Orkhan Zeynalli ft. Lala - İkimiz (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Orkhan Zeynalli-nın Lala ilə birgə ifa etdiyi “İkimiz” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozey...
    Prodüser: Camal Qurbanov
    Söz: Orkhan Zeynalli
    Miksinq və masterinq: Adil Nəcəfov
    Albom koveri: Amal Alili
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Barmağın ucundakı soyuq havanı toxunmadan
    Nəfəs almağın həzzin bircə dəfə boğulmadan
    Həyatda bəzi xırda, dəyərli sevinclərin
    Qiymətini hiss etmir itirmədən çoxun adam
    Soyuq günlər aparır, həyat illər aparır
    Önümüzdə olanı dərinlərdə taparıq
    ‘’Vaxt edib zəng edərik’’ dediklərimizin
    Vaxt bitəndə vaxt tapıb rəsminə güllər atarıq
    Yazışmalarda qalan uzun səs yazıları
    Bütöv həyata sığmayan yarımçıq arzuları
    Taleyin verdiyi rəqəmdən az adam razı qalır
    Sevdiklərinin yanında özünə ev qazır hamı
    Bu payız durnaların ayrılıq köçü
    Bəzən həyat bitir, bəzənsə evin tavanına ağırlıq çökür
    Çünki bəzən bədənlər bir evdə yaşasalar da
    Ruhlar çoxdan əşyaları toplayıb, ayrılıb köçüb
    [Nəqərat]
    Qoy dəniz axsın üzümdən
    Sən toxunanda
    Qoy Günəş sönsün evimdə
    Sən yox olanda
    Sönür işıqlar
    Soyuq içim qar
    Sən çox olanda
    Mən çox olanda
    Biz çox olanda
    Qoy dəniz axsın üzümdən
    Sən toxunanda
    Qoy Günəş sönsün evimdə
    Sən yox olanda
    Sönür işıqlar
    Soyuq içim qar
    Sən çox olanda
    Mən çox olanda
    Biz çox olanda
    [Bənd 2]
    Bəzən hiss edirsən, sevmək məcburiyyətdir
    Yarıda qoyub gedirsən, olsan da məcnun niyyətli
    Deyirlər, sevmək baxmağıdır iki adamın eyni nöqtəyə
    Bu nöqtə hərdən sonuncu olur, növbəti təcrübə bitir
    Və bu hər cürə bitir
    Soyuq hər fəsil
    Mahnılara çevrilir sonu nəfəsin
    Harada idin axı səni səsləyəndə?
    Ən yaxşı insan namizədiydin sənə səs verəndə
    [Nəqərat]
    Qoy dəniz axsın üzümdən
    Sən toxunanda
    Qoy Günəş sönsün evimdə
    Sən yox olanda
    Sönür işıqlar
    Soyuq içim qar
    Sən çox olanda
    Mən çox olanda
    Biz çox olanda
    Qoy dəniz axsın üzümdən
    Sən toxunanda
    Qoy Günəş sönsün evimdə
    Sən yox olanda
    Sönür işıqlar
    Soyuq içim qar
    Sən çox olanda
    Mən çox olanda
    Biz çox olanda
    Orkhan Zeynalli tərəfindən Lalanın iştirakı ilə ifa olunan “İkimiz” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #İkimiz #mikpro

Комментарии • 160