cavidagayev5333 9 месяцев назад +6

    Otaqda bir qara qələm,birdə ağ varaq görəsən,Sizin səsləndirməniz məni ayıldır😢Var olasınız Kamran Bəy

  • @meryemxelilova3826
    @meryemxelilova3826 5 лет назад +89

    Bir seher yuxudan durub.ozunu usaq goresen.Goresen hami evdedi.Olenleri sag goresen............

  • @aliheydarov4892
    @aliheydarov4892 5 лет назад +15

    5cə dəqiqəlik kaş qayıdardım uşaqlığımdakı səhərlərin birinə! Çox insanları bağrıma basıb elə qucaqlayaram! Ehhhhhhh😏Getdi

  • @elnuraaliyeva74
    @elnuraaliyeva74 2 года назад +5

    Lap usag kimi agladim kaski her seyi geri gaytarmag olsaydi hec kimin gelbine toxunmazdim

  • @Wilmaaaaa.23
    @Wilmaaaaa.23 7 месяцев назад +6

    bir səhər yuxudan durub ölənləri sağ görəsən..

  • @nijikjijik
    @nijikjijik 2 года назад +4

    Hərdən elə gəlir ki, bu yuxudur, və oyanandan sonra hamı yanında olacaq...

  • @turaaliheydarova1653
    @turaaliheydarova1653 2 года назад +4

    Ag verege iki damci,
    Gozden duhsen yash goresen....
    Yaşı görüb, rehm eleyib,
    O dunyadan bu dunyaya
    Köç edeni gelmish goresen...

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 5 лет назад +37

    Nə gözəl olardı Kamran m hamını sağ görmək😢

  • @NƏTYA
    @NƏTYA Месяц назад +1

    Bir səhər yuxudan durub
    Qardaşımı sag görəydim......
    Qorxam ki qaçıb gedər
    Tez qapını baglıyardım.....

  • @shamilmemmedov9875
    @shamilmemmedov9875 5 лет назад +37

    Əziz və hörmətli Kamran bəy!Mənim xahişimə önəm verib,şeiri səsləndirdiyiniz üçün minnətdaram.Var olun.Sizin səsinizdə bir başqa mənalıdı.👏👍

    • @aybenizagayeva2887
      @aybenizagayeva2887 5 лет назад +4

      mende çox isfiyirem yatam duram ölenleri sağ görem

    • @shamilmemmedov9875
      @shamilmemmedov9875 5 лет назад +4

      @@aybenizagayeva2887 Allah bizi yaxınlarımızla axirətdə cənnətdə görüşməyi qismət etsin inşallah.

    • @aybenizagayeva2887
      @aybenizagayeva2887 5 лет назад +2

      @@shamilmemmedov9875 inşallaj oğlum inşallah

    • @Lamiyaorucova8177
      @Lamiyaorucova8177 5 лет назад +2

      Ayilam.seher gorem ATAM SAGDI

    • @shamilmemmedov9875
      @shamilmemmedov9875 5 лет назад +1

      @@Lamiyaorucova8177 Kaş ki məndə atamı bircə dəfə görəydim...

  • @gulshansalimova1877
    @gulshansalimova1877 4 года назад +4

    Heyf çox heyf ki sagliqlarinda başa düşmədim elə bildim ki həmişə sağ olacaqlar bilsəydim ki bir gün gedəcəklər heç yanlarından ayrilmazfim

  • @TaranaCamalova-qu9wx
    @TaranaCamalova-qu9wx 3 месяца назад +2

    Birinci defe gulag asdim ,agladim . Hegigetet kash usag olaydim,valideyinlerim sag olaydilar. 😢

  • @redmixiomi8259
    @redmixiomi8259 8 месяцев назад +2

    Bir səhər durub atamı sağ görmək istəyirəm.😢

  • @ЗариКасимова-ы3м
    @ЗариКасимова-ы3м 5 лет назад +9

    Уважаемый Карман, нет, их забрали небеса, мы их никогда не увидим, только во сне и только на своих воспоминаниях.. Как жаль.... Да, была бы это хоть чуточку правдой, все равно спасибо Вам, за такой краткий и со смыслом стих, я Вас Очень уважаю, как хорошо что Вы есть

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Salamlar!Xəyallarimizda, yuxularımız da ,xatirələrimizdə hər zaman onlar hamisi bizimlədir! Belə olmasaydı???Hec yasamaq olardimi?!?Hər zaman valideynlərim mənimlə dirlər! Yoxsa?Bu qədər uzun ömür yasardimmi, heç?Və?Hər addim artdıqca,onlarin nəzərini ustumdə hiss edirəm! Səsləri qulagimdadir! Həmişə ,hər zaman məni qoruyurlar!Və?Məni necə ərkoyun boyutdulərsə ,elə usaqdan böyüyə hami da onlar kimi nazimi çəkdi !Onlardan sonra!Biz onlardan cismən ayrilsaq da, ruhən hər zaman bizimlədirlər!Allah hamisina rəhmət eləsin!Kamran bəyin də, şairimizin də dunyadan köçən lərinə!Amin!Gozəl ifaya görə də Kamran bəye təşəkkürlər!🙏🌹Lap kövrəldim!😔😔

  • @testaccount8681
    @testaccount8681 5 месяцев назад +1

    Bir seher yuxudan durub 30 il qabagi goresen
    Goresenki hami sagdi wehid yoxdu
    Hami oz ev ewiyinde ölenlerde bu heyatda
    Her wey yuxudur goresen.((((((((

  • @rufatmammadov5112
    @rufatmammadov5112 5 лет назад +14

    Sag olun Maestro ,bu cur ifalariniz ucun❤

  • @lamiyakerimova932
    @lamiyakerimova932 4 года назад +6

    Mükəmməl söz tapa bilmirəm. İnsanın bütün ömrü həyatı atalı analı ğünləri canlanır ğözünün qabağında. Təşəkkür edirəm .

  • @11oo67
    @11oo67 5 лет назад +8

    Təşəkkürlər. Bir səhər yuxudan durub yaşadıqlarının yuxu olduğunu görəsən...

  • @lalemirzeyeva3540
    @lalemirzeyeva3540 4 года назад +2

    Mene cox maraqlidir,10 dislayki kim qoyub goresen?🤔 Elza seyidcahandan bawqa aglima hec Kim gelmir. Yeqin muxtelif akauntlardan girib 10 Defe dislayk edib😂

  • @ulviyynovruzova490
    @ulviyynovruzova490 Год назад +1

    Bu musiqi kimindir? Hə. Emil Şahin. Axırda gördüm.

  • @esmirakrimova1315
    @esmirakrimova1315 5 лет назад +10

    Ramiz Rövşən lap ürəyimdən keçənləri qələmə alıb.Kamran m sizdə həmişəki kimi gözəl seslendirmisiz

  • @mehribanhetemova3273
    @mehribanhetemova3273 5 лет назад +8

    Uşaqlığına geri dönəsən və qayıtmayasan ...Şerin qanadlarında Kamran məllimin gözəl səsinin ahəngi altında getdim ancaq şeir bitəndə qayıtdım Keşgə qala bilsəydim...TƏŞƏKKÜRLƏR!!!Məni o illərə apardığınız üçün ❤❤❤💋

    • @QM748
      @QM748 5 лет назад

      Mehriban Hetemova şeir heç bitməsin istədim ilk dəfə rşidəndə ((

  • @aidamikailova4928
    @aidamikailova4928 5 лет назад +6

    Atami yadima saldiz❤️❤️❤️. Ister sesiniz, ister ifaniz cox cooox gozeldir. Yaxsi ki varsiz 🙏🙏🙏

  • @malaxatismaylova3773
    @malaxatismaylova3773 2 года назад +1

    O otaqa təzə qonaq deyəndə kimi məzərdə tutur başdan ayağa qara geyinib deyəndə ğörəsən kimdi o

  • @adilabbasov2606
    @adilabbasov2606 2 года назад +2

    ne.olardi.anami.isdiyirem

  • @Пунхангасанов-д2ч
    @Пунхангасанов-д2ч 4 года назад +11

    Каш бир сехер йухудан айылыб атамы сах корейдим

    • @Уля-т8п
      @Уля-т8п 4 года назад

      Men de😏

    • @sfqhsnova6598
      @sfqhsnova6598 3 года назад

      Mən də😔😥

    • @sinanalzad5790
      @sinanalzad5790 3 года назад +1

      Mende.Atami teze itirdim.dizəmmirem.heyatim qaranlığa dönüb......

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +3

    🎧 529👍 👏

  • @nazil_7740
    @nazil_7740 2 года назад +1

    Kaski🖤💔😭gozel istekdi🌷✍️

  • @musaxelilov3042
    @musaxelilov3042 5 лет назад +5

    Sağ olun bu cümə axşamı səhərində çox qəmgin oldum amma o ki var ağladım ürəyim boşaldı Təşəkkür edirəm həmişə sizi dinləməyə ehtiyacım var

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 года назад +2

    🥺🥺🥺

  • @shamoabbasov2552
    @shamoabbasov2552 2 года назад +4

    Bu seir sizin sesinizle tam basqa aleme aparir insani. Sesiniz hemise yukseklerden gelsin İnşallah!

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 5 лет назад +6

    Həmişəki kimi yenə möhtəşəm.
    Xahiş edirəm musiqinin linkini yollayın.
    Əsmər Hüseyn Xan

  • @ВикаВиктория-б1д
    @ВикаВиктория-б1д 5 лет назад +4

    Хайыф ки хайаллар о анлары гойтармаг олмур дуз дейирсиз😕❤❤👍👍

  • @esmirakrimova1315
    @esmirakrimova1315 4 года назад +3

    Kas....mumkun ola.

  • @taranacafarova3376
    @taranacafarova3376 3 года назад +5

    Heyat bu... Her wey biz isteyen kimi yox, Allah deyen olur.. Wukur meslehetine🤲

  • @naibhuseynov5323
    @naibhuseynov5323 5 лет назад +2

    Çox teessüfler olsun ki bezi insanlar bu senet eserini duya bilmirler.Bu eseri nece beyenmemek olar axi??!!1nefer beyenmeyib,başa düşe bilmirem ki ne sebebe göre.Yeqin ruhsuz bir insandir beyenmeyen.

  • @nercisrzayeva6070
    @nercisrzayeva6070 Год назад +2

    bir seher yuxudan durub hamının uşaqlıqda oldugu kimi saf olduğunu goresen😢

  • @cickyags4191
    @cickyags4191 3 года назад +4

    ... Qorxasan qaçıb gedələr,
    Tez qapının bağlayasan.😢

  • @elmansuleymanov4874
    @elmansuleymanov4874 2 года назад +1

    Otaqda qaranlıqdan başqa heç ne görmeyesen

  • @arzummmdli4488
    @arzummmdli4488 Год назад +1

    fon musiqisini hardan tapa bilərəm?

  • @sevdahesenova8215
    @sevdahesenova8215 3 года назад +4

    Hər iki yaradıcı insanln əvəzolunmaz yaradlcılığı,çox minnətdarıq sizlərə belə gözəl qələm və ifaya görə.

  • @gulumehdizade4163
    @gulumehdizade4163 2 года назад +2

    Kaw ki bir gun yuxudam ayilin gorerdim ki saqdilar😒😢😢

  • @semedbalakisiyev7892
    @semedbalakisiyev7892 4 года назад +2

    Kewke neler vermezdim onan otru valah neler

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 5 лет назад +4

    Ehhhh,kaw ki ,dunyadan kocen ezizlerimizi 5 daqiqalik gore,qucaqlaya,ope bilerdik.Kaw kiiii.....

    • @MsUseid1
      @MsUseid1 5 лет назад

      Kash ki... Atami da< Anami da qucaqlayardim bu 5 deqiqede ve

  • @asyansirova41
    @asyansirova41 3 года назад +1

    Onu sag góreydim keske😪

  • @semednovruzov1075
    @semednovruzov1075 2 года назад +3

    Çox ağladım bu şeirə... Honkur honkur ağladım.. lap uşaq kimi..

  • @דוידוברפיק
    @דוידוברפיק Месяц назад +1

    Cas ysag olardım 1971😢

  • @nurlanezimov8078
    @nurlanezimov8078 2 года назад +2

    😭

  • @EldarKazimov-l1k
    @EldarKazimov-l1k Год назад +1

    SHEYIR VE SESLENDIRME BIR ZIRVEDIR VEHDET TESHKIL ELIYIR GUNDE AZI 2 DEFE AZI SEHER DURANDA VE AXSHAM YATANDA DINLEYIREM BU SHEYIR ESL MENADA MENE RUH VERIR MOHTESHEM EBEDI

  • @muskofteacher3197
    @muskofteacher3197 5 лет назад +6

    Elə istiyirəm ki, bir səhər oyanıb özünü uşaq görəsən((((
    Mümkündürmü????

    • @QM748
      @QM748 5 лет назад

      Reyhan Müəllimə kaşki mümkün olardı ((

  • @haciveliyev885
    @haciveliyev885 2 года назад +1

    Aglamamaq mumkun deyil, kas ki.....

  • @bahar2377
    @bahar2377 2 года назад +1

    kaşki səhər ölənləri sağ görəydik

  • @vusalmamedov3673
    @vusalmamedov3673 Год назад +1

    bir sabah oyanam bextsiz emimi,dayimi,babalarimi,boyuk bibimi olenlerimin hamisini gorem heyatim tamamlana....

  • @slalsuleymanova259
    @slalsuleymanova259 5 лет назад +5

    Çox gözəl var olasız həmişə qəlbimizdə yaşayan sənətkarlar möhtəşəmsiz yenə sözlər səslər valeh edir insanı.

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 года назад +5

    Hər vaxtınız xeyirli olsun dəyərli sənətkarımız. Bu şerə dəfələrlə qulaq asıram doymuram .Bu gün də Sehirlı xanımlar aləminin hacı xanımı Zemfira xanımın sayəsində təkrarən qulaq asdım. Var olun Bəy Var olun dəyərli şair ruhunuza ürəyinizə qələminizə sağlıq.

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 3 года назад +2

      Bəli, Yaqut ana, Zemfira ananın sayəsində bir daha dinlədik. Var olun, Rəbbim sizləri qorusun🤲

    • @userzemfira8291
      @userzemfira8291 3 года назад +1

      Amin. Var olun ustad o sehirli səsinizi Allahım bizlərə cox görməsin.👐👐👐

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      @@yaghmurluroya8358 Ruhuna qurban gözəlim 💐

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      @@userzemfira8291 Var olun dəyərli Hacı Xanım sizin sayənizdə bu şerin sehrinə bir də düşdük Kamran bəyin ürəyinə sağlıq.

    • @userzemfira8291
      @userzemfira8291 3 года назад +1

      @@yaqutosmanl5593 💗💐

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 3 года назад +4

    Ölənləri sağ görəsən...😔😢Ustad🙏🙏🙏

  • @zaminayunusova4574
    @zaminayunusova4574 3 года назад +3

    Var ol... eziz insan.... ne gözel ve özel.
    Çemi ölenlerin ruhu şad olsun insallah. 🤲🥀
    Sonsuz sevgiler isveçden

  • @ayisgnda6318
    @ayisgnda6318 5 лет назад +4

    O qədər çox istəyirəm ki, yuxuda bircə gün illər əvvələ qayıdım.Çox heyf illər boşa keçdi

  • @elvirakerimova7761
    @elvirakerimova7761 2 года назад +1

    .............................. 👍👍👍

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +4

    Yaradıb, yaşadan Üəyiniz, Ruhunuz, Səsiniz heç vaxt tükənməsin Ustad!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @rvr5834
    @rvr5834 5 лет назад +3

    Cox gozel olardi. Hamini saĝ, ozunu de uşAq gormek, ancaq boş bir xeyaldan basqa bir sey deyil...olur ele yuxular, adami bir ses , bir inilti oyadir o yuxudan. Ele ebedi o yuxuďa da qalmaq isteyirsen. Ayilib her seyin boş oldugunu anlanaq acidir tessuf.
    Yuxuda sevdiyimle xoşbəxt idim, ayildim bir yuxu oldugunu gordum...

  • @prva__raksana3907
    @prva__raksana3907 5 лет назад +4

    Saat O7:34 .sesiniz huzur verdi❤

  • @sebrsebr9683
    @sebrsebr9683 3 года назад +1

    Kaş atam sag olsaydı atam cox sixilir ureyim cox pisem yanina gelmek isteyirem ay Allah doze bilmirəm atam yanina gelecem soz verirem

  • @kmalm3909
    @kmalm3909 5 лет назад +9

    Bu ifaya necə rəy bildirməyəsən, olduqca gözəldi.,....çox vaxt qaçaraqda yazıram fikrimi....şeirə gələndə mümkünsüzdü deyə istəmərəm heç..,....çoooox sag olun hörmətli Sənətkarımız.

  • @ramalsahverdiyev6698
    @ramalsahverdiyev6698 3 года назад +2

    Dogurdan da bir seher durub ozunu uwaq goresen.....olenleri de sag goresen...Bezen demeye soz tapmiriq...bu gozel ifanin qarwisinda .....

    • @ramalsahverdiyev6698
      @ramalsahverdiyev6698 3 года назад +1

      Tewekkur edirik...bu gozel ifalariniza gore....Ramiz Rovwenin butun weirleri urekleri riqqete getirir...insani duwunmeye vadar edir...Hele sizin ifanizda ise...cox mohtewemdir...

  • @vvvvvvvvvvvvv5661
    @vvvvvvvvvvvvv5661 5 лет назад +4

    😥

  • @Wilmaaaaa.23
    @Wilmaaaaa.23 7 месяцев назад +1

    ehhh

  • @gulnarcabbarova6467
    @gulnarcabbarova6467 5 лет назад +5

    Həyatdan qəlbimə köçdü itirdiyim əzizlərim.
    Gözəl ifaya görə təşəkkürlər,Kamran müəllim!

  • @player9815
    @player9815 4 года назад +2

    hayat...

  • @NuranaPasayeva
    @NuranaPasayeva 9 месяцев назад +1

    Boyuk senetkar

  • @ИльхамаОруджова-л4з
    @ИльхамаОруджова-л4з 3 года назад +1

    Kaw ki.....

  • @sevincvliyeva5055
    @sevincvliyeva5055 2 года назад +1

    Kaş ki,

  • @zaminayunusova4574
    @zaminayunusova4574 3 года назад +1

    Allahim...🤲😢😢😢😢🥀

  • @delyasukurova3244
    @delyasukurova3244 5 лет назад +4

    Kaş ki......😔

  • @НахидСалимов-ц2б
    @НахидСалимов-ц2б 3 года назад +1

    😢😢😢😢😢😢🥀🥀🥀🥀

  • @ilkinabdullah3204
    @ilkinabdullah3204 5 лет назад +4

    Gözəl sözlər gozəldə səsləndirmə...
    Görəsən hamı evdədir.Ölənləri sağ görəsən...

  • @vusalememmedova9025
    @vusalememmedova9025 5 лет назад +2

    Bir seher yuxudan durub. ozunu usaq goresen. gorsen hami evdedi olenleri sag gorsen..... kaswki duz olaydi 😢

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 3 года назад +2

    🎧😥👏👏👏👏👏👏👏👏

  • @aytacasgarova2817
    @aytacasgarova2817 5 лет назад +5

    Ürəyimi oxuyursunuz siz? 🌻

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +4

    😢😢😢😢dəfələrlə dinlədim və hər dəfəsində də😢😢😢

  • @solmazjafarova338
    @solmazjafarova338 5 лет назад +2

    Qorxasan qacib gedalar, tez qapini baglayasan. Ayaqqabilarini gizledesen... Icimden bir derin ah kecdi, Kamran mûellim , Ramiz Rövwen! Yaxwi ki, varsiz. Ve sizleri taniyiriq, sevirik👏

  • @menzermemmedova335
    @menzermemmedova335 2 года назад +1

    😪😪😪🥀😢😢😂🖤🖤

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 года назад +1

    Bir səhər yuxudan durub,özünü uşaq görəsən..

  • @nailmemmedov8844
    @nailmemmedov8844 5 лет назад +3

    Ramiz Rövşənə uzun,mənalı,xeyirli ömür həmçinin də,Sizə Kamran bəy diləyirəm.

  • @sadiakperov2791
    @sadiakperov2791 5 лет назад +2

    Kas ki ,Kamran bəy o urəklə dediyiniz sozlər gercək olaydi ...Hər kəsin əzizini yara saldiz bir daha.Urəyinizə ,səsinizə saqliq.Cox saq olun !!!

  • @aybnizhuseynzad6810
    @aybnizhuseynzad6810 3 года назад +1

    Kaşki..

  • @sarsnkz4961
    @sarsnkz4961 4 года назад +3

    Niyə men bu şeiri çox ama çox sevirem😢😥

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 года назад

      Yeqin dizinde heyatda itirdiyleriniz çöz olub.Menim kimi😢😢😢😢😢😢

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 Год назад +1

    🙏🙏🙏😔

  • @renababanli3490
    @renababanli3490 4 года назад +2

    "BIR SEHER YUXUDAN DURUB HER KESI SAQ GORESEN" KAW KI, BU MOCUZE DE OLSA OLAYDI VE BIR NECE SANIYELIK SAQ GORMEK ISTEDIYINI SAQ GORESEN, HEC OLMASA YUXUDASA OLSA SAQ GORESEN ! NE DEYIM AY OQLUM, AY KAMRAN BEY! " KAWKILERI " SIZ DEDINIZ OZ GOZEL DEYIMINIZLE. SAQ OLUN.

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 года назад +1

    ......✍🏻

  • @userzemfira8291
    @userzemfira8291 3 года назад +1

    👍👍👍🎧