🔴60-70-ci illərin resepti ilə Qışlıq ƏSL BOLQAR LEÇOSU. Asan üsulla Ən dadlı LEÇOnun hazırlanması

Поделиться
HTML-код
  • Опубликовано: 18 окт 2024
  • Leçonun resepti:
    4 kq təmizlənmiş pomidor,
    2 kq qırmızı şirin bolqar bibəri,
    500qr yaşıl bolqar bibəri,
    3 ədəd uzun az acı bibər,
    500qr soğan,
    500 qr kök,
    1 armudu stəkan bitki yağı,
    2 xör. qaş. şəkər tozu,
    1 xör. qaş duz,
    3-4 ədəd dəfnə yarpağı,
    hər bankaya 2 -3 ədəd qara toxum istiot.
    Mən hazırladığım ərzaqlardan 8 ədəd banka alındı Nuş olsun.

Комментарии • 342

  • @zaurzaur3383
    @zaurzaur3383 Год назад +19

    Salam,sizin üsulla hazırlamışdım o vaxt
    Atam rəhmətlik yeyəndə dedi ki, əsl bolqar lecosunun dadini verir,😢
    bu sizin yəqin ki yenilənmiş videodur, yenə yoxlayacam əlləriniz dərd görməsin ❤

    •  Год назад +5

      Allah atanıza rəhmət etsin, məkanı Cənnət olsun. Bəli yenilənmiş videodur, sağlıqla hazlrlayın, şevdiklərinizlə şirin - şirin yeyin.

    • @mahammadhuseynov
      @mahammadhuseynov Год назад

      Jľjkjjjl

    • @elnurrzayev8100
      @elnurrzayev8100 Год назад +1

      ​@❤ ki

    • @necefzulfuyev6665
      @necefzulfuyev6665 Год назад +1

      Mən də bu gün hazırladım. yaxşı alındı. amma pomidoru bir az çox bişirdim, sosu az alındı.Kökü də az bişmişdi. ümumi dadı yaxşı idi.Kökü çiy halda soğanla qovurmaq olar?

    • @zaurzaur3383
      @zaurzaur3383 Год назад

      @@necefzulfuyev6665 birinci dəfə mən de qorxdum pomidoru çox bişirməyə düşündüm ki sosu az qalar cox kimi görünür, əmma qarışanda tamamlanır dedim yaxşıki suyunu çəkməmişəm, sizə nuş, insan təcrübə əsasında düzəldir getdikcə

  • @eganaqemberova3850
    @eganaqemberova3850 Год назад +36

    Siz necə hər şeyi bir-bir diggətlə,səbirlə ,yaxşı neçə dəfəyə başa salırsız, göstərirsiz. Bu cox böyük köməkdi piş-düşü öyrənən xanımlara. Mən cox razıyam Sizin kanaldan . Həmişə var olun.

  • @The.world777
    @The.world777 Месяц назад +1

    Men kecen il bu usulla hazirladim cox dadli alindi tesekkur edirem heqiqeten duzgun resepte gore

  • @nuriyye1108
    @nuriyye1108 Год назад +1

    Hazirladim ,dadı alem. Evvel basqa usulla hazirlamisam,daha onlardan vazkeçdim..bu superdir. Tesekkurler paylasdiginiz ücun

  • @nuraneheybetzade5421
    @nuraneheybetzade5421 Год назад +7

    7 ildir gelin gelmisem Her seyi bu kanaldan oyrenmisem indi de bu cur asan basa saldiginiz ucun ilk defe leco edecem

  • @samilhuseynov1848
    @samilhuseynov1848 Год назад +1

    Men o şeker tozuna gőre leçonu sevmirem sizin hazırladıģınızdan xoşum geldi mende hazırlayacam inşAllah
    Ellerinize saģlıq❤

  • @lalememmedkerimova806
    @lalememmedkerimova806 18 дней назад

    Mən hazırlamışam superdi 4 ildir hazırlayıram❤

  • @mehrivliyeva3452
    @mehrivliyeva3452 Год назад +7

    Bu resept superdir.Mən eləmişəm sizin bu reseptlə çox gözəl və dadlı alınıb.Çox sağ olun

  • @sidzakir9760
    @sidzakir9760 Год назад +1

    İlk dəfə siźə baxib eləmisdim 3il əvvəl super idi indidə hazirlasirdim edəm bu reseptlə edəcəm

  • @cickhacyeva2846
    @cickhacyeva2846 Год назад +10

    Əvvəlcə layk edirəm sonra. İzləyirəm bu qədər əminəm çox ləzzətlidir məndə belə hazırlayırdım çox sağ olun sankı xatırlatdiniz leçonun vaxtıdi 😊

  • @elxanmagerramli4113
    @elxanmagerramli4113 Год назад +2

    Əllərinizə sağlıq. Nə qədər super reseptləriniz var.Möhürünüz var. Allah can sağlığı versin

  • @MahirəMusayeva-f5j
    @MahirəMusayeva-f5j Год назад +2

    Mən xanımlar bir azda sirkə sarımsaqdan əlavə edirəm çox superdi

  • @SadetAbdullayeva
    @SadetAbdullayeva 27 дней назад +1

    Youtub da cox retsep var Amma Bu retsəpti çoox sevdim çoxsagolun 👍👍👍👍👏👏👏👏

  • @hasanalesker1024
    @hasanalesker1024 Год назад

    Salam sizin üsulla leçonu hazırladım əla çıxdı👍çox təşəkkür edirəm sizə

  • @elieliyev0444
    @elieliyev0444 Год назад +1

    Super super super men yeməkləri şirniyyatları sizin sayenizde öyrənmişəm

  • @iradanemet9202
    @iradanemet9202 2 месяца назад

    Salam. Allah sizdən razı olsun. Baxmayaraq yaşım 60 keçib, istənilən qış azuqələrinin hazırlanmasında sizin çəkilişlərə müraciət edirəm. Ona görə yox ki, bilmirəm . Sadəcə yaddaşımı təzələyirem. Mənə görə yalnız Siz bizlər kimi (yaxud biz sizlər kimi) qədim Bakı üsulu ilə hazırlayırsız. Hər bir xırda elementinə kimi dəqiq izahlandırırsız. Çox gözəl və çox diqqətə layiq işlərdi. Bir daha təşəkkürlər. Allah köməyiniz olsun

  • @ArzuMusayev-h5u
    @ArzuMusayev-h5u Год назад +1

    Çox sag olun ele mende bu resepti axtariram var olasan o vaxtlaryemisem

  • @cickhacyeva2846
    @cickhacyeva2846 Год назад +13

    Kim mənim kimi izləmədən layk edir bilirəmki dəyər

  • @selaleosmanova6690
    @selaleosmanova6690 2 месяца назад +1

    Superr ellerivize sagligv sizden cox wey oyrenirik❤Allah can sagligi versin🙏

  • @baharslimova7294
    @baharslimova7294 Год назад +9

    Çox sağ olun, təşəkkür edirəm.
    Necə dəqiq, səliqəli işləriniz var. Allah köməyiniz olsun.

  • @azadzulfuqarov1001
    @azadzulfuqarov1001 Год назад

    Mən bu xanımın sesindən danisiqindan zövq alıram halaldı bir ana kimi bu xanına saglam caan arzu edirəm səliqə səhman hər sey yerində super bu xanımdan cox bismisi öyrenmisəm halaldı ən gözəlinə layiqsınız var olun əlləriniz derd görməsin Amin Allah sad gunəl keciresiz hər zaman

  • @mahireeliyeva7167
    @mahireeliyeva7167 Год назад +12

    Salam xanım hər şeyə görə çox çox sağolun yəni bilgilərinizi paylaşırsız. Amma bu bankları bu qədər uzun yuma prosesi nəyə lazım. Altımış üç yaşım var banka bağlamaqla iyirmi iki yaşımdan məşğulam öz evim üçün hələ banka atmaq heç yadıma gəlmir yəni heç belə şey olmuyub çox şükür. Bankları adi su ilə yudum və ərzaqları yığdım bağladım vəssalam siz uzun uzun banka yumaq izah edirsiz axı bu nəyə lazım gözəl bacım

  • @OrxanHebibzade
    @OrxanHebibzade Год назад

    Salam xanım size cox minnatdaram sizin reseptlerle ikranı hazırladım cox ela alındı leconuda hazırlıyaram elleriniz derd gőrmesin cox sag olunki bele reseptler paylaşırsız

  • @susenosmanova7151
    @susenosmanova7151 Месяц назад

    Həqiqətən gözəldi. Hazırlamışam.

  • @NazminCabbar
    @NazminCabbar Месяц назад

    Allah sizdən razı olsun çox dadlı çox ləzzətli allndı bu qədər gözəl gözlənirdim sizi çox istiyirəm❤❤❤❤😘😘😘😘

  • @Thebestacsesuaries
    @Thebestacsesuaries Год назад +1

    2ildi edirəm bu resepti. Mən çox bəyəndim. Amma yoldaşım soğanla bəyənmədiyi üçün bu il soğansız edirəm.çox sağ olun əziyyətiniz üçün🎉

    •  Год назад

      Kanalımızda soğansız və köksüz leço da var.Çünki bizdə də soğan yeməyənlər var

  • @Veten-Mehri
    @Veten-Mehri Год назад

    Coox sevdim sizi gozel sesli xanim el islerinzi mukemmeldi tam 80 ci illere getdim Allah razi olsun bu gun salatin resletin goturdum alin edecem insallah coox saqolun var olun 🌹

  • @ltifabdullayeva7191
    @ltifabdullayeva7191 Год назад +1

    😊Salam ğözəl gızım,sizin bu resept məni 70- ci illərə apardı.Cox dəgig, başa salırsan cox sağ ol,əlınə goluna guvvət❤👍🙏🌹🌹🌹

  • @selaleqelenderova569
    @selaleqelenderova569 Год назад +3

    Əllərinizə sağlıq.Bu il bu reseptlə hazırlayacam .

  • @sdaqtismaylova3781
    @sdaqtismaylova3781 Год назад +2

    Çox sağ olun, çox gözəl təfsilatı ilə başa salırsız, Allah köməyiniz olsun

  • @sefeqiskom8725
    @sefeqiskom8725 Год назад

    Çox sağ olun, mən keçən il hazırladım, inşallah. Bu il yenə hazlrlayacam👍❤️

  • @Ölü._Ayn
    @Ölü._Ayn 2 месяца назад

    Salam. Mən keçən il hazırladım,gəşəng alındı,indi yənə gitdim yadıma salım,bu ildə hazırlayacayəm. Çox sağ olun paylaşım üçün❤

  • @sidzakir9760
    @sidzakir9760 Год назад +1

    İllərdi izlədiyim səhifə gozəl insan Allah omrunuzu bərəkətli eləsin❤

  • @mayahesenzade9191
    @mayahesenzade9191 2 месяца назад

    Çox bəyəndim təşəkkürlər canım.Men tumları çıxarırdım inşallah məndə belə hazırlayacam ❤

  • @AskarovaR
    @AskarovaR Год назад

    Əlinize sağliq mende bu qayda ile hazirladim 6 banka 1 bankada yari oldu amma pomidorun suyun suzduyume göre qati oldu 😁 Dadi 👌

    •  Год назад +1

      Əllərinizə sağlıq, bərəkətli olsun, şirin ağızla yeyin. Nəticəni paylaşdığınız üçün çox sağ olun.Videoda deyirəm ki, pomidoru çox bişirib suyunu almırıq , çünki bu su bizə istiotları bişirmək üçün lazımdır.

  • @Kardelen1390
    @Kardelen1390 Год назад

    Dunen men de 5 banka hazirladim cox dadli alindi,cox sag olun,gelen hefte de insaallah ikra hazirlayacam sizin reseptle

    •  Год назад +1

      Əllərinizə sağlıq, bərəkətli olsun, şirin ağızla yeyin. Nəticəni paylaşdığınız üçün çox sağ olun.

  • @ruslanruslan9132
    @ruslanruslan9132 Год назад +2

    Salam gözəlim, bu gün baxdım və bu gündə bişirdim. Allah razı olsun ❤😊

  • @kamranomerov2864
    @kamranomerov2864 Год назад

    Mən hazırladım, çox əladır ,əlləriniz var olsun

  • @Simuzer-rp3yn
    @Simuzer-rp3yn Год назад +1

    KECEN ÏL MEN HAZIRLADIM COX XOŞUM GELDI .

  • @kamranqhrmanov3694
    @kamranqhrmanov3694 Месяц назад

    Men bir defa hazirlamisam yene hazırlamak itiyirem Cox kozel olur

  • @qardasovaqasira
    @qardasovaqasira Год назад

    Mən də sizin üsulla hazırladım,çox əla oldu.Keçən il də etmişdim ,amma blenderdən keçirməmişdim.Hamı çox bəyənmişdi.İndi isə tumlarını təmizləyib etdim.Hətta keçən il o qədər bəyənildi ki,bu il resepti iki dəfə artırıb etdim.Çox sağ olun❤

    •  Год назад +1

      Şad günlərdə, şirin-şirin yeyin. Nəticəni paylaşdığınız üçün çox sağ olun.

  • @cmilhuseynova9001
    @cmilhuseynova9001 Год назад +1

    Əllərinizə,ürəyinizə sağlıq.Sizi çox bəyənirəm ,hər cəhətdən ,danışıq qabiliyyətinizi,səliqənizi ,var olun!

  • @qribmusayeva4344
    @qribmusayeva4344 Год назад +2

    Mən həmişə sizin kanaldan yararlanıram. Çox sağ olun

  • @Halida2023
    @Halida2023 Год назад

    SƏLİQƏLİ,BRAVO!

  • @RaufEliyev-kl8tj
    @RaufEliyev-kl8tj Год назад

    Mən artıq neçə ildirki sizin reseptlə hazırlayıram leçonu və cox ləzzətli alınır yeyen her kesdə məmnun qalır özüm üçün hazırlamışam .Sabah da mamama hazırlayacam çox sag olun😘

  • @fizzexanimresulova2069
    @fizzexanimresulova2069 Год назад

    Çox sağ olun.Təşəkkür edirəm .Zəhmət olmasa deyərdiz kökü suda qaynadıb bişirsəm necə alınar?Məndə parda bişirən qazan yoxdur.Amma sizin üsulla istərdim leço hazırlayım.Bankaları doldurandan sonra steril etməyə ehtiyac yoxdur ki.Bankalar açılmaz? Zəhmət olmasa deyərdiz.İnşaallah qismət olsa mən də hazırlayaram.Çox bəyəndim.❤❤❤

  • @maygulhemidova5224
    @maygulhemidova5224 Год назад +3

    Ellerinize sagliq .Inanin xanim nece illerdi sizin reseptle edirem leconu coox lezetli alinir.Var olun

  • @elvirarzayeva6869
    @elvirarzayeva6869 Год назад +2

    Cooooooox sağ olun əlaďan əla əlləriniz ürəyiniz dərd görməsin Amin !

  • @niyarsalmanova9413
    @niyarsalmanova9413 Год назад

    Cooox Sag ol.dadli gornuwu var.ellerive saglig ll❤

  • @nailer7693
    @nailer7693 Год назад +1

    Elleriniz derd qormesin,var olasiniz

  • @cosqunaydemirov7530
    @cosqunaydemirov7530 Год назад

    Salam.Sizin reseptle bolqar leçosu,birde abxaz acikasi mükemmel alindi.Nece ildi bu reseptler menimledi.Teşekkürler.😊

  • @aysumustafayeva1270
    @aysumustafayeva1270 Год назад +2

    Əllərinizə sağlıq,ağız dadiylA yeyəsiniz inşallah.

  • @saratelecom6780
    @saratelecom6780 Год назад +1

    Adam sizə qulaq asmaqdan doyymur. Çox sağ olun

  • @yasmn280
    @yasmn280 Год назад

    Salam.Ela görünür.Alminum qazanda bişirse olmaz

  • @nigarzekiyeva6842
    @nigarzekiyeva6842 Год назад +1

    Sizin receptlerden nece defe yararlanmisam cox gozel cixir her bir sey allah sizi var elesin

  • @aliyeyusifova6109
    @aliyeyusifova6109 11 месяцев назад +1

    👏👏👍🙏

  • @muradplay6424
    @muradplay6424 Год назад

    Maşallah.səliqəli.gözəl.qazanlariniz da əsl evdar qazanlarıdı

  • @djamilyaalimardanova6828
    @djamilyaalimardanova6828 Год назад +2

    Ellerinize saglig. Sizin gòsterdiginiz her videonu ve biwirdiyiniz her weyi men çoox beyenirem, demek olar 100 % den artig. Çoox sevirem sizin videolari izlemek, çùnkù her bir momenti siz degikligiynen bawa salirsiz.Emeklerinizdeki sòzsùz ela.Bakili bacim mende bakiliyam , amma mende bele alinmayir.Allah sizi var elesin ve kanalivizin gùnden gùne ugurlar arzulayiram. Tewekkurler.

  • @leylaablamcokguzelkonusdun4254
    @leylaablamcokguzelkonusdun4254 2 месяца назад

    salam menim qrslma indi clxdl vidiyo cox sevdim hazlrlama qaydas xosuma geldi

  • @tamellaceferova324
    @tamellaceferova324 Год назад +1

    Salam ! Var olun !

  • @7.Pasayev_
    @7.Pasayev_ Год назад +1

    Əllərinizə sağlıq ,Hovsanli qızı.❤

  • @lalasafarova6318
    @lalasafarova6318 Год назад

    Salam. Men jecen il sizin reseptle hazirladim leconu, noyabr ayi idi, artiq bitmishdi)). Cox lezzetli alinir. Indi de hazirlayiram 3 pors. Belke qishi göre😂. Size de ugurlar arzulayiram. Sebrinize, ezminize gore teshekkur edirem🎉

    •  Год назад +1

      Əllərinizə sağlıq, bərəkətli olsun. Şirin ağızla yeyin, yedirin.

  • @nerminmehdiyeva8399
    @nerminmehdiyeva8399 Год назад

    Men sizin o biri paylasdiginiz leconu etmisem, cox ela alinib masaAllah

  • @ofeliyaceferova2318
    @ofeliyaceferova2318 Год назад

    mən bu usulla hazirladim cox dadli alindi
    Allah razi olsun

    •  Год назад

      Siz sağ olun ki, bizə etibar edirsiniz. Əllərinizə sağlıq

  • @esmiraaghayeva6701
    @esmiraaghayeva6701 Год назад

    Əllərinizə sağlıq. Çox bəyınirən sizin hazırladıqlarınızı. Bəli o vaxtın leçoları çox dadlı idi .Amma bibərlər uzun sov enli şəkildə idi düzdü fərqi yoxdu amma mənim xatirimdə elə qalıb tşk edirəm resepti aydın dəqiq şəkildə paylaşdığınız üçün 😘👍👏👏👏

  • @luizabeyova8821
    @luizabeyova8821 Год назад +1

    Məndə hər il bu reseptnən hazirlayiram çox dadlı alınır Allah sizdən razi olsun

    • @afganafgan7726
      @afganafgan7726 Год назад

      salam miktarı deyerdiz da zehmet deyilse ilk defe hazırlayacam

  • @AAa-xz6yr
    @AAa-xz6yr Год назад +1

    Şirin agızla işlədin.Əlin-qolun var olsun.

  • @famiqisayev3064
    @famiqisayev3064 Год назад

    super olur samovar cayı nuş olsun

  • @aidayagmur7512
    @aidayagmur7512 Год назад

    Ellerinize sagliq❤

  • @nuriyye1108
    @nuriyye1108 Год назад

    Hevese geldim,ele indice durub hazirlayacagam. Ferqlidir bu.

  • @gulnareesgerova1152
    @gulnareesgerova1152 Месяц назад

    Cox sag olun

  • @niyarsalmanova9413
    @niyarsalmanova9413 Год назад

    Maraglidi..mutlek edecem Cox Sag olun.❤

  • @mdinmiriyeva2063
    @mdinmiriyeva2063 Год назад

    Salam xanım sizin reseptlə hazırladım çox super alındı qeyd edim ki pomidorun tumunu süzgəcdən keçirdim sizin kimi. evdəkiler çox beyendi təşəkkür edirəm ki bu gözəl reseptleri bizimlə paylaşırsız bizdə faydalanırıq.

    •  Год назад

      Əllərinizə sağlıq, ruzunuz bol və bərəkətli olsun. Siz sağ olun ki, bizə etibar edib reseptlərimizi hazırlayırsınız. Şirin-şirin yeyin, yedirin.

  • @rustamgurbanli864
    @rustamgurbanli864 Год назад +1

    Əllərinizə sağlıq,var olun.❤💯 yaşayın.
    Sizi izləyən, çox istəyən Zümrüd müəllimə

  • @nuranezulfiyeva
    @nuranezulfiyeva Месяц назад

    Men hazirlamisdim.eladir❤.ancaq vaxt cox aparir😢

  • @eliyevasebine2353
    @eliyevasebine2353 Год назад

    Salam,bu gun eynen dediyiniz kimi hazirladim super alindi çox beyendiler evde cox sag olun Allah razi olsun sizden

    •  Год назад

      Əllərinizə sağlı, şirin-şirin yeyin.

  • @oktaynuriyev8181
    @oktaynuriyev8181 Год назад

    Ellerine saqliq qizim heqiqetende mohtewem el qabiliyetin var allah can saqliqi versin ele indice hazirlayib qurtatdim heveskar neneadindan tewwekurler

  • @esyaesedova2304
    @esyaesedova2304 Год назад +1

    Salam men illerdi bu usulla hazırlayıram ve coox gözel olur buna göre zize minnetdaram

  • @Nur-gr6qo
    @Nur-gr6qo 2 месяца назад

    Ellerinize sağlıq.bira cəfəri əlave etmek olar

    •  2 месяца назад

      istəyirsiniz edin, amma leçoda heç vaxt cəfəri olmurdu.

  • @Фарида-х5ъ
    @Фарида-х5ъ Год назад +3

    Салам !!! Я помню хорошо,покупали в магазине очень вкусные! Вам спасибо огромное за такие рецепты тех времён ! Биширярям мютляг вя йазарам!!!

  • @umidzulfuqarli3825
    @umidzulfuqarli3825 Год назад

    Super

  • @ixtiyarabbasov
    @ixtiyarabbasov Год назад +1

    Əllərinizə sağlıq çox gözəl

  • @sevincmusayeva3302
    @sevincmusayeva3302 Год назад +1

    MaşAllah olsun əladı

  • @EldarBayramov-m6t
    @EldarBayramov-m6t Год назад

    Salam xañim sagolun Allah sizdən razı olsun

  • @mehmanqurbanov6490
    @mehmanqurbanov6490 Год назад +1

    Çox sag olun sizin reseptlərlə bizdədə hazirlanir əlada alinir

  • @esmirammmdova7752
    @esmirammmdova7752 2 месяца назад +1

    Əlinizə sağliq kim yesə nuş olsun

  • @famiqisayev3064
    @famiqisayev3064 Год назад +1

    eleykum salam nuş olsun bacı şirin agızla yeyin

  • @KonulMemmedova-cg5oh
    @KonulMemmedova-cg5oh Год назад +1

    Ella super ellerine sağlıq

    • @tunaryarmemedli3935
      @tunaryarmemedli3935 Год назад

      Salam her vaxtiniz xeyir🙂Narahat etdikse üzurlu sayin🙏Size satıṣ olmayan ve yalniz xanımlardan ibaret olan bir komandada iṣlemeye devet etmek isteyirem Olarmı?

  • @rubynini375
    @rubynini375 Год назад

    Masallah xanim sizin islerinizi her zaman beyenirem daha deqiq ferqlireseptlriniz var halal olsun .

  • @vusalexosrovova2167
    @vusalexosrovova2167 Год назад

    Artiq 3 cu ildi bu reseptle hazirliyiram.Hal hazirda qazanda qayniyir lecom.Ellerinize saghliq

    •  Год назад

      Əllərinizə sağlıq, bərəkətli olsun. Şirin ağızla yeyin, yedirin.

  • @solmazsadqova1173
    @solmazsadqova1173 Год назад

    Əllərinizə sağlıq

  • @feyza.z2343
    @feyza.z2343 Год назад +1

    SALAM Aleykum. Eyni bu reseptle illerdi hazirlayiram superde olur.Sizin eyni videonuz var bolqar lecosunun hazirlanmasi haqqinda.Hamiya meslehet gorurem.

  • @qesemquliyev1370
    @qesemquliyev1370 Год назад +1

    Sizin butun videyolarinizi bəyənməmək olmur❤Super

  • @qerenfilmemmedova5988
    @qerenfilmemmedova5988 Год назад +1

    Ellerinize sağlıq👍

  • @nsibhuseynova219
    @nsibhuseynova219 Год назад

    Mən sizdən öyrəndim

  • @sebineliyeva47
    @sebineliyeva47 Год назад

    Məndə hazırladım çox gözəl alındı

    •  Год назад

      Əllərinizə sağlıq , şirin şirin yeyin.Nəticəni paylaşdığınız üçün sağ olun.

  • @aygunabdullayeva6225
    @aygunabdullayeva6225 Год назад +1

    Salam.Bankalari yenidən suyun icində 20 dəqiqə qaynatmaq olar?Dahada etibarli olar bəlkədə.

    •  Год назад

      edən bilərsiniz. Hal hazırda havalar oqədər istidir ki, inanın əgər göstərdiyim kimi hazırlasanız qaynatmağa ehtiyac yoxdur.

  • @antigaqasan7478
    @antigaqasan7478 Год назад +1

    Salam baci.cox gozel oldu ellerine saqlik.ama mene bir sey catmadi bu boyda resep ucun 1 qasik duz az olmadi bes.

  • @sevdasahbazova4633
    @sevdasahbazova4633 Год назад

    Salam, xahiş edirem keçmiş illərin bütöv şəkildə içi doldurulmuş bolqar bibərinin reseptini atardınız, əgər bilirsinizsə, əvvəlcədən təşəkkür edirem

  • @mehribanhbibova5559
    @mehribanhbibova5559 Год назад +1

    ELLERİNİZE SAGLİQ.SİZİN RESEPLERİ COX BEYENİRİK.VAR OLUN.❤❤❤